Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

41

Məhsul istehsalının hər mərhələsində onun istehlak xassələri və çeşidi struktur-



daxili  xüsusiyyətlərini  kəmiyyət-keyfiyyət  strukturu  vasitəsilə  məhsulun  say 

müxtəlifliyini  əks  etdirən  kateqoriyaları  olmaqla  spesifik  olur.  İstehlak  prosesi 

malların müxtəlif xassələrini aşkara çıxarır, bu isə konkret mal qruplarının seçimindən 

asılı  olaraq  malların  strukturuna  ətraflı  baxılmasına  və  bu  və  ya  digər  istehlak 

xassələrinin dəyərinin müəyyənləşdirilməsini tələb edir. 

Bu  zaman  nəzərə  almaq  lazımdır  ki,  istehlak  prosesində  malların  (istehlak 

əşyalarının)  müəyyən  keyfiyyət  və  kəmiyyət  strukturları  olan  çoxsaylı  xassələri 

hərəkətli  ifadə  olunur.  Bu  ifadələr  müvafiq  sosial  və  iqlim  mühitində  əşyalar  və 

konkret  istehlakçıların  hərtərəfli  əlaqəsi  vasitəsilə təzahür edilir. İstehlak  əşyalarının 

xassələrinin  faktiki strukturunu  müəyyənləşdirmək  üçün tək  əşyaların  (materialların) 

funksiyasını  deyil,  onların  istehlak  mərhələsində  işləməsinin  şərtlərinin  spesifik 

xüsusiyyətlərini bilmək lazımdır. 

Məsələn,  döşəmə  üçün  PVX  materialları  birinci,  ikinci,  üçüncü  mərtəbənin 

otaqlarında,  məktəblərin  zal  və  kabinetlərində,  dəhlizlərdə,  sex  otaqlarında,  yaşayış 

binalarında  və  s.  istifadə  oluna  bilər.  Bərəkətin  intensivliyi,  istiqamətləri,  istismar 

yükləri böyük ehtimalla istehlak xassələrinin ümumi strukturunu müəyyənləşdirir. 

Materialların və müxtəlif istehlak əşyalarının istehlakı zamanı onların istismarı 

baş  verir.  Bu  prosesdə  məhsulun  istismar,  yaxud  istismar  xassələri,  eləcə  də  onun 

xarici  görkəmi,  yaxud  estetik  xassələri  üzə  çıxır.  Xassələri  bu  cür  bölgülü  əşyaların 

xüsusiyyətləri  və  onların  ətrafımızdakı  həqiqətdə  təzahürü  ilə  izah  edilir.  Buna  görə 

də məhsulun istehlak xassələrini şərti olaraq istismar və estetik xassələrə bölmək olar. 

İstismar  xassələri  istehlak  əşyalarının  funksional  və  erqonomik  xassələrini, 

təhlükəsizlik və uzunömürlülüyünü birləşdirir. 

Əvvəl  təklif  edilmiş  təsnifatlara  görə  əşyaların  istehlak  xassələrinin  strukturu 

çox  müxtəlifdir.  Buna  görə  keyfiyyətin  eksperimental  tədqiqatı  üçün  istehlak 

əşyalarının  daha  dəyərli  xassələrini  müəyyənləşdirmək  tələb  olunur.  Dəyərli 




 

42

xassələrin müəyyənləşdirilməsi istehlak əşyalarının keyfiyyətinin rasional tədqiqatları 



aparmaq mümkün imkanını verir. 

PVX  linoleumlarının  istehsalı  və  istehlakı  sahəsində  işləyən  əmtəəşünas, 

gigiyenaçı  və  texnoloqların  fikirlərinin  anketləşdirilməsi  yolu  ilə  ldinoleumların 

istehlak  xassələrinin  strukturu  tədqiq  edilmişdir.  PVX  linoleumlarının  istismar 

zamanı,  zənnimcə  daha  əhəmiyyətli  olan  xassələrin  dəyərinin  qiymətləndirilməsi 

təklif edilmişdir (cədvəl 7). 

Anketi  dolduran  zaman  müəssisələr  seçilmiş  cütlü  müqayisəsi  ilə  üstünlük 

prinsipinə uyğun hər xassənin dəyərini müəyyənləşdirmişqlər. Üç mütəxəssis qurupu 

tərəfindən  aparılan ekspert qiymətləndirilməsinin  nəticələri  ranq  korrelsiyası  metodu 

ilə təhlil edilmişdir. 

 

Cədvəl 7. İstehlak xassələri və onların şifrələri 

 

Sıra 



sayı 

Xassənin adı 

Şifrə  

1. 


Bioloji təhlükəsizlik 

x



2. 

Xarici görkəm 

x

2

 



3. 

Çox davamlılıq 

x

3

 



4. 

Uzunömürlülük (xidmət müddəti) 

x

4

 



5. 

Qoxunun intensivliyi 

x

5

 



6. 

Alışqanlıq  

x

6

 



7. 

Çirklənməməzlik və təmizlənmə 

x

7

 



8. 

İstilik keçirməməzlik 

x

8

 



9. 

Mexaniki təsirlərə qarşı davamlılıq 

(möhkəmlik) 

x

9



 

10. 


Səs keçirməməzlik 

x

10



 

11. 


Kimyəvi təsirlərə davamlılıq 

x

11



 

12. 


İstismar xassələrinin sabitliyi (saxlanma 

xassəsi) 

x

12

 



13. 

Bioloji davamlılıq 

x

13

 



14. 

Elektrikləşmə  

x

14

 



 


 

43

Anket  məlumatları  üzrə  ranqlar  matrisasının  təhlili  hər  sətirdəki  ranqların 



105



2

1





n

n

 müvafiq  olmalı,  cəm  prinsipini  nəzərə  almaqla  aparılmışdır.  Alınmış 

matrisa cədvəl 8-da verilmişdir. 

Əmtəəşünaslıq  və  ekspertizada  eksperimental  nəticələrin  riyazi-statistik 

təhlillərinə  dair  məsləhətlərə  müvafiq  olaraq  ümumiləşdirilmiş  məlumat  əsasında 

konkordasiya əmsalı (W) hesablanmışdır. 



81



,

0

36



,

3

12



1

14

14



3

12

1



5

,

1642



3

2







W

 

Konkondasiya  əmsalının  faktiki  qiyməti  sıfırdan  xeyli  fərqləndiyinə  görə  (W-



81)  belə  nəticəyə  gəlmək  olar  ki,  ranqlaşdırılmış  xassələrin  dəyərləri  üzrə 

mütəxəssislərin fikirləri əsasən üst-üstə düşür. Eyni zamanda konkordasiya əmsalının 

hesablanmış  qiyməti  birdən  də  az  fərqlidir,  yəni  mütəxəssis-ekspertlər  xassələri  bir 

qədər  fərqli  qiymətləndirirlər.  Bu  səbəbdən  konkordasiya  əmsalının  doğruluğu  X

2

 

kriteriyası üzrə yoxlanılmışdır. 



X

2

=3 (14-1)·0,81=31,59 

5%-lik  etibarlılıq  səviyyəsi  üçün  X

2

-in  cədvəl  üzrə  qiyməti  22,362  təşkil 



etdikdə  onun  hesablanmış  qiyməti  31,59-a  bərabərdir.  İstehlak  xassələrinin  ekspert 

tədqiqatları  zamanı  alınmış  nəticələr  ekspertlərin  fikirlərinin  uyğunluq  dərəcəsinin 

yüksək  olduğunu  təsdiqləyir.  Bu  isə  PVX  materiallarının  laboratoriya  sınaqlarının 

aparıldığı zaman məmulatlardan istifadə etmək imkanını verir. 

Hesablama  nəticələrinə  görə  qiymətləndirilən  xassələr  üzrə  qiymətlərinin  orta 

aprior diaqrammı qurulur. İstehlak xassələrinin bu diaqrammı şəkil 2-də verilmişdir. 

 

 

 



 

 

Х



Х



Х

Х



Х



Х

12 


Х

Х



Х



Х

11 


Х

Х



13 

Х

10 



Х

14 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə