Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə123/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   119   120   121   122   123   124   125   126   ...   145

Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

456 

ölümd


ən xilas etməyə bir çarə tapmalı idi. Bu xüsusda məşhur türk alimi və 

kitabşünası  Mustafa  ibn  Abdullah  Katib  Çələbi-Hacı  xəlifə  (1609-1657) 

XVI 

əsrin görkəmli iran tarixçisi Xandəmirin “Həbibus-siyar”  əsərinə 



əsaslanaraq  yazır  ki,  Hülaku  öz  monqol  ordularının  başında  Bağdadı  fəth 

etdikd


ə Səfiəddin də onun əlinə keçmişdi. Lakin Səfiəddin özünü itirmədən 

yeni hökmranın yanında oturmuş və özü ilə gətirdiyi ud musiqi alətində elə 

bir m

əharət ilə çalğı çalmışdır ki, onun ifaçılıq sənətindən valeh olan Hülaku 



S

əfiəddinə, onun ailəsinə  heç bir əziyyət verilməməsi  haqqında  xüsusi 

f

ərman vermişdir.



74

 

Ehtimal etm



ək olar ki, Bağdadın  yeni hakimləri (İlxanilər) dövründə 

Urm


əvinin başını salamat qurtarıb öz musiqi-elmi fəaliyyətini davam etdirə 

bilm


əsinə  görkəmli  iran  alimi  tarixçi  Əlaəddin  Ətaməlik Cüveyni (1226-

1283) d


ə  çox böyük kömək göstərmişdir.  Çünki  bilindiyi  kimi,  Cüveyni 

mon


qollar  istilasından  zərərdidə  olmuş  vilayətlərdə,  şəhərlərdə  asayişin 

b

ərpa  olunmasına



75

, el


əcə  də  monqol  hökmdarları  tərəfindən  haqsızcasına 

c

əzaya məhkum edilən elm-mədəniyyət xadimlərinə  bəraət  qazandırılması 



işinə xeyli müsbət təsir göstərmiş və buna əksər hallarda müvəffəq olmuşdu. 

Cüveyninin 

əsil xeyirxah və  alicənab xasiyyətli  alim  olduğunu  yüksək 

qiym


ətləndirən məşhur  ərəb  kosmoqrafı  (münəccimi) və  coğrafiya  alimi 

Z

əkəriyya ibn Məhəmməd ibn-Mahmud ibn əl-Qəzvini (1203-1283) 



“Əcayib-ül-məxluqat və  qəraib ül-mövcudat”  kitabını  Əlaəddin  Ətaməlik 

Cüveyniy


ə  ittihaf  etmişdir.

76

  (Bu kitabda h



ər  şeydən  əlavə  nəzər-diqqəti 

c

əlb edən orasıdır ki, “Zöhrə” səyyarəsini təsvir edən fəslin - beşinci fəsil - 



titul s

əhifəsi ud musiqi alətində çalan sazəndənin rəsmi ilə qeyd olunur)

77



Şərq  xalqlarının  tarixindən bəhs edən “Tarixi-cahangüşə” müəllifi 



Əlaəddin  Cüveyninin  qardaşı  Şəmsəddin Cüveyni də  Bağdadda,  Hülaku 

sarayında  yüksək mənsəb  sahibi  idi.  O,  öz  oğullarının  təhsil məsələsini 

Urm

əviyə  həvalə  edir. Urməvi  Şəmsəddin  Cüveyninin  oğulları  Bahaiddin 



                                                           

74

 



Yulеs Rоunеt, “Еncyclоpеdiе dе la musiquе et dictiоnnairе du cоnsеrvatоirе”-də çap 

оlunan məqaləsndən, Paris, 1922, p.2700 

75

 

И.Ю.Крачковский. Арабская географическая литература, глава ХIII, вторая 



половина ХIII века. Избранные сочинения, том IV, стр.372. 

76

 



İ.Y.Kraçkоvski. Göstərilən əsəri, səh.360. 

77

 



Əlyazması SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda saxlanılır, 7, v.13a 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

457 


il

ə Şərəfəddin Harunun müəllim və mürəbbisi vəzifələrini öhdəsinə götürür. 

Bu  iki  qardaşın  təlim və  tərbiyəsi ilə  məşğul  olan  Urməvi xüsusi ilə 

Şərəfəddinin  çalışqanlığından  doğrudan  da    razı  qaldığına  görə, yoxsa adi 

iltif

atkarlıq  nişanəsi olaraq, ya da bəlkə  atasına  və  əmisinə  minnətdar 



olduğunu bilmək arzusu iləmi, - özünün qiymətli əsərini Şərəfəddinə  ittihaf 

ed

ərək “Risaleyi Şərəfiyyə” adlandırır. 



  T

əxminən elə  bu vaxt Urməvi  Bağdadda  kitabların  üzünü  köçürən 

x

əttatlar bürosunun (Divani-inşa) rəisi təyin edilir. 



  1265-ci ild

ə,  İlxanilərin  birinci  hökmdarı  Hülakunun  ölümündən 

sonra, xan

ədan müməssilləri  Hülakunun  oğlu  Abağa  xanı  (1234-1282) 

hökmdarlığa  seçirlər.  Abağa  xan  səltənət  başına  keçincə  vəziri  Şəmsəddin 

Cüveyninin  böyük  oğlu  Bahaiddini  İraqi-Əcəm  əyalətinə  vali təyin edir. 

S

əfiəddin Urməvi öz şagirdi Bahaiddini bu səfərində müşayiət edir. 1266-cı 



ild

ə  Abağa  xan  şimal  ölkələri (Azərbaycan, Gürcüstan) tərəfindən 

gözl

ənilən hücumların qarşısını almaq üçün Kür çayının sahilində uzun bir 



s

ədd  inşa  etdirir.  Daha  sonralar,  yəni 1248-ci ildə  Abağa  xanın  vəziri 

Şəmsəddin Cüveyni Qafqaz qəbilələrini itaətə gətirməyə müvəffəq olur. 

  Lakin 1279-cu ild

ə Bahaiddin Cüveyninin ölümü ilə əlaqədar olaraq 

Urm


əvinin də  bəxt ulduzu  yavaş-yavaş  sönməyə  başlayır.  Xüsusi  ilə 

Cüveynil


ər ailəsinə  qarşı  başlanan  müxtəlif fitnə  və  iftiralara

78

  döz



ə 

bilm


əyən Əlaəddin Ətamalik Cüveyni 1283-cü ildə ürək acısından öldükdən 

sonra Urm

əvi hər bir himayədən məhrum  olub,  çox  ağır  və  çətin bir 

v

əziyyətə düşür. 



 

Qoca  vaxtında  borca  düşən Urməvi nəhayət müamiləçilərinin irəli 

sürdükl

əri  şikayət üzrə  həbsə  alınır.  O,  1224-cü ildə  Bağdad 



dustaqxanasında vəfat etmişdir. 

   


 

 

 



 

 

  H

ələ  Əbu  Nəsr Farabinin məşhur  “Kitab-ül-musiqiyi-kəbir” 



əsərindən (və  bəlkə  də  ondan daha əvvəl  yaşayıb  yaratmış  bir  çox  Yaxın 

Şərq musiqi alimlərinin də  əsərlərindən)  başlayaraq,  ta  XX  əsrə  qədər 

yazılmış  ərəb, fars, türk, azəri  musiqi  kitablarında  Yaxın  Şərq  xalqları 

                                                           

78

 

İ.Kraçkоvski. Göstərilən əsəri, səh.372 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə