Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə28/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

Kirov 
(Binəqədi) 
rayon 
Xalq 
Maarif  şöbəsinin 
m üdiri 
vəzifələrində işləmişdi.
Zakir  1993-cü ildə vəfat edib.
Şəmilin  ikinci  oğlu  Aydın  1952-ci  ildə  dünyam  tanıyıb.  150 
nömrəli  məktəbi  bitirdikdən  sonra  ATİ-yə  girib.  İnstitutun 
stomatologiya  fakültəsini  tamamladıqdan  sonra  3  nöm rəli 
poliklinikada həkim-stomatoloq işləyir.
Məşədi  Novruzun  üçüncü  oğlu  Bəbir  1910-cu  ildə  Ş u şa 
şəhərində  dünyaya  pənah  gətirmişdi.  İlk  təhsilini  orda  alandan 
sonra  ailəsi  ilə  birgə  Bakıya  köçmüşdü.  Orta  məktəbi  bitirəndan 
sonra  Azərbaycan  Sənaye  İnstitutuna  daxil  olmuşdu.  İnstitutu 
tamamlayandan  sonra  neft  mühəndisi  işləmişdi.  Sonra  təşkilatçı- 
müdir 
vəzifəsində 
çalışmışdı. 
Ömrünün 
sonlarına 
yaxın 
“Buzovnaneft”in  əsaslı  təmir  idarəsinin  baş  rəisi  vəzifəsində 
işləmişdi.
Bəbir  respublikanın  əməkdar  neftçi-mühəndisi  fəxri  adına 
layiq görülmüşdür.
Bəbir  Tamara  Məşədi  Paşa  qızı  Əliyeva  ilə  həyat  qurmuşdu. 
Rauf adlı oğlu, Sənubər adlı qızı var.
Rauf  Bəbir  oğlu 
Şəfiyev  (02.08.1937-30.07.1999) 
mühəndis,  görkəmli  idman  xadimi,  Azərbaycanda  sambo  və 
cudonun banilərindən biri.
Rauf  Şəfiyev  1937-ci  ildə  Bakıda 
anadan  olmuşdur.  1955-1960-cı  illərdə 
Azərbaycan  Neft  və  Kimya  İnstitunda 
təhsil  almış və  ömrü boyu  mühəndis kimi 
müxtəlif idarə, təşkilat,  istehsalat və elmi- 
tədris  mərkəzlərində  işləmişdir.  Mühən­
dislikdən  başqa  R.Şəfiyev  bir  sıra  ins­
titutlarda  dərs  demiş  və  mühazirələr 
oxumuşdur.  Bir  sıra  elmi  məqalələrin 
müəllifidir.  Azərbaycanın  "Bilik"  cəmiy­
yətinin  fəal  üzvü  olmuşdur.  1997-ci  ildə 
"Əmək 
veteranı" 
medalı 
ilə 
təltif 
olunmuşdur.
138
Əsas peşəsi  ilə yanaşı,  idmanla da məşqul olmuş, öz səylərini 
sambo və cudo kimi  güləşmə növlərinin Azərbaycanda yaradılması 
və  inkişafına  yönəltmişdi.  50-60-cı  illərdə  sambo  üzrə  keçirilən 
müxtəlif  turnirlərdə,  Ümumittifaq  və  respublika  birinciliklərində 
daim fəxri kürsünün yüksək pilləsinə qalxmış, medal və diplomlara 
layiq görülmüşdür.
Onun  idmanda əldə  etdiyi  ən  böyük uğurlar isə  məşqçilik və 
hakimlik  fəaliyyəti  ilə  bağlı  olmuşdur.  Məşqçilik  fəaliyyətini 
1959-cu  ildə  Bakı  Dənizçilik  Məktəbində  başlayan  R.Şəfıyev 
sonralar  "Vodnik",  “Məhsul"  və  "Dinamo"  idman  cəmiyyətlərində 
fəaliyyət  göstərmişdi.  Azərbaycanda  cudo  üzrə  ilk  idman  ustası 
Sahib  İsmayılov  və  Ümumittifaq  turnirin  ilk  azərbaycanlı  qalibi 
Ələkbər  İsmayılov  məhz  R.Şəfiyevin  yetirmələridir.  Sambo  üzrə 
respublikanın  tanınmış  idman  xadimi  Firdovsi Tağıyev R.Şəfıyevin 
yetişdirdiyi  ilk  idman  ustası  olmuşdur.  Bundan  başqa,  digər 
tanınmış  sambo və cudo ustaları və məşqçiləri  - Əli  Davrişev, Zaur 
Məmmədov,  Sergey  Seleznyov,  Maarif  Həsənov  və  digərləri 
R.Şəfıyevin  şakirdləri  olmuşlar.  R.Şəfıyev  1965-1973-cü  illərdə 
sambo üzrə Azərbaycan yığma komandasının məşqçisi olmuşdur.
Məşqçilik  fəaliyyəti  ilə  yanaşı,  respublika  Ümumittifaq 
turnirlərində,  çempionatlarında  hakimlik  etmişdir.  Respublika  və 
Beynəlxalq  dərəcəli  hakim  olan  Rauf  Şəfiyev  1991-ci  ildə 
Azərbaycanın 
əməkdar 
məşqçisi, 
1992-ci 
ildə 
Rusiya 
Federasiyasının  əməkdar  məşqçisi  fəxri  adlarına  layiq  görülmüş, 
1993-cu  ilin  may  ayında  Beynəlxalq  Sambo  Məşqçiləri  İttifaqına 
üzv qəbul olunmuşdur.
2000-ci  ildən  etibarən  Azərbaycanın  "Dinamo"  idman 
cəmiyyəti  nəzdində  yeniyetmələr  arasında  R.Şəfıyevin  xatirəsinə 
həsr olunmuş cudo turniri keçirilir.
Rauf Kübra Mehdi qızı  Hüseynova  ilə yaşam  qurub.  İki  oğlu 
var.
Məşədi  Novruzun  dördüncü  oğlu  Cəlil  1920-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Bakı  şəhərində orta məktəbi bitirəndən 
sonra rəssamlıq məktəbinə daxil olmuşdu.  Məktəbi tamamladıqdan 
sonra rəssamlıqla və foto sənəti ilə məşğul olmuşdu.
139


Cəlil  1980-ci ildə vəfat edib.
Cəlil  Heydər  qızı  Rəisə  ilə  ailə  qurmuşdu.  Fikrət  adlı  oğlu, 
Fəridə adlı qızı var.
Məşədi  Hacının  beşinci  oğlu  Adışirin  Şuşa  şəhərində 
dünyaya təşrif gətirmişdi.  Ticarətlə məşğul idi.  Müqəddəs Xorasan 
torpağını ziyarət etmişdi.
Məşədi  Adışirinin  İmran,  Hilal,  Asif,  İslam  adlı  oğlanları, 
Məryəm, Nisə və Soltanə adlı qızları vardı.
Məşədi  Adışirinin  ikinci  qızı 
şəhərində  anadan  olmuşdu.  Azərbay­
can 
SSR-nin 
əməkdar 
müəllimi 
(1966).  1941-ci  ildə  Şuşa  şəhər  l№li 
orta  məktəbini  və  Şuşa  İkiillik  Müəl­
limlər  İnstitutunun  fizika-riyaziyyat 
fakültəsini  (1943)  bitirmişdir.  Əmək 
fəaliyətinə  Şuşa  uşaq  evində  başlamış, 
sonra  yeddiillik  şəhər  məktəbində  və 
4№lı 
orta  məktəbdə  (1955-1980) 
işləmişdir.  Qəhrəman  ana,  əmək  vete­
ranıdır.  “Qələbənin  40  illiyi”  medalı 
ilə təltif edilmişdir.
Məşədi  Şəfinin  üçüncü  oğlu 
Kazım  1833-cü  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Kazımın  Hüseyn,  Ağca  adlı  oğlanlan,  Aftab  adlı 
qızı vardı.
Hüseyn  1869-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı  Kazımın  ikinci  oğlu  Ağca  1874-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  gəlmişdi.  Ticarətlə  məşğul  idi.  Müqəddəs 
Xorasan torpağını ziyarət etmişdi.
*  *  *
Nisə  1924-cü  ildə  Şuşa
140
Məşədi  Şəfinin  dördüncü  oğlu  Fərəc  1840-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  ibtidai  təhsil  almışdı. 
Ticarətlə məşğul  idi.  Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Fərəcin  Salman,  Məhəmməd  adlı  oğlanları, 
Bilqeyis və Gülsabah adlı qızları vardı.
Salman  Şuşa  şəhərində  doğulmuşdu.  Ticarətlə  məşğul  idi. 
Müqəddəs Xorasan torpağını ziyarət etmişdi.
Məşədi  Salmanın  Ramazan  adlı  oğlu,  Gülsüm  və  Ağca  adlı 
qızları vardı.
***
Məşədi  Şəfinin  beşinci  oğlu  Şükür  1841-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.  Məkkəyi-müşərrəfi ziyarət etmişdi.
Hacı  Şükür  Ayba  xanımla  ailə  qurmuşdu.  Əli,  Aslan  adlı 
oğlanları, Zəhra, Xanım adlı qızları vardı.
Əli  1865-ci  ildə  Şuşa şəhərində doğulmuşdu.  İbtidai  təhsilini 
molla  yanında  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı  Əli  Məşədi  Tağının  qızı  Püstə  və  Zəri  ilə  dünya 
evinə  girmişdi.  Məhəmməd,  Hacı,  Şirin,  Səməd,  Əbülfət,  Tələt, 
Sabir  adlı  oğlanları,  Afərim,  Rübabə,  Teyrubə  və  Məhbubə  adlı 
qızları var.
Məhəmməd Şuşa şəhərində dünyaya gəlmişdi.
Kərbəlayı  Əlinin  ikinci  oğlu  Hacı  Şuşa  şəhərində  dünyaya
gü/ açmışdı.
Kərbəlayı  Əlinin  üçüncü  oğlu  Şirin  Şuşa  şəhərində  dünyanı 
tanımışdı.
Kərbəlayı  Əlinin  dördüncü  oğlu  Səməd  1914-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  pənah  gətirmişdi.  İbtidai  təhsilini  alandan 
sonra,  1932-ci  ildə  Bakı  şəhərinə  köçmüşdü.  Orta  məktəbi  bitirib, 
APİ-nin  tarix  fakültəsinə daxil  olub.  İnstitutu tamamladıqdan  sonra 
Azərbaycanın bir sıra rayonlarında müəllim və direktor vəzifəsində 
işləyib.  1962-ci  ildə  respublikanın  əməkdar  müəllimi  adına  layiq
141


Yüklə

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə