Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə33/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

Ağa  Cəfər  1797-ci  üdə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Ağa  Cəfər  Şirinlə  ailə  qurmuşdu.  Kəlbəli  adlı  oğlu,  Fatma, 
Zəhra adlı qızları vardı.
Kəlbəli  1841-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.  Kəlbəli İstanbula getmiş, 
orda qalmışdı.
* * *
Hacı  Kəlbəlinin  ikinci  oğlu  Ağa  İsmayıl  1818-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Ağa  İsmayıl  Fatma  ilə  ailə  qurmuşdu.  Mehdi,  Muxtar, 
Səməd,  Əhməd, Hacı, Nəcəfqulu, Baxış adlı oğlanlan vardı.
Mehdi  1847-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Ağa  İsmayılın  ikinci  oğlu  Muxtar  1854-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Ağa  İsmayılın  üçüncü  oğlu  Səməd  1856-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Ağa  İsmayılın  dördüncü  oğlu  Əhməd  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Ağa İsmayılın beşinci oğlu  Hacı  1861-ci ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Ağa  İsmayılın  altıncı  oğlu  Nəcəfqulu  1865-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Ağa  İsmayılın  yeddinci  oğlu  Baxış  1869-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
158
Hacı Murad uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Hacı 
Muradlıdır.  Bu  soyun  ulu  babası  Murad  təxminən  1759-cu  ildə 
anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Şuşa  şəhərində 
məskunlaşandan  sonra  ticarətlə  məşğul  idi.  Müqəddəs  Məkkəyi- 
mükərrəmi ziyarət etmişdi.
Hacı Muradın Əmin adlı oğlu vardı.
Əmin  1786-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Ticarətlə 
məşğul idi.
Əmin  Bəyimlə  ailə  qurmuşdu.  Hacı,  Təhmiraz,  Ağa, 
Məmmədəli  adlı  oğlanları,  Mina,  Qızxanım,  Gövhər,  Xədicə  adlı 
qızları vardı.
Hacı  1826-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Ticarətlə 
məşğul idi.
Hacının Mehdi, Həbib, Mürsəl adlı oğlanları vardı.
Mehdi  1857-ci  ildə  Şuşa  şəhərində  dünyaya  göz  açmışdı. 
Ticarətlə məşğul idi.
Hacının  ikinci  oğlu  Həbib  1865-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacının  üçüncü  oğlu  Mürsəl  1867-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
***
Əminin  ikinci  oğlu  Təhmiraz  1833-cü  ildə  Şuşa  şəhərində 
dünyaya pənah gətirmişdi.
Təhmiraz  1853-cü ildə varis qoymadan vəfat etmişdi.
***
Əminin üçüncü oğlu Ağa  1843-cü ildə Şuşa şəhərində anadan 
olmuşdu. 
Molla 
yanında 
oxumuşdu. 
Ticarətlə 
məşğul 
idi.Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Ağanın İbiş, Baxış, Mahmud adlı oğlanları vardı.
159


İbiş  1865-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Ağanın  ikinci  oğlu  Baxış  1867-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Ağanm  üçüncü  oğlu  Mahmud  1869-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Əminin  dördüncü  oğlu  Məmmədəli  1850-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Hacı Lətif uşağı
Təbrizli məhəlləsinin tanınmış  soylarından biri də Hacı Lətif 
uşağıdır.  Bu  soyun  ulu  babası  Lətifdir.  Lətif  Təbriz  şəhərində 
anadan olmuşdu.  Şuşa şəhərinə köçürülmüşdü.  Müqəddəs Kəbəyi- 
müəzzəmi ziyarət etmişdi.
Hacı Lətifin Tağı adlı  oğlu vardı.
Tağı  1772-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Ticarətlə 
məşğul  idi.
Tağı  1857-ci ildə vəfat edib.
Tağının törəməsi Tağıyev soyadını daşıyırdılar.
Tağı  Nisə  ilə  ailə  qunnuşdu.  Əliməmməd,  Kazım,  Hüseyn, 
Zeynalabdin adlı oğlanları, Xədicəbəyim, Bəyim adlı qızları vardı.
Əliməmməd  1832-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Ticarətlə məşğul idi.
Tağının  ikinci  oğlu  Kazım  1834-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Tağının  üçüncü  oğlu  Hüseyn  1841-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
160
Hüseynin Nəsir, Süleyman adlı oğlanları vardı.
Nəsir  1870-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hüseynin  ikinci  oğlu  Süleyman  1872-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Tağının  dördüncü  oğlu  Zeynalabdin  1843-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Hacı İmamqulu uşağı 
(Hacıyevlər, Hüseynovlar, Tağızadələr)
Şuşa şəhərinin Təbrizli məhəlləsinin tanınmış soylarından biri 
də  Hacı  İmamqulu  uşağıdır.  Bu  soyun  ulu  babası  İmamqulu 
Qaradağidir.  İmamqulu  Cənubi  Azərbaycanın  Əhər  şəhərində 
anadan  olmuşdu.  Şuşa  şəhərinə  köçürülmüşdü.  Müqəddəs  Kəbəyi- 
müəzzəmi ziyarət etmişdi.
Hacı İmamqulunun Məsih, Hüseyn, Tağı adlı oğlanları vardı.
Məsih  Hacı  İmamqulu  oğlu  1780-ci  ildə  Şuşa  şəhərində 
doğululmuşdu.  (Bəzi  mənbələrdə  onun  1760-cı  ildə  doğulduğu 
yazılır  ki,  ağlabatan  deyil).  Mədrəsə  təhsili  almışdı.  İbrahimxəlil 
xan 
Sarıcalı-Cavanşirin, 
Mehdiqulu 
xanın 
divanxanasında 
çalışmışdı.  Rus  üsul-idarəsi  dönəmində  əyalət  məhkəməsində 
işləmişdi.  Divanbəyi  adlanırdı.  Pak  Xorasan  torpağını,  Məşhədi- 
müqəddəsi ziyarət etmişdi.
Sənəd: 
1838-ci  il  martın  2-də  çərşənbə  günü  iştirakçılar 
Qarabağ  əyalət  məhkəməsinə  gəldilər.  Qarabağ  komitəsi  və 
məhkəmə  sədri  vəzifəsini  yerinə  yetirən  mayor,  knyaz  Baratov 
idi.  Iclasçılar  poruçik  Rüstəm  bəy,  podporuçik  Xandəmirov, 
Umbiri  Ohanov  və  Məşədi  Məsih  idi.  Eşidildi:  Məruzə: 
Mərhum  ibrahim  bəyin  oğlu  ismayıl  bəy  verdiyi  ərizədə 
bildirmişdir  ki,  Qarabağın  və  başqa  əyalətlərin  bütün 
sakinlərinə  məlumdur  ki,  onun  babası  Mirzə  Vəli  Qarabağın
161


Yüklə

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə