Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə16/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

nömrəli qospitalında ordinator işləməyə başlamışdır.  1916-ciJldə ali 
təhsilini  başa  vurmuş,  1918-ci  ilədək 
həmin qospitalda ordinator,  1920-ci  ilə 
qədər 
isə 
isə 
Cənub 
Dəmiryol 
idarəsinin  19-cu  tibb  sahəsinin  müdiri 
vəzifəsində  işləmişdir.  Azərbaycanda 
Sovet  Hakimiyyəti  qələbə  çalandan 
sonra  İsfəndiyar  bəy  İbrahimbəyov 
Bakıya dəvət olunmuş, Mərdəkan kənd 
xəstəxanasına 
baş 
həkim 
təyin 
olunmuşdur,  ona  yeni  tipli  xəstəxana 
yaratmaq  tapşırılmışdı.  Təşkilatçılıq 
qabiliyyəti  olan  gənc  həkimi  az  bir 
müddətdə müasir tələblərə cavab verən 
xəstəxana təşkil etmişdir.
İsfəndiyar  bəy 
İbrahimbəyov 
1921-ci 
ildə  Əhmədli 
kəndindəki 
Lenin  adma  Toxuculuq  Fabrikinə  baş 
həkim  təyin  olunmuş,  sonralar  “Azneft”  birliyinin  Buzovnadakı 
istirahət  evlərinin  müdiri  (1925-1926),  Yesentuki  şəhərindəki  8 
nömrəli  sonatoriyanın  baş  həkimi,  Bakıda  iki  böyük  poliklinikanın 
(Montin və  Andreyev adına)  təşkilatçısı  və müdiri  olmuşdur (1926- 
1931),  Bakı  şəhər  səhiyyə  şöbəsinə  məsul  işə  (1931-ci  ildə)  dəvət 
edilmişdir.
İsfəndiyar  bəy  İbrahimbəyov  ağır  xəstəlik  keçirdiyinə  görə 
1936-cı  ildə  dövlət  onu  Qara  dənizin  cənub  sahillərinə  müalicəyə 
göndərmiş,  müalicə  müddəti  dövründə  əvvəlcə  220  çarpalıyıq 
“Çelyuskinçilər”  sonralar  isə  “Qruzinskiy  çay”  istirahət  evlərinin 
baş  həkimi  vəzifəsində  çalışmışdır.  Uzunmüddətli  müalicədən 
somra  Bakıya  qayıdan  İsfəndiyar  bəy  İbrahimbəyov  Şaumyan 
(İndiki  Xətai)  rayon  səhiyyə  şöbəsinin müdiri,  1939-cu ildən isə M. 
Əzizbəyov adına şəhər doğum evinin baş həkim olmuşdur.
1940-cı  ildən  qanköçürmə  sahəsinə  işə  göndərilən  İsfəndiyar 
bəy 
İbrahimbəyov 
Azərbaycan 
Respublikası 
Qanköçürmə
İsfəndiyar bəy 
İbrahimbəyov
82
Stansiyasında  geniş  təşkilati  və  elmi-praktiki  işlər  aparmış,  bunun 
da  nəticəsində  idarə  yeni  binaya  köçmüş  və  sərbəst  respublika 
idarəsi  kimi  formalaşmışdır.  Böyük  Vətən  müharibəsi  illərində  bu 
stansiya  hərbi  dövrün  bütün  tələnlərini  yürinə  yetirmişdir,  cəbhəni 
qanla  təmin  etmişdir.  Respublikanın  bir  nömrəli  donoru  isə  onun 
özü olmuşdur.
İsfəndiyar  bəy  İbrahimbəyovun  səyi  nəticəsində  Geman- 
tologiya və Qanköçürmə  Elm-Tədqiqat  İnstitutunu  yaradılmış  və o, 
bu  müəssisənin  ilk  direktoru  olmuşdur.  Bir  çox  elmi  kadrlar, 
təcrübəli  həkimlər  dəstəsi  yetişdirərək  bacarıqlı  həkim  eyni 
zamanda  N.  Nərimanov  adma  Azərbaycan  Dövlət Tibb  İnsitutunda 
pedaqoji fəalliyyətlə məşğul olmuşdur.
İsfəndiyar bəy Züleyxa xanım İmamqulu bəy qızı  Vəlibəyova 
ilə ailə qurmuşdu.
Qamboy  bəy  Bağır  bəy  oğlu 
İbrahimbəyov  1894-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Şuşa 
Real  məktəbini  bitirmişdi.  Qarabağ 
İnqilab komitəsinin üzvü olmuşdu.
Qamboy  bəy  Tamara  xanımla 
ailə 
qurmuşdu. 
İsmətpaşa 
bəy,
Rəfayıl  bəy,  Rasim  bəy,  Ramiz  bəy,
Stanislav  bəy,  Vaqif  bəy  adlı 
oğlanları var.
İsmətpaşa  bəy  Qamboy  bəy 
oğlu  20  dekabr  1922-ci  ildə  Bakı 
şəhərində  doğulmuşdu.  Ailədə  Nikolay  çağırıldığından  bu  adla 
tanınmışdı.  Orta  məktəbi  bitirəndən  sonra  1940-1946-cı  illərdə 
Sovet  Ordusunda  xidmət  etmişdi.  Ordudan  tərxis  olduqdan  sonra, 
1946-cı  ildən  1949-cu  ilədək  peşə  məktəbində  bədən  tərbiyəsi  üzrə 
instruktor  işləmişdi.  1949-cu  ildən  1959-cu  ilədək  Bakı  şəhərində 
və  Cəbrayıl  rayonunda  orta  məktəblərdə  ingilis  dili  müəllimi  kimi 
çalışmışdı.  (Xarici  Dillər  İnstitutuna  daxil  olmuş,  1955-ci  ildə  ing 
ilis dili müəllimi  ixtisası üzrə institutu tamamlamışdı).
83


Nikolay  Qəmbərov 
1961-ci 
ildən  1963-cü  ilədək  Hindistanda, 
“Ağırsənayeixrac”  birliyi  nümayən­
dəliyinin  tərcüməçisi  kimi  işləmişdi. 
1964-cü  ildən  Çingiz  İldırım  adma 
Azərbaycan  Politexnik  İnstitutunda 
(hazırkı  Bakı  Texniki  Universite­
tində)  müəllim  kimi  çalışmışdı.Sonra 
Misir  Ərəb  Respublikasında  işlə­
mişdi.
Nikolay bəy  Sevil xanım  İsrafil 
qızı  Qiyasbəyova  ilə  ailə  qurmuşdu. 
İsrafil bəy adlı oğlu, Nailə xanım adlı
qızı var.
İsrafil  28  may  1961-ci  ildə  Hindistan  respublikasının  Dehli 
şəhərində  dünyaya  gəlib.  1968-ci  ildə  Misir Ərəb  Respublikasında, 
Qahirə  şəhərində  birinci  sinifə  gedib.  1970-ci  ildə  Bakı  şəhərində, 
189  nömrəli  məktəbdə  təhsilini  davam  etdirmişdi.  1978-ci  ildə orta 
məktəbi bitirib.  1980-ci  ildə Nəriman Nərimanov adına Azərbaycan 
Tibb  İnstitutuna  (indiki  ATU-ya)  qəbul  olub.  1987-ci  ildə 
institututun  peditariya 
fakültəsini  tamamla­
yıb.  Şəhər Uşaq xəstə­
xanasının  reanimasiya 
şöbəsinə 
göndərilib.
1988-ci  ildə  Moskva 
şəhərində 
təkmilləş­
dirmə  kursu  keçib.
Sonra  həmin  xəstəxa­
nada 
işini 
davam 
etdirib.
İsrafil  İbrahimov  1992-ci  ildə  könüllü  olaraq  cəbhəyə  yol­
lanıb.  Ağdam  şəhəri  1  nömrəli  Hərbi-Səhra  cərrahiyə  hospitalında 
anestteziologiya  və  reanimasiya  şöbəsinin  rəisi  vəzifəsində  xidmət
84
edib.  Papravənd,  Sırxavənd, Abdal-Gülablı, Şelli, Mahnzlı və başqa 
kəndlərdə  hərbi  əməliyyatlara  qatılıb.  Ağdamdan  dönəndən  sonra 
DİN  daxili  qoşunlarında  xidmət  edib.  17  mart  1992-ci  ildən  günü- 
müzədək  anestteziologiya  və  reanimasiya  şöbəsinin  rəis  müavini 
vəzifəsində çalışır.
İsrafil  İbrahimov  Şəfəq  xanım  Tofiq 
qızı  ilə  ailə  qurub.  Nigar xanım (1989)  və 
Sevil xanım (1992) adlı qızları var.
Rəfayıl  bəy  Qamboy  bəy  oğlu 
İbrahimov  1927-ci  ildə  Bakı  şəhərində 
anadan  olmuşdu.  Orta  məktəbi  bitirəndən 
sonra  AZNKİ-yə  (indiki  AZNKA-ya) 
qəbul  olmuşdu.  İnstitutu  mühəndis  ixtisası 
üzrə 
tamamlamışdı. 
“Azkəndenetji” 
birliyinin  rayonlararası  şöbəsində  texniki 
rəhbər  vəzifəsində  çalışmışdı.  Sonra  müxtəlif  təşkilatlarda  baş 
mühəndis vəzifəsində işləmişdi.
Rəfayıl  bəyin  Emin  bəy  adlı  oğlu
var.
Emin  Rəfayıl  oğlu  İbrahimov  4 
noyabr  1968-ci  ildə  Bakı  şəhərində 
doğulub.  Orta  məktəbi  bitirəndən  sonra 
Azərbaycan  Politexnik  İnstitutuna  (hazırkı 
Bakı  Texniki  Universitetinə)  daxil  olub. 
1994-cü  ildə  universitetin  avtomexanika 
fakültəsini 
tamamlayıb. 
Statistika 
idarəsində çalışır.
Eminin Rəfayıl (2002) adlı oğlu var. 
Rasim  bəy  Qamboy  bəy  oğlu 
İbrahimov  28  iyul  1930-cu  ildə  Bakı  şəhərində  anadan  olmuşdu. 
Orta  məktəbi  bitirəndən  sonra  Hərbi  Piyada  məktəbinə  daxil 
olmuşdu.  1955-ci  ildə  məktəbi  leytenent  rütbəsi  ilə  tamamlamışdı. 
1956-cı  ilədək  milli  diviziyada  xidmət  etmişdi.  Bu  diviziya 
buraxılandan  sonra,  1957-ci  ildə  ADU-ya  (indiki  BDU-ya)  daxil
85


Yüklə

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə