Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə20/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

Südabə xanım Şamilovla ailə qurmuşdu.
Əbdüləli  bəyin  dördüncü  qızı  Dürdanə  xanım  1913-cü  ildə 
Şuşa şəhərində anadan olmuşdu.
Dürdanə xanım  1989-cu ildə vəfat edib.
Dürdanə xanım Şamilovla ailə qurmuşdu.
Məşədi  Məmmədsadıq bəyin  ikinci  oğlu  Ağaəli  bəy  1865-ci 
ildə Şuşa şəhərində anadan olmuşdu.  Ticarətlə məşğul idi.
Ağaəli bəy Güldəstə xanım Məşədi Əhməd qızı Həyatova  (?- 
1948)  ilə  ailə  qurmuşdu.  İsmayıl  bəy,  Hacı  bəy,  Hidayət  bəy  adlı 
oğlanları,  Soltan xanım və Suqra xanım adlı qızları vardı.
İsmayıl  bəy  27  oktyabr  1896-cı  ildə  Şuşa  şəhərində 
doğulmuşdu.
İsmayıl bəy 30 avqust  1970-ci ildə vəfat edib.
İsmayıl  bəyin  Kamil  bəy  adlı  oglu,  Raisa  xanım  adlı  qızı
vardı.
Kamil  bəy  27  fevral  1927-ci  ildə  Vladiqafqaz  şəhərində 
dünyaya  gəlib.  Texnika  elmləri  doktoru  (1967),  professor  (1968), 
Azərbaycan MEA müxbir üzvüdür (1980).
İsmayıl  bəyin  qızı  Raisa  xanım  1  dekabr  1925-ci  ildə  Bakı 
şəhərində dünyaya göz açmışdı.
Raisa xanım 21  sentyabr  1996-cı ildə vəfat edib.
Raisa  xanım  Əbülfət  Cavad  oglu  Həyatovla  ailə  qurmuşdu.
Azad, Nazim adlı oğlanları, Dilarə  adlı 
qızı var.
Ağaəli  bəyin  ikinci  oglu  Hacı
bəy  1898-ci  ildə  Şuşa  şəhərində
anadan olmuşdu.
Hacı bəy  1976-cı ildə vəfat edib. 
Hacı  bəy  İzzət  xanım  Qəmbər 
qızı  Tahirova  ilə  ailə  qurmuşdu.
Çingiz bəy adlı oglu var.
Çingiz  Hacı  oğlu  Sadıqov  1929- 
cu  ildə  Bakı  şəhərində  doğulub. 
Azərbaycanlı  xalq  artisti,  prezident
təqaüdçüsüdür. 
Pianoçu. 
Haqqında
104
2006-da çəkilmiş sənədli film mövcuddur.
Filmoqrafıya
Onu Bağışlamaq Olarmı? (1959)
Hər sey Olduğu kimi.  Beşinci Film.  Rəsid Behbudov (2000)
Gulaga Məmmədov (2002)
Çingiz Sadıqov (2006)
Memar (2006)
Ağaəli  bəyin  üçüncü  oğlu  Hidayət  bəy  1902-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.
Hidayət bəy 27 fevral  1982-ci ildə vəfat edib.
Hidayət  bəy  Teyqu  xanım  Bəhlul  qızı  Daşdəmirova  (1913- 
2002) ailə qurmuşdu. Əli bəy adlı oğlu var.
Əli bəy 29  iyun  1938-ci ildə Bakı şəhərində doğulub.
Ağaəli  bəyin  böyük  qızı  Soltan  xanım  1900-cü  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.
Soltan xanım  1986-cı ildə vəfat edib.
Soltan xanım İsmayılovla ailə qurmuşdu.
Ağaəli bəyin  ikinci qızı  Suqra xanım  20 oktyabr  1908-ci  ildə 
Şuşa şəhərində anadan olmuşdu.
Suqra xanım 4 aprel  1998-ci ildə vəfat edib.
Suqra xanım Daşdəmirova ilə ailə qurmuşdu.
Məşədi  Məmmədsadıq  bəyin  üçüncü  oğlu  Məmmədəli  bəy 
1869-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul  idi.
***
Hacı  Əmir  bəyin  ikinci  oğlu  Həsən  bəy  1779-cu  ildə  ildə 
Şuşa şəhərində anadan olmuşdu.  Mədrəsə təhsili almışdı.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  Həsən  bəy  Pərzad  xanımla  yaşam  qurmuşdu.  Dadaş 
bəy,  Hüseyn  bəy,  Ələsgər  bəy  adlı  oğlanları,  Şərəfnisə  xanım  və 
Xeyrənnisə xanım adlı qızları vardı.
Dadaş  bəy  1819-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
105


Dadaş  bəyin  Əbdürrəhim  bəy,  Məhərrəm  bəy  adlı  oğlanları
vardı.
Əbdürrəhim  bəy  1851-ci  ildə  Şuşa  şəhərində  dünyaya 
gəlmişdi. Ticarətlə məşğul idi.
Dadaş  bəyin  ikinci  oğlu  Məhərrəm  bəy  1865-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Məşəli  Həsən  bəyin  ikinci  oğlu  Hüseyn  bəy  1823-cü  ildə 
Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili  almışdı. Ticarətlə 
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Hüseyn  bəyin  Həsən  bəy,  Cəfərqulu  bəy  adlı 
oğlanları vardı.
II  Həsən  bəy  1845-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Kərbəlayı  Hüseyn  bəyin  ikinci  oğlu  Cəfərqulu  bəy  1852-ci 
ildə Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Həsən  bəyin  üçüncü  oğlu  Ələsgər  bəy  1827-ci  ildə 
Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə 
məşğul idi.
Ələsgər  bəyin  Abbas  bəy,  Salman  bəy,  Ramazan  bəy, 
Əbutalib bəy adlı oğlanları vardı.
Abbas  bəy  1852-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Ələsgər  bəyin  ikinci  oğlu  Salman  bəy  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Ələsgər  bəyin  üçüncü  oğlu  Ramazan  bəy  1866-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Ələsgər  bəyin  dördüncü  oğlu  Əbutalib  bəy  1869-cu  ildə 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
106
Hacıəsgərlilər: Şəcərənin tədqiqi üçün materiallar
Şuşa  şəhərinin  tanınmış  soylarından  olan  Hacı  Əsgərli 
uruğunu  tədqiq  edərkən  bir  çox  materiallara  rast  gəldim.  1823-cü 
ildə  şəhərin Təbrizli məhəlləsində yaşayan Hacı Əsgər bir ailə  ilə 
qeydə  alınmışdır.  Həmin  siyahıda  daha  bir  Səfərəli  adlı 
Hacıəsgərli var ki, bu adam da Hacı Əsgərin qohumudur. Yəqin ki, 
ümumi babalarının adı Əsgər olub.
1842-ci  il  siyahısında  Hacı  Əsgərli  soyundan  Hacı  Kərim 
Hacı  Əsgər  oğlu  qardaşı  Şükür,  bacısı  Xeyrənsə,  anası  Gülbəslə 
qeyd  olunub.Hacı  Əsgərin  oğlu  Kərbəlayı  Allahverdi  arvadı 
Fatmanisə,  oğlu  Yusif,  qardaşı  Bağır,  onun  arvadı  Şərəf  anaları 
Səkinə ilə bərabər siyahıya alınıblar2.
1849-cu  ildə  bu  soydan  Kərbəlayı  Allahverdi  Hacı  Əsgər 
oğlu 
oğlanları 
Dadaş, 
Yusiflə, 
qardaşları 
Məmmədbağır, 
Məmmədhüseyn,  Qasım,  Əli  və  ölmüş  qardaşı  Allahverənin  oğlu 
Aslanla qeydə düşüblər.  Qohumu Hacı Kərim  Hacı  Əsgər oğlu isə 
qardaşları Şükür və Tağı ilə qeydə alınıb3.
Hacı Əsgərlilər Şuşa şəhərində sayılan, seçilən soylardan idi. 
Şəhərdə bir neçə dükanları,  ətraf kəndlərdə əkin sahələri,  bağlan, 
yataqlarda  sürü-sürü  heyvanlan,  naxır-naxır  mal-qaraları  vardı. 
Tarixçi  və  təzkirəçi  Mir  Möhsün  Nəwab  Hacı  Əsgərlilərin  var- 
dövlətlərinə  ermənilərin ziyan vurması haqqında yazır:  «Ermənilər 
isə  bunun  əvəzini  çıxmaq  üçün  Muxətər  kəndinə  gələrək  Hacı 
Əsgər  uşağının  burda  olan  bir  bağına  və  balaca  evinə  od  vurub 
yandırdılar».
Hacı  Əsgərli  soyunu  bütün  qol-qanadları  ilə  yazıya  almağı 
gərəkli bilirik.
2  ОКП.  составленное  в  1823  году,  по  распоряжению  главноуправляющего  в 
Грузии  Ермолова  действителным  статским  Советником  Могилевским  и 
полковником Ермоловым. Тифлис.  1866. Ст. 177).
3 MDTA, fond 24, siyahı  1.
107


Yüklə

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə