Sivilizasiyaların kəsişməsində türk dünyası
191
təzahürlərinə, xüsusən də dənizsahili ərazilərdə müəyyən izləri ilə
qarşılaşsaq da, daha əvvəl hakimiyyəti altında olduğu İran
mədəniyyətinin təsirini göstərən fundamental izlərə rast gəlinmir.
Beləliklə, əvvəl İran, sonra Roma-Bizans işğalının əsas təsiri
Misirin milli məninin, sivilizasiya özəyinin itirilməsinə səbəb
olmuşdu. Belə bir halda artıq 700-800 il bu prosesləri yaşadıqdan
sonra bu ərazidə əhalinin ərəbləşməsi və Misirin ərəb
mədəniyyətinin əhatəsinə daxil olması daha asan görünürdü. Ərəb
işğalının siyasi, iqtisadi, sosial proseslərə təsirini araşdıran ingilis
alimi Hyu Kennediyə görə, “böyük mədəniyyətə, ərəblərlə
müqayisədə zəngin dövlətçilik ənənəsinə, daha yaxşı silahlanmış və
təchiz olunmuş, böyük döyüş təcrübəsi olan orduya malik olan və
ümumiyyətlə bütün sahələrdə ərəblərdən daha üstün olan Misirin
çox qısa müddətdə ərəb işğalına məruz qalmasının və son nəticədə
ərəbləşməsinin ən əsas səbəbi ondan ibarət idi ki, bu proses bir çox
misirlilər üçün bir yad hakimiyyətin başqası ilə əvəz olunması
demək idi”.
153
Eyni zamanda Misir, Suriya və Mesopotomiyanın əhalisinin
ərəbləşməsində hələ islamdan qabaq bu ərazilərə ərəblərin
miqrasiyasının da rolu olmuşdur. Hələ islamdan əvvəlki dövrdə
yarımadanın ərəblərinin Suriya və Mesapotomiyaya köçməsi və
burda bir neçə əsr boyunca çoxsaylı arami xalqlarının mədəni
təsirinə məruz qalması haqqında məlumatlar var. Artıq həmin
dövrdə Roma-Parfiya sərhədinin hər iki tərəfində əhali arami
dilində danışırdı. Belə ki, hələ islama qədər arami yazısının təsiri ilə
ərəb yazı sistemi yaranmışdı. Misirə də ərəb elementi islama qədər
daxil olmuşdu. Strabonun məlumatlarına görə, Yuxarı Misirdə
Kopt şəhərinin əhalisinin yarısı misirli, yarısı isə ərəb idi. Nil
153
Хью Кеннеди. Великие арабские завоевания. Москва: Астрелб, 2010, стр. 215
Sivilizasiyaların kəsişməsində türk dünyası
192
çayının Qərb sahilini Liviya tərəfi, Şərq sahilini isə Ərəb tərəfi
adlandırırdılar. Amma ərəb işğalı zamanı Suriyada olduğu kimi
Misirdə də ərəb dilində danışan əhali mövcud deyildi (yəni bu
ərazilərə miqrasiya edən ərəblər yerli dilləri qəbul etmişdilər). Yerli
əhalidən yuxarı sinifin dili yunan dili idi, dövlət həyatında latın dili
də işlənirdi. Öz dillərini saxlayan koptlar xristianlığı qəbul
etmişdilər, qədim Misir yazılarını unudaraq, yunan yazısına
keçmişdilər. Yalnız X əsrdən sonra buralarda da ərəb dili və yazısı
üstünlük qazanmağa başlamışdır.
154
Bundan başqa, Yaxın Şərqin xristian əhalisi üçün (həm Misir,
həm də Suriya xristianları Xalkedon kilsə məclisində ayrılan şərq
xristianlarını təmsil edirdilər) Qərb kilsəsinin onları kafir hesab
etməsi səciyyəvi idi. Yəni, yeni dinin daşıyıcıları olan
müsəlmanların onlara qarşı münasibətləri katolik kilsəsinin onları
kafir elan etməsi müqabilində daha tolerant idi və bu amil də
əhalinin islamlaşmasında böyük rol oynamışdır. Beləliklə,
ərəbləşmənin ikinci fazası ərəb passionarlığı hesabına, mənəvi
dəyərlərin uyumluluğu, eləcə də regionda uzun müddət hökmran
olan yad mənəvi dəyərlərin yerli əhali tərəfindən qəbul
edilməzliyinin yaratdığı mühit sayəsində mümkün olmuşdur.
Eyni zamanda, ərəbləşmənin ikinci fazasına təsir göstərən
digər bir mühüm amili də diqqətdən qaçırmamaq lazımdır. Belə ki,
Xilafətin işğalının ilk illərində ərəblərlə islam dinini qəbul etsələr
belə, qeyri-ərəblər arasında böyük fərq qoyulurdu, ikili standartlar
tətbiq olunurdu. Ərəb olmayan müsəlmanlar əmlak, məhsulla
əlaqədar ağır vergilər ödəyir, inzibati işlərdən kənar saxlanılırdılar.
Bu isə narazılığa səbəb olur, Xilafətin işğal siyasətinə mane olurdu.
154
В.В.Бартольд. Мусульманский мир // Ислам. Энциклопедия культуры и
исскуства. Мосва: Эксмо, 2010, стр.47
Sivilizasiyaların kəsişməsində türk dünyası
193
Belə ki, işğal olunan ərazilərin sərhədləri genişləndikcə
imperiyanın içərilərində qalan qeyri- ərəblərin baş qaldırması, eləcə
də yeni ərazilərdə döyüş və inzibati işlər üçün insan resurslarının
çatışmazlığı Xilafətin ərəb olmayan sakinlərinə qarşı siyasətinin
dəyişməsinə səbəb olmuşdu. Xəlifə Əbdül Malik ibn Mərvanın
(685-705) hakmiyyəti dövründən başlayaraq məvalilərin əlavə
vergi yükü götürüldü, onlar inzibati işlərə cəlb olunmağa
başlandılar və nəticədə işğal olunan ərazilərdə sosial və iqtisadi
üstünlüklər qazanmaq imkanı əldə edən yerli əhali sürətlə
ərəbləşməyə başladı.
Ərəb passionarlığının ikinci mərhələsi - müsəlmanlaşdırma
Bundan sonrakı mərhələdə ərəb passionarlığı özünü
müsəlmanlaşdırmada göstərmişdir. Doğrudur, islam dininin
yayılması yalnız ilkin mərhələdə ərəb passionarlığı hesabına
olmuşdur. Hətta sonralar islam dininin başlıca yayıcıları və
qoruyucuları türklər olmuş və ya bu dinin daha böyük coğrafi
məkana (Hindi-Çin yarımadasına, İndoneziyaya, tropik Afrikaya)
yayılmasında digər faktorlar da rol oynamışdır. Bununla belə, qeyd
etməliyik ki, Ərəb Xilafətinin genişlənməsinin birinci fazası
ərəbləşmə ilə nəticələndisə, növbəti faza da müsəlmanlaşma ilə
nəticələndi. Bəs fərq nədən ibarət idi ki, Afrikanın Atlantik okeanı
sahillərindən Ərəbistan yarımadasının cənubunadək böyük bir
məkanda özündən dəfələrlə yüksək və qədim sivilizasiya
daşıyıcıları assimilyasiyaya uğradığı halda, Xilafətin işğal etdiyi
digər ərazilər - İran, Azərbaycan, Anadolu, Mərkəzi Asiya yalnız
islam dininin əhatə dairəsinə daxil olmaqla kifayətləndi.
Baxmayaraq ki, həm tarixi mənbələr, həm də toponimlər göstərir
ki, Ərəb Xilafəti bu regionlarda da assimilyasiya siyasəti
Dostları ilə paylaş: |