Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

 

26

sabitləşdirici 



effektinin 

artması 


barədə 

qənaətə 


gəlmək 

olar. 


2-

merkaptobenzoksazolun 

natrium 

törəmələri 

kobalt 

törəmələrinə 



nisbətən 

xlorhidrogenin ayrılmasının qarşısını daha yaxşı alır. 

Digər  müəlliflər  nümunə  PVX-i  sabitləşdirici  əlavələrlə  qarışdırmaqla 

hazırlamışlar. 

Sopolimerlərin 

termoksid 

sabitliyi 

barədə 


polimerlərin 

dehidroxlorlaşma  kinetikasına  əsasən  qərar  çıxarmaq  olar.  Benzoksazolonun 

doymamış 

törəmələri 

ilə 

vinilxloridin 



sopolimerlərinin 

dehidroxlorlaşması 

kinetikasının  öyrənilməsi  prosesin  zəifləməsini  göstərir  və  sopolimerin  tərkibində 

benzoksazolun  törəmələrinin  miqdarının  artması  xlorhidrogenin  ayrılma  sürətinin 

zəifləməsinə gətirib çıxarır. 

Benzoksazolon  törəmələrinin  müəyyən  kritik  miqdarını  keçdiyi  zaman 

sopolimerlərin  dehidroxlorlaşma  sürətinin  artmasını  PVX-in  destruksiyası  zamanı 

yaranan  xlorhidratların  katalitik  təsiri,  yaxud  sopolimerlərin  molekul  kütləsinin 

azalması ilə əlaqələndirmək olar. 

Beləliklə, 

benzoksazolonun 

doymamış 

törəmələri 

ilə 


vinilxloridin 

sopolimerləşməsi  zamanı  özünü  sabitləşdirən  polimerlər  tipinə  aid  olan  vinilxlorid 

sopolimeri əmələ gəlir. Müəyyən edilmişdir ki, bu sopolimerlər PVX-ə nisbətən daha 

yüksək  termooksid  sabitliyinə  malikdirlər.  Sabitləşmənin  maksimal  effektinə 

polimerlərdə benzoksazolon törəmələri zəncirlərinin miqdarı 2 mol%-ə qədər olduqda 

nail olmaq olar. 

Alimlər  qrupu  PVX-dən  plastifikasiyalaşdırılmış  məmulatların  istehsalı  üçün 

nəzərdə  tutulan  XP-30  xlorparafin  əsaslı  və  özündə  ikinci  dərəcəli  plastifikator, 

sabitləşdirici  və  lubrikant  xassələrini  cəmləşdirən  «SİNSTAD»  çoxfunksional 

termosabit kompozisiyanın ekspertizasını aparmışdır. 

Belə çoxfunksional əlavələrin daxil edilməsi polimerlərin emal texnologiyasını 

xeyli  yaxşılaşdırır,  məhsulun  keyfiyyətini  sabitləşdirir,  məmulatların  bir  sıra  fiziki-

mexaniki göstəricilərinin səviyyəsini artırır. 



 

27

«SİNSTAD» kompozisiyasının əsasını ikinci dərəcəli plastifikator olan XP-30 



parafini təşkil edir. Kompozisiyaya sabitləşdirici xassələri xüsusi texnologiya ilə XP-

30  xlorparafini  mühitində  hazırlanmış  yağlı  turşuların  duzları  verir.  Kompozisiya 

lubrikantın xassələrinə də malikdir. 

Kompozisiyanın sabitləşdirici hissəsinə yağlı turşuların kalsium və sink duzları 

daxildir (StJa, StZn).  Yağlı  turşuların sink duzu  XP-30-un öz termosabitliyinə yaxın 

termosabitliyə  malikdir,  yağlı  turşuların  kalsium  duzu  isə  XP-30-un  termosabitliyini 

xeyli  artırır.  XP-30,  kalsium  duzu  və  sink  duzunun  bəzi  nisbətlərində  qarışığın 

termosabitliyinin kəskin artması müşahidə edilir. 

Tədqiq edilmiş kompozisiyalar PVX emalında istifadə üçün nəzərdə tutulur və 

yüksək  keyfiyyət  göstəricilərini  PVX-dən  olan  məmulatların  maya  dəyərini  xeyli 

azaltmaq imkanı verir. 

Tədqiqatçılar 

tərəfindən 

sikloheksan-, 

metilsikloheksan- 

və 


etifenilsikloheksan-  karbon  turşularının  epoksitetrahidrodisiklopentadiyenil  efirləri 

sintez edilmişdir. 

Nəzarət  üçün  tərkibində  əlavə  olaraq  epoksidləşdirilmiş  soya  yağı  olan  PVX 

kompozisiyalar götürülmüşdür. 

Epoksiefir  əsaslı  plastikatlar  məlum  termosabitləşdiricilər  əsasında  olan 

plastikatlara  nisbətən  bir  sıra  daha  yüksək  fiziki-mexaniki  göstəricilərə  malikdirlər. 

Onların  üzülmə  zamanı  nisbi  uzanma  və  dielektrik  keçiriciliyi  daha  yüksəkdir. 

Sabitləşdirici  qismində  PVX  çəkisinin  7%-i  miqdarında  epoksiefirlər  daxil  edən 

plastikatların 

termosabitliyi 

məlum 

termosabitləşdiricilərlə 



sabitləşdirilən 

plastikatların termosabitliyindən 10-15 dəqiqə çoxdur. 

Epoksiefirlər  plastikatlardan  ayrılmır,  bu  isə  termosabitliklə  yanaşı 

məmulatların  elastikliyi,  dielektrik  xassələri  və  xidmət  müddətini  də  artırmaq 

imkanını verir. 

Polimerlərin  hidroksibenzofenon  və  fəzada  hərəkəti  məhdudlaşdıran  fenolun 

fraqmentlərini  daxil  edən  polifunksional  sabitləşdiricilərin  effektivliyi,  2-hidroksi-4 



 

28

(3; 



5-di-tret-butil-4-hidroksibenziloksi)-5-(3; 

di-tret-butil-4-hidroksibenzil) 



benzofenon 

və 


2-hidroksi-4-metoksi-5-(3; 

5-di-tret-butil-4-hidroksibenziloksi) 

benzofenon  nümunələrində  sabitləşdiricilərin  işıqdan  müdafiə  təsirinin  ekspertizası 

aparılmışdır. 

Bunlar  polimerləri  eyni  zamanda  işıq  və  istilik  təsirindən  müdafiə  edən 

effektiv  olan  kompleks  sabitləşdiricilərdir.  Bununla  yanaşı  onların  strukturunda 

sabitləşdirmənin  fotokimyəvi  və  fotofiziki  prinsiplərinin  optimal  nisbətinə  hələ  nail 

olunmamışdır, bu səbəbdən özlərinin işığadavamlılığı məlum UB-absorberlərinkindən 

aşağıdır. 

Buna  baxmayaraq  ekspertizanın  nəticələri  bir  molekulda  UB-absorber  və 

antioksidantın  bir-birindən  asılı  olmayan  fraqmentlərini  birləşdirən  polifunksional 

sabitləşdiricilərin  istehsalı  istiqamətində  aparılan  tədqiqatların  perspektivliyini 

göstərir. 

Termodinamika  cəhətdən  pis  olan  həlledicilər  1,2,3-trixlorpropan  PVX 

məhlullarının  və  onun  polimetilmetakrilatla  qarışıqlarının  strukturunun  PVX-in 

termiki sabitliyinə təsiri araşdırılmışdır. 

Göstərilmişdir 

ki, 


polimerlərin 

qarışıqlarında, 

məsələn 

PVX 


polimetilmetakrilat, assosasiya birinci növbədə eyni makromolekullar arasında olduğu 

halda  (polimerlərin  endotermiki  qarışdırılması)  polimerlə  termodinamiki  uyğunluğu 

az olan həlledicilərdə (üçxlorpropan) PVX daha sıx assosiatlar (mexaniki birləşmələr) 

yaradır,  səbəbi  isə  pis  həlledicidə  polimer  əlaqələrinin  polimerhəlledici  əlaqələrinə 

nisbətən üstünlük təşkil etmələridir. Görünür  məhlulda PVX-in  makromolekullarının 

üstmolekul  strukturunda  olan  qarışıqda  PVX  miqdarının  artması,  yaxud  PVX-lə 

termodinamiki uyğunluğu olmayan ikinci polimerin əlavə edilməsi ilə yaranan bu cür 

kəskin  dəyişikliklər  termodinamiki  cəhətdən  pis  olan  həlledici  (TXP)  məhlulunda 

PVX-in termiki parçalanma sürətindəki nərəzəçarpacaq dəyişiklikləri təmin edir. 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə