Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə13/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

***
Ağa  bəyin  ikinci  oğlu  Şəfi  bəy  1811-ci  ildə  dünyam 
tanımışdı.
Şəfi bəy cavan vəfat etmişdi.
***
Ağa  bəyin  üçüncü  oğlu  Ağadədə  bəy  1819-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Ağadədə  bəy  Anaxanım  xanımla  dünya  evinə  girmişdi. 
Abdulla  bəy,  Mustafa  bəy,  Murtuza  bəy,  İskəndər  bəy  adlı 
oğlanları, Qönçə xanım adlı qızı vardı.
Abdulla bəy  1839-cu ildə Şuşa şəhərində doğulmuşdu.  Molla 
yanında oxumuşdu.
Abdulla bəy subay vəfat edib.
Ağadədə  bəyin  ikinci  oğlu  Mustafa  bəy  1841-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Mustafa  bəy  Baba  bəyin  qızı  Bədir  xanımla
evlənmişdi.  Məhəmməd  bəy,  Rüstəm
bəy,  Həsən  bəy,  Cəlil  bəy  adlı  oğlanları 1 Я Р Г  
4 ъШкЗЯ
vardı.
F  :V * 
/
Ш'-'
 *• 
Щ
щ
  . 
,$№
Məhəmməd bəy  1873-cü  ildə  Şuşa 
şəhərində  doğulmuşdu.  Şuşa  realm  mək­
təbini  bitirmişdi.  Öncə  papaqçılıqla,
Ушр' 
'İP1'  ;
1
  . 
İ
sonra  ticarətlə  məşğul  olmuşdu.  Aş-
Л \ .  
Л к
\м Ш
/
qabad,  Məşhəd  şəhərlərindən  Şuşaya
A y   •
mal gətirirdi.
JL M ; 
.  •
Щ 4 ]
Məhəmməd  bəy  1916-cı  ildə  Aşqa-
badda vəba xəstəliyindən vəfat edib.
68
Məhəmməd bəy Əbdül Hacı  Rza oğlu Hacıməmmədlinin qızı 
Humay  xanımla  ailə  qurmuşdu.  Böyük 
bəy,  Bala  bəy,  Xosrov  bəy  adlı 
oğlanları, Nəzirə xanım adlı qızı var.
Böyük  bəy  1907-ci  ildə  Şuşa 
şəhərində  dünyaya  gəlmişdi.  Orta  təh­
silini  Mirzə  Xosrovun  məktəbində 
bitirib,  1921-ci  ildə  Şuşa  seminariyası­
na 
qəbul 
olmuşdu. 
Seminariyanı 
tamamlayandan  sonra  Şamaxı  rayo­
nunda  müəllim  kimi  işə  başlamışdı. 
Sonra  maarif  şöbəsində  təlimatçı 
vəzifəsinə dəyişilmişdi.
Böyük  bəy  1929-cu  ildə  Şamaxıdakı  vəzifəsindən  azad 
edilərək  Qutqaşen  (Qəbələ)  rayon  Maarif  Şöbəsinə  müdir  təyin 
olundu.  Öz  vəzifəsinin  öhdəsindən  layiqincə  gəldiyi  və  tapşırılan 
bütün  işlərə  vicdanla  yanaşdağı  üçün  onun  hökumət  orqanları  və 
əhali  arasında  böyük  hörmət  və  nüfuzu  var  idi.  1932-1934-cü 
illərdə  burda  işləyən  Böyük  bəyi  Qutqaşendən  (Qəbələdən)  Bakı 
şəhərinə  daha  məsul  işə  dəvət  etdilər.  Bakıda  tibb  institutunda 
Azərbaycan  dilindən  dərs  deməyə  başladı.  O  zaman  ali  təhsili 
olmayan bir şəxsə belə çox  vacib bir işin  tapşırılması  onun yüksək 
erudisiyasından və bacarığından irəli gəlirdi.
Böyük  bəy  tibb  institutunda  dərs  keçməklə  yanaşı,  burda 
oxumağa başlayır və  1941-ci  ildə bu ali  məktəbi  bitirərək həkimlik 
diplomu  alır.  Həmin  dövrdə  müharibənin  başlanması  ilə  əlaqədar 
o,  hərbi  qulluğa  çağırılır  və  həkim  və  səhiyyə  işçisi  kimi  İrana 
göndərilir.
1942-ci  ildə  həmin  hərbi  hissə  İrandan  geri  çağırılır  və 
Böyük  bəy  də  Bakı  şəhərinə  qayıdır.  O  zaman  Azərbaycanda 
malyariya xəstəliyi geniş yayılmışdı və əhaliyə çox əziyyət verirdi. 
Xüsusən,  Kürdəmir  rayonunda  ağır  vəziyət  yaranmışdı.  Böyük 
bəyin  böyük  təşkilatçılıq  qabiliyyətini  və  bacarığını  nəzərə  alaraq 
onu 
Kürdəmir 
rayonlararası 
malyariyaya 
qarşı 
mübarizə 
stansiyasının  müdiri  təyin  etdilər.  Yeni  vəzifədə  o,  gecəsini
69


gündüzünə  qataraq  rayonda  və  ətraf  bölgələrdə  içməli  suların 
dərmanlanıb  təmizlənməsi  və  əhalinin  sağlamlığının  qorunması 
üçün  bütün  lazımi  işləri  görməyə  çalışırdı.  Gördüyü  işlər  rayon 
əhalisi  tərəfindən  yaxşı  qarşılanır,  Azərbaycan  SSR Xalq  Səhiyyə 
Komissarlığı tərəfindən yüksək qiymətləndirilirdi.
1950-ci  ildə  Böyük  bəyi  Azərbaycan  SSR  Xalq  Nəzarəti 
Komissarlığında  səhiyyə  işləri  üzrə  şöbənin  müdiri  vəzifəsinə 
təyin  etdilər.  Müharibə  təzə  qurtardığından  ölkədə  bir  çox 
sahələrdə  olduğu  kimi  səhiyyədə  də  çoxlu  problemlər  yığılıb 
qalmışdı.  Burda da öz ənənəsinə sadiq qalaraq yenə biliyi,  bacarığı 
və çalışqanlığı  ilə  diqqəti  cəlb  elədi.  Nəticə  isə  çox  da gözləməyə 
məcbur  etmədi.  1956-ci  ildə  o,  Azərbaycanın  səhiyyə  nazirinin 
müavini  vəzifəsinə  təyin  olundu.  O  zaman  səhiyyə  obyektlərinin 
tikilməsinə,  maddi-texniki  bazanın  genişləndirilməsinə  böyük 
ehtiyac  var  idi.  Böyük  bəyin  səyi  nəticəsində  bu  illərdə  bir  çox 
xəstəxana,  poliklinika  binaları,  digər  səhiyyə  obyektləri,  o 
cümlədən,  Kəlbəcər rayonunda İstusu sanatoriya binası tikildi.
1958-ci  ildə  Böyük  bəyə  daha  böyük  etimad  göstərildi  və o, 
Azərbaycan SSR  Səhiyyə Naziri vəzifəsinə təyin  olundu.  Onun bu 
vəzifədə  işlədiyi  illərdə  səhiyyə  sahəsində  böyük  islahatlar 
aparılmış, 
tədrisin 
səviyyəsinin 
yüksəldilməsinə, 
bacarıqlı 
kadrların  hazırlanmasına,  yeni  səhiyyə  obyektlərinin  tikintisinə 
xüsusi diqqət yetirilmiş, xüsusən, sağlamlıq və  istirahət zonalarının
salınmasına, 
sanitar-gigiyena
mərkəzlərinin, 
xəstəxanaların, 
tibb 
məntəqələrinin 
açılmasına, 
ucqar 
rayonlardakı 
təcili 
tibbi 
yardım 
məntəqələrinin  nəqliyyat  vasitələri  ilə 
təmin 
olunmasına 
xüsusi 
fikir 
verilmişdir. 
Bakı 

nömrəli 
xəstəxanasının binası  da onun dövründə 
tikilmişdir.
Böyük  bəy  SSRİ-nin  səhiyyə  sa­
həsində beynəlxalq əlaqələrin genişlən­
dirilməsinin  böyük  tərəfdarı  olmuşdur.
70
1960-ci  illərin  əvvəllərində  o.  Mali  Respublikasına  getmiş  SSRİ 
nümayəndə heyətinə başçılıq etmişdir.
Nazir  vəzifəsində  işlədiyi  dövrdə  səhiyyə  sahəsində 
qazandığı  böyük  nailiyyətlərə  görə  müxtəlif  mükafatlara,  o 
cümlədən, Lenin ordeninə layiq görülmüşdür.
Böyük  bəy  səhiyyə  naziri  vəzifəsində  işləyərkən  səhhətinin 
pisləşməsi ilə əlaqədar bir müddət müalicə olunmuş, sonra yenidən 
məsul vəzifəyə -  Respublika Həkimləri Təkmilləşdirmə İnstitutuna 
direktor təyin olunmuşdur.
Böyük bəy tibb elmləri namizədi  idi.
Böyük  bəy  bir  çox  çağırış  Azərbaycan  SSR  Ali  Sovetinə 
deputat seçilmişdi.
Böyük  bəy  SSRİ-nin  və  Azərbaycan  respublikasının  bir  çox 
orden və medalları  ilə təltif olunmuşdu.
Böyük bəy  1965-ci ildə vəfat edib.
Böyük  bəy  Minurə  xanım  Sirac  qızı  Əfəndiyeva  ilə  yaşam 
qurmuşdu. Azər bəy adlı oğlu var.
Azər bəy  1937-ci  ildə  Bakı şəhərində dünyaya göz açıb.  Orta 
məktəbi  bitirəndən  sonra  AZNKİ-yə  qəbul  olub.  İnstitutu 
tamamlayandan  sonra  səhiyyə  nazirliyinin  təcili  yardım  bazasının 
rəisi vəzifəsində çalışır.
Azər  bəy  Rəna  xanım  Yusif 
qızı  Axundova  ilə  həyat qurub.  Aysel 
xanım adlı qızı var.
Məhəmməd  bəyin  ikinci  oğlu 
Bala bəy  1910-cu ildə Şuşa şəhərində 
dünyanı  tanımışdı.  Orta  təhsilini 
bitirib,  Şuşa  seminariyasına  qəbul 
olunmuşdu.  Bir  müddət  Ağdam,
Ağcabədi  və  Yevlax  rayonlarında 
müəllim  işləyəndən  sonra  Gəncə 
Kənd Təsərrüfatı  İnstitutuna girmişdi.
1935-ci  ildə  institutu  tamamlayıb 
çalışmağa  başladı.  1935-ci  ildən  1937-ci  ilədək  NKZ-də  kimyəvi 
stansiyada  işlədi. 
1937-ci  ildən  1941-ci  ilədək  SSRİ  EA
71


Yüklə

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə