Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

23

Daxili  sürtkü  azaldıcıları  olan  kompozisiyalar  xarici  sürtkü  azaldıcıları  olan 



kompozisiyalara nisbətən daha yüksək mexaniki qüvvələrlə emal edilir. 

Polimerə plastifikatorun daxil edilməsi polimer zərcirlərinin təcrübi müddətinə 

yaxın  ola  biləcək  relaksasiya  müddətinin  azalmasına  gətirib  çıxarır.  Polimer 

zəncirlərinin  hərəkəti  mümkün  olmayan  çox  aşağı  temperaturlarda  plastifikator 

molekulları  hərəkətliyini  saxlayırlar.  Bu  plastifikatorun  orta  və  çox  miqdarı  olan 

sistemlər üçün səciyyəvidir. 

Bir  sıra  işlərdə  polimer  plyonkaların  plastifikasiyalaşdırılmasının  onların 

möhkəmlik  xassələrinə  təsiri  nəmləndirmə  zamanı  polietilentereftalat,  polietilen, 

polipropilen və polivinilxlorid əsaslı plyonkaların plastifikasiyalaşdırılması timsalında 

araşdırılır. 

Mexaniki  möhkəmlik  dəyişməsinin  kəmiyyət  göstəricisi  qismində  yaş  halda 

nisbi  möhkəmlik  ölçüsü  götürülmüşdür.  Eksperimental  nəticələr  model  təbii 

materialların  (pambıq,  kətan,  yun,  ipək)  məlum  eksperimental  göstəriciləri  əsasında 

qiymətləndirilmişdir. 

Ekspertiza 

aparılan 

plyonkalar 

üçün 


təyin 

edilmişdir 

ki, 

onların 


nəmləndirilməsi  zamanı  nisbi  mexaniki  möhkəmlik,  demək  olar  ki,  dəyişmir. 

Plyonkaların  belə  sabitliyinin  səbəbləri  müxtəlifdir.  Poliolefin  əsaslı  plyonkalar 

halında rütubət nümunə daxilinə antihidroskopikliyi ilə seçilən üst qatları olduğu üçün 

keçmir.  Polietilentereftalat  əsaslı  plyonkaları  nəmləndirməklə  rütubətliyin  daxilə 

qismən  keçməsi  üstmolekul  strukturunun  boşalmasına  gətirib  çıxarmır.  PVX 

plyonkalar  halında  onların  səthində  və  daxilində  olan  polyar  qruplar  polyar 

hidroksiqruplarla  reaksiyaya  girərək  rütubətin  plyonkalar  strukturunun  boşalmasına 

səbəb olmayan plastifikasiyalaşdırıcı təsirini əsasən neytrallaşdırır. 

Polimer  daxilinə  plastifikatorun  diffuziyasını  materialların  struktur-mexaniki 

xassələrin təyini üçün nəzərdə tutulan indentor üsulu ilə (polimer nümunələrinin səthi 

qatlarının  mikrobərkliyinin  ölçülməsi)  tədqiq  etmişlər.  İndentor  üsulu  nümunə 



 

24

daxilinə  verilmiş  qüvvə  təsiri  altında  altıüzlü  piramidin  yeriməsi  nəticəsində  alınan 



mikroləpirin diaqonal boyu uzunluğunun ölçülməsindən ibarətdir. 

PVX-in  100  k.h.-nə  düşən  DOF-ın  miqdarı  10  k.h.  olduqda  nümunələrin 

mikrobərkliyi antiplastifikasiyalaşdırıcı effekt nəticəsində əvvəl artır, sonra isə kəskin 

azalır. Qeyd etmək lazımdır ki, mikrobərkliyin DOF-ın miqdarından kalibr asılılığını 

almaq  üçün  istifadə  edilmiş  plastifikasiyalaşdırılmış  PVX  nümunələrinin  tərkibi 

birxassəlidir  və  müxtəlif  qüvvələr  təsirində  mikrobərkliyi  qüvvənin təsir  müddəti  və 

materialın  xassələri  ilə  təyin  olunduqdan  plastifikator  onların  daxilində  bərabər 

paylaşdırılır. Nümunələrin qızdırılma müddəti artdıqca 30 mkm qalınlıqda səthi qatda 

plastifikatorun miqdarı tədricən bərabərləşir. 

Polimer  nümunələrinin  səthinin  mikrobərkliyinin  istifadə  edilmiş  metodu 

kifayət  dərəcədə  sadə  və  məlumatlandırıcıdır  və  polimerin  nazik  üst  qatlarına 

plastifikator diffuziyasının kinetikasının tədqiqatı üçün qənaətbəxşdir. 

Beləliklə,  plastifikatorlar  polimer  kompozisiya  materiallarının  plastikliyi  və 

emala  uyğunluğuna  həlledici  təsir  göstərir,  lakin  onun  kompozisiya  sistemindəki 

miqdarı  yüksək  plastifikasiyalaşdırılmış  polimerlərdə  mexaniki  möhkəmliyin 

azalması və axıcılığın artması səbəbindən tənzimlənməlidir. 

 

 

 



 

1.3. Digər komponent və amillərin plastik kütlələrin  

xassələrinə təsiri

 

 

Qeyd  edildiyi  kimi  polimerlərin  sürəti  qocalmaya  olan  meyli  onların  təmiz 



şəkildə,  ələlxüsus  inşaat  materiallarının  istehsalında  tətbiqini  məhdudlaşdırır. 

Əlavələrin yoxluğunda polimer maddəsində sürətli qocalma baş verir (istilik, oksigen, 

işıq,  mexaniki  qüvvələr,  rütubət  və  digər  amillərin  təsirindən),  bu  isə  həm 

materialların  emalı,  həm  də  onların  istismarı  və  saxlanması  zamanı  qoyulmuş 




 

25

tələblərə cavab  verməyən aşağı molekullu məhsullar alınmaqla polimer zəncirlərinin 



destruksiya və strukturlaşması proseslərinə gətirib çıxarır. 

Bu proseslərin mexanizmi alimlər tərəfindən yaxşı öyrənilmişdir. 

Destruksiya  onun  növünü  müəyyən  edən  müxtəlif  amillər  təsirindən  yarana 

bilər:  termodestruksiya  (qızdırılma  zamanı),  oksid,  yaxud  termooksid  (oksigenin 

movcudluğunda),  fotokimyəvi,  yaxud  fotooksid  destruksiyası  (işıq  kvantları 

təsirindən) və ozonlaşdırılma (ozon mövcudluğunda). 

Mikroorqanizmlərin  inkişafı  və  çoxalmasına  xoş  təsir  edən  şəraitlər  (rütubət, 

temperatur) olduqda müxtəlif mikroorqanizmlərin (məsələn, mikroskopik göbələklər) 

təsirindən yaranan biodestruksiyanı da yaddan çıxarmaq olmaz. 

Mexaniki qüvvələr, rütubət və digər amillər də yüksək molekullu birləşmələrin 

lokal destruksiyasına təsir göstərirlər. 

Polimerlərin sürəti qocalma səbəblərinin aradan qaldırılması məqsədilə onların 

daxilinə  sabitləşdiricilər  əlavə  edilir.  Sabitləşdiricilərin  polimer  materiallarının  ilkin 

xassələrinin saxlanması üçün əhəmiyyətli müdafiəedici təsirinin effektivliyi, eləcə də 

onların polimerlərlə həll olunması və uyğunluğu, diffuziyası  və uçması, polimerlərin 

oksidləşməsi zamanı sərf olunması, oksigenlə  qarşılıqlı  münasibəti, sinergiya  effekti 

və s. xassələri araşdırılmışdır. 

Polimerlərin,  o  cümlədən  PVX-in  sabitləşdirilməsi  üçün  istifadə  edilən 

əlavələrin çeşidi çox yaxşıdır. Buna görə də yalnız yeni araşdırmalarda dayanmaq və 

onların plastik kütlə xassələrinə təsirini göstərmək məqsədəuyğun olardı. 

Bir  sıra  işlərdə  benzoksazolon  törəmələri  və  2-merkaptobenzoksazolun  metal 

törəmələrinin  sabitləşdirici  xassələri,  eləcə  də  benzoksazolun  doymuş  törəmələrinin 

vinilxloridlə sopolimerləşməsi tədqiq edilmişdir. 

Sabitləşdiricilər  qarışığı  sabitləşdirici  əlavələrin  ayrı-ayrılıqda  olduqları  hala 

nisbətən  polimerlərin  xassələrini  daha  çox  yaxşılaşdırır.  Sənaye  sabitləşdiricisi  olan 

kalsium  stearatla  2-merkaptobenzoksazolun  metal  törəmələrinin  qarışığı  tətbiq 

edildiyi  zaman  PVX-in  termosabitləşdirilməsi  müddətinə  əsasən  kalsium  stearatın 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə