Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə21/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

Muxtarovlar və Əsgərovlar
Bu  soyun  ulu  babası  Muxtardır.  Muxtarın  Güney  Azərbay­
canın  Təbriz  şəhərinə  bağlı  Məməqan  qəsəbəsində  yaşadığını 
bilirik.
Muxtarın Əsgər adlı oğlu vardı.
Əsgər  Şuşa  şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  al­
mışdı.  İbrahimxəlil xan  Sarıcalı-Cavanşirə xidmət edir.  Sonra tica­
rətlə  məşğul  olmuşdu.  Müqəddəs  Məkkəyi-mükərrəmi  ziyarət 
etmişdi.
Hacı  Əsgər  Səkinə  ilə  ailə  qurmuşdu.  Allahverdi, 
Allahverən, Bağır, Məmmədhüseyn, Qasım adlı oğlanlan vardı.
Allahverdi  1806-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı Allahverdi bazarda dükan işlədirdi.  Şuşa qəza rəisi 
Konstantin Tarxan-Mouravov dəfələrlə onu hədələmişdi ki, dükanı 
bağlatdırıb,  özünü  də  sürgün  etdirəcəyəm.  Onu  qorxutmuşdu  ki, 
praporşik  Əli  bəy  Poladovun  üzünə  dursun.  Kərbəlayı  Allahverdi 
də  məhkəmədə  Əli  bəyin  əleyhinə  yalandan  iddia  qaldırdı  ki, 
guya,  ona xeyli borcu var.
Kərbəlayı  Allahverdi  qəza  idarəsinə  Əli  bəy  Poladovun 
əleyhinə  ərizə  yazdı.  Şahid  kimi  Ağa  Novruzu,  baqqal 
Hüseynəlini,  Kar Cəfəri nişan verdi.  Borcun miqdarını  1200 tümən 
göstərdi.  Qəza  rəisi  ərizənin  üstünü  yazıb,  şəriət  məhkəməsinə 
Qazı  Mirzə  Əbülqasım  Mirzə  Əli  bəy  oğlu  Haqverdiyevin  üstünə 
göndərdi.  Mirzə  Əbülqasım  Əli  bəy  Poladovun  hamamını  alıb, 
Kərbəlayı Allahverdi Muxtarova verdi.
Əli bəyin qaynatası Qasım bəy Zakir yazırdı:
Yox məzəmmət yeri bu babdə hərgiz Əli də,
Rindi-şəhr ola özü, əsli ola Məmqani...
Rzaqulu  bəy  Mirzə  Camal  oğlu  bu  barədə  yazır:  «Knyazın 
əmələcatı  müqəviri  divanlar  ki,  Əbdülkərim  bəy  və  Mirzə 
Əbdülqasım  qazı  olalar,  Şuşa  şəhərinin  sakini  Kərbəlayı
108
Allahverdi Hacı Əsgər oğlunu təhrik etdilər ki,  şikayət eyləsin.  Əli 
bəy  ona borcludur.  O  vaqtda ki,  xan məhrum onunla darəst edirdi. 
Guya,  Əli  bəy  ondan  min  iki  yüz  tümən  zici-şişə  nəqd  alıbdır. 
Halon  ki,  xani-mərhum  Kərbəlayı-məzkurdan  daddəstini  qət 
edəndən sonra neçə il bunun arasından keçmişdi.
Kərbəlayı-məzbur  şikayət  edib,  hökm  oldu  ki,  mütabiqi- 
şəriət  dəvaları  teyy  olsun.  Burda  Kərbəlaymın  iddiasınca  şahidlər 
qayırdılar.  Bu  qərar  ilə  Yıldınm  Cəfərqulu  xan,  Uzun  Hüseynəli 
baqqal,  Cəfər kar,  Novruzzadə  Şəkkərbanu  bəyi,  həm  öz mahali- 
Vərəndə əz cümlə qəryeyi-Horavari (Horovlu-Ə. Ç.) Əliallahi qazı 
hüzuruna gətirib,  şahidi-məqbul yerinə keçirdilər.  Dedilər hərçənd 
ki,  binəva  Əli  bəy  dad-fəryad  etdi  ki,  bu  şahidi-məqbul  deyil,  bir 
yerə çatmadı,  haman saat qazi  surəti-şəri  verib və hökm olundu  ki, 
Əli  bəyin  Şuşa  şəhərində  öz  evinin  yanında  olan  hamamını 
Kərbəlayı-məzburun təsərrüfünə versinlər»4.
'Kərbəlayı  Allahverdi  dəfələrlə  Mehdiqulu  xan  Cavanşirin 
əlindən tutmuş, borc vermiş, ticarət ilişkiləri olmuşdu.
Kərbəlayı Allahverdi  Fatmanisə ilə yaşam qurmuşdu.  Dadaş, 
Yusif,  Süleyman adlı oğlanları vardı.
Dadaş  1836-cı  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Dadaş  əmisi  Bağırın  qızı  ilə  evlənmişdi.  Kazım  adlı  oğlu
vardı.
Kazım  Şuşa  şəhərində  dünyaya  göz  açmışdı.  Şəhər  realm 
məktəbini  bitirmişdi.  Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminari­
yasına qəbul olunmuşdu. Dövlətdən bəy ünvanı almışdı.
Kərbəlayı  Allahverdinin  ikinci  oğlu  Yusif  1838-ci  ildə  Şuşa 
şəhərində  dünyaya  pənah  gətirmişdi.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Yusifin Məmmədəli adlı oğlu vardı.
Məmmədəli  1867-ci ildə Şuşa şəhərində dünyanı tanımışdı.
Kərbəlayı  Allahverdinin  üçüncü oğlu  Süleyman  1857-ci  ildə 
Şuşa  şəhərində  dünyaya  boy  göstərmişdi.  Məktəb  təhsili  almışdı. 
Ticarətlə  məşğul  idi.  Əsasən,  fərş,  xalı-xalça  satırdı.  İranın  əksər
4 R.Vozirov.  Əsərləri, Bakı,  Şuşa, 2005.
109


şəhərləri  ilə  alveri  vardı.  1890-cı  ilə  aid  sənədlərdə  ikinci  gildiya 
tacir  kimi  qeyd  olunub.  Sonrakı  qeydlərdə  göstərilir  ki,  Süleyman 
Kərbəlayı  Allahverdi  oğlu  meyvə,  qurğuşun  ticarəti  ilə  də 
məşğuldur.  O,  pak Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  Süleyman  Əsgərov  “Difai”  təşkilatının  qolu  olan 
“Qarabağ  məclisi”nin  üzvü  idi.  “Qarabağ  məclisi”nin  Şuşa 
komitəsinə  doktor  Əbdülkərim  bəy  Mehmandarov  başçılıq  edirdi. 
Onun  köməkçisi  Cahangir  xan  Nurubəyov,  katibi  isə  Şuşa 
qarşılıqlı-kredit  bankının  direktoru  Xuduş  Quliyev  idi.  İcraiyyə 
idarəsinə və hərbi təşkilata Məşədi Şamil Hacıyev başçılıq edirdi.
Komitənin  üzvləri  Muxtar  bəy  Muradov,  İsmayıl  bəy 
Axundov  (bazar  darğası),  Süleyman  Əsgərov  (tacir),  Hacı  Sadıq 
Məmmədov,  Məşədi  Cəfər  oğlu  (İran  təbəəsi),  Məşədi  Əhməd 
Əzimov,  Hacı  Mirzə  Hüseyn  Kərim  oğlu  Münşizadə,  Əfrasiyab 
Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi  18 nəfər.
Məşədi  Süleyman  Əsgərov  Qarabağın  ən  varlı  tacirlərindən 
biri  idi.
Məşədi  Süleyman  Əsgərov  9  iyul  1908-ci  ildə  Yelizavetpol 
(indiki  Gəncə)  Dairə  Məhkəməsinə  verdiyi  ərizədə  bildirirdi  ki, 
Naxçıvan  şəhər  sakini  Kərbəlayı  Cabbar  Ələsgərov  ona  7.955 
manat borcludur.
Məşədi  Süleyman  Əsgərov  6  oktyabr  1909-cu  ildə 
Yelizavetpol  (indiki  Gəncə)  Dairə  Məhkəməsinə  verdiyi  ərizədə 
bildirirdi  ki,  Səltənət  bikə  və  başqa  Usmiyevlər  ona  7.000  manat 
borcludurlar.
Məşədi  Süleyman Əsgərov 27  iyul  1913-cü ildə Yelizavetpol 
(indiki  Gəncə)  Dairə  Məhkəməsinə  verdiyi  ərizədə  bildirirdi  ki, 
Məşədi Abutalıb Əsgərov ona 3.000 manat borcludur.
Məşədi  Süleyman  əmisi  Məşədi  Əlinin  qızı  ilə  ailə 
qurmuşdu.
110
Hacı  Əsgərin  ikinci  oğlu  Allahverən  1808-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Allahverənin Aslan adlı oğlu vardı.
Aslan  1844-cü ildə Şuşada doğulmuşdu.
***
Hacı Əsgərin üçüncü oğlu Bağır  1823-cü ildə  Şuşa şəhərində 
anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Bağırın Əbdürrəhim,  Əbdüləli,  Maqsud,  Rəsul adlı  oğlanları, 
qızları vardı.
Əbdürrəhim  1844-cü  ildə Şuşa şəhərində doğulmuşdu. Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Bağırın  ikinci  oğlu  Əbdüləli  1855-ci  ildə  Şuşa  şəhərində 
dünyaya  gəlmişdi.  İbtidai  təhsilini  molla  yanında  almışdı.  Sonra 
Şuşa  şəhər  məktəbində  oxumuşdu.  İmtahan  verib  müəllimlik 
şəhadətnaməsi  alandan  sonra  Qazax  qəzasının  Dağkəsəmən 
kəndinə  müəllim  təyin  edilmişdi.  Bir  müddət  burda  müəllim 
işləyəndən  sonra  Ağcabədi  kənd  məktəbinə  müdir  göndərilmişdi. 
Onun  Ağcabədiyə  gəlişi  ilə  bu  bölgədə  mədəniyyətin,  maarifin, 
səhiyyənin səviyyəsi artmışdı.
1889-cu  ildə  Ağcabədi  kənd  məktəbi  əl  işlərinin  sərgisinə 
görə gümüş medalla təltif edilmişdi.
Ağcabədi  kənd  məktəbinin  müdiri  Ə.  Muxtarov  yazırdı: 
«Ağcabədinin  şəhərdən  aralı  olmasına  və  digər  səbəblərə  görə 
burda  xalq  maarifi  çoxdandır  ki,  ləng  inkişaf  edirdi.  Kəndli  öz 
oğlunu heç olmasa ana dilini öyrənmək üçün kənddə və ya kənarda 
məktəbə  qoymağa  çox  nadir  halda  imkan  tapırdı.  Lakin  burda 
məktəb  açılması  ilə  get-gedə  kəndlilər bu məktəbin  faydasını  dərk 
etməyə  başlamışlar.  Yeni  məktəbin  açılması  ilə  köhnə  təhsilin 
xarakteri  dəyişir.  Köhnə  qayda  və  üsul  yenisi  ilə  əvəz  edilir,  yeni 
qayda  təlimin  tezliklə  mənimsənilməsinə  səbəb  olur.  Kəndlilərin 
öz  uşaqlarının  tərbiyəsinə  cəhd  etmələri  də  ancaq  məktəbin  təsiri 
ilə  əlaqədardır» 1.  Əbdüləli  bəyin  marifçilik  təsirləri,  məruzələri, 
söhbətləri  öz  işini  gördü.  Əhali  get-gedə  məktəbdə  yeni  siniflər
111


Yüklə

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə