Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə38/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   34   35   36   37   38   39   40   41   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 123
paradoksal görünsə  də, xristianlıq, zamanında Qərb sivilizasiyasını 
öz kulminasiya, intibah dövründən endirən, onu tənəzzülə  uğradan 
bir proses olmuşdur. Qərb sivilizasiyasının müasir dövrümüz də 
daxil olmaqla bir çox meyarlarına görə  ən yüksək səviyyəsi hesab 
edilən ellin mədəniyyətinin tənəzzülə  uğramasının  ən başlıca 
səbəblərindən biri xristianlığın qəbulu olmuşdur. Bununla bağlı 
professor Səlahəddin Xəlilovun fikirləri xüsusi maraq doğurur: 
”Daha möhtəşəm bir ideyanın zirvəsində dayanan bir xalq bir siyasi 
hökmün qurbanı oldu. Cəhalət dünyası üçün nəzərdə tutulmuş, mifik 
təfəkkürdən hələ bir o qədər də  fərqlənməyən, insanları ancaq 
möcüzələrlə heyrətləndirməyə çalışan bir dini dünyagörüşü, dibin 
qaranlığından işığa doğru, həqiqətə doğru təzəcə başlanan kiçik bir 
hərəkat möhtəşəm bir ideyanın zirvəsindən enməkdə olan, öz 
süqutunu yaşayan, amma hər halda hələ tam süquta uğramamış bir 
sivilizasiya ilə qarşılaşdı. Roma imperatorunun hökmü ilə xristianlıq 
böyük imperiyanın rəsmi dini kimi qəbul olundu və imperiyanın 
çökməsini sürətləndirən mühüm hadisələrdən birinə çevrildi. Axı, 
Roma imperiyası böyük yunan mədəniyyəti və  fəlsəfəsi üzərində 
bərqərar olmuşdu. Bəşər tarixinin ən böyük nailiyyətlərindən biri 
olan klassik yunan fəlsəfəsinin romalılar tərəfindən mənimsənilə və 
dəyərləndirilə bilinməməsi, mənəvi həyatda boşluq yaranması və bu 
boşluğu doldurmaq üçün axtarış apararkən xristianlıqla üzləşməsi 
tarixin gedişatında sivilizasiya kontekstində böyük bir enişin 
başlanğıcını qoydu. Mənəvi dəyərlər kontekstində bir yüksəliş üçün 
təməl olan xristianlıq maddi mədəniyyət, elm və sivilizasiya üçün bir 
eniş, tənəzzül vəd edə bilərdi. Çünki xristianlığın prinsipləri 
sivilizasiya meyarları ilə uzlaşmırdı”.
100
 
                                                 
100
 Səlahəddin Xəlilov. Din və fəlsəfə: İslam fəlsəfəsi nə vaxtdan başlanır? 525-ci qəzet, 
1 may 2010-cu il 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 124
Qərb - Türk sivilizasiyalararası münasibətləri tarix boyunca 
daha çox qarşıdurma və disharmoniya ilə seçilmişdir. Birinci nəsil 
sivilizasiya mərhələsində bu iki sivilizasiya arasında münasibətlərin 
xarakterik xüsusiyyətlərini səciyyələndirmək heç bir yenilik gətirmir. 
Çünki bu mərhələdə onların  əlaqələri epizodik olmuş, bir-birinin 
siyasi, mədəni, sosial həyatına nüfuz edə bilməmişlər. Misal üçün, 
həm Roma imperiyasının ordularının Azərbaycana yürüşü, həm də 
“xalqların böyük köçü” zamanı müxtəlif türk tayfalarının Avropaya 
hücumu sivilizasiyaların bir-birinə təsir və ya əks-təsirində böyük iz 
qoya bilməmişdir və ya müasir tarixin dərin qatlarını açmaqda 
acizdir. 
Qərb və Türk sivilizasiyalarının əlaqələrində qarşıdurmanın pik 
səviyyəsi, yəni dəyərlərin toqquşması, disharmoniyası tam çılpaqlığı 
ilə “səlib yürüşləri” (bəzi  ədəbiyyatlarda “xaç yürüşləri”də 
adlandırılır) dövrünə  təsadüf edir. Səlib yürüşləri tarixə  Qərb 
sivilizasiya daşıyıcılarının bəşəriyyətə dini ayrı-seçkilik gətirən 
hadisə kimi düşmüşdür. Tarixdə həmin dövrədək ərəblərin işğalı da 
daxil olmaqla heç vaxt sırf dini motivli ayrı-seçkilik tətbiq 
olunmamışdı. Misal üçün, ərəblərin Xilafətin genişləndirilməsi 
zamanı apardıqları müharibə islam dininin yayılmasına yönəlsə də, 
bu dini qəbul etməyənlər üçün də  Ərəb Xilafətində, müəyyən 
hüquqların məhdudlaşdırılması ilə olsa belə yaşamaq imkanı var idi. 
Səlib yürüşləri zamanı isə xristian olmayan hər kəs düşmən idi. 
Misal üçün, Yerusəlimi işğal edərkən xristianlar müsəlmanlarla 
bərabər yəhudiləri də qırmış və şəhərdən qovmuşdular. Ümumilikdə, 
səlib müharibələri bəşər tarixində Qərb sivilizasiyasının cəmiyyətdə 
dini ayrı-seçkiliyin  əsasını qoymasının  ən bariz nümunəsidir. Nə 
qədər paradoksal olsa da, bu gün dünyada insan haqlarının, dini 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 125
dözümlüyün  əsas müdafiəçisi kimi görünməyə çalışan Qərb 
sivilizasiya daşıyıcılarının özləri bu mənfi presedenti yaratmışlar.  
Xaç yürüşləri 1095-ci ildə Fransanın Klemon şəhərində Roma 
Papası II  Urbanın “müqəddəs torpağın (Qüdsün) kafirlərdən azad 
edilməsi” çağırışı ilə bütün xristian dövlətlərinin qoşulduğu hərbi 
kampaniya ilə başlamışdır. Müəyyən fasilələrlə  təxminən 200 ilə 
qədər davam edən bu yürüşlərin başlıca məqsədi qeyri-xristianların 
məhv edilməsi olmuşdur. Tarixdə bu məqsədlə aparılan 8 səlib 
yürüşü məlumdur. Bundan başqa, sonrakı dövrdə avropalıların 
osmanlılara qarşı birgə mübarizəsini də “səlib müharibəsi” 
adlandıranlar olmuşdur. Bu məqama xüsusi toxunmaq istərdik. 
Çünki tarixi proseslərin təhlili göstərir ki, səlib müharibələri 
ümumilikdə  Qərbin qeyri-xristianlara qarşı yürüşü olsa da, əslində 
səlib müharibələrini daha konkret olaraq məhz xristian-türk 
qarşıdurması kimi də xarakterizə etmək olar. Çünki bütün bu 
yürüşlərdə xristian Qərbin qarşısına çıxanlar hər zaman türklər 
olmuşdur. Real baxdıqda səlibçilərin guya başlıca məqsədi olan 
“azad etmək” istədikləri müqəddəs  şəhər Qüds coğrafi baxımdan 
ərəb torpaqlarında yerləşir. Amma səlibçilər hücum zamanı 
qarşılarında daha çox türkləri görmüşlər. Burda müxtəlif səbəblər ola 
bilər. Birincisi, səlib yürüşlərinin başladığı vaxt ərəblər öz 
inkişaflarında aktiv dövrü arxada qoymuş  və passiv mərhələni 
yaşayırdılar. Bu zaman həmin coğrafi məkanda türklər hakim idilər. 
İkincisi, Aralıq dənizi sahilində yerləşən bu ərazi tarixi baxımdan 
Ərəb sivilizasiyasının deyil, birinci nəsil müxtəlif sivilizasiya 
daşıyıcılarının məskəni idi və etnik tərkib baxımdan çox müxtəlif idi. 
Bundan başqa, səlib yürüşləri başlayan zaman Bizansa məxsus olan 
Qüdsün yerləşdiyi Yaxın  Şərq regionuna Səlcuq Sultanlığı yenicə 
yiyələnməyə başlamışdı  və yerli əhali arasında daha sakit həyat 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə