Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə32/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

Məşədi  Molla Nurməhəmmədin üçüncü  oğlu Əkbər  1813-cü 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Əkbərin  Fərəc,  Şükür,  Allahverən,  Səlim,  Kərim  adlı 
oğlanları vardı.
Fərəc  1834-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Ticarətlə məşğul idi.
Əkbərin  ikinci  oğlu  Şükür  1838-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
Əkbərin üçüncü oğlu Allahverən  1850-ci  ildə Şuşa şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
Əkbərin  dördüncü  oğlu  Səlim  1856-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
Əkbərin  beşinci  oğlu  Kərim  1859-cu  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
* * *
Məşədi  Molla  Nurməhəmmədin  dördüncü  oğlu  Məmməd 
1813-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında 
oxumuşdu.  Ticarətlə məşğul idi.
Məmməd  1858-ci ildə vəfat edib.
Məmmədin Kərim,  Qara, Dadaş adlı oğlanları vardı.
Kərim  1847-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  olurdu.  Müqəddəs 
Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Kərimin Zülfüqar adlı oğlu vardı.
Zülfüqar  1872-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Ticarətlə 
məşğul idi.
Məmmədin  ikinci  oğlu  Qara  1855-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
Məmmədin  üçüncü  oğlu  Dadaş  1858-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
154
Hacı Əhməd uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylanndan  biri  də  Hacı 
Əhməd  uşağıdır.  Əhməd  təxminən  1776-cı  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Əhmədin Ağarza, Əkbər, Ələsgər adlı oğlanları vardı.
Ağarza  1799-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Məkkəyi- 
mükərrəmi ziyarət etmişdi.
Hacı  Ağarza  Seyidanası  xanımla  ailə  qurmuşdu.  Hacı,  Mus­
tafa, Məmmədtağı, Məmməd adlı oğlanlan, Səkinə adlı qızı vardı.
Hacı  1839-cu  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Babası 
Hacı  Əhmədin  adını  daşıyırdı.  Molla yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Hacının Zeynalabdin, Dadaş adlı oğlanlan vardı.
Zeynalabdin  1871-ci  ildə  Şuşa  şəhərində  dünyaya  göz 
açmışdı. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacının  ikinci  oğlu  Dadaş  1873-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı  Ağarzanın  ikinci  oğlu  Mustafa  1840-cı  ildə  Şuşa 
şəhərində  anadan olmuşdu.  Ailədə  “Qara”  çağırıldığından bu  adla 
da tanındı. Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.-
Hacı  Ağarzanın  üçüncü oğlu  Məmmədtağı  1845-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Hacı  Ağarzanın  dördüncü  oğlu  Məmməd  1847-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Hacı Əhmədin ikinci oğlu Əkbər  1818-ci ildə Şuşa şəhərində 
anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
155


Məşədi  Əkbər  Şərəflə  ailə  qurmuşdu.  Məmmədqulu, 
Abutalib adlı oğlanları, Mahtəban, Şirin adlı qızları vardı.
Məmmədqulu  1854-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Əkbərin ikinci oğlu Abutalıb  1860-cı ildə  Şuşa şəhə­
rində anadan olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə  məşğul 
idi.
* * *
Hacı  Əhmədin  üçüncü  oğlu  Ələsgər  1820-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi Ələsgər 1857-ci ildə vəfat edib.
Məşədi  Ələsgərin Məmmədbağır,  Əliməmməd adlı oğlanları
vardı.
Məmmədbağır  1856-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Ələsgərin  ikinci  oğlu  Əliməmməd  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.
Hacı Qafar uşağı
Bu  soyun  ulu  babası  Qafardır.  1764-cü  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Cümə 
məscidində müəzzin,  sonra  mədrəsədə xəlifə işləmişdi.  Müqəddəs 
Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Qafarın Şahbaz adlı oğlu vardı.
Şahbaz  1792-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai 
təhsilini atasından almışdı. Ticarətlə məşğul idi.
Şahbaz  1845-ci ildə vəfat etmişdi.
156
Şahbaz  Pəri  ilə  ailə  qurmuşdu.  Hacı,  Abbas  adlı  oğlanları, 
Şəhrəbanu adlı qızı vardı.
Hacı  1807-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul  idi.
Hacının Cəfər, Dadaş adlı oğlanları vardı.
Cəfər  1850-ci  ildə  Şuşa  şəhərində  dünyaya  göz  açmışdı. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacının  ikinci  oğlu  Dadaş  1852-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
* * *
Şahbazın  ikinci  oğlu  Abbas  1826-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Abbasın Hidayət,  Fərəc, Şirin, Möhsün adlı oğlanları vardı.
Hidayət  1843-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai 
təhsilini molla yanında almışdı. Ticarətlə məşğul idi.
Abbasın  ikinci  oğlu  Fərəc  1846-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Abbasın  üçüncü  oğlu  Şirin  1855-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Abbasın dördüncü  oğlu  Möhsün  1865-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı Kəlbəli uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Hacı 
Kəlbəli  uşağıdır.  Kəlbəli  təxminən  1774-cü  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Kəlbəli Nigarla ailə qurmuşdu.  Ağa Cəfər, Ağa İsmayıl 
adlı oğlanları vardı.
157


Yüklə

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə