Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   2   3   4   5   6   7   8   9   ...   25

 

5

Yaşayış binalarının  tikintisi genişləndikcə linoleuma olan tələbat artırdı,  lakin 



onun istehsalının artırılmasına probka unu və bitki yağının qıtlığı mane olurdu. Kimya 

sənayesinin  sürətli  inkişafı  ilə əlaqədar  linoleum  istehsalında qıt olan  bitki  yağlarını 

əvəz edən polivinilxlorid və plastifikatorların istehsalı da sürətlə artırdı. 

Tikintinin sənayeləşdirilməsi ilə əlaqədar döşəmələrin örtülməsi üçün linoleum 

istehsalının  artırılması  tələb  olunurdu.  Bütün  bunlar  linoleum  istehsalının 

artırılmasına gətirib çıxarmışdır. 

Bundan  əlavə  ölkəyə  idxal  olunan  materiallar  keyfiyyət  səviyyəsinə  görə 

dünya  standartlarına  uyğun  və  yüksək  istismar  göstəricilərinə  malik  olmalıdırlar. 

Gətirilən məmulatların həcmi daxili istehlak bazarının tələbinə müvafiq olmalıdır. 

Döşəmə  üçün  istehsal  edilən  PVX  materiallarının  keyfiyyətinin ekspertizasını 

aparmaq  məqsədilə  ilk  növbədə  məmulatın  strukturunu  öyrənib  onun  istehlak 

xassələrinin  laboratoriya  tədqiqatları  və  təbii  şəraitdə bir  müddət  saxlamaqla ekspert 

tədqiqatlarını  keçirmək  məqsədəuyğundur.  Laboratoriya  tədqiqatlarının  həcmini 

yüksək  dərəcədə  optimallaşdırmaq  məqsədilə  PVX  örtüklərinin  istehlak  xassələrinin  

dəyərinin ekspertizasının aparılması da vacib şərtlərdən biri sayıla bilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

6

 



 

 

I FƏSİL. NƏZƏRİ HİSSƏ 



 

 

1.1. Doldurucuların plastik kütlələrin xassələrinə təsiri 

 

Doldurucuların  inşaatda  istifadə  edilən  plastik  kütlələrdəki  rolu  çoxtərəflidir. 



Onlar  polimerin  xassələrini  müxtəlif  istiqamətlərdə  dəyişə  bilər,  eyni  zamanda 

doldurulmuş plastik  kütlələrin bərkliyinə,  möhkəmliyinə, sürtünmə  qüvvələrinə qarşı 

davamlılığına,  qeoloji  və  termomexaniki  xassələrinə  təsir  edir,  qatranın  qənaətlə 

xərclənməsini təmin edir. 

Plastik kütlələrin istehsal texnologiyasında mineral doldurucular geniş istifadə 

edilir  (tabaşir,  barit,  asbest,  kaolin,  diatomit,  talk,  taxta  unu  və  s.),  lakin  süni 

doldurucuların  (ağ  duda,  çökdürülmüş  karboturşulu  kalsium,  kalsium  hidrosilikat, 

şüşə lifi) tətbiq sahələri də mövcuddur. 

Müxtəlif  doldurucuların  polimer  kompozisiyalarının  quruluşu  və  xassələrinə 

təsirinin,  onların  qarşılıqlı  təsirinin  tətbiqi  gələcək  məmulatın  istismar  şərtlərindən 

asılı olaraq doldurucuların optimallaşdırılmasını təmin edir. 

Bu  və  ya  digər  doldurucuların  praktiki  tədqiqinin  doldurulmuş  polimerlərin 

formalaşdırılmasında perspektivləri səthlərinin üzərindəki aktiv mərkəzlərin təbiətinin 

və doldurucu ilə polimerin sərhəddində baş verən proseslərdə bu mərkəzlərin rolunun 

tədqiqini tələb edir. 

PVX kompozisiyalarının -şüalandırılması zamanı modifikasiyalaş-dırılmış və 

modifikasiyalaşdırılmamış    tabaşirin  polimer  matrisasındakı  rabitələrin  calanma 

dərəcəsinə  təsiri  tədqiq  edilir.  Tədqiqat  üçün  kimyəvi  yolla  çökdürülmüş 

modifikasiyalaşdırılmamış  tabaşirdən,  eləcə  də  səthi  sirkə  turşusu  ilə  qabaqcadan 

aktivləşdirilmiş  vinilxloridin  (VX)  qaz  fazasında  polimerləşməsi  metodu  ilə 

modifikasiyalaşdırılmış, kimyəvi yolla çökdürülmüş tabaşirdən istifadə edilmişdir. 



 

7

C-7059M markalı PVX-in 100 kütlə hissəsi, doldurucunun 0-100 k.h., üçəsaslı 



qurğuşun  sulfatının  2,5  k.h.,  ikiəsaslı  qurğuşun  stearatının  1,5  k.h.  və  qliserinin  0,3 

k.h.-dən  ibarət  kompozisiya  25  dəq  ərzində  90

0

S-lik  temperaturda  laboratoriya 



qarışdırıcısında  komponentləri  qarışdırmaqla  alınmışdır.  5  dəq  ərzində  160

0

S-lik 



temperaturda  yayma  yolu  ilə  kompozisiyadan  0,5  mm  qalınlığında  plyonkalar 

hazırlanmışdır.  Plyonkalar  PXM-30  qurğuşunda  60

0

S  mənbəyindən  0,1  MQr-lıq 



dozanı  qəbul  edənə  qədər  inert  mühitdə  şüalandırılmışdır.  Şüalandırılmış 

nümunələrdə  gel-fraksiyanın  miqdarını  onları  30  saat  ərzində  tetrahidrofuranda 

qaynatdıqdan  və  kütlə  sabitləşənə  qədər  qurutduqdan  sonra  təyin  edirdilər.  Gel-

fraksiyanın tərkibini İQ-spektroskopiya metodu ilə tədqiq edirdilər, xlorun  miqdarını 

Şoniger metodu ilə oksigen olan kolbada yandırmaqla müəyyən edirdilər. Doldurucu 

ilə  yanaşı  gel-fraksiyanın  tərkibinə  daxil  olan  PVX-in  miqdarını  aşağıdakı  düsturla 

müəyyən edirdilər (cədvəl 1). 



1

2

3



W

W

S

W

gf



 

burada,  W

3

  –  gel-fraksiyada  PVX-in  miqdarı,  kompozisiyada  PVX-in  ümumi 



miqdarına faizlə; 

 W

1



 – kompozisiyada PVX-in ümumi miqdarı, faizlə; 

   W


2

 – gel-fraksiyada xlorun miqdarına əsasən tapılan PVX-in miqdarı, faizlə; 

    S

qf

 – gel-fraksiyanın təcrübə yolu ilə təyin edilmiş miqdarı, faizlə. 



 

 

 



 

 

 



 

 



25 

50 


75 

С, % 


25 

50 Ж, % (долдуружу) 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə