Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə22/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 71
dünyada 6 müstəqil türk dövləti (Azərbaycan, Türkiyə, Qazaxıstan, 
Qırğız Dövləti, Özbəkistan, Türkmənistan), tanınmamış  Şimali 
Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının tərkibində muxtar 
respublikalar - Altay, Tuva, Başqırdıstan, Kabardin-Balkar, 
Tatarıstan, Xakasiya, Çuvaşıstan, Qaraçay-Çərkəz, Saxa, Moldova 
Respublikasının tərkibində Qaqauz Muxtar Respublikası, Çin Xalq 
Respublikasının tərkibində  Sınsızyan-Uyğur Muxtar Vilayəti 
mövcuddur. 
Beləliklə, yayıldığı coğrafi areal, daşıdığı dini əqidə, təmsil 
etdiyi konkret etnos və ya dövlətdən asılı olmayaraq, biz hazırkı 
tədqiqatda tarixdə Türk sivilizasiyasının izinə vahid bir 
mədəniyyətin daşıyıcısı kimi baxmaq niyyətindəyik. Çünki 
sadalanan kriteriyalar üzrə bir sıra fərqliliklərin olmasına 
baxmayaraq, bəşər tarixində özünəməxsus izi olan Türk 
sivilizasiyası daha çox oxşar mənəvi dəyərlərə söykənir. Türk 
sivilizasiyasının formalaşmasında onun özünəməxsus 
xüsusiyyətləri - bütün tarixi dövrlər  ərzində arası  kəsilməyən 
dövlətçilik  ənənəsi, adət-ənənələrin (törənin) cəmiyyətdə yüksək 
mənəvi keyfiyyət kimi hakim mövqeyi (törənin hətta bir çox 
hallarda dindən üstün tutulması), dini baxışda monoteist əqidə, ailə 
dəyərləri (ordu və ailə türk cəmiyyətinin iki əsas dayağını  təşkil 
edirdi), digər sivilizasiya daşıyıcılarına münasibətdə tolerantlıq və 
birgə yaşama vərdişləri xüsusi rol oynamışdır və biz hazırkı kitabda 
da Türk sivilizasiyasının digər mədəni tiplərlə münasibətlərinə 
məhz bu prizmadan yanaşmağı planlaşdırırıq.  
Qayıdaq Türk sivilizasiyasının digər sivilizasiya daşıyıcıları 
ilə münasibətlərinə. Birinci növbədə qeyd etməliyik ki, bu 
münasibətlərə yuxarıda sadaladığımız üç amil çərçivəsində baxmaq 
istəyirik.  İlk növbədə coğrafi cəhətdən qonşuluq. Türk 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 72
sivilizasiyasının mövcud yayılma arealına nəzər saldıqda təmasda 
olduğu sivilizasiyalar arasında ilk əvvəl Çin, Pravoslav-slavyan
Qərb-xristian və İslam mədəniyyətinin digər seqmentləri olan Ərəb 
və  İran sivilizasiyalarını göstərməliyik. Hazırkı araşdırmada Türk 
sivilizasiyasının tarixin müxtəlif zaman kəsiklərində adı  çəkilən 
sivilizasiya daşıyıcıları ilə  əlaqələrinə baxmağa və bu kontekstdə 
Türk sivilizasiyasının özünəməxsus çalarlarını ortaya çıxarmağa 
çalışacağıq. Nəzərə alsaq ki, Türk sivilizasiyası birinci nəsil 
sivilizasiyalara aiddir, onda həmin nəsil digər sivilizasiya 
daşıyıcıları ilə ilk sivilizasiyalararası münasibətlərə baxmaq 
lazımdır. Türklərin yayıldığı geniş məkanda ən qədim dövrdə, hətta 
bir-biri ilə  sıx bağlı olmadan, iki müxtəlif istiqamətdə iki fərqli 
sivilizasiya təmsilçiləri ilə münasibətləri yaranmışdır (hazırda da 
yaşamaqda olan sivilizasiyalar nəzərdə tutulur). Yaxın Şərqdə İran, 
Uzaq Şərqdə isə Çin sivilizasiyası ilə. Bu iki sivilizasiya türklərin 
təmasda olduğu ilk sivilizasiyalardır. Qərb sivilizasiyası ilə 
münasibətlər nisbətən sonrakı dövrə təsadüf edir. Qərb və bir qədər 
sonra  Ərəb sivilizasiyası ilə türklərin ilk əlaqələri həmin 
sivilizasiyaların aktiv passionarlıq (genişlənmə) dövrünə düşdüyü 
üçün özünəməxsus fərqli çalarlar almışdır. Öz növbəsində Türk 
sivilizasiyasının təmasda olduğu digər bir sivilizasiya təmsilçisi 
Pravoslav-Slavyan mədəni tipinə münasibətdə isə ilk vaxtlar 
türklərin passionarlıq dövrü ilə  əlamətdar olmuşdur. Qeyd olunan 
sivilizasiya təmsilçilərindən  əlavə tarixdə müəyyən izləri qalan 
yeganə nümunə kimi yalnız Türk-Hind sivilizasiyaları arasında 
qarşılıqlı təsir elmi araşdırma obyekti ola bilər.   
Türk sivilizasiyasına münasibətdə qeyd olunan məsələlərə 
tarixə və ya coğrafiyaya aid tədqiqatlarda yeri gəldikcə, pərakəndə 
şəkildə toxunulmuşdur. Geniş  mənada Türk sivilizasiyası  və bu 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 73
sivilizasiyanın digər sivilizasiya daşıyıcıları ilə  əlaqəsi məsələsi 
əhatəli və sistemli elmi tədqiqat səviyyəsində ilk dəfədir ki, geniş 
ictimaiyyətə  təqdim olunur. Ona görə  də  tədqiqatımızı daha da 
zənginləşdirə biləcək qeyd və təkliflərini bildirəcək oxucularımıza 
əvvəlcədən minnətdarlığımızı bildiririk.  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 74
 
 TÜRK VƏ PRAVOSLAV-SLAVYAN 
SİVİLİZASİYALARI: HARMONİYA  
YAXUD QARŞIDURMA 
 
Pravoslav-Slavyan sivilizasiyasının başlıca sivilizasiya 
dəyəri: pravoslavlıq, yoxsa slavyanlıq 
 
ürk sivilizasiyası ilə münasibətlərinə baxacağımız 
sivilizasiyalardan biri Pravoslav-Slavyan 
sivilizasiyasıdır.  İlk növbədə qeyd etməliyik ki, bu 
sivilizasiya tipinə geopolitiklər və sivilizoloqlar fərqli prizmadan 
yanaşırlar. Sivilizoloqlar Pravoslav-Slavyan sivilizasiyasında 
başlıca fərqləndirici komponent kimi xristian dini dəyərlərini, yəni 
konkret olaraq pravoslavlığı gördükləri halda, geopolitikada bu, 
mərkəz gücü Rusiya olan sivilizasiyanı  təmsil edir. Lakin bütün 
hallarda sivilizasiya komponentləri olaraq nə dini, nə də etnik birlik 
özlərinin əhatə dairəsini tam əks etdirmir. Belə ki, misal üçün, dini 
əqidə baxımından pravoslav olan yunanlar hazırda heç də bu 
sivilizasiyaya aid edilmirlər. Baxmayaraq ki, ruslar (slavyanlar) 
xristianlığı yunanlardan (Bizansdan) qəbul etmişdilər və onların ilk 
dini kitabları yunan dilində idi, bu gün sivilizasiya müstəvisində 
yunanlarla slavyanları birləşdirən ümumi dəyərlər çox deyildir. 
Antik yunan mədəniyyətinin mənəvi dəyərləri isə daha çox digər 
bir sivilizasiyanın - Qərb sivilizasiyasının  əsasında dayanır. 
Pravoslavlığın bu dinə etiqad edənlərin hamısını bütövlükdə əhatə 
edən bir sivilizasiya dəyəri ola bilməməsinin səbəblərini Bizans 
imperiyasının parçalanmasında görən rus filosof Konstantin 
Nikolayeviç Leontyev (1831-1891) yazırdı: “Türk təhlükəsi 
qarşısında Bizans mədəniyyətinin (vizantizm) qalıqları  qərbə  və 



Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə