Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə22/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

açılmasını  tələb  edirdi.  Əhalinin  məktəbə  münasibətindən  və 
tələbindən  bəhs  edən  Ə.  Muxtarov  sözünə  davam  edərək  yazırdı 
ki,  indi  birsinifli  məktəbdə  verilən  təhsilin  məzmunu  kəndliləri 
təmin  etmir  və  onlar  məktəbi  heç  olmasa  ikisinifli  məktəbə 
çevirməyi  tələb  edirlər.  O  yazır  ki,  məktəbin  tam  kursunu 
bitirənlər  aldıqları  təhsil  ilə  kifayətlənmir.  Təhsillərini  davam 
etdirmək üçün digər məktəblərdə yer axtarırlar.
Ağcabədi  kənd  məktəbi  nəzdində  meteoloji  stansiya  təşkil 
edilmişdi.  1891-ci  ildə  məktəbin  müdiri  Ə.  Muxtarov  tərəfindən 
atmosfer  yağıntısı  üzərində  aparılan  aylıq  müşahidələr  dərc
edilmək  üçün Sankt-Peterburqa-Baş 
Fizika 
Rəsədxanasına
göndərilmişdi.
Əbdüləli  bəyin Ağcabədidə 
apardığı 
mədəni-maarif  işləri 
get-gedə  öz  bəhrəsini  verirdi. 
Əhali  arasında  savadlanma  artır­
dı.  O,  bəzən  həkimlik  vəzifəsini 
də  öhdəsinə  götürür,  camaata 
tibbi  xidmət  göstərirdi.  1892-ci 
ildə  Ağcabədi  kənd  məktəbində 
aptek açılmışdı.
1896-cı ildə Ağcabədi kənd 
məktəbinin  müdiri  Əbdüləli  bəy 
Muxtarovun  ZMS  nəzdindəki 
ibtidai  məktəbə  müdir  təyin 
edilməsi ilə əlaqədar olaraq Camal bəy Fətəlibəyov Ağcabədi kənd 
məktəbinə müdir vəzifəsinə təyin edildi.
Əbdüləli  bəy  uzun  müddət  seminariyanın  hazırlıq  sinfində 
dərs demişdi.
Əbdüləli  bəy  Muxtarov  bacısı  oğlanları  Kazım  Muxtarovu 
Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasına,  Həsən  İmanovu 
Şuşa  real  məktəbinə,  qardaşı  oğlu  Cabbar  Muxtarovu  Zaqafqaziya 
(Qori) Müəllimlər Seminariyasına düzəltmişdi.
Bağırın  üçüncü  oğlu  Maqsud  1856-cı  ildə  Şuşa  şəhərində 
dünyaya göz açmışdı.
112
Bağırın  dördüncü  oğlu  Rəsul  1859-cu  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  İbtidai  təhsilini  molla  yanında  almışdı.  Ticarətlə 
məşğul  idi.
Rəsulun Cabbar adlı oğlu vardı.
Cabbar  Şuşa  şəhərində  doğulmuşdu.  Şəhər  realm  məktəbini 
bitirmişdi.  Sonra  Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasına 
qəbul olunmuşdu.
Hacı  Əsgərin  dördüncü  oğlu  Məmmədhüseyn  1831-ci  ildə 
Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə 
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Məmmədhüseynin  Abbasqulu,  Xudadad  adlı 
oğlanları vardı.
Abbasqulu  1867-ci ildə Şuşa şəhərində doğulmuşdu.
113


Kərbəlayı  Məmmədhüseynin  ikinci  oğlu  Xudadad  1871-ci 
ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
***
Hacı Əsgərin beşinci oğlu Qasım  1831-ci  ildə Şuşa şəhərində 
anadan olmuşdu. Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul idi.
Qasımın Abdulla adlı oğlu vardı.
Abdulla  1870-ci ildə Şuşa şəhərində doğulmuşdu.
***
Hacı  Əsgərin  altıncı  oğlu  Əli  1839-cu  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul idi. Pak 
Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Əli  Məşədi  Şirin  Cəfər  qızı  ilə  ailə  qurmuşdu. 
Abutalıb, İskəndər adlı oğlanları vardı.
Abutalıb  1869-cu  ildə  Şuşa  şəhərində doğulmuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
114
Məşədi  Abutalıb  22  iyun  1912-ci  ildə  əmisi  oğlu 
Süleymandan  3.000  manat  borc  almışdı.  Vəfat  etdiyindən  bu  borc 
onun arvadlarının və  övladlarının üstündə qalmışdı.  Onlara  Məşədi 
Əbdül Ağa Cəfər oğlu Muxtarov və Ağalar Tağıyev hamilik edirdi.
Məşədi Abutalıb  1912-ci ildə vəfat edib.
Məşədi  Abutalıb  Səltənət  Məşədi  Əbdül  qızı  ilə  ailə 
qurmuşdu.
Məşədi  Əlinin  ikinci  oğlu  İskəndər  1876-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  ibtidai  təhsil  almışdı. 
Ticarətlə məşğul idi.
***
Cahangir Əsgərov
Cahangir  Cəlal  oğlu  11 
iyul  1950-ci  ildə Bakıda anadan 
olmuşdur.
1980-cı  ildə  Leninqrad 
Mülki Aviasiya Məktəbini bitir­
mişdir.
1972-ci  ildən  Ukrayna 
Mükli 
Aviasiya 
İdarəsinin 
Çerkasski  Birləşmiş  Aviadəs- 
təsində  ikinci  pilot,  Bakı  şəhəri  Zabrat  Birləşmiş  Aviadəstəsində 
eskadrilya  müdiri,  uçuş  dəstəsi  komandirinin  müavini,  1978-ci 
ildən  Yevlax  Birləşmiş  Aviadəstəsinin  komandiri,  Hava  limanının 
rəisi,  1981-ci  ildən  Bakı  Birləşmiş  Aviadəstəsində  ikinci  pilot, 
kapitan,  eskadrilya komandirinin  müavini,  eskadrilya  komandiri,
1991-ci  ildən Aviasiya 
İşçiləri Həmkarlar  İttifaqı  Respublika
Komitəsinin sədri,  1993-cü ildən Dövlət Konserinin Türkitədə baş 
nümayəndəsi vəzifələrində işləmişdir.
1996-cı  ildən  “Azərbaycan Hava Yolları”  Dövlət  Konserinin 
baş direktorudur.
Evlidir, 2 övladı var.
115


Hacı Əsgərli
Bu  soyun  ulu  babası  Əsgərdir.  Əsgər  XVIII  yüzilin  ikinci 
yarısında  Şuşa  şəhərində  yaşamışdı.  Ticarətlə  məşğul  olmuşdu. 
Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Əsgərin Səfərəli adlı oğlu vardı.
Səfərəli  1775-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi- 
mükərrəmi ziyarət etmişdi.
Hacı  Səfərəli  Gülbəslə  ailə  qurmuşdu.  Kərim,  Şükür,  Tağı 
adlı oğlanları, Xeyrənsə adlı qızları vardı.
Kərim  1802-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Məkkəyi- 
mükərrəmi ziyarət etmişdi.
Hacı Kərimin Səfərəli, Hüseyn adlı oğlanları vardı.
Səfərəli  1854-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Ailədə  Qaraş  çağırıldığından bu  adla da  tanınmışdı.  Molla yanında 
oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı  Kərimin  ikinci  oğlu Hüseyn  1857-ci  ildə Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı Səfərəlinin ikinci oğlu Şükür  1828-ci ildə Şuşa şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı  Səfərəlinin  üçüncü  oğlu  Tağı  1833-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Tağının Ağalar adlı oğlu vardı.
Ağalar  1870-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Məktəb 
təhsili almışdı.
Ağaların Rüstəm adlı oğlu vardı.
Tağıyev Rüstəm Ağalar oğlu
(1907Ş  Şuşa-3.III.1938)-keçmişdə  varlı  oğlu,  tutulandan 
qabaq  qulluqçu.  1922-1924-cü  illərdə  Azərbaycan  SSR  Fövqəladə 
Komissiyasında kuryer vəzifəsində  işləmişdir.  Müsavat Partiyasına 
1932-ci  ildə Bakıda girmişdir.  1937-ci  ilin yayına qədər Müsavatın
116
Mərkəzi  Komitəsinin rayonlarla rabitəçisi vəzifəsini aparmış, onun 
göstərişi  ilə  1932-ci,  1935-ci  və  1937-ci  illərdə  Dağlıq  Qarabağ 
Muxtar  Vilayətinə  getmişdir.  1937-ci  il  avqustun  22-də  həbs 
edilmiş,  əmlakı müsadirə olunmaqla güllələnmə cəzasına məhkum 
olunmuşdur.
Məşədi İman uşağı (Əzimovlar, Hacıyevlor, İmanovlar)
Şuşa şəhərinin Təbrizli məhəlləsinin tanınmış soylarından biri 
də  Məşədi  İman  uşağıdır.  Bu  soyun  ulu  babası  imandır.  İman 
təxminən  1771-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşhədi  İman  Bibixanımla  ailə  qurmuşdu.  Əzim,  Abdulla, 
Əsəd adlı oğlanları, Minə adlı qızı vardı.
Əzim  1791-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Rastabazarda  dükan  işlədirdi. 
Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı  Əzimin  törəmələrindən  bəziləri  Əzimov,  bəziləri 
Hacıyev soyadım daşıyırdılar.
Hacı Əzim  Şahpəri  ilə yaşam  qurmuşdu.  Şükür, Nəsir, Aslan, 
Fərəmərz, Əfrasiyab adlı oğlanları vardı.
Şükür  1840-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul idi.
Şükürün Məmməd, Azad adlı oğlanları vardı.
Məmməd  1868-ci  ildə  Şuşa  şəhərində  dünyaya  göz  açmışdı. 
Ticarətlə məşğul idi.
Şükürün  ikinci  oğlu Azad  1870-ci  ildə Şuşa şəhərində anadan 
olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı  Əzimin  ikinci  oğlu  Nəsir  1845-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı  Əzimin  üçüncü  oğlu  Aslan  1854-cü  ildə  Şuşa şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
117


Yüklə

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə