Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə63/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   59   60   61   62   63   64   65   66   67

Kərbəlayı Məmməd  1858-ci ildə vəfat edib.
Kərbəlayı  Məmmədin  Həsənqulu,  İmanqulu,  Məmmədqulu, 
Hüseyn adlı oğlanları vardı.
Həsənqulu  1836-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı Həsənqulunun Bəşir adlı oğlu vardı.
Bəşir  1871-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Kərbəlayı  Məmmədin  ikinci oğlu  İmanqulu  1838-ci ildə ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Kərbəlayı  Məmmədin  üçüncü  oğlu  Məmmədqulu  1846-cı 
ildə  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında 
oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan torpağını,  Məşhədi- 
müqəddəsi ziyarət etmişdi.
Kərbəlayı  Məmmədin  dördüncü  oğlu  Hüseyn  1858-ci  ildə 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Əkbər uşağı
Bu  soyun  ulu  babası  Əkbərdir.  Əkbər Təbrizli  məhəlləsində 
yaşamışdı. Molla yanında oxumuşdu. Ticarətlə məşğul olmuşdu.
Əkbərin Hacı adlı oğlu vardı.
Hacı  1792-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  İbtidai 
təhsilini  molla  yanında  almışdı.  Sonra  Qarabağın  məşhur 
həkimlərinin  yanında  tibbi  öyrənmişdi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Hacının  xüsusi  müalicə  üsulu  vardı.  O,  xəstənin 
ancaq bir orqanını  yox,  bədənin  bu  orqanla  bağlı başqa hissələrini 
də müalicə etməyə çalışırdı.  Bununla da o, ardıcıl olaraq müalicəvi 
proseduraların  bir  neçə  növünü  tətbiq  edirdi.  Söhbət  aşağıdakı 
müalicə üsullarından gedir:
296
Dərman  bitkilərindən  və  başqa  təbii  müalicə  vasitələrdən 
ibarət  olan  preparatları  qəbul  etmək.  Dərman  bitkilərinin 
həlimlərində  vannalar.  Dərman  mərhəmlərini  sürtmək,  təbii 
vasitələrdən  hazırlanmış  dərmanların  toz  və  kompres  halında 
işlədilməsi. Müalicəvi qanalma (həcamət).
Məşədi Hacı  Mehdiqulu  xanı  da müalicə  etmişdi.  Qasım bəy 
Zakir  bir  şeirində  onun  adını  çəkir.  Mehdiqulu  xan  Sarıcalı- 
Cavanşirə  yazdığı  məktubda  Şuşa  həkimlərindən  kənar  olmasım 
xahiş  edirdi.  Bildirirdi  ki,  onlar  kimin  üstünə  gedirlərsə,  tez  o 
dünyaya təşrif aparır.  Zakir Mehdiqulu xana yazırdı:
Bağır oğlu Məmməd, Məşədi Hacı,
Əliqulu, Müqim şərimin tacı.
Hər mərizə eyləsələr əlacı,
Ehtiyatın görün, tez olur məmat.
Məşədi Hacı Qarabağın məşhur həkimlərindən biridir.
Məşədi  Hacı  Qönçə  ilə  ailə  qurmuşdu.Məmmədəli,  Qulu, 
Həşim,  Salman,  Yəhya  adlı  oğlanları,  Qızxanım,  Balaxanım  adlı 
qızları vardı.
Məmmədəli  1833-cü ildə Şuşa şəhərində doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məmmədəlinin Məmməd adlı oğlu vardı.
Məmməd  1870-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Hacının ikinci oğlu Qulu  1836-cı  ildə Şuşa şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Məşədi  Hacının  üçüncü  oğlu  Həşim  1838-ci  ildə  Şuşa  şəhə­
rində anadan  olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə  məşğul 
idi.
Məşədi  Hacının  dördüncü  oğlu  Süleyman  1840-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Hacının  beşinci  oğlu  Yəhya  1843-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.
Yəhyanın Salman adlı oğlu vardı.
297


Salman  1873-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Əbuzər uşağı
Bu  soyun  ulu  babası  Əbuzərdir.  Əbuzər  Təbrizli  m əhəllə­
sində  yaşamışdı.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul 
olmuşdu.
Əbuzərin Əliqulu adlı oğlu vardı.
Əliqulu  1758-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Onun  1833-cü  ildə 
“Rastabazar”da  Heydər  bəy  Sədrəddin  bəy  oğlu  Heydərxanov, 
Kərbəlayı  Allahverdi  Hacı  Əsgər  oğlu,  Əbdüləzim  Canızadə  və 
Paşa Məşədi Murad oğlu ilə qonşu dükanı vardı.
Əliqulu 1850-ci ildə vəfat edib.
Əliqulu  Gülsümlə  ailə  qurmuşdu.  Əkbər,  Əli,  Qasım  adlı 
oğlanları, Zeynəb adlı qızı vardı.
Əkbər  1798-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Əkbər  Xatınla  ailə  qurmuşdu.  Abbasqulu,  Babakişi, 
Məmmədəli, Əşrəf adlı oğlanları, Mehri adlı qızı vardı.
Abbasqulu  1854-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Məşədi  Əkbərin  ikinci  oğlu  Babakişi  1861-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Əkbərin  üçüncü  oğlu  Məmmədəli  1865-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Əkbərin  dördüncü  oğlu  Əşrəf  1869-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
298
Əliqulunun  ikinci  oğlu  Əli  1802-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Əliqulunun üçüncü oğlu  Qasım  1823-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Qasım  1852-ci ildə vəfat edib.
Qasımın Aslan adlı oğlu vardı.
Aslan  1848-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əli uşağı
Bu  soyun  ulu  babası  Əlidir.  Əli  Təbriz  şəhərində  anadan 
olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əlinin Pəncəli adlı oğlu vardı.
Pəncəli  1735-ci  ildə  Təbrizdə  doğulmuşdu.  Ailədə  Pənci 
çağrıldığından bu  adla tanınırdı.  Molla  yanında  oxumuşdu.  Sənətlə 
ilgilənmiş,  yəhər ustası olmuşdu.  Pənahəli xan Sarıcalı-Cavanşirin 
dəvəti  ilə  onun  ailəsi  Bayat  qalasına,  ordan  Şahbulağa,  sonra  isə 
Şuşa  şəhərinin  Təbrizli  məhəlləsində  məskunlaşmışdı.  Pak 
Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Pənci  yüz  yaşı  yıxıq  salmışdı.  Yumağa  dönəndə 
Qasım bəy Zakir yazmışdı:
Saqqal dönüb süməkə, söyləmə, Zakir,
Qəflətdən ayıl sən!
Sövdayı-qiyamətdə gərək ər ola mahir.
Taət yolun öyrən.
Qorxum burasıdır ki, olam Pənci tək axır,
Baqqal daşı yek mən.
Köçmək dəmidir, yatma, kişi çapakü şakir
Dur, düş yola, tərpən!
Bihörmət ikən çarə odur mərgi arayım,
Şayəd ola qismət.
Məşədi  Pənci  1857-ci  ildə vəfat edib.
299


Yüklə

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə