Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə55/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   51   52   53   54   55   56   57   58   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 179
bilməməyini belə izah edir ki: “Masonlar - gizli təşkilatın 
üzvləridir. Onların etiqadı, ritualları  və ümumilikdə bütün 
fəaliyyətləri tam məxfi saxlanılır. Bunlar yalnız Qardaşlığın 
üzvlərinə  məlum olur. Bundan əlavə müxtəlif səviyyələr üzrə  də 
gizlinlər var. Aşağı pillədə olan masonlara onların liderlərinin 
bildikləri hər şey məlum deyil. Həqiqi müsəlman isə Qurani-Kərim 
və sünnələrdə deyilməyən və izah olunmayanlara inanmamalıdır. 
Masonların sıralarına daxil olan hər bir kəs yarımçıq qəbzi 
imzalayan insan kimi davranır. Bununla o, mason rəhbərlərinin 
istənilən arzusunu kor-koranə icra etməyə razılaşır”.
142
  
Əksər tarixçilər masonluğun öz başlanğıcını orta əsrlərdə 
“azad daş ustaları” gildiyasından götürdüyü qənaətindədirlər. Bu 
təbəqənin təmsilçiləri təhkimli kəndlilərdən fərqli olaraq azad 
idilər. Ümumiyyətlə orta əsrlərdə gildiyalar peşə fəaliyyəti əsasında 
yaranırdı. Gildiyalarda eyni peşə ilə məşğul olan insanlar birləşirdi
tam bərabərlik gözlənilirdi, kişi və qaıdın, kasıb-varlı  fərqi 
qoyulmurdu. Burda bir analoji müqayisə apararaq qeyd etmək 
lazımdır ki, sufi cərəyanlarda da ardıcıllar arasında sosial və cinsi 
fərq qoyulmurdu. Xüsusən qadınlara qarşı münasibətdə bu cür 
yanaşma islam dini dünyagörüşü çərçivəsində fərqlənirdi.  
Mason gildiyaları XVIII əsrdən başlayaraq artıq müxtəlif peşə 
sahibləri və sosial təbəqə nümayəndələrini birləşdirirdi. Onlar sadə 
daş ustalarının gördüyü işlərdə simvol və artefaktlar yaradılması 
haqqında mülahizələr irəli sürür, simvolika ilə bəzədilmiş binaların 
tikilişlərində iştirak edirdilər. Orta əsrlərdə Avropanın hər yerində 
qotika üslubunda tikililər inşa olunurdu, ona görə  də masonlar - 
azad daş ustaları  işsiz qalmırdılar. Bu səbəbdən də  əksər böyük 
                                                 
142
 Майкл  Брэдли.  Секреты  масонов.  Москва:  Ниола-Пресс, 2007, стр.77. Kitabda 
masonluqla bağlı istifadə olunan bütün mənbələr bu ədəbiyyatdan götürülmüşdür.  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 180
şəhərlərdə mason lojaları yaranmışdı. Masonlar cəmiyyətin 
imtiyazlı təbəqəsi idilər. Amma proseslərin belə axarı XVI əsrədək 
davam etdi. Həmin dövrdən başlayaraq qotika arxitekturası 
tənəzzülə uğradı və azad daş ustalarına tələbat azaldı. Dəqiq demək 
mümkün deyil ki, nə vaxtdan masonluq peşə bağlılığını itirmiş və 
işdən sözə keçmişdir. Amma ümumilikdə  təxminən XVII əsrin 
ortalarından gildiya fəlsəfi klub və  məktəbə çevrilmişdir. Bu 
mənada ümumən sufiliklə aralarında oxşarlıq müşahidə olunmur. 
Sufilikdə  cərəyan tərəfdarlarının heç vaxt peşə bağlılığı 
olmamışdır. Hətta bir sənətə sahib olmağı vacib hesab olunan 
əxilikdə
143
belə konkret peşə  ətrafında birlik yox idi. Sufi 
cərəyanların ardıcılları sufi təkyələrində yaşayan, tərki-vətən həyat 
tərzi sürən və öz daimi yaşayış yeri olan, sufi dünyagörüşünə rəğbət 
bəsləyən qrupdan ibarət idi.  
Eyni zamanda, qeyd etməliyik ki, masonluğun tarixini daha 
qədim dövrə bağlayan okkultistlər onun xristianlığa qədər də 
mövcud olduğunu iddia edirlər. Misirdə piramidaların tikintisində 
sakral həndəsə biliklərin və ya Yerusəlimdə Solomon məbədinin 
tikintisində istifadə olunan həndəsi hesablamaların masonluqla 
əlaqəsinin olması haqqında əfsanələr var. Amma çox güman ki, bu, 
masonluğun qədim sivilizasiyaların nailiyyyətlərindən 
faydalanması ilə  əlaqədardır. Bu baxımdan sufizmlə oxşarlıq 
                                                 
143
 Əxilik - İslamda sufi təriqətlərindən biridir. Əxilik müəyyən qayda-qanunu olan bir 
peşə  təşkilatıdır. Təməlində insana hörməti, aldatmamağı, xeyixahlığı  və istehsalda 
keyfiyyəti  əsas tutan bu təşkilatın qurucusu Əxi  Əvrandır.  Abbasi xilafəti dövründə 
qurulan, İran, Azərbaycan, Orta  Asiya və Anadoluda yayılan bu sufi cərəyanı Xəlifə 
Nasir tərəfindən dəstəklənmiş və islam ölkələrində geniş yayılmışdır. Xüsusilə, Osmanlı 
zamanında daha çox təsir gücünə malik olmuş  və üzvülük məsələsi könüllülük 
prinsipinə əsaslanmışdır. Əxiliyə girənlərin bir sənətə sahib olması vacib idi. Çünki əxi 
halal qazancla yaşamağı öhdəlik olaraq götürürdü. Halal qazancın yolu insanın öz 
zəhməti ilə dolanacağı bir sənətinin olmasından başlayır. Belə ki, zəngin olan başqasına 
daha çox xidmət edə bilər. 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 181
müşahidə edilir. Belə ki, təsəvvüf dünyagörüşünü adətən islami 
düşüncə hesab etsələr də, bəzən onun islamdan kənar sayılması və 
ya qədim din və adət-ənənənin bu cərəyanlarda təzahürü halları ilə 
də rastlaşırıq. Yəni masonluğun xristianlıqdan  əvvəl və ya qədim 
sivilizasiyalardan bəhrələnməsi ilə bağlı mülahizələrlə sufizmin 
islamdan əvvəl və ya daha qədim din və inanclardan faydalanması 
ilə bağlı fikirlər oxşarlıq təşkil edir.  
Yaxud masonluğun ümumilikdə özünün dini sistem olduğunu 
və digər monoteist dinləri qəbul etməməsi ilə  bərabər masonluğa 
qəbul üçün təqdim olunan şəxsin - namizədin mütləq Allaha 
inamının olması
144
 haqqında tələbləri eynilə sufizm haqqında da 
deyə bilərik. Yəni, sufizmin də islam daxilində cərəyan olması ilə 
bərabər, islama qarşı  çıxması ilə bağlı mülahizələr vardır. Lakin 
Xilafətlə müqayisədə kilsənin mövqeyi daha sərt olmuşdur. Katolik 
kilsəsi frankmasonların sıralarına qoşulmağı qadağan etmişdi. 
1738-ci ildə XII Kliment masonluğu kilsə və dövlət əleyhdarı olan 
təşkilat kimi pisləmişdir. 
Masonlarda loja - masonların yığışdığı yerdir. Düzbucaqlı 
formasında dəbdəbəli tikilən binada gözlənilən rituallardan biri də 
lojaya giriş  və  çıxışın  şərq-qərb istiqamətində tikilməsidir və bu 
zaman Günəşin çıxması  və batmasını görmək məqsədi daşıyır. 
Yəni, qədim məbədlərdəki günəş kultunun izləri gözlənilir. Bundan 
fərqli olaraq sufilərin məskəni təkkə, zaviyə  və ya xanəgah öz 
sadəliyi ilə seçilir. Amma qübbəsinin konusvari olması, tərki-dünya 
və ya xəlvətə çəkilmək üçün tam qaranlıq nəzərdə tutulan binalarda 
günəşin doğduğu yerə doğru kiçik bacaların qoyulması “günəş 
kultu”nun təzahürləri ilə bağlı müddəanın araşdırılmasını tələb edir. 
Eyni zamanda qeyd etməliyik ki, tarixdən o da məlumdur ki, islam 
                                                 
144
 Майкл Брэдли. Секреты масонов. Москва: Ниола-Пресс, 2007, стр.29 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə