Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə23/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

Hacı  Əzimin  dördüncü  oğlu  Fərəmərz  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Hacı  Əzimin  beşinci  oğlu  Əfrasiyab  1863-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Əfrasiyab 
Əzimov 
gözəl 
minici  idi.  At  yarışlarında,  cıdırda 
iştirak  edirdi.  Yaşlı  vaxtlarında  at 
yarışlarında  jüri  üzvi  olmuşdu.
Cəlil  bəy  Bağdadbəyov  yazır:
«Münsiflər  məşhur  minici  Əfra­
siyab,  Məşədi  Qasım  (Küftə  Qa­
sım) və  Xanlıq  Səlimdən ibarət idi.
Bəzi  vaxt  Kərbəlayı  Abbas, Nəcəf- 
qulu  ağa  və  Kəblə  Mürsəl  olur­
dular...»  (Bax:  C.  Bağdadbəyov,
Xatirələr  və  etnoqrafik  qeydlər,
Bakı, 
«Qapp-Poliqraf», 
2002, 
səh.72)
Əfrasiyab 
Əzimov 
millət 
sərdarı 
Səttar 
xan 
köməyinə 
yollanmışdı.
Əfrasiyab  Əzimov  vətənpər­
vər,  el  qədri  bilən  bir  qəhrəman  idi.  1905-1906-cı  illər  erməni- 
müsəlman  qırğınlarında  igidliyi  sayəsində  neçə-neçə  günahsızı 
ölümdən  qurtarmışdı.  Mir Möhsün  Nəvvab yazır:  «Müsəlmanlar da 
bir  neçə  yerdə  səngərlər  tərtib  etmişdilər.  Birinci  səngər 
Vəzirzadələrin  evinin  qabağında,  ikinci  səngər  isə  Hacı  Həsən 
Qaraşirzadənin  evinin  içində  və  baş  tərəfində  idi.  Bu  səngərləri 
tərtib edən və onların başçısı Abbas  bəy Talib bəy oğlu idi.  Üçüncü 
səngər  isə  Məşədi  Kərimin  və  erməni  Xaçatur  oğlunun  evləri  idi. 
Bu  səngərləri  yaradan  və  onların  rəhbəri  bizim  Mir  İbrahim 
Ağamirzadə  idi.  Dördüncü  səngər  isə  Ağadədəlidə  idi.  Onun  da
118
böyüyü  və  rəhbəri  Əfrasiyab  Hacı  Əzim  oğlu  idi.  Beşinci  səngər 
Təzə  məhəllədə  yerləşirdi.  Onun  rəhbəri  isə  Məşədi  Abış  Bəylər 
oğlu  idi.  Altıncı  səngər  isə  mərhumə  Gövhər  ağanın  evi  və  həyəti 
idi.  Bu  səngərin  rəhbəri  və  istiqamətvericisi  cənab  Axund  Molla 
Şükür idi»5.
Əfrasiyab  Əzimov  həm  «Difai»,  həm  də  «Qarabağ  məclisi» 
təşkilatlarının fəal üzvi idi.
“Qarabağ  məclisi”nin  Şuşa  komitəsinə  doktor  Kərim  bəy 
Mehmandarov  başçılıq  edirdi.  O,  1883-cü  ildən  Şuşada  həkim 
işləyirdi.  Onun  köməkçisi  Cahangir  xan  Nuribəyov  idi.Komitənin 
katibi  Şuşa  qarşılıqlı-kredit  bankının  direktoru  Xuduş  Quliyev  idi. 
İsraiyyə idarəsinəvə hərbi təşkilatına Məşədi Şamil Hacıyev başçılıq 
edirdi.
Komitənin  üzvüləri:  Muxtar  bəy  Muradov,  İsmayıl  bəy 
Axundov  (bazar  darğası),  Süleyman  Əsgərov  (tacir),  Hacı  Sadıq 
Məmmədov,  Məşədi  Cəfər  oğlu  (İran  təəbəsi),  Məşədi  Əhməd 
Əzimov,  Hacı  Mirzə  Hüseyn  Kərim  oğlu  Münşizadə,  Əfrasiyab 
Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi  18 nəfər.
1907-ci  ildə  Ə.  Əzimovun  üzv  olduğu  «Qarabağ  məclisi»nin 
fəalları  kütləvi  tutquya  məruz  qaldılar.  Martın  23  və  24-də  Hüseyn 
Münşiyevi,  Əfrasiyab  Əzimovu,  Məşədi  Şamil  Hacıyevi,  Zülfuqar 
bəy  Haqverdiyevi,  Xuduş  Quliyevi,  Kazım  bəy  Kazımbəyovu  və 
Məmmədcəfər  Muxtarovu  Şuşa  həbsxanasına  saldılar.  Tutulanların 
hamısını  Həştərxan  quberniyasına  sürgün  etdilər.  Məmmədcəfər 
Muxtarov iran təəbəsi olduğundan onu irana yolladılar.
Əfrasiyab sürgündən dönəndən sonra Şuşada yaşamışdı.
Əfrasiyabın  Xosrov,  Cümşüd,  Şamil,  Əmir  adlı  oğlanları
vardı.
Xosrov  Əfrasiyab  oğlu  1895-ci  ildə  Şuşa  şəhərində  doğul­
muşdu.  Qohumu  Mirzə  Həsən  bəy  Əmirovun yardımı  ilə  Şuşa  real 
məktəbə  qəbul olmuşdu.  Real məktəbi bitirmişdi. Zaqafqaziya (Qo- 
ri) Müəllimlər Seminariyasına daxil olmuşdu. Müəllim işləmişdi.
? M. M.  Nəvvab,  1905-1906-cı  illərdə erməni-müsəlman davası,  Bakı,  1993, 
səh.24.
119


Əfrasiyabın  ikinci  oğlu  Cümşüd  1905-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Real  məktəbi  bitirmişdi.  APİ-yə  (hazırkı  ADPU- 
ya)  daxil  olmuşdu.  İnstitutu  tamamladıqdan  sonra  tərcümə  və 
jurnalistika  ilə  məşğul  idi.  Filologiya  elmləri  namizədi  (1954)  elmi 
dərəcəsi  almışdı.  1927-ci  ildə  1933-cü  ilədək  «Gənc  işçi»,  «Kom­
munist» qəzetlərində müxbir kimi  çalışmışdı.  Azəməşrdə tərcüməçi 
kimi  fəaliyyət  göstərmişdi.  Cümşüd  Əzimovun  “Tərcümə  prinsip­
ləri:  Rus dilindən azərbaycan dilinə tərcümənin nəzəri  məsələlərinə 
dair bəzi qeydlər, Bakı  :  Azəməşr,  1955. -  134 s.” adlı kitabı var.
Cümşüd Əzimov  1966-cı ildə vəfat edib.
Əfrasiyabın  üçüncü  oğlu  Şamil  1915-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  II  Dünya  müharibəsi  dönəmində  cəbhəyə 
yollanmışdı.
Şamil Əzimov  14 may  1942-ci ildə həlak olub.
Şamilin Tariyel adlı oğlu var.
Tariyel  16  fevral  1939-cu  ildə 
Şuşa  şəhərində  doğulub.  Orta  məktəbi 
bitirdikdən  sonra  ADU-ya  qəbul  olub. 
S.M.  Kirov  adına  Azərbaycan  Dövlət 
Universitetinin 
mexaniki-riyaziyyat 
fakültəsini  (1962)  və  aspiranturanı 
bitirdikdən  sonra  (1965)  M.  Əzizbəyov 
adma  Azərbaycan  Neft  və  Kimya 
institutunun  ali  riyaziyyat  kafedrasında 
asisent  vəzifəsində  çalışıb.  1990-1993- 
cü 
illərdə 
M. 
Əzizbəyov 
adına 
Azərbaycan  Neft  və  Kimya  Institunun 
Şuşa 
filialının 
ümumi 
texniki 
fakültəsinin dekanı olub.
Tariyel  Əzimov  bir  çox  elmi  məqaləninin,  dərs  və  metodiki 
vəsaitlərin müəllifidir.  Hazırda dosent vəzifəsində çalışır.
Tariyel  Əzimov  fizika-riyaziyyat  elmləri  namizədi  (1970), 
dosentdir (1973).
120
Əfrasiyabın  dördüncü  oglu  Əmir  1917-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  II  Dünya  müharibəsi  dönəmində  cəbhəyə 
yollanmışdı.
Əmir Əzimov  14 may  1942-ci ildə həlak olub.
***
Məşədi  İmanın  ikinci  oğlu  Abdulla  1796-cı  ildə  Şuşa  şəhə­
rində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
idi.
Abdullanın Fərəc, Mehdi, Abış adlı oğlanları vardı.
Fərəc  1837-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul idi.
Abdullanın  ikinci  oğlu  Mehdi  1850-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul  idi.
Abdullanın  üçüncü  oğlu  Abış  1856-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul  idi.
***
Məşədi  İmanın üçüncü oğlu Əsəd  1829-cu ildə Şuşa şəhərində 
anadan olmuşdu.  Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul  idi.
Əsədin  Ağalar,  Bəylər,  Xanlar,  Cahangir,  İbad,  Qardaş,  Əmi 
adlı oğlanları vardı.
Ağalar  Əsəd  oğlu  1870-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əsədin  ikinci  oğlu Bəylər  1871-ci  ildə  Şuşa şəhərində anadan 
olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əsədin  üçüncü  oglu  Xanlar  1876-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul  idi.
Xanların Sərxan, Əbülfəz adlı oğlanları vardı.
121


Yüklə

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə