Sivilizasiyaların kəsişməsində türk dünyası
216
sarmatların, İrəci isə iranlıların əcdadı hesab etmək olar və əfsanədə
onlar qardaş olduqlarından onların təmsil etdikləri etnosları da
qohum irandilli xalqlar hesab etmək lazımdır.
169
Bizim fikrimizcə, turanlıların etnik kimliyinin
müəyyənləşdirilməsi ilə bağlı əfsanəyə əsaslanan bu mülahizə
əsassızdır və heç bir etno-tarixi, linqvistik, mədəni araşdırmanın
tələblərinə cavab vermir. Həm “Avesta” ənənələrinə, həm də
“Şahnaməyə” əsasən belə hesab edilir ki, Amu-Dərya çayı əzəldən
zərdüştilik dinini qəbul etmiş Orta Asiya ölkələri ilə Turan arasında
sərhəd olmuşdur. “Avesta”da Turanın mərkəzi “Kənxa”,
“Şahnamə”də isə “Kənq” adlandırılır. Firdovsi “Şahnamə”də
Turanın mərkəzini orta Sır-Dəryadan şimal-şərqdə olduğunu
göstərir. Onun son hüdudları Rumdan Çinədək (yəni Şərqi
Avropadan Şərqi Türküstana qədər) müəyyənləşdirilir.
170
Zərdüştlüyü İran mədəniyyətinin məhsulu hesab etsək, bu
dinin müqəddəs kitabı “Avesta”da İrana yad və rəqib olan Turanın
neqativ səciyyələnməsinin səbəbləri aydın olur. Belə ki,
“Avesta”da Xeyir qüvvələrə İranın əfsanəvi Keyyanilər sülaləsi
başçılıq edir, Şər qüvvələr isə Turanlıların simasında verilir və
onlara Əfrasiyab başçılıq edir. İranlılar oturaq həyat sürən əkinçi,
turanlılar isə köçəri-heyvandar kimi təqdim olunur. “Avesta”da
əfsanəvi İran hakimləri alqışlanır, turanlıların hakimləri də,
rahibləri də lənətlənir. Turanlıların həyat tərzi olan köçərilik
pislənir, iranlıların həyat tərzi kimi təqdim olunan əkinçilik isə
təqdir edilir.
Zərdüştlüyün timsalında Türk və İran sivilizasiyalarının fərqli
xüsusiyyətlərini aydınlaşdırmağa cəhd göstərmək olar. Bəzən elmi
169
Rak İ.V. Qədim və orta əsrlər İran mifologiyası. Bakı, 1998, səh.198
170
Kamil Hüseynoğlu. Qədim Turan: mifdən tarixə doğru. Bakı, 2006, səh.60
Sivilizasiyaların kəsişməsində türk dünyası
217
dairələrdə zərdüştlüyün Azərbaycan və Mərkəzi Asiya türklərinin
milli dəyəri olması ilə bağlı ehtimallara da rast gəlinir. Bu dinin
Türk sivilizasiyasına məxsusluğu ilə bağlı iddialar da vardır. Bunun
əsasında isə atəşpərəstlərin müqəddəs saydığı “od”a türklər
tərəfindən də ehtiram bəslənməsi dayanır. Türklərdə od
bayramının, odun - ocağın mənəvi əhəmiyyəti, ümumiyyətlə “od
kultu”nun olması atəşpərəstliyin Türk sivilizasiyasının mənəvi irsi
olması ilə bağlı iddialara əsas verir. Lakin türk xalqlarında bütün bu
elementlər olsa belə, diqqətlə təhlil etdikdə bu amillərin
atəşpərəstliklə heç bir bağlılığının olmamasını aydın görmək olar.
Başlayaq “od kultu”ndan. Məlum olduğu kimi, zərdüştlükdə oda
sitayiş dinin əsas mahiyyətini təşkil edir. Türklərdə isə od kultu
sitayiş məbədi olaraq deyil, daha çox odun təmizləyici qüvvəyə
malik olması ilə bağlı olmuşdur. Hətta Novruz bayramında tonqalın
üzərindən tullanma mərasimində də biz bunun şahidi oluruq.
Bayramda tonqal üzərindən atlananlar “Ağırlığım, uğurluğum odun
üzərinə” - deyirlər ki, zərdüştlüyə görə odla belə rəftar günahdır.
Çünki bu dinin inamına görə atəş müqəddəsdir, ona hətta insan
nəfəsi belə toxunmamalıdır. Türklərin od mərasimi isə odun
təmizləyici qüvvəyə sahib olması barədə əski türk inancı ilə
bağlıdır. Odun bu funksiyası ilə bağlı digər faktlara da rast gəlinir.
Qədim türklər bir yerdən başqa yerə köç edəndə “ailə odunu -
ocağı” söndürməzdilər, oda su tökməzdilər, onun közünü özləri ilə
aparıb yeni yerdə yandırardılar. Türklərin qədim dini olan
Tanrıçılıq ənənələrinə görə gəlin gələndə iki odun arasından keçib
bəyin evinə daxil olurdu. Bu da od vasitəsilə təmizləmə mərasimi
kimi qiymətləndirilir.
171
Bizans tarixi mənbələrində də türklər
arasında od kultu ilə bağlı faktlara rast gəlirik. Türk xaqanının
171
Həsən Əzizoğlu (Həsənov). Türklüyümüz. Bakı: AzAtaM, 2007, səh. 124
Sivilizasiyaların kəsişməsində türk dünyası
218
yanına göndərilən Bizans heyətinin başçısı olmuş Menandrın
yazdığına görə, onları xaqanın yanına aparmamışdan öncə odla
təmizləmə mərasimindən keçməyə, yəni iki od arasından keçməyə
məcbur etmişdilər.
172
Azərbaycanın “Odlar yurdu” adlandırılmasını da zərdüştlüklə
əlaqələndirənlər var. Amma bununla bağlı Azərbaycanlı alimlər
Yunis Oğuz və Bəxtiyar Tuncay çox əsaslandırılmış bir fakt ortaya
qoymuşlar. Belə ki, Azərbaycanı əbədi odun vətəni olmaqla
zərdüştlüyün mərkəzi hesab edənlər bir faktı unudurlar ki,
zərdüştlərin fikrincə, günəş çıxan zaman od yandırmaq günahdır.
Od yalnız gün batandan sonra yandırılmalıdır.
173
Azərbaycan isə
əbədi odlar diyarıdır, yəni zərdüştlüyün qanunlarına cavab vermir
və bu ideyanın puç olduğunu bir daha göstərir.
Ümumiyyətlə, atəşpərəstliyin bəzi başqa məqamları da var ki,
Türk sivilizasiyasının identifikasiya elementlərinə uyğun gəlmir və
əksər hallarda böyük ziddiyyət təşkil edir. Belə ki, türklər qurdu
totem saydıqları halda, zərdüştlər qurdu məhv olunacaq düşmən
sayırlar. Ahuramazdanın yaratdığı “yaxşı” heyvanlara qarşı çıxan
Anqra Manyunun yaratdığı “pis” heyvanlar “Avesta”da “xrafstra”
adlanır. “Xrafstra”ya, yəni ziyan gətirən heyvanlara canavar da
daxildir. Zərdüştpərəstin düşmənləri arasında hər zaman qurdun adı
çəkilir. Qurdu məhv etmək zərdüştilərdə xeyirxahlıq və yaxşılıq
hesab olunur. Qurddan fərqli olaraq zərdüştilər atı qurban verməyə
mənfi baxdıqları halda, qədim türklər atı qurban verməyi müqəddəs
hal kimi qiymətləndirirdilər.
174
172
З.Гасанов. «Царские скифы». Liberty Publishing House, New York, 2000, p.151
173
Yunis Oğuz, Bəxtiyar Tuncay. Türkün gizli tarixi. Bakı: Apostrof, 2009, səh.319
174
Зороастризм древнейшая религия иранских племен. С.Н.Соколов.
www.avesta.isatr.org/zoroastr/Sokolov001.htm-80k
Dostları ilə paylaş: |