Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   2   3   4   5   6   7   8   9   ...   25

 

9

Beləliklə,  alınmış  nəticələr  göstərir  ki,  tabaşirlə  doldurulmuş  PVX  əsaslı 



plastifikləşdirilməmiş 

kompozisiyaların 

şüalandırılması 

zamanı 


intensiv 

dehidroxlorlaşma  və  polimer  rabitələrinin  calanması  əsasən  doldurucunun 

hissəciklərinin üzərində baş verir. Rabitələri calanmış PVX-in bu zaman yaranan toru 

tabaşir  hissəciklərini  möhkəm  saxlayır,  bu  da  doldurucunu  daxil  etdikdə  gel-

fraksiyanın  çoxalmasına  gətirib  çıxarır.  Bununla  yanaşı  şüalandırma  zamanı  gel-

fraksiyada  polimerin  miqdarını  azaltmaq  və  polimer  matrisasındakı  rabitələri 

calanmamış  PVX-in  miqdarını  çoxaltmaqla  tabaşir  PVX-in  dehidroxlorlaşmasına  və 

rabitələrinin calanması proseslərini də zəiflədir. Tabaşir olduqda polimer matrisasının 

radiasiyaya  qarşı  davamlılığının  artması  şüalandırılmış  PVX  kompozisiyalarının 

xidmət müddətinin artmasını təmin edir. 

Ekoloji  məqsədəuyğunsuzluq  səbəbindən  inşaat  təyinatlı  mallarda  tətbiqi 

məsləhət  görülməyən  asbestin  əvəzinə  istifadə  edilən  mineral  doldurucuların 

(məsələn,  əhəngdaşı  dolomit)  PVX  linoleumlarının  xassələrinə  təsiri  tədqiq 

edilmişdir. 

Sınaq (doldurucu – asfalt-beton qarışıqları üçün buraxılan dolomit) və nəzarət 

(doldurucu-asbest)  partiyalarının  istehsalı  kompozisiyasını  qarışdırmaq  üçün  eyni 

qarışdırıcı avadanlığı olan vallı kalandr texnologiyası üzrə aparılmışdır. 

Doldurucunun  növünə  görə  fərqlənən  linoleumların  fiziki  xassələrinin 

müqayisəsi  göstərmişdir  ki,  resepturanın  dəyişməsi  onların  göstəricilərinin,  ümumi 

götürdükdə,  yaxşılaşmasına  gətirib çıxarır. Gərilmə zamanı möhkəmlik, deformasiya 

xassələri artmış, istilikkeçirmə xassəsi dəyişmişdir. 

Tərkibində  asbest  olmayan  linoleumun  daha  yaxşı  elektrik-fiziki  xassələrlə 

fərqlənməsi  xüsusən  əhəmiyyətlidir:  antistatik  xassələri  müəyyən  edən  xüsusi  səthi 

müqavimət  iki  dəfəyə  yaxın  azalmış,  dielektrik  məsrəflər  bucağının  tangensi  də 

azalmışdır. 

Tərkibində  mineral  toz  olan  kompozisiyalarda  daxili  gərginliklərin 

relaksasiyası  asbest  tərkibli  qarışıqlardan  daha  tez  gedir.  Çox  güman  ki,  səbəbi 



 

10

doldurucu  hissəciklərinin  morfologiyasındadır.  Dolomitin  izotermik  hissəcikləri 



qatrana  xrizotil  asbestinin  iynəformalı  hissəciklərindən  daha  az  formasaxlayıcı  təsir 

göstərir.  İstismar  göstəricilərinə  görə  yeni  tərkibli  linoleum  onun  ənənəvi 

markalarından geri qalmır və DÜST-ün tələblərinə cavab verir (cədvəl 2). 

 

Cədvəl 2. PVX linoleumlarının istismar və 



istehlak xassələrinin göstəriciləri 

 

 



GÖSTƏRICI  

DÜST-ün 

tələbləri 

doldurucu 

asbest 

mineral tozu 

Sürtünmə, mkm 

90-a qədər 

85,3 


85,0 

Xətti ölçülərin dəyişməsi, %-lə 

0,4-ə qədər 

0,4 


0,4 

1 m


2

-in kütləsi, kq 

3,0-a qədər 

3,0 


3,0 

Səthi suçəkmə, q/sm

3.

 10


0,1-ə qədər 

0,1 

0,1 


 

Beləliklə,  PVX  linoleumun  tərkibində  zərərli  asbest  əvəzinə  dolomit  tozunun 

effektiv  tətbiqinin  mümkünlüyü  göstərilmişdir.  Resepturanın  dəyişməsi  özülsüz 

linoleumun  sənaye  istehsalının  vallı-kalandrlı  texnologiyasının  avadanlığında 

dəyişikliklər edilməsini tələb edir. Xassələrinə  görə ekoloci təmiz linoleum tələblərə 

cavab verir. 

Linoleum üçün PVX kompozisiyalarında doldurucu kimi Axanqaran yatağının 

əhəngdaşından  istifadə  imkanları  araşdırılmışdır.  Müəllifin  fikirlərinə  görə  bu 

doldurucunun  tətbiqi  asbestə  nisbətən  bir  sıra  üstünlüklərə  malikdir.  Əhəngdaşının 

ağlığı  hesabına  bahalı  titan  ağ  boyağının  resepturadan,  demək  olar  ki,  çıxarılması 

təmin  edilir, sürtünmə xeyli azalır,  kompozisiyaların  doldurulma  dərəcəsini artırmaq 

(50%-ə qədər) imkanı yaranır. 

Doldurucunun  rütubətlənmə  qabiliyyətini  artırmaq  məqsədilə  onun  səthini 

furfuril spirtinin tünd göy rəngli qalığı (FSTQ) ilə emal edirdilər. Bu maddənin seçimi 

furan birləşmələrinin polifunksionallığı ilə izah edilir. Aparılmış tədqiqatın nəticələri 

göstərmişdir  ki,  əhəngdaşı  səthinin  1%-li  FSTQ  ilə  emalı  qarışığın  yayılmasının 




 

11

yaxşılaşdırılmasını  və  fiziki-mexaniki  göstəricilərin  NTS-in  tələblərinə  cavab 



verməklə kompozisiyanın tərkibindəki doldurucunun miqdarının maksimum dərəcədə 

artmasını  təmin  edir.  Bu  isə  çox  doldurulmuş  PVX  kompozisiyalarının  alınmasının 

geniş  perspektivlərini  açır.  Lakin  burada  böyük  çətinliklər  törədən  xüsusi  avadanlıq 

və  durulaşdırıcılar  (qatı  və  çox  qatı  appretlərdə)  tələb  olunur.  Bununla  əlaqədar 

appretləşdirici  əlavənin  daxil  edilməsinin  daha  texnoloji  üsulu  təklif  edilir. 

Doldurucunun  appretləşdirmə  prosesinin  PVX  çatışmazlıqlarını  aradan  götürən  bu 

üsul furan birləşmələrinin PVX kompozisiyasının tərkibinə plastifikatorlar qarışığının 

içində daxil edilməsindən ibarətdir. 

Təqdim  olunan  PVX  kompozisiyalarının  tərkib  resepturasının  və  fiziki-

mexaniki  göstəricilərinin  təhlili  furan  oliqomerlərinin  modifikasiyalaşdırıcı 

xüsusiyyətini aşkara çıxarmışdır. Nəticədə alınan kompozisiyalar materialın texnoloci 

və  istismar  göstəricilərini  saxlamaqla  yüksək  doldurulma  dərəcəsinə  malik  olur. 

Tədqiqat  nəticələri  göstərmişdir  ki,  əhəngdaşı  asbestə  nisbətən  daha  aktiv 

doldurucudur, lakin onun kompozisiyadakı PVX-in 100  k.h.-nə düşən  miqdarını 160 

k.h.-ə  çatdırdıqda  qarışığın  yayılmasının  mümkünsüzlüyü  ucbatından  texnoloci 

xassələr  kəskin  pisləşir.  Modifikatorların  istifadəsi  isə  kompozisiyanın  doldurulma 

dərəcəsini xeyli artırmaq və plastifikatorların xərclənməsini axaltmaq imkanını verir. 

Modifikatorlar  tətbiq  edildiyi  halda  doldurucunun  miqdarı  tədricən  artdıqca 

materialların  sürtünməsi  modifikasiyalaşdırılmamış  doldurucu  tətbiq  edildiyi  hala 

nisbətən  kəskin  azalır.  Göstərilənlər  doldurucu-polimer  sərhəddində  qarşılıqlı 

adgeziya təsirinin yaxşılaşmasını təsdiqləyir. 

Plastifikləşdirilmiş  PVX  kompozisiyalarının  doldurulmuş  plastikatların 

alınmasında  istifadə  edilən  ekstruziya  avadanlığının  məhsuldarlığını,  bəzən  isə 

yararlığını  müəyyənləşdirən  plastikasiya  sürətinə  doldurucuların  təsiri  öyrənilir. 

Tədqiq  olunan  kompozisiyaların  tərkibi  aşağıdakı  kimidir: J-70  markalı  PVX-in 100 

k.h.,  dioktilftalat  plastifikatorunun  50  k.h.,  üçəsaslı  qurğuşun  sulfatı  və  kalsium 

stearatı  termostabilizatorlarının  8  k.h.,  difenilolpropan  antioksidantının  0,3  k.h.  və 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə