Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə37/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   33   34   35   36   37   38   39   40   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 120
buddizmi yunan mədəniyyətinin buddizm dini ilə qarışmasının, bu 
iki fərqli dəyərlərin sinxronlaşmasının təzahürüdür. Belə ki, bu 
mədəniyyətin tapıntılarında buddist abidələrində yunan klassik 
üslubuna, yunan mifoloji allahlarının, xüsusən də Apollonun 
təsvirinə rast gəlinir. Budda heykəllərində yunan kişi geyimlərinin - 
toqanın (toqa - Qədim Romada yalnız vətəndaşların geyinmək 
hüququ olduğu kişi üst geyimləri) olması, Buddanın Heraklla birgə 
heykəli və bu kimi abidələr ellin-buddizm dəyərlərinin 
harmoniyasından xəbər verir. Hindistanda e.ə.317-180-cı illərdə 
mövcud olmuş Maurey imperiyasının hökmdarlarının saraylarında 
yunan filosoflarının yaşaması, eləcə  də Hind-Yunan çarlığında, 
Kuşan çarlığında (I - III əsrlər) sikkələrin iki dildə olması, kuşan 
yazısının yunan əlifbası ilə yazılması və ümumilikdə yunan dilinin 
bu coğrafiyada böyük bir məkanda yayılması sivilizasiyalararası 
münasibətlərin harmoniyasını göstərir. Doğrudur, belə  məqamlarda 
əks təsir və ya qarşılıqlı faydalanma hallarına da rast gəlirik. Belə ki, 
buddizm  Şərqdəki yunan dövlətləri vasitəsilə  Qərbə doğru 
yayılmışdı. Şərqdəki yunan dövlətlərində yunanlar tərəfindən qəbul 
edilən buddizm hətta Yunanıstana gedib çıxa bilmişdi. Yunan fəlsəfi 
fikrində belə buddist düşüncə  tərzinin təsiri özünü göstərmişdir. 
Makedoniyalı  İskəndəri  Şərq yürüşündə müşayiət edən filosof 
Pirronun (e.ə.360 - e.ə. 270) Yunanıstana qayıdandan sonra əsasını 
qoyduğu təlimdə - pirronizmdə buddist fəlsəfi düşüncə  tərzinin 
təzahürləri hiss olunur.  
Digər bir tərəfdən, üstündən minillər keçməsinə baxmayaraq, 
regionda yunan mənşəli olması ehtimal edilən bəzi xalqların hələ də 
öz varlığını qoruması Yunan-İran mədəniyyətlərinin uyumluluğunu 
bir daha göstərir. Belə ki, Hindiquş dağlarının  ətəklərində indiki 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 121
Pakistanda kələşlər
98
, Əfqanıstanda nuristanlılar, Tacikistanın Dağlıq 
Badaxşan bölgəsində yaşayan bəzi tayfalar özlərini Makedoniyalı 
İskəndərin əsgərlərinin varisləri hesab edirlər. Maraqlıdır ki, ətrafda 
puştun, bəluc, tacik kimi irandilli xalqların yaşadığı bu ərazidə onlar 
azsaylı etnik qrup olsa da, öz etnik kimliklərini qoruyub saxlaya 
bilmişlər. Bu isə Yunan-İran mədəniyyətlərinin toqquşmadığını, 
əksinə, qarşılıqlı  təsirini göstərir. Bunun əksinə olaraq Türk 
sivilizasiyası üçün ellinizm yad ünsür təsiri bağışlayır. Belə ki, hətta 
yuxarıda göstərilən  ərazilərdən qərbdə yerləşən və  məsafə 
baxımından Yunanıstana daha yaxın olan Qafqazda, Türk 
sivilizasiyasının beşiklərindən olan Azərbaycanda və  Mərkəzi 
Asiyanın türklər yaşayan  ərazilərində ellinizmin təsiri olduqca zəif 
olmuşdur və tarixdə öz izini saxlamamaqla bu regionda türk-ellin 
mədəniyyətlərinin disharmoniyasını göstərir. Maraqlı məqam ondan 
ibarətdir ki, təxminən eyni coğrafi arealda yerləşən, misal üçün, 
Azərbaycan və Gürcüstanda ellin mədəniyyətinin nüfuz dairəsi 
olduqca fərqlidir. Gürcüstanda ellin arxitekturası başda olmaqla 
maddi abidələr geniş yayıldığı halda, Azərbaycanda bu tip arxeoloji 
tapıntılar çoxsaylı deyil. Eyni sözləri Mərkəzi Asiyadakı Türk və 
İran mədəniyyətinin daşıyıcılarının yerləşdiyi areal haqqında da 
demək olar.  
Türklərin özünəməxsus sivilizasiya daşıyıcısı olması hər zaman 
digər sivilizasiya tiplərinə qarşı münasibətdə  fərqliliyini qoruyub 
saxlaya bilmişdir. Hətta  əski türklərin belə tarixi etnogenezdə 
                                                 
98
 Kələşlər - Pakistanda Hindiquş dağlarının yüksək ətəklərində yaşayan xalqdır. Sayları 
təxminən 6 min nəfərdir. Hind-avropa dillərinin dard qrupuna daxil olan kələş dilində 
danışırlar. Belə ehtimal var ki, onlar Makedoniyalı  İskəndərin  əsgərlərinin 
varisləridirlər. Çünki onlar arasında göygöz, sarışın fiziki görünüşlü insanlar var, 
dillərində yunan dilindən qalma sözlər var.  Təxminən yarısı müsəlman olsalar da 
əksəriyyəti bütpərəstdir. Dini panteonunda Dezau, Dezalik, Maxendeu allahları 
Apollon, Afrodita, Zevsə uyğun gəlir.  
 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 122
onlardan daha əvvəl mədəni səviyyəyə yüksəlmiş qonşu sivilizasiya 
ünsürlərini qəbul etməməsi maraq doğurur. Lev Qumilyov “Xəzər 
ətrafında minillik” əsərində yazır ki, qədim türklərin (hunlar) nə Çin, 
nə İran, nə də Ellin-Roma sivilizasiyalarını qəbul etməməsi heç də o 
demək deyildi ki, onlar bunu qəbul etməyə qadir deyillər. Sadəcə 
onların daha çox xoşladığı skiflər olmuşdur. Onlar skif 
mədəniyyətindən bəhrələnmişlər.
99
Görkəmli alim sivilizasiyalararası 
müstəvidə Türk sivilizasiyasının disharmoniyada olduğu 3 
sivilizasiyanı göstərmişdir ki, bunlardan Ellin-Roma Qərb 
sivilizasiyasını təmsil edir. Beləliklə, fikrimizcə, yuxarıda sadalanan 
faktlar bir daha sübut edir ki, ellin mədəniyyətinin türk mədəniyyəti 
ilə barışmazlığı onun Türk sivilizasiya hüdudlarında təsirinin 
saxlanmamasına gətirib çıxarmışdır. 
 
Türk-Qərb sivilizasiyaları islam-xristian qarşıdurması 
kontekstində 
Antik dövrdən sonra günümüzədək bütün mərhələlərdə  Qərb-
Türk sivilizasiyalararası münasibətləri xristian-islam kontekstinə 
düşmüşdür. Qərb sivilizasiyasının daşıyıcıları tərəfindən xristianlığın 
qəbul olunmasından sonra xristian dəyərləri bu sivilizasiya üçün əsas 
səciyyəvi meyar olmuşdur. Bu gün Qərb sivilizasiyası dedikdə, ilk 
növbədə xristian dünyası başa düşülür. Öz növbəsində, türklər islamı 
qəbul etdikdən sonra, - baxmayaraq ki, bu prosesin özü də bir neçə 
əsr  ərzində türklərin güclü müqaviməti ilə müşayiət olunmuşdur, - 
islamın  əsas dayağı olmuş  və dinin yayılmasında müstəsna rol 
oynamışlar.  
Xristian dünyası - Türk sivilizasiyası münasibətlərinə 
keçməzdən  əvvəl bir məqama toxunmaq istərdik. Nə  qədər 
                                                 
99
 Лев Гумилев. Тысячелетие вокруг Каспия. Москва: Айрис-пресс, 2008, стр. 96 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə