Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə20/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   16   17   18   19   20   21   22   23   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 62
onğun (totem) gösərdiyini dəlil gətirirlər. Halbuki totemçilik və ya 
totempərəstlik yalnız bir heyvanı  cədd tanımaq və bir quşu 
müqəddəs saymaq deyildir. Totemçilik bir inam nizamı olaraq, 
müəyyən ictimai və hüquqi cəbhələrə malik idi. Totempərəstlikdə 
ana hüququ hakimdir və mülkiyyət qəbilə üzvləri arasında 
müştərəkdir. Türklərdə isə ata hüququ hakim olub, xüsusi 
mülkiyyət isə möhtərəm sayılmışdır. Totemçilikdə bir totemə 
pərəstiş edən qəbilə əqrəba sayılar, halbuki türklərdə əqrəbalıq qana 
bağlıdır. Totemçilikdə  hər qəbilənin xüsusi bir totemi vardır. 
Türklərdə bütün qəbilələr bir heyvanı (qurdu) uğurlu sayar, lakin 
ona pərəstiş etməzlər. Totemçilikdə heyvandan başqa daş parçası, 
ağac, yağış suyu da totem ola bilər. Totemçilikdə  qəbilə  fərdi 
toteminin adı ilə adlanır, halbuki türklərdə  hər ailə  və  fərdin 
özünəməxsus adı vardır. Totemçilikdə ruhun əbədi qalmağına 
inanmazlar. Əski türklər isə ruhları əbədi bilib, kainatın da ruhunun 
olduğuna inanırdılar. Buna görə  də atalarının ruhlarına nəzir və 
qurbanlıq edərdilər”
58
.   
İslamaqədərki türk dini əqidəsində  və bütövlükdə türk dini 
inanc sistemində Tenqriçilik (bəzən “Göy Tanrı” dini və ya 
Tanrıçılıq da adlandırılır)  aparıcı yer tutmuş  və bünövrə rolunu 
oynamışdır. Hun, Göytürk Xaqanlıqlarında  əsas olan bu dini 
inancda müqəddəs varlıqlar, təbiət qüvvələri, atalar kultu olsa da 
yeri-göyü yaradan ən uca varlıq “Göy Tanrı” hesab edilirdi. Bu dini 
inanca görə Tanrı ən yüksək varlıq olub, kainatı yaradıb və səmavi 
mahiyyəti olduğu üçün Göy Tanrı adlanırdı.  
 
                                                 
58
 Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış (islamdan əvvəl və islam 
dövrü). Bakı: Aspoliqraf, 2009, səh.55-56 
 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 63
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. Gəmiqayada Göy Tanrı inancının əks olunduğu təsvir


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 64
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2. Gəmiqayada Tanrıçılıqla bağlı qayaüstü rəsm 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 65
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3. Qobustanda insanların Tanrıya etiqadını əks etdirən 
qayaüstü rəsm 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 66
 
Son illər aparılan araşdırmalar Azərbaycan ərazisində də yerli 
əhalinin Tanrıçılıq etiqadını göstərir. Həm Gəmiqaya, həm 
Qobustan qayaüstü abidələrində insanların “Göy Tanrı”ya sitayş 
etməsi ilə bağlı  şəkillər aşkar edilmişdir (Şəkil 1; 2; 3). Bundan 
başqa, Naxçıvan Muxtar Respublikasının  ərazisində yerləşən 
“Əshabi-Kəhf” ziyarətgahı da islamaqədərki tək Allaha etiqad 
yeridir. Bütün bunlar türklərin bu ərazidə (Azərbaycanda) ən qədim 
dini inancının Tanrıçılıq olduğunu göstərir. Bununla bağlı  Əjdər 
Fərzəli yazır: “Sivilizasiyanın Gəmiqaya-Qobustan dövrünü 
tanrıçılığın qızıl dövrü adlandırmaq olar. Bu sivilizasiya tarixə 
çevriləndən sonar, Tanrıçılığın bazasında yeni dinlər meydana 
gəlmiş, Tanrıçılıq özü isə unudulmuşdur. Azərbaycanda xalqın 
məişətində, gündəlik həyatında, inam və adətlərində, 
mərasimlərində Tanrıçılıq öz dərin kökləri və atributları ilə 
yaşadılmışdır. Bunun inikası  Gəmiqaya-Qobustan rəsmlərində 
müşahidə olunur”.
59
 
Bu dini inancın türkün ruhuna yaxınlığı və təkAllahlı əqidə - 
islam dininin türklər tərəfindən rahat qəbul olunmasına səbəb olsa 
da, hələ  də türklərin islam dini daxilində özünəməxsusluqları, bu 
dini sistemə daxil etdikləri dəyərlər həmin zamandan qalmadır. 
Eyni zamanda Türk-İslam münasibətlərində harmoniya ilə bağlı 
digər bir nəzəri yanaşma da xüsusi maraq doğurur. Bu mülahizə 
fransız Gustav le Bon tərəfindən irəli sürülmüşdür. Müəllifin 
baxışlarına görə xalqın öz sivilizasiyasının elementlərini kəskin 
surətdə dəyişməsi mümkün deyildir və etiqadların tarixində bunun 
ən bariz nümunəsini göstərmək olar. O, yazırdı: “Şübhəsiz hamıya 
məlumdur ki, bütün böyük dinlər brəhmənizm, buddizm, 
                                                 
59
 Əjdər Fərzəli. Gəmiqaya-Qobustan mədəniyyəti. Bakı: Nurlan, 2008, səh. 30 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 67
xristianlıq, islam – bütöv irqlər arasında kütləvi surətdə dönmələr 
yaratmışdı  və göründüyü kimi bu irqlər o dinləri dərhal qəbul 
etmişlər. Amma bu dönmələri bir az dərindən öyrənəndə görmək 
olur ki, xalqlar sanki yeni dinin özünü qəbul etməmişlər, yalnız öz 
köhnə dinlərinin adlarını  dəyişmişlər,  əslində  qəbul olunmuş 
etiqadlar əvəz etdikləri və adi davamçısı olduqları köhnə etiqadlara 
qoşulmaq üçün lazım olan dəyişikliklərə  uğramışdılar.”
60
 Bu 
yanaşma bütün dinlərə aiddir, o cümlədən Türk Tanrıçılığı – İslam 
keçidində də bəzi məqamları özünü göstərir. 
Biz, təqdim olunan kitabın növbəti hissələrində türklərin islam 
dini daxilində özünəməxsusluqları aydınlaşdırmağa çalışacağıq. 
Mövzumuza davam edərək deyə bilərik ki, bizim qənaətimizə görə 
Tanrıçılıqla  İslam arasında güclü harmoniya olduğundan IX-X 
əsrlərdən etibarən türklər arasında islam dininə inananlar üstünlük 
təşkil etməyə başladı  və türklər islam mədəniyyətinin  əhatə 
dairəsinə daxil oldular. Professor Cavad Heyət yazır ki, yalnız 
islam dini türklərin əski inamları ilə bir çox baxımdan səsləşdiyinə, 
onların ruh və xarakterinə uyğun olduğuna görə hər zaman türklərin 
qüvvətlənməsinə və türklüyün qalmasına kömək etmişdir. O, başqa 
dinlərə inancın türklərin varlıqlarına ziyan vurduğunu qeyd edir və 
konkret misallar də  gətirir. Məsələn, Avropa hunlarının məsihi 
olması onların Avropa millətləri arasında  əriməsinə, Çində hakim 
olan tabqaçların Budda dinini qəbul etməsindən sonra sürətlə 
çinliləşməsinə səbəb olmuşdur. 
Hazırda dünyadakı bütün türklərin təxminən 80 faizi islam 
dininə etiqad edir. Eyni zamanda, digər dini əqidə daşıyıcısı olan 
türk xalqları da var. İndiki dövrdə bunlar qeyri-müsəlman yakutlar 
                                                 
60
 Gustav le Bon. Kütlə psixologiyası (tərcümə Qardaşxan Əzizxanlı). Bakı: Zəkioğlu 
nəşriyyatı, 2006, səh. 86 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə