Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə63/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   59   60   61   62   63   64   65   66   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 204
abidəsi - türk əxlaq-etika kodeksi elə nifrətləndi ki, onun sorağı XVIII 
əsrdə yad ölkələrdən gəldi... Ərəblərə belə lazım idi. Ərəblər öz dinini, 
yazısını, əxlaqını tabe etdikləri xalqlara caladı.”
158
 
Sadalananlardan bəzi məqamlarla, xüsusən ilk ikisi ilə 
razılaşmasaq da, bunu müəllifin baxış bucağı kimi qiymətləndiririk 
(Biz atəşpərəstliyin türklərin tarixində hansı yeri tutması ilə bağlı 
mülahizələrimizi kitabın “Türk - İran sivilizasiyaları arasında 
münasibətlər” adlı bölümündə vermişik). Üçüncü bəndlə bağlı isə 
qeyd etməliyik ki, türk yazı  mədəniyyətinin  ərəb işğalının güdazına 
getməsi ilə tamamilə razılaşırıq. Belə ki, Ərəb Xilafətinin hakim 
olduğu bütün regionlarda ərəb dilinin və yazı sisteminin hakimliyi ilə 
o vaxta qədər mövcud olan yazı sistemlərinin sıxışdırılaraq aradan 
çıxarılması bir faktdır. Biz bura, türk yazısı ilə  bərabər, qədim iran 
yazısını, “Avesta” dilini, qədim şumer yazısını, hətta qədim sanskrit 
yazı sistemini aid edə bilərik. Bu yazı sistemlərinin kütləvi  şəkildə 
ortadan çıxarılması 
qədim sivilizasiya daşıyıcılarının 
mədəniyyətlərinə böyük zərbə vurdu.  
Ümumilikdə Türk və  Ərəb sivilizasiyaları arasında 
münasibətlərdə ərəblərin passionarlıq dövrü VII - X əsrləri əhatə edir. 
Bu dövr ərzində Türk sivilizasiya daşıyıcıları  əsasən islam dinini 
qəbul etdilər. Türklərin islamaqədərki dini inancları, milli identifik 
xüsusiyyətləri, adət-ənənələri ideoloji müstəvidə repressiyaya məruz 
qalsa da, özünü qoruyub saxlaya bildi. Müxtəlif formalarda əks-
reaksiya da özünü göstərirdi, bu proseslər həm siyasi olaraq (üsyan, 
milli-azadlıq hərəkatı), həm dini əqidə olaraq (sufi cərəyanları 
daxilində), həm mədəni planda zaman-zaman tarix səhnəsinə 
çıxmışdır. Türklər dini əqidə olaraq bu mərhələdə islamdan 
faydalandılar. Çünki onlar üçün xarakterik olan monoteist dini 
                                                 
158
 Elməddin Əlibəyzadə. “Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir. 
Bakı: Yurd, 2005, səh. 86-87 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 205
düşüncə - “Göy Tanrı” inamı, yenə təkAllahlı inanc - islam dini ilə 
əvəzləndi. Türklər yeni dində öz əski inanclarını da qorumuş oldular. 
Türküstandan tutmuş Afrikanın Atlantik okean sahillərindək bərqərar 
olan vahid islam mədəniyyəti yeni imkanlar açmış oldu. Amma 
bununla belə, türk yazı sisteminə vurulan zərbə türkün qədim tarixi 
haqqında məlumatların uzun müddət gizli qalmasına səbəb olmuşdur. 
Yazı ənənələrinin itirilməsi türkün tarixinin təhrif olunmasına, şərait 
yaratmış onun müxtəlif işğalçılar tərəfindən öz ideologiyalarına uyğun 
təqdim edilməsi ilə nəticələnmişdir.  
 
Türk passionarlığı dövründə Türk və  Ərəb sivilizasiya 
daşıyıcıları arasında münasibətlərin səciyyəvi cəhətləri 
 
Ərəb Xilafətinin, daha dəqiq desək,  Əməviləri  əvəz edən 
Abbasilərin hakimiyyətinin rəsmi olaraq 1258-ci ilə  qədər davam 
etməsinə baxmayaraq, təxminən X əsrdən başlayaraq  ərəb 
passionarlığı prosesi azalmağa doğru gedirdi. Bu dövrə qədər Xilafət 
ərazilərində artıq islam dini bərqərar olsa da, əvvəlki mərhələdə 
müşahidə olunan ərəblərin yeni işğal olunmuş ərazilərə köçürülməsi 
dayanmış, imperiyanın ayrı-ayrı  ərazilərində nisbi müstəqil  əyalətlər 
yaranmış, hətta sarayda belə hakim sinif və real idarəetmə türk və 
farsların əlinə keçmişdi. Bu dövrdən sonra Türk və Ərəb sivilizasiya 
daşıyıcıları arasında münasibətləri iki istiqamət üzrə xarakterizə etmək 
olar. Birincisi, ərəblərin işağl etdiyi ərazilərdə türklərlə münasibəti. 
İkincisi, türklərin Xilafət daxilində real hakimiyyəti çərçivəsində artan 
nüfuzu.  
Birinci istiqamətlə bağlı qeyd etməliyik ki, bu mərhələdə  ərəb 
passionarlığının zəifləməsi fonunda islam dininin qəbul edilməsi və 
bunun hesabına  ərəb dilinin hakim olmasından savayı Türk 
sivilizasiya daşıyıcıları arasında  əks proseslər getməyə başlamışdı. 
Ərəb passionarlığından yeganə qalıcı  dəyər isə islam dininin türklər 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 206
tərəfindən qəbul olunması oldu. Ərəb işğal rejimi çoxlu sayda türkün 
öldürülməsinə  səbəb olsa da, bu dini qəbul edən türklər üçün dini 
istiqamətdə  əks proseslər baş vermədi. Bu məqamda da əsas səbəb 
islam dininin türklərin  əski dini “Göy Tanrı” inamı ilə  mənəvi 
yaxınlığı olmuşdur. Artıq XII-XIII əsrlərdən başlayaraq isə hətta ərəb 
dili də elm, ədəbiyyat dili olaraq öz mövqeyini itirməyə başladı. Bir 
neçə yüzilin ağır rejimindən sonra türk dilində ədəbiyyat yaranmağa 
başladı. Türk dillərinə çoxlu sayda ərəb sözləri daxil olsa da, türk dili 
yenidən bütün sahələrdə öz itirilmiş mövqeyini bərpa etdi. Türk 
ellərinə köçürülən ərəb mənşəli əhali Xilafətin siyasətini yerinə yetirə 
bilmədi, əksinə, özləri türklər arasında zamanla assimilyasiya olundu.  
Türk sivilizasiyasının ən qədim yurdlarından olan Azərbaycana 
köçürülən  ərəblər də,  ərəb mədəniyyət mərkəzləri ilə  əlaqəni 
itirdikdən sonra tədricən ana dili və adətlərini unutmağa, yerli türk 
əhalinin dilində danışmağa başladılar. Onlarla qaynayıb-qarışaraq, 
onların həyat tərzini, geyimlərini, yeməklərini qəbul etdilər. Bütün bu 
yaxınlaşma proseslərində ümumi din olan islam dininin də köməyi az 
olmadı.  Ərəblər yerli əhaliyə o dərəcədə qarışdılar ki, hazırda 
Azərbaycanda əhalisi ərəb dilində danışan heç bir yaşayış məntəqəsi 
qalmamışdır. Azərbaycanda məskən salmış istilaçı  ərəblərin nə 
vaxtdan etibarən ana dilində danışmaması sualına cavab vermək 
çətindir. Çünki buraya köçmüş  ərəblərin öz dillərini mühafizə edib 
saxlamaları, akademik V.V.Bartoldun təbirincə desək, “həmin 
vilayətdəki  ərəb ünsürünün ümumi sayından asılı idi”.
159
Bununla 
bağlı araşdırma aparan P.K.Juze belə güman edir ki, burada həmin 
proses XV əsrdən tez baş verməmişdir. Həm də bu məsələdə alim 
Orta Asiya və  Əfqanıstanla müqayisə aparır, çünki həmin yerlərdə 
                                                 
159
 В.В.Бартольд. Мусульманский мир // Ислам. Энциклопедия культуры и 
исскуства. Мосва: Эксмо, 2010, стр. 30 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə