Sivilizasiyaların kəsişməsində türk dünyası
197
cəmiyyətdir və bununla digər sivilizasiyalardan əsaslı surətdə
fərqlənir. İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”in
yalnız ərəb dilində oxunmalı olması və duaların bu dildə
səslənməsinə olan tələb də ərəb dilinin Ərəb sivilizasiyasının
formalaşmasında xüsusi rol oynamasının göstəricisidir.
Türk sivilizasiya daşıyıcılarının islam dininin müxtəlif
cərəyanlarında təmsil olunması - siyasi məqsədlərin prioritetliyi
Türk sivilizasiyası islam dininin əhatə dairəsində də
özünəməxsusluğunu büruzə verir. Yəni, türklər islam mədəniyyəti
daxilində öz milli identikliyini daim göstərmişlər. Bir çox hallarda
bu özünü islam dini məzhəblərində, təriqətlərdə, sufi ordenlərində
türklərin əks reaksiyası olaraq göstərmişdir. Tarixi ardıcıllıqla
baxdıqda maraqlı mənzərənin şahidi oluruq və bu gün türk
dünyasının təmsilçilərinin islam dininin fərqli məzhəblərinə etiqad
etmələrinin əsl səbəbləri ortaya çıxır. Məlum olduğu kimi, ərəb
işğalının ilk dövründə islamı qəbul edən, amma ərəb olmayanlar
(“məvali”) Ərəb Xilafəti daxilində ayrı-seçkiliyə məruz qalırdılar.
Xüsusən Əməvilər dövründə məvalilər - cizyə, zəkat kimi vergilər
verir, fərqli münasibət görürdülər. Lakin sonradan işğal olunan
ərazilərin böyüklüyü ərəbləri bu məkanda azlığa çevirdi ki, bu da
hakim rejim üçün problemlər yaradırdı. Əslində Əməvilərin
Abbasilərlə əvəz olunmasında bu faktorun da xüsusi rolu olmuşdur
və artıq Abbasilərin dövründə ərəb olmayan müsəlmanlara qarşı
ikinci dərəcəli münasibətin dəyişməsi nəticəsində ərəbləşmə prosesi
daha geniş vüsət almışdı. Biz isə diqqəti başqa bir məqama çəkmək
istərdik. Əməvilər dövründə qeyri-ərəblərin (daha çox türklər və
iranlıların) hakim rejimə qarşı reaksiyası, barışmaz mövqeyi onların
islam dinini qəbul etsələr belə, islam daxilində hakim sülaləyə qarşı
olan digər dini cərəyanlara meyl etməsinə səbəb olurdu. İslam dini
daxilində yaranmış cərəyanlar mahiyyət etibarilə ərəb mənşəli
Sivilizasiyaların kəsişməsində türk dünyası
198
olsalar da, həmin dövrdə hakim rejimə qarşı olduğundan ərəb
olmayanların maraqlarına uyğun gəlirdi. Buna görə də, iranlılar və
türklər arasında şiəliyin, Şimali Afrikada bərbərlər arasında
xaricilik təriqətinin geniş yayılmasının səbəblərini burda axtarmaq
lazımdır. Dediklərimizi əyani təsəvvür etmək üçün islam dininin
yayılma arealına baxsaq (xəritə 1), sektant dini cərəyanların daha
çox müsəlmanlaşan digər sivilizasiya daşıyıcısı olan millətlər
arasında yayıldığını görərik. Qeyd olunan müddəaları
ümumiləşdirərək bu qənaətə gəlmək olar ki, ərəb olmayan
sivilizasiya daşıyıcılarının fərqli mənəvi dəyərləri və həmin dövr
Xilafətdə hakim rejimə qarşı islamdaxili cərəyanların maraqlarının
üst-üstə düşməsi bu cür mənzərənin formalaşmasına gətirib
çıxarmışdır (hətta ərəbləşmənin I mərhələsində bu prosesi keçən və
ərəb ölkəsi hesab olunan Yəmənin də timsalında bu mülahizə
özünü doğruldur). Yəni, şiəlik və ya xaricilik təriqəti özü belə dində
ərəb mənşəli siyasi istiqamət olsa da, həmin dövr hakim sülaləyə
(rejimə) qarşı olduğundan məvalilər arasında çoxlu tərəfdar
tapmışdı. Doğrudur, bu müddəanın reallığı əks etdirmədiyi hallara
da rast gəlirik. Misal üçün, əhalisinin böyük hissəsi sünni olan ən
böyük türk dövlətlərindən Osmanlı imperiyası öz siyasətində bu
yanaşmaya üstünlük vermişdir. Belə olan halda konkret situasiyaya
baxmaq lazımdır. Məlum olduğu kimi, 1055-ci ildə Səlcuq sultanı
Toğrul bəy tərəfindən Bağdad alındıqdan sonra xəlifəlik institutu
faktiki olaraq türklərin ixtiyarına keçmişdir. Səlcuqların varisi olan
Osmanlı imperatorları isə həm də Xəlifə elan olunmuşlar. Buradan
aydın olur ki, sünni əqidəsi yenə də siyasi məqsədlərə uyğun
gəldiyi üçün Osmanlı dövlətində qəbul edilmişdir.
Sivilizasiyaların kəsişməsində türk dünyası
199
İslam dininin təriqətlər üzrə xəritəsi
Sivilizasiyaların kəsişməsində türk dünyası
200
İslam dininin Ərəb xilafətinin şərqə doğru işğal etdiyi
ərazilərdə bərqərar olması ən azı üç-dörd əsr çəkmişdir. Türk
sivilizasiya daşıyıcılarının növbəti mərhələdə öz əks-təsirini sufi
təriqətlərində göstərdiyini müşahidə edirik. Təxminən XI əsrdən
başlayaraq müxtəlif sufi təriqətləri Türk sivilizasiyası üçün islam
daxilində özünəməxsusluğunu əks etdirmək vasitəsi olmuşdur.
Maraqlı odur ki, bəzən bu sufi təriqətləri ərəb mənşəli olsalar belə,
inkişaf dövründə daha çox türk dünyagörüşünə xidmət etmişlər.
Bəzən hətta ilk məqsədini - müsəlman missionerlik funksiyasını
itirərək islam dinində türk identikliyinin ifadəçisi olmuşlar. Yəni,
sufizm, onun ayrı-ayrı təriqətləri, xüsusən, səfəvilik, bektaşilik
türkçülüyə xidmət etmişdir. Belə bir məqamda çoxlarını
düşündürən incə bir nüansa da işıq salmaq istərdik. Necə olur ki,
etnik kök, mədəniyyət, mənəviyyat baxımından eyni sivilizasiyanın
daşıyıcısı olan Anadolu və Azərbaycan türkləri islamda fərqli dini
məzhəb daşıyıcılarıdır. Yəni, osmanlılar sünni, azərbaycanlılar isə
daha çox şiədirlər. Tarixi zərurət, zamanın tələbi və başqa
səbəblərlə yanaşı xüsusi bir məqama da diqqət yetirmək istərdik.
Yuxarıda da göstərdiyimiz kimi, Osmanlı dövləti Bağdadı
tutduqdan sonra (hətta bir az da əvvəl səlcuqların Bağdadı tutmasını
da göstərmək olar) Xilafətin hüquqi varisi oldular və ortodoks sünni
dini ideologiyası artıq Osmanlı imperiyasının mənafeyinə xidmət
edirdi. Yəni, bir növ hakim ərəb ideologiyası qalmadı ki, Osmanlı
türkləri ona qarşı alternativ olsunlar. Bu isə öz növbəsində Osmanlı
imperiyasının bir çox sahələrdə türklükdən daha çox islam
mədəniyyətinin daşıyıcı olmasına şərait yaratmış oldu. Osmanlı
dövründə bəzən hətta ümumislam mədəniyyətinin türk mədəni
dəyərlərinin qarşısında üstünlük qazandığını müşahidə edirik.
Əvəzində həmin dövr siyasi səhnəsində Osmanlı imperiyasının əsas
Dostları ilə paylaş: |