Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə33/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   29   30   31   32   33   34   35   36   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 108
tarixində  əsasən Avropa sivilizasiyası kimi tanınmışdır. Bu gün 
okeanın o tayında Amerika, Avstraliya, Yeni Zelandiyanı əhatə etsə 
də, bu sivilizasiyanın özülü hələ  də Avropa sayılır. Zaman 
kontekstində baxdıqda Avropanın öz daxilində də Qərb sivilizasiyası 
daim genişlənmiş, amma bununla belə məhdud özülünü saxlamışdır. 
Bunun nəticəsidir ki, Qərb sivilizoloqları  tərəfindən nə Bizans 
imperiyası, nə  də Rusiya heç zaman bu sivilizasiyaya aid 
edilməmişlər. Qərb sivilizasiyasının hüdudlarının zaman-zaman 
şərqə doğru genişləndirilərək Pribaltikaya qədər ərazini əhatə etməsi 
ilə bağlı  mənzərəni izləyirik. Samuel Hantinqton “Sivilizasiyaların 
toqquşması” kitabında Qərb sivilizasiyasının hansı  məkanı  əhatə 
etməsi barədə suala Avropanın coğrafi mənada deyil, sivilizasiya 
olaraq sərhədlərini cızmaqla cavab verir. Onun fikrincə, bu suala ən 
doğru cavabı hüdudları  qərbi xristian xalqlarını müsəlman və 
provaslav xalqlardan ayıran yüzillər  ərzində mövcud olan böyük 
tarixi bölgü verir. Bu sərhəd xətti hələ Roma imperiyasının 
bölünməsi və Müqəddəs Roma imperiyasının (962-1806) 
yaradılması ilə müəyyənləşib. Şimalda Rusiyanın bu gün Finlandiya 
və Pribaltika ölkələri ilə  sərhədlərindən başlayaraq, Qərbi Belarus, 
Ukraynadan keçən xətt üzrə Qərb sivilizasiyasını pravoslav Şərqdən 
ayırır; Rumıniyadan, katoliklərin məskunlaşdığı Transilvaniya ilə 
ölkənin digər  əraziləri arasından, keçmiş Yuqoslaviyada Sloveniya 
və Xorvatiyanı digər respublikalarla ayıran sərhəddən; Balkanlarda 
Avstriya-Macarıstan və Osmanlı imperiyalarının tarixi 
sərhədlərindən keçir.
91
 
Lakin qeyd etməliyik ki, sivilizasiya mənasında Qərb 
sivilizasiyası və Avropa anlayışları nə qədər həmahəng səslənsə də
heç də  həmişə tam üst-üstə düşmür. Bəzi fərqliliklərin də olduğu 
                                                 
91
 Сэмюэль
 
Хантингтон. Столкновение цивилизаций. Москва: АСТ, 2003, стр.207 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 109
müşahidə olunur. Yəni coğrafi anlamda Qərb sivilizasiyası heç də 
həmişə Avropanı tam əhatə etmir. Xüsusən tarixi zaman 
prizmasından yanaşdıqda fərqli mənzərənin  şahidi oluruq. Eyni 
zamanda müasir Qərb sivilizasiyasının  əsasında dayanan başlıca 
faktor olan xristianlığın da Avropada deyil, Yaxın  Şərqdə 
yarandığını  nəzərə aldıqda, bu mülahizənin  əlavə sübuta ehtiyacı 
olmadığını qeyd etməliyik. Bununla bağlı rus alimi N.Y.Danilevski 
yazırdı: “Avropa german-roman sivilizasiyasını  təmsil edir. Bu iki 
söz bir-birinin sinonimidir... Yunan və Roma sivilizasiyaları isə 
həmin mənada Avropa əsasında formalaşmayıb. Bu sivilizasiyaların 
məkanı sivilizasiyanı təmsil edən dövlətlərin, dənizin Afrika, Asiya 
və ya Avropa sahillərində yerləşməsindən asılı olmayaraq Aralıq 
dənizi hövzəsi olmuşdur. Yunan sivilizasiyasının  ən görkəmli 
nümayəndələrindən biri Homerin Egey dənizinin Kiçik Asiya 
sahilində doğulduğunu deyirlər. Kiçik Asiyada yunanların epik 
poeziyası, lirika və  fəlsəfəsi (Fales), tarixi (Herodot), tibbi 
(Hippokrat) yaranmış  və buradan dənizin  əks sahilinə keçmişdir. 
Yalnız sonradan bu sivilizasiyanın  əsas mərkəzi Afina olmuşdur. 
Ancaq Yunan sivilizasiyasının sonu və ya belə desək davamı yenə 
də Avropada deyil, İskəndəriyyədə, Misirdə başa çatmışdır. Deməli, 
qədim yunan mədəniyyəti öz inkişafını sona vuraraq 3 qitəni - Asiya, 
Avropa və Afrikanı  əhatə etmişdir, yəni yalnız Avropadan ibarət 
olmamışdır”.
92
  
Akademik Vasili Bartold yazırdı ki, “yunanlar mədəni 
səviyyədə digər Avropa xalqlarını ona görə üstələməmişdilər ki, bu 
onlara bəxş edilmişdi. Bu ona görə baş vermişdi ki, onların ölkəsi 
coğrafi cəhətdən qədim mədəniyyət ocaqlarına daha yaxın idi. 
                                                 
92
 Россия  и  Европа.  Взгляд  на  культурные  и  политические  отношения 
Славянского мира к Германо-Романскому. стр. 60
  
http://new.runivers.ru/bookreader/book10067/#page/1/mode/1up 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 110
Yunanlar üçün hələ  Qərb və  Şərq arasında fərq yox idi. Asiya və 
Avropa yalnız isti Cənub və soyuq Şimal kimi qarşı-qarşıya 
qoyulurdu. Yunanların təsəvvüründə Avropa Afrika və Asiyadan 
bütün enliliklər (paralellər) üzrə  şimala doğru yerləşirdi. Hətta 
Makedoniyalı  İskəndərə görə Orta Asiyada Sır-Dəryanın arxasında 
yenə də Avropa başlayırdı.”
93
 
 
Xristianlığın Qərb sivilizasiyasının formalaşmasında rolu 
Digər bir maraqlı  məqam Qərb sivilizasiyasının dini 
bağlılığıdır. Qərb sivilizasiyası çox zaman xristianlıqla əlaqələndirilir 
və ya bir növ xristianlığı  təcəssüm etdirən daşıyıcı kimi 
səciyyələndirilir. Məsələn, təsadüfi deyildir ki, Arnold Toynbi Qərb 
cəmiyyətinin yaranma dövrünün Böyük Karlın imperiyasının 843-cü 
il Verden müqaviləsi  əsasında imperatorun nəvələri arasında 
bölünməsindən başlayaraq formalaşdığını iddia edirdi. Onun 
fikrincə, Roma imperiyasının süqutundan sonra başlayan xaos dövrü 
ilə  Qərb cəmiyyətinin tədricən yaranması arasındakı dövrdə 
(təxminən 375-675-ci illər) Qərb cəmiyyəti Ellin cəmiyyətini  əvəz 
etmişdir.
94
 Bu  varislikdə yeganə  tərs məqam xristianlıqla bağlı idi. 
Belə ki, artıq xristianlığı  mənimsəmiş  və bu amilin sivilizasiya 
identifikasiyasında başlıca elementə çevrildiyi xristian Qərb 
bütpərəst Ellin dünyasının mənəvi dəyərlərini qəbul etmirdi. 
Müəllifin fikrincə, bu mənada yeni cəmiyyət köhnə  cəmiyyətin 
davamçısı deyil, əvəzləyicisi oldu.  
Digər məşhur sivilizoloqlardan Samuel Hantinqton da xristian 
Qərb cəmiyyətinin yaranma dövrünü VII - VIII əsrlərə aid edir və 
bununla da Ellin mədəniyyətini bu sivilizasiyaya aid etmir, ölüb 
                                                 
93
 Бартолд  В.В.  Мусульманский  мир // Ислам.  Энчиклопедия  культуры  и 
искусства. Мосва: Эксмо, 2010, стр.11 
94
 Арнольд Тойнби. Исследование истории. Москва: АСТ, 2010 стр. 39.  


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə