Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə25/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

elmləri  namizədi  alimlik  dissertasiyası  müdafiə  etmişdir.  1968-ci 
ilin yanvar  ayından  1969-cu  ilin mart ayına qədər Azərbaycan  SSK 
EA  Kibernetika  institutunda  kiçik  elmi  işçi  işləmişdir.  1969-1971- 
ci  illərdə  D.Bünyadzadə  adma  Azərbaycan  Xalq  Təsərrüfatı 
institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır.  1971- 
ci  ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna 
baş  elmi  işçi  vəzifəsinə  gəlmişdir.  1975—
ci  ildə  SSRİ  EA  Mərkəzi 
iqtisadi-riyaziyyat 
institunda 
iqtisad 
elmləri 
doktorluq 
dissertasiyasını  müdafiə  etmişdir.  1974-cü  ilin  avqust  ayından 
1987—
ci  ilin  dekabrına  qədər  Kibernetika  institutunda  laboratoriya 
və  sonra  şöbə  müdiri  vəzifəsində  çalışmışdır.  1983-cü  ildə  iyun 
ayından  professor  elmi  adma  və  1984-cü  ildə  elm  sahəsində 
Azərbaycan  SSR  Dövlət  mükafatı  adına  layiq  görülmüşdür.  1987—
 
1993-cü  illərdə  Azərbaycan  Dövlət  Plan  Komitəsinin  və  sonralar 
İqtisadiyyat  Nazirliyinin  Elmi-tədqiqat  İqtisadiyyat  institutunun 
müdiri vəzifəsində çalışmışdır.  1993—1998—
ci  illərdə Rusiya Elmlər 
Akademiyasının  Bazar  problemləri  institutunda  çalışmışdır.  1999—
 
2000-ci  illərdə  Azərbaycan  Respublikası  İqtisadiyyat  Nazirliyində 
baş müşavir vəzifəsində çalışmışdır. 2001—
ci  ildən hal-hazırki dövrə 
qədər  AMEA  Kibernetika  İnstitutunda,  əvvəllər  baş  elmi  işçi  və 
laboratoriya rəhbəri vəzifəsində çalışır.
145-dən  artıq  elmi  əsərləri,  o  cümlədən  30-dan  artıq  xaricdə 
məqaləsi  nəşr  etdirilmişdir.  28  -  elmlər 
namizədi yetişdirmişdir.
Ailəlidir.  İki övladı var.
Tahir İmanov
Tahir  Qorxmaz  oğlu  13  dekabr 
1974-cü ildə Bakı şəhərində anadan olub.
1981  -   1991-ci  illərdə  Bakı  şəhəri 
189 saylı məktəbdə oxuyub.
1991-ci  ildə  Azərbaycan  Dövlət  İq­
tisad İnstitutuna qəbul olub və  1996-cı ildə
126
həmin institutu bitirib. İxtisası: iqtisadçı.
1991- 
ci  ildən  “Bakılı  oğlanlar”  ŞHK  komandasının  üzvüdür.
1992-ci  ildə  ŞHK  çempionu,  1995-ci  ildə  ŞHK  “Yay  Kubokunun” 
sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur.
2001-ci  ildə  “Planet  Pami  iz  Baku”  KVN  Teatrını  yaradıb. 
Hal hazırda həmin teatrın bədii rəhbəri və rejissorudur.
Cabir İmanov
Cabir  Qorxmaz  oğlu  22  iyun  1976- 
cı ildə Bakı şəhərində anadan olub.
1983  -   1993-cü  illərdə  Bakı  şəhəri 
189 saylı məktəbdə oxuyub.
1993-cü  ildə  Azərbaycan  Dövlət 
İqtisad  İnstitutuna  qəbul  olub  və  1997-ci 
ildə həmin institutu bitirib.
1999-cu  ildə  Bakı  Dövlət  Univer­
sitetinə qəbul  olub  və  2003-cü  ildə  həmin 
universiteti  bitirib.  İxtisasları:  iqtisadçı,
hüquqşünas.
1992-  ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 
1992-ci  ildə  ŞHK  çempionu,  1995-ci  ildə  ŞHK  Yay
Kubokunun sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur.
2001-ci  ildə  “Planet  Pami  iz  Baku”  KVN  Teatrını  yaradıb. 
2001-ci  ildən “Planet  Pami  iz Baku” KVN Teatrının aktyomdur.
***
Əsədin beşinci oğlu İbad Şuşa şəhərində anadan olmuşdu. 
İbadın Şəmsəddin, Tağı adlı oğlanları vardı.
Azərbaycan  musiqi  alətləri  sırasında  klarnetin  adı  yoxdur. 
Necə  ki,  qarmonla  qaboyun,  gitaranın,  piano  və  skripkanın.  Lakin 
zaman  axarında  bu  əcnəbi  alətlərin  dilini  bilən  sənətkarlarımız 
ərsəyə  gəlmiş,  bənzərsiz  ifaları  ilə  xalqın  sevgisini  qazanmış,  bu
127


alətləri 
də 
bir 
növ 
"milliləşdirmişlər". 
Kamil
Cəlilovun  qaboyda  ifa  etdiyi  - 
"Bayatı  kürd"ü,  Rəmişin  gitarada 
yanıqlı  "Segah"ı,  Zaur  Əliyevin 
pianoda 
"Hümayun"u, 
Teyyub 
Dəmirovun 
qarmonda 
"Bayatı 
Qacar"ı 
unudulmazdır. 
Bu 
sənətkarların  adlarını  xalqımız  bu 
gün  də  iftixarla  çəkir,  ifalarını 
sevərək 
dinləyirlər. 
Belə 
sənətkarlardan 
biri 
də 
mahir 
klamet  ifaçısı,  sağalığında  adı 
əfsanəyə 
dönmüş 
Şəmsəddin 
(Şəmsi) İbad oğlu İmanovdur.
Həyata  Şəmsəddin  kimi  gəlmişdi.  Bir  sənətkar  ömrünü 
yaşatmaq  üçün  bir  insan  ömrünü  girov  qoydu.  Milli  musiqi 
tariximizdə  ad  qazandı.  Şəmsi  adı  necə  rəsmi  "siyahfdan  pozulsa 
da,  (səbəbi  bu  gün  də  məlum  deyil)  milli  musiqi  tariximizə  qızıl 
hərflərlə  yazıldı  və  heç  zaman  pozulmayacaq.  El  arasında  ustad 
sənətkar  kimi  ad  qazandı.  Əsl  sənətkar  ömrünün  yaşadığı  illərlə 
deyil,  qəlblərdə  yaşayacaq  zamanla  ölçüldüyünün  bir  daha  şahidi 
olduq.  Sağlığında fəxri  ad  almasa da, xalqın sevimlisi  adına çoxdan 
layiq  görülmüşdü.  Düz 40  il  dövrünün ən dəbdə  olan  klamet ifaçısı 
oldu.  Neçə-neçə  gənc  ailələrin  səadət  karvanlarını  kövrək 
"Vağzalı"sıyla  yola  saldı.  Neçə  cavanların  qəlbində  toy  həvəsi 
oyatdı.  Neçə  ağsaqqal və  ağbirçəklərimiz bu havayla dünənini  yada 
salıb  kövrəldi.  Dost-tanış  məclislərində  daim  sayılıb-seçilənlərdən 
oldu.  Lakin  nə  biləydi  ki,  qarşıda  onu  nələr  gözləyir...  Tanrı  bütün 
verdiklərinin əvəzini çıxacaq.
Adətən qəlbi yaradıcılıq eşqi  ilə döyünən insanlar həyatda çox 
yaşamırlar.  Şəmsi  İmanov  da  istisna  olmadı.  O  cəmi  67  il  ömür 
sürdü. Yaşasaydı, bu gün ustad sənətkarın 82 yaşı olacaqdı. Ömrünü 
milli  musiqimizin  təbliğinə  həsr  edən  sənətkarın  ifasında  lentə
128
alınmış  "Kolxoz rəqsi", "Xançobanı", "Tərəkəmə",  "Vağzalı", "Sülh 
rəqsi",  xalq  mahnılarından  "Laçın",  "Tut  ağacı",  muğamlardan 
"Bayatı-Şiraz",  "Çahargah",  "Segah", eləcə də bəstəkar mahnıları və 
digər musiqi nümunələri  radionun qızıl  fondunda hörmətlə qorunub 
saxlanılır.
Şəmsi  öz  ifaçılıq  məziyyətləri  və  şirin,  ürəyəyatımlı  ifasıyla 
digər həmkarlarından  seçilirdi.  Çünki  bu  ifalarda  xalqın ruhu vardı. 
O,  daim  xalqı  və  c elədi,  xalqa  güvəndiyi  üçün  xalq  da  onu  sevdi. 
Onun yaradıcılıq dövrü sənətin çiçəkləndiyi bir zamana təsadüf etdi. 
Bu dövrdə səhnəyə çıxmaq, parlamaq çox çətin idi...
Şəmsi  İmanov  1930-cu  il  iyulun  2-də  ölkəmizin  dilbər 
guşələrindən  biri,  qədim  mədəniyyət  mərkəzi  və  musiqi  beşiyi 
sayılan  Şuşada anadan olmuşdur.  Kiçik yaşlarından  musiqiyə həvəs 
göstərən  Şəmsəddinin  ailəsində  musiqi  ilə  məşğul  olan  olmasa  da, 
İbad  kişinin  muğam  sənətinə  xüsusi  rəğbəti  vardı.  Bəlkə  elə  bu 
səbəbdən  də,  şəhərin  bir  çox  tanınmış  musiqiçiləri  onunla  dostluq 
etmiş,  evinin  qonağı  olmuşlar.  Görünür,  musiqi  əhlinə  olan  belə 
doğma  münasibət balaca  Şəmsəddinə  də  sirayət  etmişdi.  Şəmsi  beş 
yaşındaykən  ailəsi  ilə  birlikdə  Bakının  Xilə  (Əmircan)  kəndinə 
köçür.  Atası  ona  musiqi  təhsili  verə  bilməsə  də,  bu  yoldan 
çəkindirməyə də  bir o  qədər səy  göstərmir.  Evdə  hər dəfə  sənətdən 
söz  düşəndə  İbad  kişi  həmişə  -  "Əgər  uşağın  həvəsi  və  qabiliyyəti 
varsa,  gec-tez  özünü  büruzə  verəcək,  o  özünə  yol  aça  biləcək"  - 
deyərdi.  Elə  də  oldu.  Əmircanın  musiqi  mühiti,  kənd  mədəniyyət 
evində  tez-tez  düzənlənən  teatr  tamaşaları  balaca  Şəmsəddinin 
musiqi  zövqünü,  sənət  təxəyyülünü  formalaşdırır.  Mahir  ifaçı  kimi 
ad  çıxarmış  kəndin  və  ətraf qəsəbə  toylarının  aparıcı  klametçalanı 
olan Kərim Şərifin kiçik qardaşı Tofıqlə dostluq edir.  Hər iki dostun 
ilk  sənət  müəllimi  də  elə  Kərim  Şərifin  özü  olur.  Klamet,  balaban 
ifaçılığına  olan  sonsuz  maraq  hər  iki  dostu  bir-birinə  daha  sıx 
bağlayır.  Dostlar  müntəzəm  olaraq  bir-birinin  evinə  gedər, 
yorulmaq  bilmədən  məşq  edərdilər.  Çox  qısa  zamanda  öz  fitri 
istedadı  və  qabiliyyəti  sayəsində  gənc  Şəmsəddin  bir  ifaçı  kimi 
özünü  təsdiqləyir.  Ara-sıra  kənd  camaatı  onu  da  toy-nişan
129


Yüklə

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə