Əlyazması hüququnda Cabbarova Ülviyyə Natiq



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix26.05.2018
ölçüsü0,66 Mb.
#46275
1   ...   17   18   19   20   21   22   23   24   25

 

65

görə həcmi kütlə azaldıqca sistemin daha məsaməli və boş olması xətti ölçülərin daha 



çox dəyişməsi və sistemin getdikcə sıxlaşmasına zəmin yaradır. Lakin digər tərəfdən 

daha sıx olan sistemin tərkibində strukturu polimer birləşdiricisi strukturundan fərqli 

olan  doldurucu  daha  çox  olur.  Bunun  nəticəsi  olaraq  PVX-  materiallarının  istehsalı 

zamanı  polimer  –  doldurucu  bazalarının  sərhəddində  böyük  gərginliklər  yaranır  və 

çox güman ki, onların relaksasiyası (götürülməsi) yekun etibarilə xətti ölçülərin qeyri-

sabitliyinə gətirib çıxarır. Buna baxmayaraq alınmış asılılığa birmənalı izahat vermək 

çətindir.  Döşəmə  üçün  polimer  rulon  örtüklərinin  xətti  ölçülərinin  xətti  sabitliyi 

materialların istehsalının texnoloci prosesi, sabitləşdirici sərt karkasın mövcudluğu ilə 

əlaqədar və polivinilxlorid linoleumlarının həcmi kütlə ölçüsündən az asılıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 5. Döşəmə üçün PVX materiallarının nümunələrinin 293 K 

temperaturda saxlanmasının ilk ayı ərzində xətti ölçülərinin uzunu boyu dəyişikliklərinin 

kontakt qatının həcmi kütləsindən (sıxlığından) asılılığı 

 

 



 

0,1 



0,2 

0,3 


0,4 

0,5 


1,00  1,10  1,20  1,30 

м

в



, г/см

X



ə

tt



ö

ü



ri

n



 d

əy



ik

li

y



д

яй



иш

ик

ли



й

и,

 %



 



А 

1,40  1,50 




 

66

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 6. PVX linoleumlarının nümunələrinin 293 K temperaturda saxlanmasının ilk ayı 

ərzində xətti ölçülərinin uzunu boyu dəyişikliklərinin kontakt qatında plastifikatorun 

miqdarından asılılığı 

 

Beləliklə,  aşkar  edilmiş  qanunauyğunluqların  bəzilərinə  birmənalı  izahat 



vermək mümkün olmadığına baxmayaraq, bütövlükdə onlar tədqiq edilən materiallar 

üçün xarakterikdir və hətta polimer kompozisiyalarının tərkibinin bəzi xüsusiyyətləri 

barədə  müəyyən  məlumat  əldə  etmək  imkanını  verir.  Lakin  döşəmə  üçün 

polivinilxlorid  materiallarının  bəzi  istehlak  xassələrinin  spesifikliyi  (məsələn,  xətti 

ölçülərin  sabitliyi,  üzülmə  zamanı  mütləq  möhkəmlik  həddi)  alınmış  nəticələrin 

tədqiq  edilən  linoleum  növlərinin  istehsalının  texnoloci  prosesinin  xüsusiyyətləri  ilə 

mütləq əlaqələndirilməsini nəzərdə tutur. 

65 


70 

75 


80 

85 


90 

95 


37  38 

39 


40 

41 


42 

43 


PLAST, 

, кгс/см





А 


 

67

Döşəmə  üçün  polivinilxlorid  materiallarının  keyfiyyət  ekspertizasının 



(nöqsanların) nəticələrinin tərtibatı aşağıdakı qaydada aparılır. 

Ekspert 


tərəfindən 

aşkar 


edilmiş 

nöqsanlı 

məmulatlar 

nöqsanların 

xüsusiyyətlərindən asılı olaraq ekspertiza aktında ayrı-ayrı və ardıcıl olaraq göstərilir: 

1.  Məmulatlarda  təchizatda  komplektasiyanın  düzgün  aparılması  ilə  əlaqədar 

nöqsanlar (komplektasiya çatışmamazlıqları): 

- rəng və teksturasına görə fərqlənən döşəmə üçün polivinilxlorid plitələr. 

2. İstehsalat xüsusiyyətli nöqsanlar (məmulat istehsalının texnoloci recimlərinin 

pozulması səbəbindən yaranan nöqsanlar): 

- açıq-aşkar bilinən istehsalat nöqsanları; 

- istismar zamanı üzə çıxan gizli istehsalat nöqsanları. 

3.  Mexaniki  zədələr  (qeyri-istehsalat  xüsusiyyətli  nöqsanlara  da  Aid  edilə 

bilər). 


4.  İstehsalat  prosesinin  kənarında  yaranan  qeyri-istehsalat  xüsusiyyətli 

nöqsanlar:  daşınma,  saxlanma  və  istismar  zamanı  nöqsanlar  (müxtəlif  növlü 

zədələnmələr,  o  cümlədən  çirklənmə,  aqressiv  mühit  təsirindən  rənglərin  qarışması, 

pozulması, mikroorqanizmlər tərəfindən parçalanma və s.). 

Nöqsan  və  zədələri  təsvir  etdiyi  zaman  mütləq  nöqsan  və  zədələrin  ölçüləri, 

olduqları yerlər və imkan varsa, yaranma səbəbləri qeyd edilir. 

 

2.4. PVX linoleumlarının kimyəvi xassələrinin ekspertizası 

 

 

Polimer  materiallarınin  dəyərli  xassələrindən  biri  də  onların  kimyəvi  təsirlərə 

davamlı  olmasıdır.  Buna  görə  də  kimya  sənayesində  aqressiv  mühitlərdə  işlədilmək 

üçün plastik kütlələrdən müxtəlif inşaat materialları hazırlanır. 

Polimer  materiallarının,  o  cümlədən  PVX-linoleumlarının  kimyəvi  davamlılığı 

onların tərkibinə daxil olan bağlayıcıların və doldurucuların kimyəvi davamlılığından 

asılıdır.  Sintetik  polimerlərin  əksəriyyəti  aqressiv  mühitin  təsirinə  qarşı  yüksək 



 

68

davamlılıq  göstərir.  Polimerlərin  kimyəvi  davamlılığı  onların  quruluş  xüsusiyyətləri 



ilə  ələqədardır.  Makromolekulları  karbon  zənciri  ilə  əmələ  gələn  yüksək  molekullu 

birləşmələr  turşuların,  qələvilərin,  duzların  və  zəif  oksidləşdiricilərin  təsirinə 

davamlıdır.  Karbon  zəncirində  bəzi  funksional qrupların olması  kimyəvi  maddələrin 

təsirinə  qarşı  müqaviməti  artıra  və  ya  azalda  bilər.  Məsələn,  tərkibində  hidrofi  və 

hidroksil qrupları olan polivinil spirti suyun, turşuların və qələvilərin təsirinə qarşı az 

davamlıdır.  Əksinə,  makromolekullarında  flüor olan  politetraftoretilen  daha  kimyəvi 

davamlı 

maddələrdən 

biridir, 

ikiqat 


rabitəli 

polimer 


isə 

turşuların 

və 

oksidləşdiricilərin  təsirinə  qarşı  davamlı  deyildir.  Polimerlərə  sabitləşdiricolər 



qatmaqla onların kimyəvi davamlılığını artırmaq olar. 

Polimer  inşaat  materialları  ağac-yonqar  və  ağac-lifli  tavalar,  mipora,  poletilen 

məmulatlar  istisna  olmaqla,  bir  qayda  olaraq  biloji  davamlı  materiallardır.  Qeyri- 

biloji  davamlı  materiallar  göbələklərin  və  bakteriyaların, böcəklərin  və  gəmiricilərin 

təsirinə məruz qala  bilər. Polimer  materiallarının bioloji davamlılığını artırmaq üçün 

onun tərkibinə antiseptiki maddələr əlavə edirlər.  

Tədqiqat  işində  müxtəlif  aqressiv  mühitlərin  polimer  inşaat  materialların 

xassələrinə  təsiri  polimer  döşəmə  materiallarının  timsalında  öyrənilmişdir.  Təcrübə 

üçün ticarətə daxil olan PVX linoleumları seçilmişdir və bu materialların sürtünməyə 

qarşı  davamlılığı  tədqiq  edilmişdir.  Bunun  üçün  bir-neçə  aqressiv  maddələrdən  -  

sintetik  yuyucu  vəsaitlərdən,  9%-li  qarışqa  turşusu  məhlulundan  və  sabunlu-sodalı 

məhluldan  istifadə  edilmişdir.  Təcrübələr  standart  metodlarına  əsaslanaraq  Mİ-2 

cihazında aparılmışdır. Bunun üçün 2növ səthi plyonkalı ekstruziya üsulu ilə istehsal 

olunan linoleum götürülür.Təcrübə üçün hər növ linoleumlardan 5 nümunə götürülür. 

Nümunələrin hər biri 0, 1, 2, 3, 4, 5 sutka ərzində aqressiv maddələrdə saxlanılmaqla 

onların  sürtünməyə  qarşı  davamlılıq  göstəricisinin  dəyişməsi  təcrübi  olaraq 

hesablanmışdır.  Təcrübənin  nəticələri  hər  bir  sutka  üçün  ayrı-ayrılıqda  cədvəldə 

verilmişdir (Cədvəl 9). PVX linoleumların aqressiv maddələrin təsirindən sürtünməyə 




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə