Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə35/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   31   32   33   34   35   36   37   38   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 114
 
Qərb sivilizasiyasının kosmopolit siyasəti qarşısında Türk 
sivilizasiyası 
 
 Türk sivilizasiyasının Qərb sivilizasiyası ilə münasibətlərinə 
tarixi rakursdan yanaşdıqda ilk növbədə müasir dövrümüz üçün 
aktual olan Qərb dəyərlərinin kosmopolitizm ideyası altında bütün 
dünyaya zorla qəbul etdirilməsi səyləri ilə  əlaqədar yanaşmadan 
başlamaq istərdik. Ümumiyyətlə, kosmopolitizm Qərb 
sivilizasiyasının bütün dünyanın qeyri-Qərb dəyərlərinin  əleyhinə 
yönəlmiş bir ideya xəttidir. Sadəcə müxtəlif dövrlərdə qərbləşdirmə 
siyasəti quldarlıq, işğal, müstəmləkə rejimi, mədəni təsir və  ən 
nəhayət günümüzdə qloballaşma adı altında aparılmışdır. Qərbin 
kosmopolit ideyalarının qəbul edilməməsi isə digər sivilizasiya 
daşıyıcılarının  əks-reaksiyası ilə qarşılaşır. Bununla bağlı siyasi 
elmlər namizədi Elnur Aslanov yazır: “XXI əsrin astanasında 
dünyanın faktiki olaraq, yalnız Qərb modelinə söykənən iqtisadi, 
siyasi, maliyyə  və s. qloballaşması konsepsiyasını  qəbul edəcəyi 
böyük sual altındadır və bu konsepsiya və layihələrə əsaslanan milli 
inkişaf strategiyasının böhranı, birtərəfli olması özünü ortaya çıxan 
ağrılı, ziddiyyətli proseslərdə  əks etdirir. Bu Qərbin hegemon 
iddialarının, hər bir ölkənin inkişaf spesifikasına laqeydlik göstərən 
siyasətin həyata keçirilməsi nəticəsində üzə  çıxan və son illər 
dünyanın üzləşdiyi bütöv bir hərbi münaqişələr seriyasında özünü 
göstərir.”
96
  
Kosmopolit ideya xəttinin öz təzahürlərini hələ tarixin erkən 
çağlarından göstərməsi məlumdur. Belə ki, Avropa və Asiyanı vahid 
dövlətdə birləşdirən nəhəng imperiya ilk dəfə Makedoniyalı 
İskəndərin (e.ə.356 - e.ə. 323) dövründə yaranmışdır. Məhz onun 
                                                 
96
 Elnur Aslanov. Yeni dünya nizamı və milli inkişaf. Bakı, 2006, səh. 13 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 115
zamanında işğal sayəsində olsa belə, Qərb və  Şərq dəyərlərinin 
qarşılıqlı sinxronlaşması, təsir və əks-təsiri üçün şərait yaranmışdır. 
Qərbin hər  şeyi özününküləşdirmək,  Şərqdə  Qərb yaratmaq 
təşəbbüsü bu dövrdən başlanır. Avropanın Şərqin elmi kəşflərindən, 
ixtiralarından, yeniliklərindən geninə-boluna faydalanmasına 
baxmayaraq, Qərb Şərqin mənəvi dəyərlərinə daim ikrahla yanaşmış, 
bu dəyərləri özü üçün yad və aşağı səviyyəli (barbar) hesab etmişdir. 
Müqayisə üçün deyək ki, sonrakı dövrlərdə ərazi baxımından Asiya 
və Avropanı birləşdirən türk dövlətlərində (Hun imperiyası, Xəzər 
xaqanlığı, Osmanlı imperiyası) belə tendensiya müşahidə olunmur. 
Türklər Qərbdə döyüşlər istisna olmaqla (əslində müharibələr 
qaydalara tabe olmadığından bu hər yerdə belə idi və  hətta 
günümüzdə də belədir) mədəniyyətə, mənəviyyata tolerant yanaşır, 
nəinki özününküləşdirmir, hətta Qərbin müstəmləkə imperiyalarının 
təcrübəsində  şahidi olduğumuz özününküləşdirə bilmədiyi hər  şeyi 
alçaltmağa çalışmırdılar. Biz bu tendensiyanı türklərin bütün tarix 
boyu formalaşmış özünəməxsus xarakterik xüsusiyyətlərində 
görürük. 
Avrasiya məkanında  şərqdə Çindən qərbdə Avropaya qədər, 
Şimali Afrikada, Ön Asiyada, Orta Şərqdə, Hindistanda tarixin 
müxtəlif zamanlarında izlərini saxlayan Türk sivilizasiyası  həm 
Şərqin, həm də  Qərbin tarixində özünəməxsus yer tutmuşdur. 
Yayılma arealı baxımından Şərq və Qərbin təmas xəttində yerləşən 
bu mədəni tip hər zaman müxtəlif sivilizasiyaların kəsişmə zolağında 
olmuşdur. Coğrafi cəhətdən türklərin yerləşdiyi ərazi onların şərqdə 
Çin və Hind sivilizasiyaları ilə, qərbdə Pravoslav-slavyan və xristian-
Qərb sivilizasiyaları, cənubda isə  İran və  Ərəb sivilizasiyaları ilə 
qonşu olmasına şərait yaratmışdır. Mahiyyət etibarilə həm Şərq, həm 
də Qərb dəyərlərindən təsirlənən, eyni zamanda, hər iki sivilizasiya 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 116
daşıyıcılarına böyük nüfuz göstərən Türk sivilizasiyası müstəqil 
tarixi-mədəni tipi təmsil edir. Minilliklərlə ölçülən tarixi zaman 
yolunda böyük məsafə qət etməsinə baxmayaraq, Türk sivilizasiyası 
özünəməxsus səciyyəvi xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir.  
Türk sivilizasiyasının daşıyıcıları üçün əsas xarakterik 
xüsusiyyətlərdən biri müxtəlif azlıqlara dözümlü yanaşmaqdır. Bu 
mədəni tip üçün assimilyasiya etmək heç zaman səciyyəvi 
olmamışdır. Öz həyat siklində passionarlığın kulminasiya mərhələsi 
hesab olunan imperiya dövründə belə dövlətin sərhədləri daxilində 
digər xalqlara (sivilizasiya daşıyıcılarına) münasibətdə  hər zaman 
böyük hörmət, tolerantlıq müşahidə olunur. Hətta ilkin dövr türk 
imperiyalarında hakim türklərlə asılı digər xalqlar arasında 
münasibətlər çox zaman şaquli hökmranlıq prinsipi əsasında deyil, 
üfüqi bağlılıq formasında olmuşdur. Böyük Hun imperiyasında, 
Göytürk xaqanlığında türklərin dövlətin digər xalqları ilə 
münasibətləri daha çox ittifaq xarakterli olmuş, türk hakimiyyəti 
həmin xalqların daxili həyat nizamına toxunmamışdır. Təsadüfi deyil 
ki, Çingiz xan və onun davamçılarının dövründə bu birləşmə 
vahidləri ulus adlanmışdır. Yəni türklər heç zaman assimilyativ 
meylli olmamış, tabeçiliyində olan xalqlarla belə münasibətlərini 
onların daxili müstəqilliyi prizmasından qurmuşlar. Eləcə də, inanc 
müstəvisində onlar digər xalqların fərqli dini etiqadlarına ehtiram 
göstərmişlər.  İslam dininin yayılmasında türk dövlətlərinin misilsiz 
rol oynamağına baxmayaraq, eyni zamanda dövlət daxilində digər 
dini azlıqlara xüsusi diqqət edilmişdir. Osmanlı imperiyasında tarix 
boyunca yəhudi və xristian (erməni, yunan) azlıqların 
nümayəndələrinin yüksək saray vəzifələrində mənsəb sahibi olmaları 
dediklərimizin bariz nümunəsidir. Beləliklə, müasir terminologiya ilə 
desək, Türk sivilizasiyası  qədim dövrdən indiyədək demokratik və 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə