Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə28/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   24   25   26   27   28   29   30   31   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 92
özünəməxsusluğunu saxlamaq şərtilə qarşılıqlı faydalı yaşamasına 
dayanır. Lev Qumilyovun fikrincə, Avrasiyada türklər, monqollar, 
iranlılar, slavyanlar, fin-uqorlar aborigenlərdir və onların bu 
məkanda yerdəyişməsi öz etno-landşaftları daxilində təbii şəraitdən 
asılı olaraq yerdəyişmələrdir. Yadellilərin (çin, ərəb, yəhudi, isveç, 
alman, polyak və b.) bu məkana hücumu az-az baş verir və yekunda 
mühüm bir nailiyyətə çatmamışdır.
81
Məsələn, çinlilər XVIII əsrin 
sonlarınadək Böyük Çin səddinin  şimalına doğru  ərazilərdə 
məskunlaşa bilməmişdilər. Yaxud VIII-X əsrlərdə  ərəblər Orta 
Asiyanı  ələ keçirsələr də, burda möhkəmlənə bilmədilər və 
torpaqlarına qayıtdılar, qalanlar isə assimilyasiyaya uğradı.
82
  
Lev Qumilyovun digər bir mülahizəsi isə ondan ibarətdir ki, 
XII-XV əsrlərdə monqol-tatarlarla slavyan ruslar arasında mübarizə 
əksər tarixçilərin iddia etdiyi kimi olmamışdır. Yəni, slavyanların 
bir neçə  əsr boyu monqol hakimiyyəti altına daxil olması heç də 
monqolların vəhşiliyi və zülmü hesabına saxlanılmamış,  əksinə, 
tarixi  şərait rusların monqol hakimiyyətində qalmaqla öz gələcək 
inkişaflarının bünövrəsini yaratmasına imkan vermişdir. Onun 
fikrincə, 1313-cü ildə monqol xanı Özbəyin islam dinini dövlət dini 
kimi qəbul etməsindən sonra isə  mərkəzdən uzaq düşən və heç 
zaman dinə qarşı mühafizəkar olmaması ilə seçilən monqol-
tatarların böyük hissəsi şəraitə uyğun olaraq xristianlığı qəbul etmiş 
və slavyanlarla qaynayıb-qarışmışlar.  
 
 
 
 
                                                 
81
 Л.Н.Гумилев. Конец и вновь начало. Москва: АСТ Хранитель, 2007, стр.332 
82
 Л.Н. Гумилев. Ритмы Евразии. Москва: Экопрос, 1993, стр.147 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 93
Türk və Pravoslav-Slavyan sivilizasiyalarının harmoniya 
nümunəsi 
Türk və Pravoslav-Slavyan sivilizasiyalarının bir-birinə qarşı 
ahəngdar münasibəti etnik-dini müstəvidə öz izini əyani olaraq 
günümüzə qədər saxlamışdır. Belə ki, hazırda Ukraynanın qərbində 
Lvov vilayətində elə pravoslav kilsələrinə rast gəlinir ki, kilsənin 
qübbəsində  həm xaç, həm də aypara vardır. Dünyada bəlkə  də 
bənzəri olmayan həmin nümunə  əslində bu iki sivilizasiyanın 
harmoniyasının göstəricisidir. Niyə məhz slavyan, niyə məhz türk 
sualına cavab vermək üçün bir neçə  məqamı aydınlaşdırmaq 
lazımdır. İlk öncə islam dininin bu ərazidə kimin tərəfindən yayıla 
biləcəyinə baxmaq lazımdır.  Ərəb imperiyasının regiondakı nüfuz 
dairəsi və ya missionerliklə bağlı mülahizələr özünü doğrultmur. 
Birincisi ona görə ki, islam dinini yayan Ərəb Xilafətinin həm 
Əməvilər (660-750), həm də Abbasilər (750-1258) sülalələrinin 
hakimiyyətləri dövründə  sərhədləri heç vaxt bu əraziyə  gəlib 
çatmamışdır. Missionerliklə bağlı isə deməliyik ki, digər dinlərdən 
fərqli olaraq islam dinində missionerlik öz dininin hüdudlarının 
daha da genişləndirilməsinə yönəlmiş  təbliğatdan daha çox, hər 
hansı bir islami təriqətinin yayılmasına xidmət etmişdir. Məşhur 
şərqşünas alim Vasili Vladimiroviç Bartoldun qeyd etdiyi kimi, 
“Xristianlıqdan fərqli olaraq, islam ilk əvvəl fərdi missionerliyin nə 
olduğunu bilmirdi və yalnız istila yolu ilə yayılırdı. Müsəlman 
torpaqlarının hüdudları ilə islamın yayılma hüdudları eynilik təşkil 
edirdi”.
83
 Bəs buralarda islam dininin təsiri kimin vasitəsilə 
mümkün idi? Avropanın  şərqindəki bu əraziyə islam dininin 
daşıyıcılarından monqol-tatarların və Krım xanlığının yürüşləri və 
hökmranlıq dövrləri olmuşdur. Krım xanlığının geopolitik səhnədə 
                                                 
83
 Василий Владимирович Бартольд. Место прикаспийских областей. Сочинения. 
Том  2. Москва: Наука, 1964, стр. 45 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 94
Osmanlı imperiyasının müttəfiqi olaraq çıxış etməsi onun bu 
ərazidə düşmən kimi qəbul edilməsi demək idi. Düşmənin dini 
atributunun - ayparanın kilsə üzərində qalıcı olması real görünmür. 
Tarixin müxtəlif zamanlarında xristianlıq və ya slavyanlıq 
gücləndiyi zaman bu atribut da silinib getməli idi.  
Beləliklə, qalır yalnız bir variant. Monqol imperiyası dövrü. 
Sual oluna bilər ki, Monqol imperiyası dövründə niyə  məhz türk 
təsiri? Bu zaman bir neçə  məqama xüsusi diqqət yetirməliyik. 
Birincisi, monqol imperiyası genişləndiyi ərazidə say etibarilə daha 
çox türklərə söykənirdi. Tarixi mənbələr də  təsdiq edir ki, həmin 
dövrdə monqolların yürüşündə  iştirak edənlərin sayı heç yarım 
milyon nəfər də deyildi (maksimum 600 min nəfər olaraq 
qiymətləndirənlər var).
84
 Şərqdə Çindən tutmuş  qərbdə Karpat 
dağlarına, cənubda İran üzərindən Ərəbistan dənizinə qədər böyük 
bir ərazidə imperiyanın mövcudluğu üçün insan resurslarına ehtiyac 
var idi ki, bu da mədəniyyət baxımından yaxın olan Böyük Çölün 
müxtəlif xalqlarına arxalanırdı. Bu xalqlar arasında isə türklər 
çoxluq təşkil edirdi. Məşhur  ərəb tarixçisi İzzəddin  İbn  əl-Əsirin 
(1160-1232) verdiyi məlumatlara görə, monqol ordusunun 
yarısından çoxu türklərdən ibarət idi. Monqollarla birlikdə uyğur 
türkləri də hökumət və ordunun idarə edilməsində iştirak edirdilər 
(Uyğur türkləri monqol xanlarının müəllimləri və katibləri idilər). 
Lev Qumilyov isə hətta iddia edir ki, qədim slavyanlar da monqol 
imperiyasının yerlərdə dayaqları olmuş  və orduda təmsil 
olunmuşlar. Beləliklə, monqol imperiyası  tək monqol 
mədəniyyətinin deyil, Böyük Çölün bütün xalqlarının, o cümlədən, 
türklərin mədəniyyətinin daşıyıcısı idi.  
                                                 
84
Владимир  Фортунатов.  История  мировых  цивилизаций.  Санкт-Петербург: 
Питер, 2011, стр.171 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə