Sivilizasiyaların kəsişməsində türk dünyası
188
sözünün əhatə dairəsi genişlənməyə başlandı.
151
Fikrimizcə, bu
proses, yəni ərəb sözünün mənasının əhatə dairəsinin genişlənməsi
ərəbləşmənin birinci fazasıdır və göründüyü kimi, sivilizasiyanın
aktiv passionarlıq mərhələsi ilə əlaqəli deyil. Bununla bərabər, qeyd
etmək lazımdır ki, vahid islam və ərəb mədəniyyətinin üzvi tərkib
hissəsi olan Yəmən xalqı aradan yüzillər keçməsinə baxmayaraq
hələ də yarımadadakı bütün başqa ərəblərdən bir çox komponentlər
üzrə əsaslı surətdə fərqlənir.
Ərəbləşmənin ikinci fazası isə Ərəb sivilizasiyasının aktiv
passionarlıq dövrü ilə başlamışdır. Belə ki, islam dini bərqərar
olduqdan sonra konsolidasiya olunan ərəb cəmiyyəti iri dövlət,
daha sonra imperiya (Ərəb Xilafəti) mərhələsində öz
passionarlığının pik səviyyəsinə çatdı. Məhz imperiya Ərəb
sivilizasiyasının əsas sütunu olmuşdur. Xilafətin sərhədləri
genişləndikcə ərəbləşmənin də hüdudları genişlənmişdir. Əslində
Xilafətin işğal siyasətində iki mərhələ özünü göstərir: 1 - islam
dininin yayılması, yəni müsəlmanlaşma; 2 - ərəbləşmə, zorla və ya
müəyyən sosial üstünlüklər qazanmaq məqsədilə. Xilafət öz
sərhədləri daxilində və hətta ideoloji təsir hesabına imperiya
sərhədlərindən kənarda belə islam dinini yaymağa çalışırdı.
Ümumilikdə, islam dini ərəb dövlətçiliyinin və sonrakı mərhələdə
ərəb passionarlığının formalaşmasında ən mühüm amil olmuşdur.
Ərəbləşmə isə daha məhdud dairədə ərəb mənəviyyatının digər
sivilizasiya daşıyıcıları tərəfindən qəbul edilməsi hesabına baş
verirdi. Ümumi mənzərə belə formalaşmışdı ki, həm
müsəlmanlaşma, həm də ərəbləşmə proseslərinin bu dövrü üçün
güc tətbiq olunması xarakterik idi. Ərəb Xilafətinin hüdudlarına
baxsaq, qərbdə Məğribdən, hətta bir müddət Avropada İspaniyanı
151
Peter Mansfield. The Arabs. New-York: Penguin books, 1990, p. 14
Sivilizasiyaların kəsişməsində türk dünyası
189
da əhatə etməklə, şərqdə Mavərənnəhrədək böyük bir ərazini əhatə
edən imperiyanın Afrika, Yaxın Şərq, İran, Qafqaz, Mərkəzi
Asiyada - türk, afrikan, iran, hətta ellin mədəniyyətlərinin (Bizans)
daşıyıcılarını öz nüfuzu altına aldığı görünür. Bu böyük coğrafi
məkanda Misir, İran kimi qədim sivilizasiyalar, həmin dövr
mədəniyyətinin elitar səviyyəsi hesab edilən Ellin-Bizans
sivilizasiyasının (Suriya), antik dövr mədəniyyətlərindən hesab
edilən Karfagenin davamçıları, eləcə də bu regionda hər zaman öz
mövcudluğunu saxlayan Türk sivilizasiyasının daşıyıcıları
olmuşdur. Bu böyük coğrafi məkanda ərəbləşmə, işğal olunan
ərazilərdə yerli sivilizasiya daşıyıcılarının ərəblərlə harmoniyası -
uyumluluğu ilə əlaqədar olmuşdur. Bəzi müəlliflərin iddia etdikləri
kimi, daha yuxarı səviyyəli mədəniyyətlərin daşıyıcılarının nisbətən
aşağı səviyyəli mədəniyyət daşıyıcılarını əritməsi mülahizəsi ilə
razılaşmaq mümkün deyil. Belə ki, ən azı bu məkanda qədim Misir
və ya Bizansın mədəni mərkəzlərindən biri olan Suriyanın həmin
dövrdə ərəblərdən qat-qat yüksək mədəni səviyyəyə, sivilizasiya
quruculuğuna malik olduğu məlumdur. Bu halda isə yüksək
səviyyəli mədəniyyət daşıyıcılarının mədəni planda
dominantlığının ərəblərin assimilyasiyasına səbəb olmadığı
görünür. Bəs yüksək mədəni nailiyyətlər əldə etmiş bu sivilizasiya
daşıyıcılarının ərəbləşməsinə nə səbəb olmuşdur?
Bir çox mütəxəssislərin fikrincə, başlıca səbəb əsas mənəvi
dəyərlərin yaxınlığı və üçüncü qüvvəyə qarşı birgə mübarizə
olmuşdur. Üçüncü qüvvə dedikdə, həmin dövrdə bu regionda
hakim olan Ellin mədəniyyəti daşıyıcıları nəzərdə tutulur. Belə ki,
ərəblərin passionarlığı dövründə Misir və Suriya artıq bir neçə yüz
il idi ki, Bizansın işğalı altında idi. Ellin mədəniyyəti isə sivilizasiya
baxımından nə qədər yüksək nailiyyətlər qazanmış olsa belə,
Sivilizasiyaların kəsişməsində türk dünyası
190
mənəvi baxımdan əxlaqi tənəzzül, deqradasiya yaşayırdı. Cəmiyyət
həyatının bu mədəni pozğunluğu nə Misir koptları, nə də Suriyanın
yerli əhalisi üçün arzuedilməz olduğundan, yeni mədəni dəyərlər
tezliklə
qəbul edildi. Bu isə Misir və Suriyanın
müsəlmanlaşmasına, ərəbləşməsinə gətirib çıxardı. Təsadüfi deyil
ki, həmin dövrdə təxminən 3-5 milyon nəfər əhalisi olan Misirin
ərəb hakimiyyəti altına keçməsi cəmi 2 il çəkdi. Bununla bağlı
islamşünas İran alimi Əbdül Hüseyn Zərrinkub yazır: “Ərəblərin
işğalı zamanı zəbt olunan ərazilərin yerli əhalisinin düşmən
münasibəti olsaydı, qələbə bu qədər asan başa gəlməzdi. Misirdə
yerli əhalinin mərkəzi hakimiyyətdən (Bizansdan) narazılığı daha
çox müşahidə olunurdu və nəticədə Aşağı Misiri Bizans
imperiyasından qoparmaq üçün cəmi 10 min nəfərlik müsəlman
ordusu kifayət etmişdi”.
152
Dünya sivilizasiya tarixində özünəməxsus yeri olan və hələ də
bəşəriyyəti spesifik arxitektura özəllikləri ilə seçilən piramidalarla
heyrətləndirən Misir sivilizasiyası ilə bağlı qeyd etmək istərdik ki,
eramızdan əvvəlki minilliklərdə yüksəlişinin pik səviyyəsinə çatan
bu sivilizasiya daşıyıcıları birinci minillikdə öz mövcudiyyətini
saxlaya bilməmişdi və nəsildəyişmə prosesini məhv olmaqla başa
vurmuşdu. Hazırda bu sivilizasiyanın reliktləri olaraq piramidaları
və Misirin müasir əhalisi arasında etnik, dini azlıq təşkil edən
xristian koptları göstərmək olar. Lakin həmin məkanın yeni
sivilizasiya arealına daxil olması üçün da böyük zaman sərf olundu.
Belə ki, qədim Misir dövlətinin süqutundan sonra nə İran, nə də
ellin hökmranlığı dövründə hər hansı bir yeni prosesin başlamasının
şahidi olmuruq. Roma-Bizans timsalında ellin mədəniyyətinin bəzi
152
Абдол Хосейн Зарринкуб. Исламская цивилизация. Москва: Андалус, 2004,
стр. 7
Dostları ilə paylaş: |