Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə19/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

Kərbəlayı  Qulu  Xeyrənsə  ilə  yaşam  qurmuşdu.  Şükür, 
Ələsgər, Ələkbər adlı oğlanları, Əzət adlı qızı vardı.
Şükür  1850-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu.  Xırda ticarətlə məşğul idi.
Kərbəlayı  Qulunun  ikinci  oğlu  Ələsgər  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Xırda 
ticarətlə məşğul idi.
Kərbəlayı  Qulunun  üçüncü  oğlu  Ələkbər  1860-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Xırda 
ticarətlə məşğul idi.
Kərbəlayı  Razinin  ikinci  oğlu  İmamqulu  1812-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  İbtidai  təhsilini  babasından  almışdı. 
Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla  torpağını  və  Məkkəyi- 
müəzzəmi ziyarət etmişdi.
Hacı  İmamqulu  Əzətlə  həyat  qurmuşdu.  Şükür,  Məmmədəli 
adlı oğlanları vardı.
Şükür  1845-ci ildə Şuşa şəhərində doğulmuşdu.
Şükür  1856-cı ildə vəfat edib.
Hacı  Qulunun  ikinci  oğlu  Məmmədəli  1846-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Xırda 
ticarətlə məşğul idi.
Kərbəlayı  Razinin  üçüncü  oğlu  Baba  1825-ci  ildə  Şuşa 
şəhərində  dünyaya  təşrif  buyurmuşdu.  İbtidai  təhsilini  molla 
yanında almışdı.
Baba cavan vəfat etmişdi.
Kərbəlayı  Razinin  dördüncü  oğlu  Hüseynqulu  1831-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  İbtidai  təhsilini  molla  yanında 
almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla torpağını  ziyarət 
etmişdi.
Kərbəlayı Hüseynqulunun İbrahim adlı oğlu vardı.
İbrahim  1856-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Xırda ticarətlə məşğul idi. *
*
*
***
100
Mirzə  Babanın  ikinci  oğlu  Rəhim  1784-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Mehdiqulu 
xana  xidmət  edirdi.  Xan  ona  məaf  ünvanı  vermişdi.  Müqəddəs 
Xorasan torpağına pənah aparmış, fəxri Məşədi ünvanı qazanmışdı.
Məşədi Rəhim  1852-ci ildə vəfat etmişdi.
Məşədi  Rəhim  Səkinə  xanımla  ailə  qurmuşdu.  Mustafa, 
Yusif,  Məmmədhüseyn  adlı  oğlanları,  Şəkər  xanım,  Anaxanım 
xanım, Fatma xanım və Xədicə xanım adlı qızları vardı.
Mustafa  1814-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Xırda ticarətlə məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı  Mustafanın  Həşim,  Səlim,  Rəhim,  Kərim  adlı 
oğlanları vardı.
Həşim  1844-cü  ildə  Şuşa şəhərində dünyaya gəlmişdi.  Xırda 
ticarətlə məşğul idi.
Kərbəlayı  Mustafanın  ikinci  oğlu  Səlim  1846-cı  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Xırda ticarətlə məşğul idi.
Kərbəlayı  Mustafanın üçüncü oğlu Rəhim  1854-cü ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Xırda ticarətlə məşğul idi.
Kərbəlayı  Mustafanın  dördüncü  oğlu  Kərim  1856-cı  ildə 
Şuşa şəhərində anadan olmuşdu. Xırda ticarətlə məşğul idi.
Məşədi  Rəhimin  ikinci  oğlu  Yusif  1835-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Xırda 
ticarətlə məşğul idi.  Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Yusifin Əbdürrəhim adlı oğlu vardı.
Əbdürrəhim  1865-ci  ildə  Şuşa şəhərində doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Xırda ticarətlə məşğul idi.
Məşədi  Rəhimin  üçüncü  oğlu  Məmmədhüseyn  1839-cu  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Xırda 
ticarətlə məşğul idi.
Mirzə  Babanın  üçüncü  oğlu  Fətəli  1786-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Mehdiqulu
101


xana  xidmət  edirdi.  Xanm  tapşırığını  yerinə  yetirərkən  həlak 
olmuşdu.  Mehdiqulu xan onun ailəsinə məaf ünvanı vermişdi.
Fətəli  Hüsnücahan  xanımla  evlənmişdi.  Məmmədtağı  adlı 
oğlu vardı.
Məmmədtağı  1819-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Əmisi  Məşədi  Rəhim  ağanın  himayəsində  böyümüşdü.  Molla 
yanında təhsili almışdı.  Yəhərçilik, sərraclıqla məşğul idi.
Məmmədtağı Nisə xanımla ailə qurmuşdu.  Fətəli,  Şükür adlı 
oğlanları, Əsmət, Mina adlı qızları vardı.
Fətəli  1853-cü  ildə  Şuşa  şəhərində  dünyaya gəlmişdi.  Molla 
yanında oxumuşdu. Xırda ticarətlə məşğul idi.
Məmmədtağınm  ikinci  oğlu  Şükür  1858-ci  ildə  Şuşa 
şəhərində  dünyaya  göz  açmışdı.  Molla  yanında  oxumuşdu.  Xırda 
ticarətlə məşğul idi.
Hacı Baba uşağı
Təbrizli  məhəlləsinin  səsli  sakinlərindən  biri  də  Baba  idi. 
Baba  XVIII  yüzilin  sonlarında,  XIX  yüzilin  önlərində  Şuşa 
şəhərində yaşamışdı. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. 
Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Babanın Abutalıb adlı oğlu vardı.
Abutalıb  1792-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi- 
müşərrəfı ziyarət etmişdi.
Hacı  Abutalıb  Pəri  xanımla  ailə  qurmuşdu.  Əbdül  adlı  oğlu, 
Mehri, Nabat və Gilə adlı qızları vardı.
Əbdül  1827-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Xorasan  torpağını 
ziyarət etmişdi
Məşədi Əbdülün Məmmədbağır adlı oğlu vardı. 
Məmmədbağır  1857-ci  ildə  Şuşa  şəhərində  dünyaya 
gəlmişdi. Molla yanında ibtidai təhsil almışdı. Ticarətlə məşğul idi.
102
Hacı Əmir bəy uşağı (Sadıqovlar)
Təbrizli məhəlləsinin ünlü sakinlərindən biri də Əmir bəydir. 
Əmir bəy XVIII yüzilin ikinci yarısında Şuşa şəhərində yaşamışdı. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi- 
müşərrəfi ziyarət etmişdi.
Hacı Əmir bəyin Əli bəy, Həsən bəy adlı oğlanları vardı.
Əli  bəy  1765-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan 
torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Əli bəyin Məmmədsadıq bəy adlı oğlu vardı.
Məmmədsadıq bəy  1826-cı  ildə  Şuşa şəhərində doğulmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan 
torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məmmədsadıq 
bəyin 
törəmələri 
Sadıqov 
soyadını 
daşıyırdılar.
Məşədi  Məmmədsadıq  bəyin  Əbdüləli  bəy,  Ağəli  bəy, 
Məmmədəli bəy adlı oğlanları vardı.
Əbdüləli  bəy  1858-ci  ildə  Şuşa şəhərində  dünyaya gəlmişdi. 
Ticarətlə məşğul idi.
Əbdüləli bəy Əzizə xanım Məşədi  Əhməd  qızı  Həyatova (?- 
1942)  ilə ailə  qurmuşdu.  Abdulla bəy,  Murtuza  bəy adlı oğlanları, 
Leyla xanım,  Qəmər xanım,  Südabə xanım və Dürdanə xanım  adlı 
qızları vardı.
Abdulla bəy  1901-ci ildə Şuşa şəhərində dünyanı tanımışdı.
Abdulla bəy  1926-cı ildə vəfat edib.
Əbdüləli  bəyin  ikinci  oglu  Murtuza  bəy  Şuşa  şəhərində 
anadan olmuşdu.
Əbdüləli  bəyin  böyük  qızı  Leyla  xanım  Şuşa  şəhərində 
anadan olmuşdu.
Leyla xanım Dadaşovla ailə qurmuşdu.
Əbdüləli  bəyin  ikinci  qızı  Qəmər  xanım  Şuşa  şəhərində 
anadan olmuşdu.
Əbdüləli  bəyin üçüncü  qızı  Südabə  xanım  1911-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.
Südabə xanım  1994-cü ildə vəfat edib.
103


Yüklə

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə