Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə24/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

Sərxan Xanlar oğllu  1917-ci  ildə  Şuşa şəhərində doğulmuşdu. 
Sərxan  İmanovun  həyat  salnaməsi  ilə  bağlı  Maarif  Teymur  yazı 
hazırlayıb. Həmin yazıdan:
“Sərxan  Xanlar  oglu  İmanovun 
ailəsi  də  qaçqınlığı  məcburi  hesab 
edərək  Bakıya  köçdü.  Sovet  ilinin, 
quruluşunun  4-cü ili  idi.  Sərxanın  7  yaşı 
təzəcə  tamam  olmuşdu.  Ermənilərdən 
yaxa  qurtarmaq  üçün  İmanovlar  ailəsi 
sovet  quruluşunda  ilk  qaçqınlardan 
oldu...  Bakıya gələn  Sərxan  ilkin  olaraq 
fəhlə  fakültəsində  ilk təhsilini  alır,  sonra 
isə  o,  keçmiş  Azərbaycan  Dövlət  Tibb 
İnstitutunun 
müalicə 

profilaktika 
fakültəsində  daxil  olur.  Bu  illərdə  (1930-1940)  həm  də  sovet 
hakimiyyətinin repressiya prinsipləri  də tüğyan edirdi.  Gənc  Sərxan 
bu  faciələri  görərək  sükutla  hər  şeyi  qarşılayırdı.  Siyasət  baş  alıb 
gedəndə,  kövrək  qəlbli  Sərxan  da  susurdu.  1936-cı  ildə  Tibb 
İnstitutuna  qəbul  olan  Sərxan  1941-ci  ilə  qədər  təhsil  aldığı 
fakültədə  komsomol  komitəsinin  katibi  olduğundan  sovetə  inanırdı 
və  təhsilini  uğurla  davam  etdirirdi.  Nəhayət,  o,  1941-ci  ildə  ali 
təhsilini  fərqlənmə  diplomu  ilə  başa  vuru.  Elə  bu  ildə  də  İkinci 
Dünya müharibəsi başlayır.
Sərxan  İmanov  ali  təhsilli  həkim  kimi,  könüllü  olaraq 
birincilər  sırasında  cəbhəyə  yola  düçür.  Müharibənin  ilk  illərində 
yaralanır  və  arxa  cəbhəyə  göndərilir.  Cəbhədə  yaralanan 
soydaşlarımıza arxa cəbhədə vicdanla xidmət edir.
Həkimlik  onun “kəbinli  arvadı”,  ədəbiyyat isə onun məşuqəsi 
olur.  Sərxan  müəllim  hələ  o  illərdə  yaralıları  bəzən  ədəbiyyatdan 
öyrənən  təsirli  misralarla  müalicə  edir.  Tanınmış  yaradıcı 
ziyalılanmızla 
yaxından 
əlaqə 
saxlayır. 
Klassiklərimizin 
yaradıcılığından  təsiredici  şeirləri öyrənir.  S.  Vurğun,  S.  Rüstəm, P. 
Qasımov,  N.  Hikmət,  H.  Mehdi  və  başqaları  ilə  əlaqə  saxlayır.  Bir 
neçə  il  Mərdəkan  sanatoriyasında  şöbə  müdiri,  baş  həkim,
122
vəzifəsində  çalışır.  Müxtəlif  xarakterli  insanlarla  görüşür.  Dəqiq 
müalicəsi  ilə  hamının  hörmətini  qazanan  Sərxan  həkimə  ixtisaslı 
kadr  kimi  1960-1963-cü  illərdə  Bakı  şəhər  səhiyyə  şöbəsinə 
rəhbərlik  etmək  tapşırılr.  Sonrakı  illərdə  isə  Respublika  Həmkarlar 
ittifaqı  kurortlar  idarəsi  üzrə  Azərbaycan  Respublikası  Şurasının 
sədri  olmuşdur.  Cəmi  51 
il  ömür  sürən  Sərxan  həkim 
respublikamızda  kurort  işi  quruculuğunun  inkişafında  silinməz  iz 
qoymuşdur.  Mərdəkan kurortundan bəhs  edən ilkin olaraq elmi əsər 
yazaraq, tibb elmləri  namizədi  alimlik dərəcəsi  adını  alır.  Tibb üzrə 
tanınmış  mütəxəssislərin  dərin  hörmətini  qazanan  Sərxan  həkim 
sonralar bir neçə dəfə Bakı  Şəhər Sovetinin deputatı seçilmişdir.  Bir 
sıra  hökümət  mükafatlarına  layiq  görülmüşdür.  Təvazökar  insan, 
vicdanlı  həkim  kimi  özünə  və  tabeliyindəki  kadrlara  son  dərəcə 
tələbkar  olmuş,  həm  də  onların  sosial  qayğılarına  yaxından  kömək 
etmişdir.  Səmimiyyəti  tələbkarlığı,  qayğısı  ilə  birləşərək  ona  əsl 
“vətəndaş -   insan  həkim”  ləqəbi  verilmişdi.  Son  dərəcə  sadə  insan 
olmuş  Sərxan  həkim  özünün  həyat  yoldaşı  həkim  Reyhan  xanımla 
birlikdə  xəstələrə  həmişə  inam,  iradə  və  etdikləri  müalicə  ilə  uzun 
yaşam illəri bəxş etmişdilər.  Bakının və respublikamızın əksəriyyəri 
onları  tanıyır,  sevir  və  insanıi  qayğılarına  hörmət  edirdilər.  Sərxan 
müəllimə,  həkimə  müraciət  edənlərdən  bəziləri  onun  əsil  ziyalı 
olduğunu təsdiq edərdilər.  Sərxan həkim həmişə özünün imkanlarını 
götür-qoy etdikdən  sonra  heç  kimə  rədd  cavabı  vermirdi,  insanlarla 
ünsiyyət,  səmimiyyət  yaratmaqla  həm  Tibb  Nazirliyinin,  həm  də 
ictimai-siyasi xadimlərin hörmətini qazanmışdı.
1917-ci  ildə,  ilk  müstəqilliyimizə  bir  il  qaldığı  zaman 
Qarabağımızın  tacı  olan,  Xarı  Bülbül  Vətənində  dünyaya  göz 
aşarkən  bilmirdi  ki,  onun  doğma  ocağı  bədnam  qonşularının  xain 
fikirlərinə  tuş  olacaq,  ata-baba  yurdu,  bəşəri  şəxsiyyət  və  sənətkarı 
olan  unudulmaz  Üzeyir  bəyin  Vətəni  olan  Qarabağ  bu  gün 
müvəqqəti  olaraq  namərd  erməni  dığalarının  ayaqları  altında 
olacaq...  Ruhların  harayı  lap  yaxınlarda  canlılara  iki  qat  qüvvət 
verərək  erməni  ayaqları  altında  olan  doğma  yurdumuzu,  Şuşanı 
azad  edəcək  və  o  zaman  “Şuşa,  ay  Şuşa”  deyərək,  yenə  də  tezliklə
123


İsa  bulağına  çatacaqlar.  Yoxsa  bu  günlərdə  anadan  olmasının  90 
illiyini  xatırlayıərkən ruhların  da mübarizəsini  unutmamalıyıq.  Axı, 
onun ruhu da bizdən inciyər...
Yaxşı  təşkilatçı,  səhiyyə  elminin  təcrübi  əsaslarla  həyata 
keçirmək səriştəsi də bu gün onu tanıyanların hafizəsindən silinmir. 
Dinləməyi, danışıq, dialoq aparmağı  çox sevər,  insanların müalicəsi 
ilə  yanaşı  onların  sosial  qayğılarına  da  yaxından  kömək edərdi.  Bu 
kimi  yanaşma  Sərxan  həkimi  yaşam  illərində  hamının  sevimlisinə 
çevirmişdi.
Şuşanın  abı-havasını  udmuş,  beşiyinin  başında  ata  babasının 
“Qarabağ  şikəstəsi”ni  dinləmiş  Sərxan  İmanov  böyük  Üzeyirlə  də 
yaxın qohum idi.
Eyni  zamanda  muğamlarımızın  yanıqlılıqla  pərəstişkarı  olan 
Sərxan həkimin qızı,  uzun  illər onun  şəxsi arxivini qoruyan Gülxan 
İmanova  da  atasının  muğam  ifaçılarına  rəğbəti  və  özünün  elə 
muğam ifaçısı olduğunu bizə çatdırır.  Həkimin qızı isə indi “Mənim 
Şuşam”  adlı  kitabında  həm  atasının  xatirəsinə,  həm də  vətənpərvər 
şeirlərinin yazması təsadüfi deyildir.  Bu fikirlərdə biz, onun  1941-ci 
ildə  könüllü  olaraq  Sovet  məmləkətinin  bizə  təbliğ  etdiyi 
“Vətənimizi”  Hitler  vəhşilərindən  qorumağa  gedibsə,  əgər  bu  gün 
sağ  olasydı,  yəqin  ki,  Sərxan  həkim  öz  doğma  torpağı  kimi 
müvəqqəti  olaraq  daşnakların  havadarları  tutulan  Şuşaya  qələbə 
inamı  kimi  gedərdi.  Onun  şəxsi  arxivindəki  bəzi  sənədlər  də  bunu 
sübut  edir.  Vaxtı  ilə  Bülbül  və  Rəşid  Behbudovla  danışıqlarında, 
söhbət zamanlarında da  Sərxan  həkimin  əsl  vətəndaşı üzə çıxarmış. 
Elə  bu  məqamda  yenə  də  Şuşa  şəhərində  anadan  olmuş  Ağayev 
Cəmil  İbrahim  oğlunun  (Abay  Dağlı)  “Əsir  ruhlar”  adlı  əsəri 
yadıma  düşür.  İndi  Qarabağımızda,  Şuşamızda,  Mirzəhəsən 
məzarlığında  ata-babalarımızın  əsir  ruhları  bizi  Sərxan  həkimin 
Bakı  şəhərindəki  2-ci  fəxri  xiyabandakı  məzarındakı  ruhu  ilə 
birləşdirir.  Ruhlar ölmür, vaxtı ilə  Bülbül, Rəşid bəylə dostluq etmiş 
Sərxan  həkimin  ruhları  ilə  onların  ruları  ilə  Bakıda  birləşərək 
Vətənsevərləri, 
ocaqsevərli 
tezliklə 
Şuşanı 
daşnaklardan 
təmizləməyə çağırır.
124
51  il həyat sürdü Sərxan həkim. Az yaşasa da, çox iş gördü və 
əmməlləri,  əsərləri,  insanlığı  unudulmazlar  sırasında  özünə  yer 
tapdı.  İşində,  yaradıcılığında  heç  vaxt sarmadı.  Şüurlu həyatında nə 
qazandısa,  özünə  ağlı,  zəkası  ilə  qazandı.  Millətinə,  xalqına  dərin 
hörməti  ilə  xidmət  etdi.  (Maarif Teymur,  Təvazökar insan,  vicdanlı 
həkim!.., “Qarabağ”,  15-29 noyabr 2007-ci il, VII 20 (395)).
Sərxan  Reyhan  Qubad  qızı  Qasımova 
ilə  ailə  qurmuşdu.  Elxan  adlı  oglu,  Gülxan 
adlı qızı var.
Sərxanın  qızı  Gülxan  1947-ci  ildə 
Bakı  şəhərində  anadan  olub.  APİ-ni (hazırkı 
APU-nu) 
bitirib. 
Azərbaycan 
Dövlət 
Ədəbiyyat  arxivində  çalışırdı.  Şairədir. 
Şeirlərini  rus  dilində  yazır.  “Moya  Şuşa” 
adlı 
kitabı 
2007-ci 
ildə 
“Adiloğlu” 
nəşriyyatında çapdan çıxıb.
***
Əsədin dördüncü oğlu Cahangir Şuşa 
Qorxmaz  Cahangir  oğlu  1941- 
ci  il  aprelin  17-də  Bakı  şəhərində 
anadan  olub.  1958-ci  ildə  Bakı  şəhər 
199  saylı  orta  məktəbi  bitirmişdir. 
1964-cü 
ildə 
Azərbaycan 
Dövlət 
Universitetinin 
İqtisad 
fakültəsini 
bitirib,  iqtisadçı  diplomu  almışdır. 
1964—1967-ci 
illərdə 
Moskva 
şəhərində  SSRİ  Elmlər  Akademi­
yasının 
Mərkəzi 
iqtisadi-riyaziyyat 
institunun  aspiranturasında  təhsil  alıb, 
1968-ci  ildə  həmin  institutda  iqtisad
125


Yüklə

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə