Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 

29

Polimerlərin  sabitləşdirilməsi  probleminə  yanaşmanın  yeni  istiqamətlərinə, 



plastik  kütlə  istehsalında  toksikoloci  cəhətdən  əlverişli  olan  sabitləşdiricilərin 

tətbiqinə xüsusi diqqət yetirilir. 

Polimerlərin  xassələrinin  yaxşılaşdırılması  və  səthinin  dəyişdirilməsi 

məqsədilə  onların  modifikasiyalaşdırılması  digər  polimerlərlə  sopolimerləşmə  və 

calaq polimerləşməsi yolları ilə də aparıla bilər. 

PVX  səthinə  akril  monomerlərinin  calaq  polimerləşməsi  məmulatların  istiyə 

davamlılığının və emal edilmə qabiliyyətinin artırılması yollarından biridir. 

Plastifikasiyalaşdırılmamış  kompozisiya  nümunələrinin  tədqiqatları  göstərdi 

ki,  adi  calanmamış  PVX-ə  nisbətən  Vik  şkalası  ilə  yumşalma  temperaturu,  üzülmə 

zamanı  möhkəmlik  və  gərilmə  zamanı  axıcılıq  həddi  artırlar.  Beləliklə,  ekspert 

tədqiqatları nəticəsində akrilatların dehidroxlorlaşdırılmış polimerə calanması yolu ilə 

tozşəkilli PVX-in alınması imkanı sübuta yetirilmişdir. 

Malein  anhidridinin  monomerləri  həll  edən  və  sopolimeri  çökdürən 

karbohidrogenləri  mühitində  vinilxlorid  və  vinilasetatın  birgə  polimerləşməsinə 

təsirinin tədqiqatı da böyük  maraq doğurur. Nəticədə elektron-akseptor  monomerləri 

sopolimerlərin  tərkibi  və  molekul  kütlə  paylaşdırılmasına  ilkin  mərhələlərdə 

növbələşən sopolimerləşmə ilə izah olunan güclü təsir göstərir. 

PVX  daxilində  reaksiyaya  meylli  furan  oliqomerlərinin  əlavə  edilməsi  və 

onların  sonrakı  bərkiməsi  polimerə  xas  olan  əksər  çatışmazlıqları  ləğv  etmək  və 

yaxşılaşdırılmış fiziki-mexaniki xassələri olan yeni kompozisiya materiallarını almaq 

imkanını verir. 

PVX-dən  olan  formalaşdırılmış  məmulatların  səthinin  furan  oliqomerləri  ilə 

emalı  həcmi  emaldan  fərqli  olaraq  məmulatları  möhkəmləndirməklə  yanaşı  onların 

istiliyə  davamlılığını  xeyli  artırmaq  imkanını  verir,  yəni  termoplastların  səthini 

reaksiyaya 

meylli 


oliqomerlərlə, 

məsələn 


furan 

oliqomerləri 

ilə 

modifikasiyalaşdırılması  onların  effektivliyini  xeyli  artırır.  Termoplastların 



reaksiyaya  meylli  oliqomerlərlə  modifikasiyalaşdırılmasının  göstərilmiş  metodu 


 

30

yüksək  istismar  göstəricilərinə  nail  olunması,  kompozisiya  materiallarının  alınma 



texnologiyasının  sadələşdirilməsi  və  reaksiyaya  meylli  komponentin  qənaəti  təmin 

olunması səbəbindən daha məqsədəuyğun görünür. 

Bəzi 

işlərdə 


PVX-in 

polimetilmetakrilatla 

(PMMA) 

qarışıqlarının 



termomexaniki və özlülük xassələrinin ekspertizası aparılır. 

Kapilyar  viskozimetriya  metodu  ilə  qarışıq  ərintilərinin  özlülük  xassələrinin 

ekspert tədqiqatları göstərmişdir  ki,  özlülüyün  maksimumu  istənilən  komponentin az 

miqdarı  (~5,5%-ə  qədər)  olduqda  müşahidə  edilir.  PMMA-PVX  qarışıqlarının 

ərintilərinin  özlü  axıcılığının  aktivasiya  enercisinin  onların  tərkibindən  olan  asılılığı 

mürəkkəbdir.  Aktivasiya  enercisinin  maksimal  göstəriciləri  PVX-in  tərkibinə  2,5% 

PMMA  əlavə  olunduqda  (yaxud  tərsinə)  müşahidə  edilir.  Özlülüyün  və  özlü 

axıcılığının  aktivasiya  enercisinin  qarışığın  tərkibindən  asılılığının  mahiyyətinə 

komponentlərin qarışdırılma üsulu təsir etmir. 

Matris  polimerləşməsi  mexanizmləri  haqqında  anlayışlara  əsaslanaraq 

makromolekulların  böyüyən  obyektlərin,  yəni  digər  makromolekullar,  yaxud  digər 

fazanın hissəciklərinin formalaşmasına nəzarət etdikləri proseslərin təsvir edilməsinə, 

yəni  yanaşma  tərzi  təklif  edilmişdir.  Böyük  zəncirlərinin  quruluşu,  matris 

polimerləşməsinin  məhsullarının  tərkibi  və  xassələrinin  tənzimlənməsi  imkanlarının 

öyrənilməsinə  xüsusi  diqqət  yetirilir.  Polimer-hissəcik  əlaqələrinin  zəif  olduqda 

psevdomatris  proseslərində  ölçüləri  çox  az  fərqlənən  xırda  (eni  təqribən  nanometrlə 

ölçülən) hissəciklərin ölçülməsinin məqsədli dəyişməsi imkanları göstərilmişdir. 

Polimer  plyonkaların  kompleks  modifikasiyalaşdırılması  onların  istismar 

xassələrinə  böyük  təsir  göstərir.  Nümunələrin  ardıcıl  olaraq  kimyəvi,  fiziki-kimyəvi 

və  fiziki  modifikasiyalaşdırılmasının  reallaşdırılmasından  ibarət  olan  kompleks 

modifikasiyalaşdırmadan  qabaq  və  sonra  kristallizasiya  dərəcəsi  müxtəlif  olan 

polimer plyonkaların deformasiya və möhkəmlik xassələrinin dəyişməsinin aparılmış 

ekspert  tədqiqatları  əsasında  təyin  edilmişdir  ki,  kompleks  modifikasiyalaşdırılması 

deformasiya-möhkəmlik  xassələrini  ayrı-ayrı  modifikasiya  növlərinə  nisbətən  daha 




 

31

fərqli  surətdə  dəyişir.  Bu  zaman  üstmolekul  qurumlarının  struktur  bərabərliyinin 



artması  və  kristallit  ölçülərinin  azalması  ilə  müşahidə  edilən  dəyişikliklərə  gətirib 

çıxaran fiziki modifikasiya hesabına additivlik qanunlarından kənarlaşma mövcuddur. 

İstilik  təsiri  ilərentgenoqrafiya  metodu  ilə  ilkin  və  şüalandırılmış 

homopolimerlər,  polimerlər  qarışığı  və  calanmış  sistemlərin  kristallik  torlarının 

dəyişikliklərinin  xüsusiyyətləri  tədqiq  edilmişdir.  Sübut  edilmişdir  ki,  şüalandırma 

zamanı  kristallik  homopolimerlər,  polimerlər  qarışığı  və  calanmış  sistemlərdə 

rabitələrin  qapanması  və  destruksiya  prosesləri  polimerlərin  nəinki  amorf,  eləcə  də 

kristallik  hissələrində  zəncirli  molekulları  əhatə  edir.  Struktur  nöqsanlarının 

yaranmasının  təsadüfi  və  qanunauyğunsuz  təbiətinə  baxmayaraq,  bu  nöqsanlar 

müəyyən kristaloqrafik istiqamətlərdə cəmlənir. 

Reaksiyaya  girən  J=JH

2

  qruplarının  udulma  zolaqlarının  intensivliyinin 

dəyişməsinə  görə  akril  və  vinil  monomerlərinin  sopolimerləşməsinin  konversiya 

əyrilərinin  ayrı-ayrılıqda  qeydə  alınması  və  sürətinin  təyin  edilməsinə  əsaslanan  bu 

polimerlərin radikal sopolimerləşməsinin kinetikasının tədqiqi üçün İQ-spektrokopiya 

metodu 


işlənmişdir. 

Göstərilmişdir 

ki, 

üçölçülü 



sopolimerləşmə 

zamanı 


somonomerlərin effektiv reaksiya qabiliyyətinə və yaranan sopolimerlərin strukturuna 

böyüyən  makroradikal  ətrafında  böyür  zəncirlərdəki  ikiqat  rabitələrin  cəmlənməsi 

nəticəsində  reagentlərin  fəzada  bərabər  şəkildə  paylaşdırılmasının  pozulması, 

komponentlərin  mikrofazaları  üzrə  bölünməsi  və  reaksiyaya  girən  sistemin 

şüşələnməsi böyük təsir göstərir. 

Doldurucunun  iştirakı  ilə  bir-birinə  qismən  yeridilən  polimer  torlarının 

formalaşdırılması  kinetikası, qarışıq  komponentlərin  bir-birini  həlletmə  qabiliyyətinə 

doldurucunun  təsiri,  gərilmə  şəraitində  polimerlə  plastifikatorların  uyğunluğuna 

gərginliklərin  təsiri  və  yüksək  dərəcədə  doldurulmuş  termoplastik  polimer-dispers 

doldurucu  kompozisiyalarının  axıcılığının  ekspert  tədqiqatı  da  konkret  hallarda 

kompozit  materiallarının  resepturalarının  tərtibatı  nöqteyi-nəzərdən  böyük  maraq 

doğurur. 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə