Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə62/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   58   59   60   61   62   63   64   65   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 201
rəqibi olan Səfəvilərin (Azərbaycan) ideologiyasında biz 
ümumislam dəyərləri çərçivəsində türk elementlərini saxlayan dini 
dünyagörüşünü müşahidə edirik. Sufi ordeninin rəhbərlərinin 
dövlət başçısı olduğu bu dövlət hakim islam ideologiyasına öz əks 
təsirini göstərirdi. Bu təzahürlərin Türk sivilizasiyasını  təcəssüm 
etdirməsinin  ən bariz nümunəsini isə biz hazırda Türkiyə 
Cümhuriyyəti  ərazisində yaşayan  ələvi təriqətinin daşıyıcılarının 
timsalında görürük. Ələvilik - məscid əvəzinə cem evlərinin olması, 
dini ayinlərin xüsusi musiqi və rəqslə müşayiət olunması, qadın və 
kişilərin bir yerdə dini ritualları  həyata keçirməsi, dini ayinlərin 
ərəb dilində deyil, milli dildə (türk dilində) olması  və başqa 
xüsusiyyətləri ilə xarakterizə olunur. Göründüyü kimi, dini 
ritualların belə musiqi ilə müşayiəti türkə  məxsus  şuxluğun 
göstəricisidir, türklərin qədimdən bəri qopuz-ozan ənənəsinin 
təzahürüdür; dini ayinin milli dildə olması  ərəb dilinin 
hegemonluğuna qarşıdır və beləliklə, islam daxilində olsa belə 
millidir, türk kimliyinin qorunmasına yönəlmişdir. Türkiyənin daha 
çox şərq bölgələrində məskunlaşan bu ələvilərin köklərinə baxsaq
onların etnik baxımdan ya Azərbaycandan köçürülmüş olduğunu, 
ya da o dövrdə  Səfəvilərin qərb sərhədlərinin həmin  ərazilərdən 
keçdiyini nəzərə alaraq yerli türkmən tayfalarının törəmələri 
olduğunu görərik. O ki qaldı, hazırkı dövrdə Türkiyə 
Cümhuriyyətində ələvilərin kürd, laz və digər etnik əsilli olması ilə 
bağlı fikirlərə zənnimizcə, burada siyasi məqsədlər üstünlük təşkil 
edir.  
Ələvilərin dini inancı ilə bağlı daha maraqlı məqama isə ələvi-
bektaşiliyin  ən böyük tədqiqatçısı olan Fransada yaşayan 
azərbaycanlı mühacir ailəsinin övladı İren Melikofun (1917 - 2008) 
əsərlərində rast gəlirik. Onun fikrincə, “ələvilər  şiə deyillər. 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 202
Ələvilərin imam Əlini tanrılaşdırmasının  şiəliklə heç bir əlaqəsi 
yoxdur.  İmam  Əli  əslində türklərin Göy Tanrısıdır. Türklər 
müsəlman olduqdan sonra islamaqədərki inanclarında  əsas yer 
tutan Göy Tanrısına inam tam yox olmadı, imam Əli ilə birləşdi. 
Şiəlik isə daha sonra təsir etməyə başladı, bəzi ünsürlərini qəbul 
etdirdi”.
157
Türkiyədə  ələviliyin türklük olduğu, türk boylarının, 
oğuzların, türkmənlərin gətirdiyi bir inanc, mədəniyyət olması 
ideyasının tərəfdarları arasında Prof. Dr. Yusuf Ziya Yörükan, Dr. 
Ali Selçuk, Prof. Dr. Bahaeddin Ögel,  Dr. İsmail Kaygusuz, Dr. İs-
mail Onarlı, Esat Korkmaz, Dr. Ali Dursun Gülçiçek kimi elm 
adamları da var.  
 
Ərəb passionarlığı dövründə Türk və  Ərəb sivilizasiya 
daşıyıcıları arasında münasibətlərin səciyyəvi cəhətləri 
 
Türk və  Ərəb sivilizasiyaları arasında münasibətlərin ilk 
mərhələsi VII əsrdən başlayaraq  ərəblərin islam dinini yaymaq 
hesabına türk torpaqlarını işğalı zamanına düşür. Bu dövrdə ərəb işğalı 
həm yeni torpaqların tutulması, həm də islam dininin timsalında 
ideoloji təsirlə müşayiət olunmuşdur. Qeyd etməliyik ki, islam dini 
bütün müsəlmanlar üçün mənəvi dəyər olduğu halda, daha çox ərəblər 
üçün sivilizasiya elementidir. Belə ki, ərəblər  İslam sivilizasiyasının 
yaradıcısı  və qanuni daşıyıcılarıdır.  İslamaqədərki  ərəb mədəniyyəti 
belə İslam sivilizasiyasında müəyyən mənada öz çalarlarını saxlamış 
və beləliklə islam dəyərləri digər müsəlmanlardan (türklər, farslar, 
malaylar və s.) fərqli olaraq ərəb mədəniyyətini yalnız 
zənginləşdirmişdir. Qeyri-ərəblərdə isə islamın gətirdiyi çoxsaylı 
zənginliklərlə yanaşı müəyyən məhdudiyyətlərə  və öz sivilizasiya 
identifikasiyasında məhrumiyyətlərə də səbəb olmuşdur. Bu isə islam 
                                                 
157
 http://www.pirsultanabdal.org/irene_melikoff.html 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 203
dini ilə deyil, ərəb işğalının ideologiyası ilə bağlıdır (bu halda islam 
ideologiyası  ərəb işğalına hakimiyyəti saxlamaq üçün yardım 
etmişdir).  
Türk dünyasının  ərəblər tərəfindən işğalı Türk sivilizasiyasına 
özünəməxsus zərbələr də vurmuşdur. Əlbəttə, bir mənada bunu təbii 
qarşılamaq lazımdır.  İşğalçı dövlət öz ideoloji, mənəvi, sosial, hətta 
dini dəyərlərini zəbt etdiyi bütün torpaqlarda yayırdı. Lakin yeni 
dəyərlər Türk sivilizasiyasına öz milli identikliyinin saxlanmasında 
problemlər də yaratmışdır. Xüsusi vurğulanmalıdır ki, türk xalqlarının 
ərəblərdən  əvvəl qarşılaşdığı digər işğalçılar bu sivilizasiya 
elementlərinə toxuna bilməmişdilər.  Ərəb işğalının Türk 
sivilizasiyasına mənfi təsiri ilə bağlı Elməddin  Əlibəyzadə yazır: 
“Ərəblər elə ki, türk dünyasını  fəth etdilər, ona üç elə  ağır zərbə 
endirdilər ki, indiyədək onun altından çıxa, özünə gələ bilmir: 
1. İlk növbədə türkün vahid kökünə balta çalıb onu parça-parça 
etdilər, onun vahidliyini pozdular. Azərbaycan, Özbək, Qazax, 
Türkmən, Qırğız, Tatar və başqa adlarla türk xalqları yarandı. 
2. Türkün inamını qırdılar, “Avesta” kitabını, zərdüştlüyü, “Göy 
Tanrı dini”ni əlindən aldılar. Bu gedişdə, bu prosesdə 100 minlərlə 
türk qırıldı, bir-birini məhv etdi; islamlaşma qılınc gücünə başa gəldi. 
Bu çarpışmalar, mübarizələr tarixi qəhrəmanlar - Babəklər, Məzdəklər, 
Cavanşirlər də yetirdi. 
3. Türkün qədim və tarixi-milli əlifbası - yazı mədəniyyəti itirildi, 
məhv edildi; “Orxon-Yenisey” yazısı üzərinə elə bir qara pərdə çəkildi 
ki, 1000 il o, işıq üzü görmədi, ancaq XIX əsrdə aşkar oldu, tədqiqat 
obyektinə çevrildi. Türk xalqlarının mənəvi aləmi, onların ruhuna, 
qanına hopmuş “Avesta” inamları, adət-ənənələri, ayinlər, bayramlar 
və s. üzərinə kölgə salındı, ya mənimsənildi, ya da qadağalar 
qoyuldu... V-VI əsrlərin qəhrəmanlıq dastanı “Kitabi-Dədə Qorqud” 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə