Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə26/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

şənliklərinə  dəvət  edir.  Yenicə  tanınmaqda  olan  gənc  sənətçi  çox 
çəkmir ki,  1950-ci  ildə  hərbi  xdmətə  çağırılır.  Lakin  hərbi  hissədə 
də  sevimli  alətindən  əl  çəkmir.  Hərbi  hissənin  nəfəsli  alətlər 
orkestrində çalışır. Not savadı olmasa da, orkestr rəhbəri gəncin fitri 
istedad və qavrama qabiliyyətini, eləcə də peşəkar ifaçılığını nəzərə 
alaraq  bir  çox  əsərlərin  solo  ifaçısını  Şəmsəddinə  tapşırır. 
Zaqafqaziya  ümumqoşun  hərbi  hissə  musiqi  kollektivləri  arasında 
keçirilən bir çox müsabiqə  və  festivallarda  Şəmsəddin  İmanov uğur 
qazanaraq 
hərbi 
hissə 
komandanlığının 
fəxri 
fərman 
və 
təşəkkümamələrini  alır.  Notlu  əsərlərlə  yanaşı,  ona  ən  çox 
populyarlıq gətirən milli musiqi,  xalq  mahnıları  ifaçılığı olur.  1952- 
ci  ildə hərbi xidməti uğurla başa vuran Şəmsi o dövrdə bir çox ustad 
klamet  ifaçıları  ilə  tanış  olur.  Suliddin  İsmayılov,  Nəsrulla 
Səmədov,  Nadir  Axundov,  Bəhruz  Zeynalov  və  digər  tanınmış 
klarnet  ifaçılarının  lent  yazılarma  dönə-dönə  qulaq  asıb.  Hər  xırda 
xalı, nəfəsi öyrənməyə cəhd edir.
Günü-gündən  sənətdə  püxtələşən  Şəmsəddin  İmanov  sənətdə 
arxayınçılığa  yol  vermir.  Musiqi  təhsili  olmasa  da,  tanınmış 
sənətkarların  ifaları onun üçün əsl məktəb,  örnək olur.  "İzlə gedənin 
izi qalmaz"  -  deyə düşünən gənc  ifaçı bu  ifalardan çox  şeyi əxz etsə 
də,  həyatda  öz  yolunu,  öz  çalğı  üslubunu  tapmağa  çalışır.  Gənc 
ifaçının  xoş  əks-sədası  tezliklə Bakıya da gəlib  çatır.  Və  o,  ilk  dəfə 
olaraq  1956-cı  ildə radionun  fondu  üçün  səs yazılışına dəvət alır.  O 
günü  onun  ifa  etdiyi  "Kolxoz  rəqsi"  və  "Xançobam"  oyun  havaları 
bədii  şura  tərəfindən  razılıqla  qarşılanaraq  radionun  qızıl  fonduna 
daxil  edilir.  Sənətinə verilən belə yüksək dəyər gənc  ifaçını  daha da 
ruhlandırır.  Tez-tez  radioda  səsləndirilən  bu  ifalar  onu  bütün 
respublikaya  tanıdır.  Bu  ifalar  çeviklik  və  oynaqlığı  ilə  digər 
çalğılardan seçilir.  Və ilk dəfə olaraq xalq ona Şəmsi, çaldığı üsluba 
isə  "Şəmi  yolu"  adını  verir.  Bu  yolun  davamçıları  günü-gündən 
artır.  Onlardan  biri  də  aramızdan  vaxtsız  getmiş,  sağlığında  elə 
Şəmsi  qədər  hörmət  və  şöhrət  qazanmış  xalq  tərəfindən  sevilən 
Əşrəf Əşrəfzadə olur.  Sonralar bu yolun davamçıları İsrafil Əzimov, 
Məmmədağa  Umudov,  Hacı  Həmidoğlu  və  bir  çox  digər  ifaçılar
130
olur.  Təkcə  bənzərsiz  ifasıyla  deyil,  ailəyə,  sənət  dostlarına  olan 
sədaqəti  ilə  də  ad  qazanmış  Şəmsi  İmanov  uzun  illər  Hacıbaba 
Hüseynov,  Əlibaba  Məmmədov  və  digər  sənətkarlarla  yaradıcılıq 
əlaqələri  saxlasa  da,  özünü  təsdiq  edən  gündən  daha  çox  Abbas 
Abbasov  (qarmon),  Mübariz  Atayev  (balaban)  Məmməd  və 
Hüseynağa Mirzəyev qardaşları (nağara) ilə sənət dostluğu saxlamış 
və ömrünün sonuna kimi bu dəstəyə rəhbərlik etmişdir.
Az müddət - cəmi bir il  sonra,  1957-ci  ildə ikinci dəfə radioya 
dəvət  olunan  Şəmsi  İmanov  "Bayatı-Şiraz"  muğamı  və  "Vağzalı" 
havasıyla  hamını  heyran  edir.  Bu  gün  radionun  fondunda  şöhrətli 
sənətkarın müxtəlif illərdə  lentə  alınmış  "Tiflisi",  "Bakı",  "Qazağı", 
"Tərəkəmə",  "Dostluq",  "Sülh"  rəqsləri  və  digər  oyun  havalarıyla 
yanaşı  özünün  bəstələdiyi  "Bəxtiyarı",  "Şəbnəmi",  "Mərdəkam", 
"Sabirabadı",  eləcə  də  əziz  qardaşı  Arifin  xatirəsinə  həsr  etdiyi 
"Arifi"  kimi  rəqslərilə  bərabər çoxsaylı  bəstəkar və  xalq mahnıları, 
ulu  muğam  sənətinin  nümunələri  -  "Cahargah",  "Segah",  "Bayatı- 
Şiraz"  hörmətlə  qorunub  saxlanılır.  Şəmsi  sənətinin  fanatları 
tərəfindən  radionun  fonduna  220  dəqiqəlik  toy  ifaları  da  təqdim 
edilmişdir.  Şəmsi  İmanovun  yaradıcılığında  önəmli  yer  tutan 
illərdən biri də  1960-cı  il  olur.  Həmin ildə ailə qurur, elə həmin ildə 
Bakıya  köçür,  Müslüm  Maqomayev  adına  Dövlət  Filarmoniyası 
nəzdində  Ağası  Məşədibəyovun  rəhbərlik  etdiyi  "Azərbaycan 
təranələri"  ansamblına  solist-ifaçı  kimi  işə  qəbul  edilir.  Dövrün  ən 
ustad  ifaçıları  Xan  Şuşinski,  Zülfü  Adıgözəlov,  Seyid  Şuşinski, 
Şövkət  Ələkbərova,  Rübabə  Muradova,  Aşıq  Pənah,  Aşıq  Şakir, 
İldırım  Həsənov,  Əlibaba  Məmmədov,  Canəli  Əkbərov,  Tələt 
Qasımov  və  digər  xanəndələrin  tərəf-müqabili  olaraq  konsert  və 
qastrol  səfərlərində onları  müşayət edir.  60-cı  illərin  sonunda ustad 
sənətkar  radioda  olan  lent  yazılarını  bir  daha  yeni  nəfəs  və  üslub 
çalğısıyla  daha  da  təkmilləşdirərək  tam  yeni  ifa  tərzində  lentə 
aldırır.
1965-ci  il  xüsusilə yadda  qalır.  Radio  komitənin  sədri  İsrafil 
Nəzərov  görkəmli  xanəndə  pedaqoq  Seyid  Şuşinskini  son  mənzilə 
yola  salarkən  ondan  bir  muğam  parçası  çalmağı  xahiş  edir.  Sədrin
131


sözündən  çıxa  bilməyən  Şəmsinin  göz  yaşlarıyla  ifa  etdiyi  yanıqlı 
"Segah"m  o  günün  iştirakçısı  olmuş  sənət  dostları  indi  də 
xatırlayırlar.  Daim tar-kamanla oxuyan Xan Şuşinski o gün bu ifaya 
dözə bilməyib yanıqlı bir "Qarabağ şikəstəsi" oxuyur.
1973-cü  ildə  Ümumittifaq  "Melodiya"  səsyazma  studiyası 
Şəmsi  İmanovun  ifasında  on  iki  musiqi  nömrəsini  vala  köçürərək 
böyük  tirajla  SSRİ  məkanında  satışa çıxarır.  Əl-əl  gəzən bu  valları 
çox  qısa  zamanda yayılaraq  sağlığında  özü  gəzə  bilmədiyi  ölkələri 
dolaşır,  İttifaq  sərhədlərini  aşır.  Şəmsi  İmanov  sənətinə  çox böyük 
dəyər  verən  Ərəbistan  mətbuatı  onun  sənətini  ölkənin  ən  hündür 
Şəmistan  dağma  bənzədir.  O,  öz  bənzərsiz  ifasıyla  milli 
musiqimizin və ölkəmizin adım elə dağlar qədər də ucaldır.
Barmaqların yaratdığı  möcüzələr,  şirin  çalğısı  qəlblərə hakim 
kəsilir.  Ustad  sənətkarın  ecazkar  musiqisi  təkcə  toy  və  konsert 
salonlarında  deyil,  şəhərin  park  və  xiyabanlarında  da  tez-tez 
səslənir.  1978-ci  ildə  Azərbaycan  Konsert  Birliyi  yaradılarkən 
Filarmoniyanın  əksər  musiqi  kollektivləri  kimi  Şəmsi  İmanovun 
çalışdığı  "Azərbaycan  təranələri"  ansamblı  da  birliyin  tabeçiliyinə 
verildi,  -  deyə  o  günləri yada salan uzun  illər "Azkonsert"  Birliyinə 
rəhbərlik  etmiş  İldırım  Qasımov  Şəmsinin  bütün  konsertlərininin 
daim  anşlaqla  keçdiyini  dedi.  Adı  ansambl  tərkibində  olsa  da, 
konsertlərdə  o  daim  solist  kimi  çıxış  edərdi  -  deyə  sözünə  davam 
etdi.  Təbiəti kimi musiqisi  də çevik və oynaq idi. Belə adamlar daha 
çox sərbəstliyə meyl edirlər.  Ansambl isə, özü demiş, onun üçün bir 
qəlib  idi.  O  isə  heç bir qəlibə  sığan  sənətkar deyildi.  Bu  gün ustad 
xanəndələrin  çoxu  gənclik  illərində  Şəmsi  İmanovla  birgə 
konsertlərdə çıxış etmələrini özlərinə şərəf bilirdilər.
1987-ci  ildən  başlayaraq,  Şəmsi  İmanovun  səhhətində 
müəyyən  fəsadlar  müşahidə  olunur.  Barmaqları  fəaliyyətindən 
qalmağa  başlayır.  Ölkənin  ən  tanınmış  təbibləri  müalicə  üçün 
Almaniyaya  getməyi  məsləhət  görsələr  də,  çox  təəssüf  ki,  irəli 
düşüb  bu  işi  öhdəsinə  götürən  nə  imkanlı  şəxslər,  nə  də  aidiyyatı 
olan qurumular tapılır.  Daim sənət meydanında üzdə olan sənətkara 
daxilində  çağlayan  melodiyaları  ifa  edə  bilməməsi  çox  əzab  verir.
132
Lakin  o,  nə  zəmanəni,  nə  də  həkimləri  qınayır.  -  "Bu  mənim  alın 
yazımdır,  bunu  belə  yaşamalıyam"  -  deyə  taleyi  ilə  barışır.  Onun 
daxilində  qəmli  bir  ney  çalınırdı.  Barmaqlarının hərəkətsiz  qalması 
onu  həm  fiziki,  həm  də  ruhən  sarsıdırdı.  Tanınmış  alim  Rəfael 
Hüseynovun  müsahibəsinin  sonunda:  -  Əgər  bir  daha  imkan 
olsaydı,  son dəfə hansı  havanı  ifa edərdiniz? -  sualına  Şəmsi  bir an 
fikirləşmədən  -  "Sabah  gəlin  köçəcək  qız-gəlinlərimizə  -  "Vağzalı 
çalardım"  -  demişdi.  Nə  yazıq  ki,  sənətkann  bu  arzusunun 
reallaşması üçün Tanrı ona həyat sevgisi ilə dolu ürək versə də, onu 
ifa edə  biləcək barmaqları  vermədi.  1995-ci  ildə sentyabarm 29-da, 
yaxın  qohum-əqrəbası  və  sənət  dostlarının  iştirakı  ilə  sevimli 
sənətkarın  anadan  olmasının  65  illik  yubiley  tədbiri  keçirirlər. 
Yubiley  tədbirində  respublikanın  tanınmış  elm,  sənət  adamları 
iştirak edir. Tədbir həvəskarlar tərəfindən lentə alınsa da, təəssüf ki, 
bu  gönümüzə  gəlib  çatmayıb.  İki  dəfə  infarkt  keçirən  sənətkar 
möhtəşəm  yubiley  tədbirindən  iki  il  sonra  elə  özünün  növbəti  ad 
gününün  səhəri  1997-ci  il  iyul  ayının  3-də  dünyasını  dəyişir. 
Əslində  bizdən  ayrılan  onun  yalnız  cismi  oldu.  Özü  isə  əfsanəyə 
dönüb qəlblərdə əbədi məskən saldı.
Əsədin  altıncı  oğlu  Qardaş  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Qardaşın Rafiq adlı oğlu var.
İmanov  Rafiq  Qardaş  oğlu  (1939,  Bakı)  -  idmançı,  boks  üzrə 
Beynəlxalq  dərəcəli  hakim,  «SSRİ-nin  fəxri  idman  ustası»,  milis 
polkovniki.  S.M.Kirov  adına  Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi 
İnstitutunu  (1961)  və  S.M.Kirov  adma  Azərbaycan  Dövlət 
Universitetinin  hüquq  fakültəsini  (1968)  bitirmişdir.  İdmanla  orta 
məktəbdə  oxuyarkən  «Dinamo»  Könüllü  İdman  Cəmiyyətində 
məşğul  olmağa başlamış, yeniyetmələr və  gənclər arasında öz çəki 
dərəcəsində  respublikanın  ən  güclü  boksçuları  sırasında  olmuşdur. 
İnstitutda  oxuduğu  illərdə  də  bir  çox  mö’təbər  yarışlarda  çıxış 
etmiş,  dəfələrlə  Azərbaycan  çempionu  adına  layiq  görülmüş,  Orta 
Asiya,  Qazaxıstan  və  Azərbaycan  respublikaları  turnirinin  (1959), 
Ümumittifaq  tələbə  oyunlarının  (1961)  və  bir  çox  beynəlxalq 
turnirlərin  qalibi  olmuşdur. 
İnstitutu  bitirəndən  sonra  o,
133


Yüklə

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə