Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

17

Doldurucular  qismində  polimer  materialların  istehsalı,  emalı  və  istehlakından 



qalan tullantıların  istifadəsi  mümkün  görünür.  Bu qlobal problem sayılan istehsal və 

emal tullantılarının istifadəsi problemini və müəyyən dərəcədə həll etmək imkanını da 

verir. 

Beləliklə,  doldurucuların  polimer  materiallarının  xassələrinə  təsirinə  dair 



tədqiqat 

nəticələrinin 

ümumiləşdirilmiş 

təhlili, 

quruluşu, 

xassələri 

və 

modifikasiyasından  asılı  olaraq  kompozisiyanın  tərkib  hissələrinin  mürəkkəb 



qarşılıqlı əlaqəsini aşkarlandırmışdır. 

 

 



 

1.2. Plastifikatorların plastik kütlələrin xassələrinə təsiri 

 

Məlum  olduğu  kimi,  plastifikatorun  əsas  rolu  plastifikatorun  xırda 



molekulların  polimerin  makromolekul  zəncirlərinin  arasına  girməsi  nəticəsində 

polimerin  şüşələnmə  temperaturunu  azaltmasıdır.  Bunun  nəticəsində  polimerin 

zəncirləri  və  molekulları  arasındakı  rabitələr  zəifləyir,  polimer  və  plastifikator 

molekulları arasında yeni, daha hərəkətli rabitələr yaranır. Makromolekul və zəncirlər 

arasındakı  kogeziya  qüvvələrinin  azalması  polimerin  temperaturunu  və  qatı  axıcılıq 

temperaturunu azaltmaq imkanını verir. 

Maddəni  plastifikasiya  etdikdə  onun  uyuşqanlıq  və  gərilmə  qabiliyyəti  artır, 

upruqluq modulu və gərilmə zamanı möhkəmliyi azalır. 

Plastifikasiya  metodları,  adətən  xarici  və  daxili  metodlara  bölünür.  Polimerə, 

yaxud  polimer  məhluluna  modifikatorun  əlavə  edilməsindən  ibarət  olan  xarici 

plastifikasiya  metodunun  tətbiqi  imkanı  bəzi  çatışmazlıqlara  baxmayaraq  qeyri-

məhduddur.  Xarici  plastifikasiyanın  tətbiqi  zamanı  plastifikatorun  üzə  çıxması  və 

uçması 

daha 


aşkar 

müşahidə 

olunur. 

Polimer 


molekullarının 

özlərinin 

modifikasiyasından  ibarət  və  nəzəri  cəhətdən  qatranın  praktiki  istifadəsi  üçün 

uyğunlaşmasının  ideal  yolu  olan  daxili  plastifikasiya  zamanı  göstərilən  hallar  baş 




 

18

vermir,  lakin  belə  kompozisiyalar  yüksək  temperaturlarda  lazımi  möhkəmliyə  malik 



olmur. 

Daxil  edilən  plastifikatorun  miqdarı  və  tətbiq  edilən  plastifikasiya  metodu 

onun  polimerdə  həllolma  qabiliyyətinə,  məmulatların  və  polimerlərin  saxlanma  və 

istismar temperaturlarını  əhatə  edən  geniş  temperatur intervalına  uyğun  olmalıdırlar. 

Yəni  plastifikatorları  seçdikdə  geniş  temperatur  və  qatılıq  intervalında  polimer-

plastifikator sistemlərinin vəziyyətinin diaqramları tədqiq edilməlidir. 

Hal-hazırda  plastifikatorların  çeşidi  çox  genişdir  və  onların  keyfiyyətinə 

verilən  texniki  tələblər  (polimerlə  uyğunluq,  buxarlarının  aşağı  upruqluğu, 

miqrasiyaya  qarşı  davamlılıq,  şaxtaya  davamlılıq  və  s.)  plastifikatora  xas  olan 

xassələrin  geniş  spektrini  nəzərdə  tutur.  Lakin  heç  bir  plastifikator  bütün  xassələrin 

yüksək  səviyyəsinə  malik  olmur.  Buna  görə  müəyyən  tətbiq  şəraiti  üçün  vacib 

xassəyə,  yaxud  bir  sıra  xassələrə  malik  olan  plastifikator  (yaxud  plastifikatorlar 

qarışığı) 

seçilməli 

və 

müəyyən 


effektin 

əldə 


edilməsi, 

yəni 


polimer 

çatışmamazlıqlarının tənzimlənməsi üçün minimal miqdarından istifadə edilməlidir. 

Bəzi  işlərdə  müxtəlif  polimer  sistemlərinin  modifikasiyasının  onların 

xassələrinin  formalaşdırılmasındakı  rolu  qiymətləndirilir,  real  polimer  materialının 

bir-biri  ilə  zəif  əlaqəsi  olan  xırda  sistemlərdən  ibarət  mürəkkəb  sistem  kimi 

qiymətləndirilməsini  nəzərdə  tutan  kompozisiya  nöqteyi  nəzərdən  müxtəlif 

plastifikatorların təsiri öyrənilir. 

Tədqiqatın  obyektləri  –  polivinilxlorid  (PVX)  və  polimetilakrilat  (PMA)  – 

yüksək  molekul  kütləsinə  malik  idilər  (~1·10

6

).  Plastifikasiya  üçün  qaynama 

temperaturları  müvafiq  olaraq  245  və  340

0

C  olan  trikrezilfosfat  (TKF)  və 



dibutilftalatdan  (DBF)  istifadə  edilmişdir.  Bu  yüksək  qaynama  temperaturları  olan 

azuçucu  maddələr  PVX  və  PMA  üçün  sənayedə  ən  geniş  istifadə  edilən 

plastifikatorlardır.  PVX+TKF  və  PMA+DBF  plastifikləşdirilmiş  polimer  sistemləri 

tədqiq edilmişdir. Məsələn, birinci sistemdə plastifikatorların miqdarı 0 (təmiz PVX), 

8, 20, 40% təşkil etmişdir. 



 

19

İlkin və plastifikləşdirilmiş polimerlərin debay spektroqramların tərtib edilməsi 



metodikasına  uyğun  işlənmiş  dipol  polyarizasiyasının  relaksasiyasının  tədqiqi 

plastifikatorun  kütlə  hissəsinin  miqdarı  artdıqda  dipol  (dielektrik)  itkilər 

maksimumlarının temperaturunun T

m

 xətti azalması aşkar edilmişdir. Təcrübə yolu ilə 

müəyyən  edilmişdir  ki,  plastifikasiya  effekti  plastifikator  molekullarının  kimyəvi 

quruluşundan  və  konformasiya  uyuşqanlığından,  eləcə  də  plastifikatorun  polimerlə 

termodinamiki  uyğunluğundan  asılıdır.  Atom  və  rabitələrin  təbiəti,  plastifikator 

molekullarının ölçüsü və forması da əhəmiyyət kəsb edir. 

Dielektrik  itkilər  bucağının  tangensinin  tgE

max

  plastifikator  miqdarından  və 

kooperativ tipli dipol  polyarizasiyası  proseslərində  iştirak  edən hissəciklərin  effektiv 

ölçüsünü  xarakterizə  edən  asılılıqları  daha  mürəkkəb  olur.  PVX-in  tətbiqi  halında 

plastifikatoru  əlavə  etdikdə  relaksatorların  effektiv  ölçüsü  bir  qədər  azalır,  sonra  isə 

dəyişmir. 

Plastifikatorun  miqdarı  artdıqca    Debay  spektroqramların  yarımeni  ilə 

xarakterizə  olunan  quruluş  qeyri-bərabərsizliyinin  artması  ekspertizadan  keçirilmiş 

plastifikləşdirilmiş  sistemlərin  ümumi  qanunauyğunluğudur.  Modifikasiyalaşdırıcı 

parametrin  (plastifikatorun  miqdarı)  təcrübə  yolu  ilə  alınmış  qiymətlərində  struktur 

qeyri-bərabərliyi  dərəcəsinin  dəyişməsinin  modifikasiyalaşdırıcı  parametrdən  olan 

asılılığını 

təyin 

etməklə 


struktur 

qeyri-bərabərliyinin 

dərəcəsini 

və 


plastifikasiyalaşdırılmış  sistemlərin  fiziki  xassələrini  tədqiq  edilməmiş  təcrübə 

intervalının kənarında da proqnozlaşdırmaq olar. 

Beləliklə,  aşağı  heterogenliyi  olan  strukturca  qeyri-bərabər  materialın  termiki 

modifikasiya 

recimlərinin 

elmi 


əsaslandırılmış 

seçimi 


ilə 

məqsədyönlü 

formalaşdırılması  onun  xassələrini  və  polimer  kompozisiya  materialından  olan 

məmulatların keyfiyyətini xeyli artırmaq imkanı verir. 

Geləmələgəlmə dərəcəsinin PVX linoleumlardan plastifikatorların ayrılmasına 

təsirinin ekspertizası aparılmışdır. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə