Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə35/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

Kərbəlayı  Abdulla  Asiya  ilə  ailə  qurmuşdu.  Onun  vəfatından 
sonra  Rəxşəndə  ilə  yaşam  qurmuşdu.  Heydər  adlı  oğlu,  Tavus, 
Zərqələm, Sarabəyim, Sayalı adlı qızları vardı.
Tağiyev Heydər Abdulla oğlu (1907,
Şuşa-1994,  Bakı)-pedaqoq,  Respublikanın 
əməkdar  müəllimi,  əmək  veteranı,  fərdi 
təqaüdçü, Böyük Vətən müharibəsi iştirak­
çısı  (1941-1946),  Şuşa  Real  Məktəbini 
bitirmiş,  bir  müddət  Şuşanın  kəndlərində 
müəllimlik  etmişdir.  Azərbaycan  Dövlət 
Pedaqoji 
İnstitutunun 
pedaqogika 
fakültəsini 
(1932) 
bitirmiş, 
Bakının 
müxtəlif məktəblərində  çalışmışdır.  Sovet 
ordusundan 
tərxis 
olunduqdan 
sonra 
Bakıdakı  2№li  dəmiryol 
məktəbində 
tərbiyə  işləri  üzrə  direktor  müavini  (1946-1948),  13  №li  sənət 
məktəbinin direktoru (1961-1980) vəzifələrində işləmişdir.
Uzun  müddət  texniki-peşə  təhsili  sistemində  çalışan  Heydər 
Tağıyevin  Azərbaycanın  neft  və  kimya  sənayesi,  əsasən  də, 
Sumqayıt şəhərinin  neft-kimya  kombinatları  üçün  yüksək  səviyyəli
ixtisaslı 
gənc 
neft 
mütəxəssislərin 
hazırlanmasında 
böyük 
xidmətləri 
olmuşdur.  Məhz  buna  görə  də  onun 
rəhbərlik  etdiyi  29  №-li  şəhər  texniki- 
peşə  məktəbi  Qırmızı  Əmək  bayrağı 
ordeninə,  müxtəlif  Fəxri  fərmanlara  və 
başqa mükafatlara layiq görülmüşdür.
Texniki-peşə  təhsili  sistemində 
uzunmüddətli 
qüsursuz 
fəaliyyətinə, 
yaxşı  və  səmərəli  işinə  görə  o,  dəfələrlə 
Fəxri  fərman  və  müxtəlif  mükafatlar 
almışdır.
Zeynalova  Sacidə  Heydər  qızı 
(4.VI.  1941)-Pedaqoq  ,  respublikanın
166
əməkdar müəllimi (1981),  əmək veteran (1985). Azərbaycan Dövlət 
Pedaqoji  İnstitutunun  tarix-fılologiya  fakültəsini  (1963)  fərqlənmə 
diplomu  ilə  bitirmişdir.  Pedaqoji  fəaliyyətə  Quba  rayonundakı  12 
nömrəli  sovxoz  orta  məktəbində  (1963-1966)  başlamış,  sonra 
Bakıdakı  2  nömrəli  şəhər  texniki-peşə  məktəbində  Sovetinin 
deputatı  olmuşdur.  Yaxşı  işinə  görə 
Azərbaycan  SSR  Dövlət  texniki-Peşə 
İdarəsinin  və  işlədiyi  məktəbin  Fəxri 
fərmanlarını 
almış, 
Lenin 
yubiley 
medalı,  “Dəmir  yolunun  150  illiyi” 
medalı  ilə  təltif  edilmiş,  “Sosializm 
yarışının  qalibi”  döş  nişanına  layiq 
görülmüşdür.  1999-cu ildən təqaüddədir.
Tağiyeva  Sayalı  Abdulla  qızı 
(d. 1920,  Şuşa)  -  tibb  e.d.  (1969),  prof.
(1969).  Azərb.  Dövlət  Tibb  İn-tunu 
bitirmişdir (1942).  1942-ci ildən Tibb İn- 
tunıın  daxili 
xəstəliklərin  hospital- 
terapiya  kafedrasında  ordinator,  1944 
ildən  assistent,  1955  ildən  dosent,  1969- 
cu  ildən  professor  olmuşdur.  1980-ci 
ildən 
1992-ci  ilə  qədər  pediatriya 
fakültəsinin 
daxili 
xəstəliklər 
kafedrasının  müdiri  işləmiş,  1992-ci 
ildən  isə  kafedranın  professorudur.  130- 
dan  çox  elmi  əsərin,  o  cümlədən  2 
monoqrafiya,  3  metodiki  vəsait,  2  ixtira 
və s.  müəllifidir.
Hacı  Şirinin üçüncü  oglu  Xudadad 
1868-ci  ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu.  Ailədə  Xuduş  çağnldığından 
bu  adla  da  tanındı.  Molla  yanında 
oxumuşdu. Ticarətlə məşğul idi.
Xuduş  1909-cu ildə vəfat edib.
167


Xuduş Tubu Kərbəlayı Rüstəm qızı ilə ailə qurmuşdu. Zeynal, 
İshaq adlı oğlanları, Yəzmərd adlı qızı vardı.
Tağızadə  Zeynal  Xuduş  oğlu  (1905,  Şuşa-1975,  Bakı)  dilçi, 
alim,  filologiya  elmləri  doktoru  (1968)  pofessor  (1968).  İbtidai 
tehsililnin  “Nəşri-maarif’  mektəbində  almiş,  bir  müddət  Şuşa  Real 
Məktəbində  oxumuş,  Şuşa  Müəllilmlər  Seminariyasinin  (1925) 
bitirmişdir.  Həmin  ildən pedaqoji  fəaliyyətə başlayan gənc müəllim 
1928  ci  ildə Azərabaycan  Dövlət  Universitetinə daxil  olmuş,  1932- 
ci  ildən  başlayaraq  Bakının  müxtəlif  orta  məktəblərində,  ali 
həmkarlar  məktəbində,  fəhlə  fakültəsində  dil  və  ədəbiyyat  dərsi 
demişdir.
Zeynal  Tağızadə  1945-ci  ildə  V.  İ.  Lenin  adına  Azərbaycan 
Dövlət  Pedoqoji  İnstitutunun  aspiranturasına  daxil  olmuş,  burda 
oxumaqla  yanaşı,  Azərbaycan  dilçiliyi  kafedrasında  asstent,  baş 
müəllim,  dil-ədəbiyyat  fakültəsində  dekan  müavini,  aspirantura 
müdiri  vəzifələrində  çalışmışdır.  XIX-XX  əsrlərdə  Azərbaycan 
nəsrində  tabeli  mürəkkəb  cümləsinin  inkişafı  mövzusunda 
namizədlik  disertasiyasi  müdafiə  edən  (1949)  genc  alim  1950-ci 
ildə  Azərbaycan  dilçiliyi  kafedrsında  dosent  vəzifəsinə  keçmiş, 
sonra uzun müddət Azərbaycan dili kafedrasının müdiri olmuş, eyni 
zamanda Azərbaycan qiyabi  Pedoqoji İnstitutunda,  H.Zərdabi adina 
Kirovobad  Pedaqoji  İnstitutunda  dilçilik  kafedralarına  rəhbərlik 
etmişdir.  “Müasir  Azərbaycan  ədəbi  dilində  mürəkkəb  cümlə” 
mövzusunda  uğurla  direktorluq  dissertasiyası  müdafiə  edən  (1968) 
görkəmli  alim  son  illərdə  M.  F.  Axundov  adma  Azərbaycan 
Pedoqoji  Dillər  İnstitutunda  eksperimental  fonolaborotoriya  elmi 
rəhbəri vəzifəsində çalışmışdır.
Professor  Moskva,  Leninqrad,  Kiyev,  Daşkənd,  Alma-Ata, 
Aşqabad,  Kazan,  Frunze,  Tiflis,  İrəvan  kimi  şəhərlərdə  dilçilik 
problemlərinə  həsr  olunmuş  SSRİ  miqyaslı  simpozium  və 
konfranslarda  iştirak  etmiş  dilçiliyin  bu  ali  məclislərində  çıxış 
etmişdir.  Onun elmi və  pedoqoji  kadrların  hazırlanmasında  mühüm 
xidmətləri  var.  Görkəmli  alimin  respublika  və  Ümumittifaq 
mətbuatında  əllidən  artıq  elmi  məqaləsi,  “Müasir  Azərbaycan
168
dilinin  sintaksisi”  (1960),  “Müasir  Azərbaycan  dilində  mürəkkəb 
cümlə  (1961),  “Müasir  Azərbaycan  dilində  felin  quruluşu”  (1962)
Zeynal  Sayalı  Hüseynəli  qızı 
Hacıyeva  ilə  ailə  qurmuşdu.  Rafiq 
adlı oğlu, Aida adlı qızı var.
Tağızadə  Aıda  Zeynal  qızı 
(1934), 
Sənətşünaslıq 
namizədi 
(1969),  Professor (1986), Azərbaycan 
Respublikasının  əməkdar  incəsənət 
xadimi (1991)
Aida  Zeynal  qızı  1934-cü  il 
fevralın  5-də  Bakı  şəhərində  anadan 
olub.  Bakıdakı  150  saylı  məktəbdə 
oxumuşdu.  O,  Asəf  Zeynallı  adma 
Musiqi  Kollecini  qırmızı  diplomla 
bitirərək  Ü.Hacıbəyli  adma  Konser­
vatoriyaya  əvvəlcə  fortepiano  üzrə 
ifaçılıq  şöbəsində  oxumuş,  iki  ildən 
sonra  isə  musiqişünaslığa  üstünlük  verərək  bu  şöbədə  də  təhsilini 
böyük uğurla başa vurmuşdur.
Aida  xanım  1958-ci  ildən  ta  bu 
günə  qədər  Bakı  Musiqi  Akademi­
yasında  (BMA-da)  fəaliyyət  göstərir.
O,  pedaqoji  işlə  yanaşı,  Azərbaycanın 
bir çox görkəmli bəstəçiləri  və ifaçıları 
haqqında  monoqrafiyaların,  broşür- 
lərin,  oçerk  və  məqalələrin  müəllifidir.
Onun  görkəmli bəstəçilərimizin bəzilə­
rinə həsr olunmuş kitabları  öz məzmun 
və 
təhlil 
metoduna 
görə  böyük 
əhəmiyyət 
kəsb 
edir. 
Bunlardan 
Azərbaycan 
simfonik 
musiqisinin 
təşəkkülü  və  inkişafında  böyük  səy
kitabları nəşr olunmuşdur.
Rafiq Zeynal oğlu  Tağızadə
169


Yüklə

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə