Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə66/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   62   63   64   65   66   67   68   69   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 213
fərqli etnosları təmsil edirdilər. Əks halda daş kitabənin bu dillərin 
hər ikisində yazılmasına ehtiyac olmazdı. Elam dilinin qədim fars 
dilindən fərqli olaraq Hind-Avropa dillərinə aid olmaması da bu 
iddianın  əsaslı olmasına bir işarədir. Hətta məşhur rus şərqşünası 
İqor Mixayloviç Dyakanov elam dilinin qədim iran dilindən əsaslı 
fərqləndiyini və morfoloji elementlərin müqayisəsi  əsasında türk-
monqol, tunqus-mancur, fin-uqor, qafqaz dilləri, eləcə  də  qədim 
şərq dillərindən - hurri, urartu və  şumer dilləri ilə oxşar 
xüsusiyyətlər daşıdığını göstərir.
163
  
Eyni zamanda digər tərəfdən “Avesta”nı  İran mənşəli hesab 
edən alim yazırdı ki: “Avestada verilən dini terminologiya, bütün 
dini-fəlsəfi anlayışlar ümumiran mahiyyətlidir; skiflərə, 
xorəzmlilərə, soqdlara, baktriyalılara və farslara eyni dərəcədə 
məlumdur. Amma bu anlayışlar elamitlərə, hurrilərə, Şimali Qafqaz 
xalqlarına, yəni başqa sözlə desək bu ərazidə yaşayan qeyr-iran 
mənşəli  əhaliyə yaddır”.
164
 Beləliklə,  İ.Dyakonov yenə  də 
elamlıların İran sivilizasiyasının daşıyıcısı olmadığı qənaətindədir.  
Elamlılarla bağlı digər bir maraqlı fakta Türkiyəli tədqiqatçı 
Osman Karatayın  əsərlərində rast gəlirik. Müəllif yazır: “İndki 
Şimali və Cənubi Azərbaycan, Qərbi İran bölgələrinin etnik kimliyi 
min illər boyu dəyişmədən qalmışdır. Hətta Təbrizli türk alim 
Zehtabiyə görə bu ərazilərdə elamlıların nəsli bu günə  qədər 
yaşayır. İlkin islam mənbələrində bu bölgə xalqının “khuzi” deyilən 
ayrı bir dil danışan qrupu haqqında məlumatlara rast gəlinir. 
Elamlıların yaşadığı bilinən bölgədə bu gün xüsusi bir Azəri 
ləhcəsində danışan bir türk topluluğu vardır. Elam dövlətinin 
paytaxtı Sus şəhərilə  İraq sərhədi arasında yaşayan bu türklər 
                                                 
163
 И.М.Дьяконов. История Мидии. Санкт-Петербург, 2008, стр.94 
164
 Yenə orda, səh. 86 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 214
özlərini “eskani” adlandırırlar. Sərhədin  İraq tərəfində  də eskani 
kəndlərinin olduğu bilinir... Tarixdən məlumdur ki, Elam xalqı 
özlərini “İskan” adlandırırdı. Yəni, rəsmi bir kimlik olmadan və 
hələ coğrafi mənası bilinməyən bu ad minillərdir işlənərək 
günümüzə  qədər gəlib çatmışdır.”
165
Biz isə bütün hallarda bu 
mühakiməni tarixçilərin ixtiyarına buraxırıq.   
Tarixi, yaxud mifoloji mənbələrdə Türk və  İran sivilizasiya 
daşıyıcılarının münasibətlərinə ilk olaraq “Avesta” və onunla bağlı 
tarixi rəvayətlərdə, İranda Əhəməni hakimiyyəti dövründə (e.ə.650 
- e.ə.330) rast gəlinir. Bu münasibətlərin başlaması  təbii olaraq 
tarixin  ən qədim dövrlərinə gedib çıxır və hətta ilkin mənbə kimi 
mifologiyaya  da müraciət edilir. Biz də bu münasibətlərə  əvvəlcə 
həmin dövr hadisələrinin  əks olunduğu  əfsanəvi Turan məkanı 
daxilində baxmaq istərdik. Bunun üçün ilk növbədə bu suala 
aydınlıq gətirməliyik: Turan haradır və  nə deməkdir? Mərhum 
professor Yaşar Qarayev bununla bağlı yazırdı: “Hərfi mənada 
Turan fars mənşəli coğrafi istilahdır. Farsca tur (turec) “türk” 
deməkdir. Turan da məhz “Tur” sözünün cəm halıdır. Firdovsinin 
“Şahnamə” əsərində şah dünyanı 3 oğlu arasında bölür. Türküstan 
və Çin də daxil olmaqla Orta və Ön Asiyanı  gələcək türklərin 
babası olacaq oğluna - Tura bağışlayır. Odur ki, bu coğrafi məkana 
“Turan” da deyirlər”.
166
  
Lakin qeyd etməliyik ki, Turan anlayışının etnik deyil, coğrafi 
anlam kəsb etməsi ilə  də bağlı mülahizələr var. Belə ki, məşhur 
Avrasiyaçı alim Lev Qumilyov Turanın hansı məna kəsb etməsi ilə 
bağlı yazırdı: “İran və Turan qohum ari tayfaları  tərəfindən 
məskunlaşmışdı. Onları irq və ya dil deyil, məhz din ayırırdı. 
                                                 
165
 Osman  Karatay.  İran ile Turan. Hayali milletler çağında Avrasiya ve Orta Doğu. 
Ankara: KaraM Yayınları, 2003, səh. 67  
166
 Yaşar Qarayev. Tarix: yaxından və uzaqdan. Bakı: Sabah, 1995, səh. 69 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 215
Eramızdan  əvvəl birinci minillikdə  Zərdüşt dininin yayılması bu 
qədim ari mədəniyyətində təfriqəyə səbəb olmuşdur. Yeni din heç 
də hamı tərəfindən qəbul edilmədi. Hətta İranın özündə də bu din 
dərhal qalib gəlmədi.  Əvvəlki dinlərinə sadiq qalanlar turanlı, 
Zərdüşt tərəfdarları isə iranlı adlandırıldılar.  İran və Turana 
parçalanma beləcə baş verdi”.
167
  
Lev Qumilyovun bu fikrinə oxşar mülahizələr ondan əvvəl də 
irəli sürülmüşdü. Belə ki, məhz belə iddialara cavab olaraq Ziya 
Göyalp yazırdı: “Bəzi müəlliflər “Şahnamə”  əsərində verilən Tur 
ilə İrəcin qardaş olduğunu göz önündə tutaraq Turanı əski İranın bir 
bölümü - hissəsi hesab edirlər. Halbuki “Şahnamə”yə görə Tur ilə 
İrəcin üçüncü bir qardaşları da vardır ki, adı Salmdır. Sələm isə 
İranın bir “boy”unun dədəsi deyil, bütün samilərin ortaq cəddidir - 
atasıdır. Deməli, Firidunun oğulları olan bu üç qardaş Nuh 
peyğəmbərin oğulları kimi, əski etnoqrafik ayrımların - hissələrin 
adlarından doğmuşdur. Burdan aydın olur ki, Turan İranın bir 
parçası deyil, bütün türk ellərini içinə alan türk toplumundan 
ibarətdir”
168

“Avesta” və ona yazılmış  şərhlərdə  də Turanın etnik məna 
kəsb etməməsi ilə bağlı mülahizələrə rast gəlinir. Belə ki, bu 
mənbələrədə verilmiş  əfsanəyə görə Firidun (“Avesta”dakı 
Traetona) dünyanı üç oğlu arasında bölərkən Qərb ölkələrini böyük 
oğlu Salma (Sayrimaya), Turanı  və Çini Tura (Turaya), ən yaxşı 
torpaqlar sayılan  İran və  Ərəbistanı isə kiçik oğlu  İrəcə (Aryaya) 
verir. İrəcə paxıllığı tutan Salm və Tur onu öldürürlər və bu hadisə 
Turan - İran qarşıdurmasına səbəb olur. Bu əfsanəyə görə 
mütəxəssislər belə düşünürlər ki, Turu turanlıların, Salmı 
                                                 
167
 Лев Гумилев. Тысячелетие вокруг Каспия. Москва: Айрис-пресс, 2008, стр. 67 
168
 Ziya Göyalp. Türkçülüyün əsasları (tərcümə Elman Mustafaoğlu). Bakı: Maarif, 
1991, səh.39 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə