Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə38/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

Ələsgərin Firudin adlı oğlu vardı.
Firudin  1868-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Fətəlinin  üçüncü  oğlu  Ələkbər  1833-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Canı uşağı
Təbrizli məhəlləsinin tanınmış sakinlərindən biri  də Camdır. 
Cam  XVIII  yüzilin  sonlannda,  XIX  yüzilin  önlərində  yaşamışdı. 
Mədrəsə  təhsili  almışdı.  Müqəddəs  Kərbəla  torpağını  ziyarət 
etmişdi.
Kərbəlayı Canının Abdulla, Əbdüləzim adlı oğlanlan vardı. 
Abdulla  1782-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Mədrəsə  yoldaşlarından 
Mirzə Əzizin adı bəllidir.
Abdulla  şair  idi.  Öz  adıyla  rəvan  təbli  şeirlər  yazırdı. 
Dövrünün şair və aşıqlanyla yazışmaları qalıb.
Abdulla Müqəddəs  Kərbəla torpağım ziyarət etmişdi. 
Təzkirəçi  Mir  Möhsün  Nəvvab  yazır:  «Kərbalayı  Abdulla 
Canının oğludur və Qarabağın  Şuşa qalasında sakin idi.  Kəsbkarlıq 
da  edərdi.  Ağıllı  bir  adam  idi  və  dövrünün  ariflərindən  hesab 
olunurdu.  1255-ci  ildə  (1839)  sağ  idi  və  təxminən  50  yaşı var idi. 
1259-cu  ildə  vəfat  edib.  Bəzi  qəribə  elmlərlə  maraqlanırdı. 
Eşitdiyimizə görə, kimyanı məşq edirdi.  O vaxtlar artıq səriştəsi də 
var  idi.  İstəyirdi  ki,  Mürtəzəvinin  «Cefri-came»  («Sehirli  fal») 
kitabım  yazsm.  Bu  falnamənin  cüzvlərindən  on  üç  cüzv  yazmışdı 
ki,  fani  dünyadan  köçdü,  allah  ona  rəhmət  eləsin.  Mən  o  on  üç 
cüzvü  nəzərdən  keçirəndə  öz  gözümlə  gördüm  ki,  doğrudan  da, 
zəhmət çəkmişdir».
Kərbəlayı Abdullanın şeirindən seçmə.
178
Ey ki, zülmət gəhi-zülf içrə nurun misli-çırağ, 
Məsti-sərxoş gözünə qarşı yaman gözlər İraq.
Olmasın xaki-dərin guşeyi-çeşmidən uzaq, 
Ləblərindən dəhənim dərdə dava etdi soraq. 
Söylədi ağzıma innabi-şəkər, sib buxaq.
Baxdı mərdum üzünə, saldı nəzərdən ayi,
Qıldı xəm şöhrəti-əbruyi-lətifin yayi,
Qədru qiyməti ləli-ləbin həmtayi, 
Həvəsi-zülfi-siyahmla olub sövdayi 
Ki, çəkib məsəleyi-kakili-tərradə daraq. 
Görünür, çəhrələrin lalə kimi gülgünü al, 
Qoymadı al ilə rüyin görünə, oldu məhal, 
Sürməni şux gözün fitnəyə saldı filhal,
Qıldı iztıari-şərəf Kəbeyi-ruxsardə hal,
Üzünü sərdi qədəmgahinə gülgün yanaq. 
Kakilin şaxələnir zinəti düş etmək üçün ,
Xoş gəlir həlqeyi-ləb hərfi neyuş etmək üçün, 
Dil dilər şərbəti-güftarını nuş etmək üçün, 
Həlqədən vəsfi-binaguşunu guş etmək üçun, 
Bəhr açdırdı sədəfdən duri-qəltanə qulaq.
Gül xitab etsə sənə qönçə ona eylər itab,
Qönçə kimdir ki, o qarşı üzünə verə cəvab? 
Baxsa mərdüm üzünə şərmdən olmazmı kəlab? 
Nədir ayinə ki, kuyində səni eyləyə yab? 
Əksi-rüxsarm ona olmuya mənada dayaq. 
Düşsə ayinə müqabil, üzünə qılsa nəzər,
Ona üz vermə, nəzərdən sal onu şamü səhər
Qazədən qoyma qala dövrü-yanağında əsər, 
Sərməvü vəsmə gözü qaşına meyl etsə əgər, 
Sürməni sehrə salıb, vəsməyə et qaşü qabaq. 
Hüsnünə aşiqi-sadiq demə hər gümrahi,
Aşiq oldur, yaxa çərxi dili-atəşgahi,
İmtəhan eylə şəbi-hicrdə Abdullahi, 
Şöleyi-ahinə gər yanmasa çərxin mahi,
Tiğ çək, başını kəs, şəm kimi atəşə yax”.
179


Kərbəlayı  Abdulla  Саш  oğlunun  bu  şeirini müğənni  Məşədi 
İsi oxuyarmış.
Kərbəlayı Abdulla Cam oğlu Gövhəmisə bəyim İbrahimxəlil 
xan  qızı  Sarıcalı-Cavanşirlə  sirdaş  idi.  Şair  hərdən  xan  qızının 
yanma  gedər,  söhbətləşərdilər.  Anlaşılmazlıqdan  dolayı  aralarında 
sərinlik  əmələ  gəlmişdi.  Tədqiqatçı-jurnalist  Vasif Quliyev  yazır: 
“Gövhər  Nisə  bəyim  kimi  ağıllı,  mərifətli,  çox  gözəl  və  zərif bir 
qadının  Xankişi  bəyə  ərə  getməsinə  görə  şuşalı  şair  Kərbəlayı 
Qəhrəman aşağıdakı beytləri yazıb, ona göndərmişdi:
Xərmöhrəyə layiq olmayan xər 
Səd heyf, cahanda tapdı Gövhər.
Təqdiri-qəzaya qıl tamaşa,
Axır səni verdi cəhrəbaşa.
Gövhər Nisə  bəyim  elə bilmişdi ki,  bu  misraları pərəstişkarı 
olduğu,  tanınmış  söz  ustası  Canı  oğlu  Abdulla  yazıb.  Ədəbiyyata, 
poeziyaya yüksək qiymət verən  və  özü  də  gözəl  lirik  şerlər yazan 
xan qızı  şairin xətrini dünyalar qədər istəyir,  yaradıcılığını həmişə 
təqdir  edirdi.  Vəsiyyətnaməsi  itib-batmasın  deyə,  Gövhər  Nisə 
bəyim  1832-ci  ildə  Aşağı  Gövhərağa  məscidi  üçün  maddeyi-tarix 
yazmağı Abdulladan xahiş  eləmiş və onun  qələmə aldığı  əsl sənət 
əsəri  səviyyəsinə  qalxan  poeziya  ətirli  sözlər  aydın  nəstəliq xətlə 
məscidin  girəcəyində,  qapının  üstündəki  mərmər  daşın  üzərinə 
həkk  olunmuşdu:  “Şuşa  məmləkətinin  banisinin  taxt-tacınm 
qübbəsi öz həşəmətilə aya tənə edərək onun qarşısına çıxdı. Qapısı 
bütün  dünya  xanları  üçün  pənahgah  olan  qüdrətli  İbrahimxəlil 
xanın  elə  parlaq  cəmalı  günəşin  qarşısını  tuturdu.  O  pak  gövhər 
məscid  və  mehrabın  banisi  oldu.  Firdovs  behişt  əhli  buna  şahid 
oldu.  Əhli  qələm  bu  tarixi  belə  qeyd  etdi:  “Allahın  Kərəm 
sədəfində  Gövhər daimi  olsun!”  Gövhər Nisə  bəyim  şairdən bərk 
incimiş  və  el  arasında  onu  nə  üçün  biabır  etdiyini  soruşmuşdu. 
Abdulla isə üzrxahlıq  edərək bu  işdən xəbəri  olmadığını  aşağıdakı 
tərzdə yazıb ona göndərmişdi:  “Ağa, böyük və yeganə Allah haqqı, 
bu  söz-söhbətdən  xəbərim  yoxdur.  Çoxdandır  ki,  mən  heç 
danışmıram,  amma  zəmanə  adamları  mənim  adımdan  danışırlar.
180
Qartal  bir  qırqovulu  cəngəlinə  alanda  göydəki  bütün  sərçələr 
qışqırmağa başlayırlar” 1.
Kərbəlayı  Abdulla  Səfiyə  ilə  ailə  qurmuşdu.  Əbdürrəhim, 
Əbdüləzim, Mehrəli adlı oğlanları vardı.
Əbdürrəhim  1807-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul  olurdu.  Müqəddəs 
Kərbəla torpağım ziyarət etmişdi.
Kərbəlayı  Əbdürrəhim Balaxanımla ailə qurmuşdu.  İbrahim, 
Məmmədbağır adlı oğlanları vardı.
İbrahim  1839-cu  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Ticarətlə məşğul idi.
İbrahimin Həmid, Əhməd adlı oğlanları vardı.
Həmid  1869-cu  ildə  Şuşa  şəhərində  dünyaya  göz  açmışdı. 
Ticarətlə məşğul idi.
İbrahimin  ikinci  oğlu  Əhməd  1871-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı  Əbdürrəhimin  ikinci  oğlu  Məmmədbağır  1855-ci 
ildə Şuşa şəhərində anadan olmuşdu.  Ticarətlə məşğul  idi.
***
Kərbəlayı  Abdullanın  ikinci  oğlu  Əbdüləzim  1817-ci  ildə 
Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə 
məşğul  olurdu.  1833-cü  ildə  “Rastabazar”da  dükan  işlədirdi. 
Müqəddəs Kərbəla torpağım ziyarət etmişdi.
Kərbəlayı  Əbdüləzim  Ruqiyə  ilə  ailə  qurmuşdu.  İsmayıl, 
Hüseyn adlı oğlanları vardı.
İsmayıl  1845-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul olurdu.
Kərbəlayı  Əbdüləzimin ikinci oğlu  Hüseyn  1857-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
***
181


Yüklə

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə