Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə41/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   37   38   39   40   41   42   43   44   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 132
nəzərə alsaq, Qərb-Türk qarşıdurmasında türklərin qələbəsinin 
onların hərbi məharətinə,  əqidə birliyinə borclu olduğunu demək 
olar. 
Qərb sivilizasiya daşıyıcılarının  Şərqə qarşı ekspansionist 
münasibəti qarşılığında səlibçilər köhnə dünyaya yeni dəyərlərlə 
qayıtdılar. Avropalılar  Şərqdən yeni kənd təsərrüfatı bitkilərini, 
xüsusilə çəltik, qarabaşaq, limon, ərik, qarpız, şəkər çuğunduru əkib 
becərməyi, yel dəyirmanından istifadə etməyi, ipək parçalar 
toxumağı, güzgü istehsal etməyi öyrəndilər. Kağız, barıt və 
kompasla tanış oldular. Səlibçilər yeməkdən qabaq əllərini yumağı, 
isti hamamda çimməyi də Şərqdən öyrənmişlər. 
Türk sivilizasiya daşıyıcılarından tarixdə ən uzunömürlü dövlət 
olan Osmanlı (1299-1922) dövründə  də Türk-Qərb münasibətləri 
islam-xristian qarşıdurması kontekstində davam etmişdir. 1516-cı 
ildə Sultan Səlimin xəlifə elan olunmasından 1924-cü ilədək 
xəlifəliyin ləğvinə  qədər 407 il Osmanlı sultanları bütün danyada 
müsəlmanların xəlifəsi olaraq Qərb sivilizasiyası daşıyıcılarına qarşı 
sipər olmuşlar. Artıq XIV əsrdən Osmanlıların Avropa dövlətləri ilə 
mübarizəsində  Qərb təmsilçiləri “xaç birliyi” yaratmışdılar. Bu 
birliyə müxtəlif zamanlarda serb, xorvat, alban, bolqar, macar 
dövlətləri, Avstria, Genuya, Venesiya, Bizans daxil olmuşdur və 
adından da göründüyü kimi, mübarizə yenə  də islam-xristian 
qarşıdurması xarakteri daşımışdır. Türklərin Anadoludan Avropaya 
hücumunun qarşısında uzun müddət Konstantinopol (İstanbul) 
dayanmışdır. Osmanlı dövründə birinci dəfə Sultan Bayəzidin 
zamanında 1396-cı ildə İstanbul tutulsa da, fəth edilə bilinməmişdi. 
Yalnız 1453-cü ildə Sultan Mehmet Fatih tərəfindən  İstanbul fəth 
edilmiş  və bununla da Türk sivilizasiya tarixində  ən böyük 
hadisələrdən biri baş vermişdir. Bütünlüklə Şərqə xas xüsusiyyətlərə 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 133
malik olan Türk sivilizasiyası coğrafi baxımdan Qərbə - Avropaya 
yol açmış  və yerləşmişdir. Zaman-zaman türk mədəniyyətinin və 
dövlətinin sərhədləri Vyanaya qədər genişlənmiş, sonra əksər işğal 
etdiyi  ərazilərdən çıxarılmış, amma İstanbulu heç vaxt əldən 
verməmişdir. Sivilizasiya müstəvisində  də bu tarixi hadisənin 
mühüm əhəmiyyəti var. Öz tarixi inkişafında hər zaman “Çöl” etno-
landşaftına bağlı olan Türk sivilizasiyası  İstanbulu fəth etməklə 
dənizlərə  çıxmış oldu. Beləliklə, tarixində ilk dəfə öz təbii 
landşaftından kənar çıxaraq özü üçün yad coğrafi  şəraitdə 
möhkəmlənə bildi. Fikrimizcə, Türk sivilizasiyası  Qərbin növbəti 
passionarlıq dövründə  işğalçı siyasətinə qarşı  məhz “dəniz” tipinə 
uyğunlaşdığı üçün davam gətirə bildi. Çünki Osmanlı dövründə 
türklər Hind okeanında Portuqaliya ilə, Aralıq dənizində Venesiya və 
Genuya ilə mübarizədə qalib gələ bilmişdi və artıq “dəniz” tipinin 
xarakterik xüsusiyyətlərinə  bələd idi. Türk sivilizasiyası Osmanlı 
dövlətinin timsalında Avropanın dərinliklərinə doğru da irəliləyə 
bilmişdi. Sultan Süleymanın dövründə Macarıstanadək ərazilər işğal 
olunmuş, hətta 1529-cu ildə Vyana mühasirəyə alınmışdı. Lakin 
Vyana səddi heç vaxt aşıla bilinməmiş  və bu məkanda yalnız türk 
mədəni irsini saxlamaqla kifayətlənmişdir. Vyana mühasirəsinin 
Türk-Qərb sivilizasiyaları arasında münasibətlərdə tarixi rolu ilə 
bağlı Türkiyənin hazırkı xarici işlər naziri Əhməd Davudoğlu yazır 
ki: “Vyana mühasirəsi Avropa üçün də bir dönmə nöqtəsi olmuşdur 
və Osmanlı qarşısında yaradılan koalisiya ilk Avropalılıq süuru və 
fikrininin yaranmasında mühüm rol oynamışdır”.
104
  
Qeyd etməliyik ki, Qərb sivilizasiyası isə türklərin bu zəfər 
yürüşünü heç zaman unutmamışdır və onların gözündə müsəlman 
türk dövləti o zamandan bəri  ən böyük rəqib və  hətta düşmən 
                                                 
104
 Ahmet Davutoğlu. Strateji dərinlik. İstanbul: Küre Yayınları, 2009, səh.66  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 134
olmuşdur. Bu proses günümüzdə də davam edir. Fikrimizcə, Türkiyə 
Cümhuriyyətinin Avropa Birliyinə üzv olması qarşısında yaradılan 
maneələr bu tarixi hadisələrlə birbaşa əlaqədardır. 
Müasir dövrdə  də geopolitik müstəvidə Türk sivilizasiya 
daşıyıcıları ilə  Qərbin münasibətləri daha çox ziddiyyətləri ilə 
səciyyələnir. Bunun əsasında bir tərəfdən Qərbin qloballaşdırma adı 
altında dünyada hər  şeyi qərbləşdirməyə çalışan kosmopolitizm 
meyli durursa, digər tərəfdən Türk sivilizasiyası üçün xarakterik olan 
azadlıq sevgisi ilə bağlı zorla sırınmağa çalışılan yad dəyərlərin 
qəbuledilməzliyi dayanır. Qərbin kosmopolit meylli siyasətinə qarşı 
reaksiya ilə bağlı Rusiyalı mütəxəssis A.İ.Utkin yazır: “Öz 
dəyərlərinin ümumiliyinə iddia etməsi Qərbi hər şeydən öncə İslam 
və Çin sivilizasiyası ilə toqquşduracaq”.
105
 Fikrimizcə, Avropa - 
Türkiyə  və ABŞ - Çin qarşıdurması  hər iki istiqamətdə bu 
mülahizənin doğruluğunu göstərir. 
Günümüzdə Türk-Qərb münasibətləri geopolitik müstəvidən 
başqa cəmiyyətdaxili müstəvidə  də  fəal interaksiyadadır. Müasir 
dövrümüzdə sivilizasiyalar arasında münasibətlərin xarakterik 
xüsusiyyətlərindən biri də bu münasibətlərdə miqrasiya proseslərinin 
rolunun artması ilə bağlıdır. Bu isə sivilizasiyalararası münasibətləri 
bir cəmiyyət daxilində  də müşahidə etməyə imkan verir. Hazırkı 
dövrdə miqrasiya prosesləri təkcə insanların mexaniki hərəkəti deyil
daha çox təmsil etdikləri sivilizasiyanın xüsusiyyətlərini getdikləri 
ölkədə  təmsil etməsi və yad cəmiyyətdə belə öz sivilizasiyasının 
daşıyıcısı olması ilə seçilir. Yeni dövr üçün xarakterik xüsusiyyət 
ondan ibarətdir ki, miqrasiya prosesləri  əksər hallarda Qərb 
sivilizasiya təmsilçisi olan ölkələrə (İran körfəzində ərəb ölkələrinə, 
Latın Amerikasında sənaye ölkələrinə  və digər lokal miqrasiyalar 
                                                 
105
 Уткин А.И. Глобализация: процесс и осмысление. Москва: Логос, 2001,        
стр. 185 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə