Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə27/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

«Burevestnik»  Könüllü  İdman  Cəmiyyətinə  məşqçi-müəllim 
vəzifəsinə  tə’yin  edilmiş,  az  müddətdə  bir  çox  idman  ustaları 
yetişdirmişdir.
1969-cu  ildə  Azərbaycan  SSR  Daxili  İşlər  Nazirliyi 
orqanlarına  işə  keçən  Rafiq  İmanov Bakının  Suraxanı  (1982-1986) 
və  Səbayel  (1986-1988;  1992)  rayonları  milis  idarəsinin  rəisi 
vəzifələrində çalışmışdır.
Rafiq  İmanov  uzun  illər 
Azərbaycan  Boks  Federasiya­
sının  vitse-prezidenti  və  icra 
komitəsinin  üzvü  olmuşdur.
«Qırmızı 
Ulduz» 
ordeni 
(1977),  «Milis  ə ’laçısı»  döş 
nişanı 
və 
müxtəlif  Fəxri 
fərmanlarla  təltif  edilmişdir.
Hazırda  Azərbaycan  Dövlət 
Bədən  Tərbiyəsi  və  İdman 
Akademiyasında  baş  hüquq­
şünas vəzifəsində işləyir.
134
Hacı Hüseynəli uşağı (Şəfiyevlər)
XVIII  yüzildə  Təbrizli  məhəlləsində  Hüseynəli  adlı  ünlü bir 
kişi  dövran  sürürdü.  Söz  içində  savı,  söhbət  əsnasında  savadı  ilə 
seçilirdi.  Saraya  yaxın,  İbrahimxəlil  xan  Sarıcalı-Cavanşirə 
mehriban  idi.  Nəvələrinin  söyləmələrinə  görə,  İbrahimxəlil  xan 
ona iki kənd bağışlamışdı.  Bu iki kənd sayəsində xeyli varlanmışdı. 
Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı Hüseynəlinin Şəfi adlı oğlu vardı.
Şəfi  1792-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  olurdu.  Müqəddəs  Xorasan 
torpağını ziyarət etmişdi.
Məşədi  Şəfi  bir  müddət  Təbrizli  məhəlləsinin  deputatı 
olmuşdu.
Məşədi Şəfinin törəmələri Şəfiyev soyadını daşıyırlar.
Məşədi  Şəfi  Həlimə  ilə  ailə qurmuşdu.  Mirzə,  Hacı,  Kazım, 
Fərəc,  Şükür adlı oğlanları, Mələk və Zəri adlı qızları vardı.
Mirzə  1825-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Ticarətlə 
məşğul idi.
Mirzə  1853-cü ildə vəfat etdi.
Mirzənin Tağı adlı oğlu, Əzizə adlı qızı vardı.
Tağı  1852-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Bir 
yaşında  atasını  itirmiş,  əmisi  Məşədi  Hacının  himayəsində 
böyümüşdü.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Xorasan  torpağını 
ziyarət etmişdi.
Məşədi  Tağı  Məşədi  Fatma  Məşədi  Həzi  qızı  ilə  yaşam 
qurmuşdu.  Rza,  Zülfüqar,  Musa,  Əmir,  Teymur,  Fərhad  adlı 
oğlanları, Püstə, Sayad, Ziba və Səltənət adlı qızları vardı.
Rza  1882-ci  mayın  25-də  Şuşa  şəhərində  dünyaya  göz 
açmışdı.  Qaryagin (indiki  Füzuli) şəhərində yaşayırdı.
Rzanın Böyükkişi, Əbülfət adlı oğlanları var.
Məşədi  Tağının  ikinci  oğlu Zülfüqar Şuşa  şəhərində dünyaya 
pənah gətirmişdi.
135


Məşədi  Tağının  üçüncü  oğlu  Musa  Şuşa  şəhərində  dünyanı 
tanımışdı.
Musanın Əhəd adlı oğlu var.
Məşədi  Tağının dördüncü oğlu Əmir Şuşa şəhərində dünyaya 
təşrif gətirmişdi.
Məşədi Tağının beşinci oğlu Teymur Şuşa şəhərində dünyaya 
təşrif buyurmuşdu.
Məşədi  Tağının  altıncı  oğlu  Fərhad  Şuşa  şəhərində  anadan 
olmuşdu.
***
Məşədi  Şəfinin  ikinci  oğlu  Hacı  1832-ildə  Şuşa  şəhərində 
doğulmuşdu.  Atası  ona  babasının,  Hacı  Hüseynəlinin  adını 
qoymuşdu.  Sonradan  «Hacı»  kimi  tanınırdı.  Ticarətlə  məşğul  idi. 
Müqəddəs Xorasan torpağını ziyarət etmişdi.
Məşədi  Hacı  Seyid  Nisə  Seyid  Həsən  qızı  ilə  həyat 
qurmuşdu.  Qara,  Süleyman,  Dadaş,  Novruz, Adışirin adlı oğlanları, 
Fatma adlı qızı vardı.
Qara  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Ticarətlə  məşğul 
olurdu.  Müqəddəs Xorasan torpağını ziyarət etmişdi.
Məşədi Qara sonsuz vəfat edib.
Məşədi  Hacının  ikinci  oğlu  Süleyman  Şuşa  şəhərində 
dünyaya  göz  açmışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Xorasan 
torpağını ziyarət etmişdi.
Məşədi  Süleyman  Humay xanım Qaryağdı  ilə ailə qurmuşdu. 
Bəylər adlı oğlu, Ayna və Nüşabə adlı qızları vardı.
Bəylər  1910-cu  ildə  Şuşa  şəhərində  dünyaya  pənah 
gətirmişdi.  Orta  məktəbi  bitirdikdən  sonra,  Azərbaycan  Sənaye 
İnstitutuna  qəbul  olunmuşdu.  Oranı  bitirdikdən  sonra  mühəndis- 
memar vəzifəsində çalışmışdı.
Bəylər Nina Aleksandrovna  ilə  həyat qurub.  Albert  adlı  oğlu 
var.
Albert hazırda  Sankt-Peterburqda yaşayır.  Atom  fizikası  üzrə 
görkəmli mütəxəssis olub.  Təqaüddədir.
136
Albertin Aleksandr adlı oğlu var.
Məşədi  Hacının  üçüncü  oğlu  Dadaş  Şuşa  şəhərində  dünyanı 
tanımışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Xorasan  torpağını 
ziyarət etmişdi.
Məşədi  Dadaş  Kərbəlayı  Fərəc  qızı  Bilqeyslə  həyat 
qurmuşdu.  Bəşir,  Kərim  adlı  oğlanları,  Şəndə,  Kübra,  Sara  və 
Suqra adlı qızları vardı.
Məşədi  Hacının  dördüncü  oğlu  Novruz  Şuşa  şəhərində 
dünyaya  pənah  gətirmişdi.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan 
torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Novruz Müsavat partiyasının fəal üzvlərindən idi.
Məşədi Novruz Şəfiyev repressiya olunub.
Məşədi  Novruz  Hacı  Bağır  qızı  Sürəyya  ilə  evlənmişdi. 
Talib,  Şəmil,  Bəbir, Cəlil adlı oğlanları,  Yaqut,  Südabə  və  Mahirə 
adlı qızları vardı.
Talib  1902-ci  ildə  Şuşa  şəhərində  dünyanı  tanımışdı.  Orta 
məktəbi  bitirdikdən  sonra  Bakı  Tibb  Texnikumuna  daxil  olmuşdu. 
Uzun illər stomatoloq işləmişdi.
Talib  1972-ci  ildə vəfat edib.
Talib  Süleyman  qızı  Ayna  ilə  həyat  qurub.  Sevda  adlı  qızı
var.
Sevda  Bakı  şəhərində  doğulub.  Orta  məktəbi  bitirdikdən 
sonra  ATİ-yə  qəbul  olunub.  İnstitutu  tamamladıqdan  sonra 
fizioterepevt işləyib. Hazırda təqaüddədir.
Məşədi  Novruzun  ikinci  oğlu  Şəmil  1904-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  gəlmişdi.  İlk  təhsilini  başa  vurandan  sonra 
Bakıya  köçmüşdülər.  Azərbaycan  Sənaye  İnstitutuna  qəbul 
olunmuşdu.  İnstitutu  tamamlayandan  sonra  mühəndis-memar 
işləmişdi.
Şəmil  Aslan  qızı  Şükufə  ilə  yaşam  qurub.  Zakir,  Aydın  adlı 
oğlanları, Leyla və Zöhrə adlı qızları var.
Zakir  1941-ci  ildə  Bakı  şəhərində  dünyaya  göz  açmışdı.  150 
nömrəli məktəbi bitirdikdən sonra APİ-yə daxil  olmuşdu.  İnstitutun 
fizika-riyaziyyat  fakültəsini  tamamladıqdan  sonra  BXMŞ-nin  rəisi,
137


Yüklə

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə