Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə122/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   118   119   120   121   122   123   124   125   ...   145

Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

454 

idi. O  dövrl



ərdə xəttatların (gözəl xətti olan adamların) mədəni həyatdakı 

rolu çox böyük olmuşdur. Xəttatlar arasında daha nəfis yazanları (kalliqraf) 

m

ədəniyyət tarixində şair və ədib kimi şərəfli yer tutmuşlar. Urməvi də belə 



mahir x

əttatlardan  biri  sayılırdı.  “Xəttatlıq  üzrə  onun (Urməvinin  –  Ə.B.) 

m

əharəti İbn Mukla



67

 v

ə Yaqut



68

 hün


ərinə bərabər idi”

69



Az müdd

ət  ərzində  əldə  etdiyi böyük nailiyyətlərinə  görə  Bağdadda 

şöhrət qazanan Urməvi sonuncu Abbasi xəlifəsi əl-Müstəsimin (1212/1213-

1258) sarayına dəvət olunur və burada hökmdarın “nədimi”, yəni həkimanə 

sözl

əri,  nağıl  etdiyi  maraqlı  rəvayətləri ilə  xəlifənin könlünü açan 



h

əmsöhbəti mövqeyini tutur və  beləliklə  də,  əl-Müstəsimin “müqərrəbi-

d

ərgah”ı  rütbəsinə  çatır.  Burada  qazandığı  hörmət və  etimada görə  də  az  



zaman sonra x

əlifənin baş xəttatı və kitabdarı vəzifəsinə təyin olunur.

70

 

 



Heç  şübhəsiz ki, hər  şeylə  maraqlanan, hər  şeyi  bilmək istəyən 

Urm


əvi nəsib  olduğu  bu  şərəfli vəzifəsindən səmərəli istifadə  edə  bilmiş, 

kitabxanada  toplanılan  qiymətli kitablardan istədiklərini həvəslə  oxuyub 

öyr

ənmək  imkanına  nail  olmuşdu.  Ehtimal  etmək olar ki, o, musiqi elmi 



üzr

ə  də  öz məlumatını  həmin  kitabxanadakı  əsərlər sayəsində  dönə-dönə 

artırmağa müvəffəq olmuşdu. 

 

Artıq xüsusi ilə musiqi sənəti üzrə xeyli püxtələşmiş Urməvi həmin 



dövrd

ə  (1252-ci il) özünün ən qiymətli  əsəri olan “Kitab-əl  ədvar”ı  yazıb 

tamamlamışdı. 

  Lakin Urm

əvinin belə asudə yaşayıb yaratmaq imkanı uzun sürmədi. 

Hamisi v


ə havaları olan son Bağdad xəlifəsi (1242-1258) Müstəsim billah 

                                                           

67

 M

əşhur ərəb хəttatıdır (881-940). Abbasi хəlifələri əl-Müqtədir (908), əl-Qahir (932) və 



əl-Razinin (934) vəziri  оlmuşdur.  Хəttatlıq  sənəti üzrə  müəyyən bir üslub və  məktəb 

yaradıcısı  sayılır  ki,  həmin məktəb  оnun  adı  ilə  adlanır.  (SI.Huart.Lеs  calligraphеs  еt  lеs 

miniaturistеs dе l Оriеnt musulman, p.74). 

68

  Yaqut ibn Abdulla 



ər-Rumi nəzərdə  tutulur (müasiri həm də  adaşı  оlan  məşhur  ərəb 

alimi, cоğrafiya və tərcümеyi-hallar lüğəti müəllifi Yaqut ibn Abdullah ər-Rumi əl-həməvi 

il

ə  dəyişik  salmamalı).  Görkəmli  ərəb  ədibi və  хəttatıdır  Mоsulda  yaşamış  və  оrada  da 



ölmüşdür  (1221).  Məşhur  Ibn-əl-Bəvvab  хəttatlıq  məktəbinin  ən görkəmli nümayəndəsi 

sayılır. 

69

 Baron Rodolphe D’Erlanger, La musigue arabe, tom troisteme, p.567. 



70

 

Əli Minai. Əbülfəz rəhimоv. Yaхın Şərqin Orta əsr kitabхanaları haqqında, “Azərbaycan 



SSR ЕA Хəbərləri”, ədəbiyyat, dil və incəsənət sеriyası, 1967, №2, səh.40. 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

455 


(1212/1213-1258) monqollar t

ərəfindən gələn təhdid və  fəlakətin  qarşısını 

almaqda aciz idi. 1255-1256-

cı  illərdə  Çingiz  xanın  nəvəsi monqol 

hökmdarı Hülaku xan (1217-1265) islam hökmdarları qarşısında ultimatum 

mahiyy


əti bəzi qəti tələblər

71

  ir



əli sürdü. Hülaku xəlifə  Müstəsimdən 

İsmaililər  əleyhinə  müharibə  elanını  tələb edirdi. Xəlifə  isə  Hülakunun 

t

ələblərinə etina etmədi. 



*** 

1257-ci ilin mart-

aprel aylarında monqol nümayəndə heyəti Bağdada 

g

ələrək  şəhərin  istehkamlarının  tamamilə  yıxılmasını  və  Hülaku ilə 



danışıqlar  aparmaq  üçün  ya  xəlifənin özünün gəlməsini, bu olmazca 

s

əlahiyyətli bir nümayəndə göndərməsini Müstəsimdən tələb etdi. Müstəsim 



bu t

ələbləri rədd etdi. Xəlifənin bu hərəkətindən hiddətlənən Hülaku Bağdad 

üz

ərinə hücum edəcəyi xəbərdarlığı ilə Müstəsimi təhdid etdi. Bu xüsusda 



x

əlifənin göndərdiyi cavab məktubun məzmunundan daha da qəzəblənən 

Hülaku h

ərəkətə keçdi. “1258-ci ilin fevralında Hülaku və onun sərkərdəsi 

Baqu bir h

əmlə  ilə  Bağdadı  aldılar;  qırğın  40  gün  davam  etdi;  xəlifənin 

yaşadığı şəhərin  sədləri, qüllələri, darvazaları dağıdıldı, çox gözəl binalar 

v

ə  elmi  kollleksiyalar  yandırıldı”.



72

  Budda dinin

ə  mənsub olan Hülaku 

(anası  və  arvadı  xristian  idi)  Bağdadı  istila  etdikdə  xristianlara heç bir 

b

əsarət yetirmədi. Lakin xəlifə Müstəsimi və onun arvad-uşaqlı bütün ailə 



üzvl

ərini, bir çox əqrəbası ilə birlikdə öldürtdü.

73

 

 



*** 

Urm


əvi də  Müstəsimin “müqərrəbi-dərgahı”,  yəni  yaxın  adamı 

sayılırdı. Odur ki, onun da həyatı təhlükə altında idi. O, özünü və ailəsini 

                                                           

71

 



İbn  Хəldun (1332-1406)  –  “Kitab-əl-ibar vədivan  –  əl-mübtəda”, III cild, səh.536; 

H

əmdallah Qəzvini (təхm.1281/82-1249) Y “Tariхi-Quzidə”, ingiliscə Braunun nəzri, - Thе 



Tarilkh-i-Guzid

a  оr  “Sеlеct  Histоru”  lf  Hamdullah  Mustavfi-i-Qazvini  cоmpilеd  in 

A.N.730  (A.D.1330),  and  nоü  rеprоducеd  in  fac  similе  frоm  a  manusgript  datеd  A.N. 

(857=1453), vith an intrоductiоn bu Е.G.Brоvnе. vоl.ı, cоntaing thе tехt, Lеydеn-Lоndоn, 

1910. 371 v

ə davamı. 

72

  Marks v



ə  Еngеls  arхivi.  V  cild  səh.229. Sitat Azərbaycan  SSR  ЕA  Tariх  İnstitutunun 

“Az


ərbaycan tariхi” kitabından (I cild, Bakı, 1958, səh.196) götürülmüşdü. 

73

 



А.Массе. Ислам, очерк истории, перевод с французского, 2-ое изд. М., 1963, 

стр.182 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə