Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə27/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   23   24   25   26   27   28   29   30   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 89
qoyaraq, bölgədə birlik missiyası formalaşdırdılar. Bu missiya da 
sonradan tamamilə rusların əlinə keçdi”.
76
  
Bu məktəbin başqa bir nümayəndəsi Nikolay Trubetskoy da 
rus dövlətçiliyində  və rus millətinin formalaşmasında türklərin 
rolunun danılmaz olduğunu qeyd edirdi. O, 1925-ci ildə  nəşr 
olunan “Rus mədəniyyətində Turan elementi” adlı  məqaləsində 
yazırdı: “Şərqi slavyan tayfaları müasir Rusiyanın yalnız kiçik bir 
hissəsində  məskunlaşmışdılar. Onlar yalnız Baltik dənizi ilə Qara 
dənizi birləşdirən çay hövzələrində yaşayırdılar. Müasir Rusiyanın 
yerdə qalan ucsuz-bucaqsız  ərazilərində isə Turan tayfaları 
yaşayırdılar. Bu coğrafi  ərazinin tarixində “Turan” tayfaları  şərqi 
slavyanlardan, yəni ruslardan daha artıq rol oynamışdır. Müasir 
Rusiyanın demək olar ki, bütün ərazisinin ilk dəfə vahid bir dövlət 
şəklində birləşdirilməsi də rusların deyil, turan-monqol tayfalarının 
xidməti olmuşdur.  Əgər  şərqi slavyanlığın turançılıqla qovuşması 
rus tarixinin əsas faktıdırsa, əgər damarlarında turan qanı axmayan 
rus tapmaq müşkül məsələdirsə, onda biz rusların düzgün milli 
özünüdərki üçün bizdə turan elementinin mövcud olduğunu qəbul 
etməliyik”.
77
   
Ümumiyyətlə, həmin dövrün əksər Avrasiyaçıları hesab 
edirdilər ki, mənəvi baxımdan Rus dövləti Bizansla bağlı olduğu 
halda, geosiyasi baxımdan Bizans yad məkan kimi çıxış etmişdir. 
Monqol hücumundan sonra Rus dövləti tamamilə monqol-tatarların 
geosiyasi  əhatə dairəsinə daxil olmuşdur. Buna görə  də 
Avrasiyaçılar bu qənaətdə olmuşlar ki, geosiyasi baxımdan 
Rusiyanın tarixində Bizans yox, monqol irsi üstünlük təşkil edir. Bu 
                                                 
76
 Савицкий Петр Николаевич. Степь и оседлость // Континент Евразия. Москва: 
Аграф, 1997, стр. 232 
77
 О туранском элементе в русской культуре // Евразийский временник / Под ред. 
П. Н. Савицкого, П.П. Сувчинского, Н.С. Трубецкого, Берлин, 1925,  стр 351-377 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 90
xüsusda Pyotr Savitski yazırdı: “Rusiya - böyük Xanların varisi, 
Teymur və Çingiz xanın işlərinin davamçısı, Asiyanın 
birləşdiricisidir”
78
.  
Monqol-tatarların məğlubiyyətə  uğramasından sonra Moskva 
knyazları  təkcə rus torpaqlarının deyil, həm də tatar torpaqlarının 
sahibinə çevrildilər. Praktik olaraq yalnız XV əsrdən sonra Rusiya 
ümumAvrasiya dövləti rolunu oynamağa başladı. Avrasiya 
məkanında Rusiyanın yaranması prosesi “Meşə” ilə “Çöl”ün 
geosiyasi sintezinin nəticəsidir. Bu məqama xüsusi fikir vermək 
lazımdır. Bizim fikrimizcə, məhz “Çöl” sivilizasiyasının daşıyıcısı 
olan Türk sivilizasiyasının Pravoslav-Slavyan sivilizasiyası ilə 
münasibətlərində harmoniyanı bu sivilizasiyanın “Meşə” və 
“Çöl”ün sintezini təmsil etməsində axtarmaq lazımdır. Hələlik isə 
qeyd etməliyik ki, Rus dövlətçiliyi monqol-tatarlarınkından daha 
güclü oldu. Çünki bu idarəçiliyin dini əsasları möhkəm idi, 
pravoslavlıq məişət həyatına qədər daxil ola bilmişdir. Monqol-
tatarların dini inancları - Tenqrizm və ya şamanizm güclü iyerarxik 
və struktural fundamentə malik deyildi. Bu daha çox könüllü əsasda 
mənəvi bağlılıq idi. Buna görə monqol-tatarlarda dövlətçilik aparatı 
dini sistemdən azad olduğundan zaman keçdikcə  məğlub 
vəziyyətdən çıxa bilən pravoslav rus dövlətçiliyinə uduzdu. 
Nikolay Trubetskoy “Rusiyanın tarixinə  Qərbdən deyil, Şərqdən 
baxış” adlı araşdırmasında məhz bu nüansa toxunur və monqol-
tatar (türk) tarixi irsinin rus dövlətçiliyinin bünövrəsini təşkil 
etməklə yanaşı, bu dövlətçiliyin dirçəldilməsində rusların mənsub 
                                                 
78
 Савицкий Петр Николаевич. Степь и оседлость // Континент Евразия. Москва: 
Аграф, 1997, стр. 335 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 91
olduqları pravoslav dininin Tenqrizmlə müqayisədə  mənəvi 
bağlılıqdan daha güclü dini sistemə malik olmasını əsas gətirirdi.
79
   
Türk və Slavyan sivilizasiya daşıyıcılarının maddi mədəniyyət 
nümunələrində  də  bəzi oxşarlıqlar və  hətta eyniliklər müşahidə 
olunur. Belə ki, arxeologiyada “doğrama mədəniyyəti” adlandırılan 
və  ağac - dirək  əsasında arxitekturaya əsaslanan tikililərə  hər iki 
mədəni tipin məişət həyatında rast gəlinir. Doğrudur, Murad Adcı 
bunu slavyanların qıpçaqlardan (türklərdən) yiyələnərək öz adlarına 
çıxdığını  və bunun Slavyan mədəniyyətinə heç bir bağlılığının 
olmadığını iddia edir. Müəllif yazır: “Arxeoloqlar doğrama 
mədəniyyəti ilə bağlı məhz qədim qıpçaq qəbirlərində çox əşyalar 
tapıblar, qəbirlər də həmin evlərin tipindədir. Qədim qıpçaq qəbir-
kurqanları da, yaşayış  məntəqələrinin qalıqları da həmin doğrama 
tikintilərinin məzmunundadır. Bu, “aöac-doğrama” izləri 
Avropanın məhz qıpçaqlar yaşayan çöl və meşə-çöl 
bölgələrindədir. Başqa ölkələrdə bu tip tikintiyə ümumiyyətlə 
təsadüf olunmur.”
80
 Bizim  fikrimizcə isə bu tip ortaq maddi 
mədəniyyət Türk və Slavyan sivilizasiyalarının “Çöl” və “Meşə-
Çöl” landşaftlarını təmsil etməsindən irəli gəlir. 
Məşhur rus alimi, Avrasiyaçı məktəbin görkəmli nümayəndəsi 
Lev Qumilyov da Türk və Slavyan sivilizasiyalarının 
münasibətlərinə öz əsərlərində toxunmuşdur. Onun fikrincə, ruslar 
(velikorossı) passionar təkanın təsiri ilə türk-slavyan tayfalarının 
qarışması  nəticəsində yaranan xüsusi bir etnosdur və böyük alim 
bunu “Meşə” ilə “Çöl”ün ittifaqı kimi görür. Alimin qənaətlərinə 
görə, bu ittifaq simbioz xarakterlidir, yəni hər xalqın 
                                                 
79
 Трубецкой Николай Сергеевич. Взгляд на русскую историю не с Запада, а с 
Востока. http://derzava.com/art_desc.phpaid=288 
80
 Murad Adcı. Türk və dünya: munis tariximiz (tərcümə Tofiq Hacıyev). Bakı, 2006, 
səh. 93 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə