Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə45/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   41   42   43   44   45   46   47   48   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 145
xidmət etmişdir. Belə ki, tikildiyi dövrdə əhalisinin sayı 59 milyon 
nəfər olan (həmin vaxt hunların sayı isə təxminən 1,5 milyon nəfər 
olmuşdur)
111
 Çinin  ordusunun  insan potensialının bu istehkamı 
tamamilə qorumağa kifayət etmədiyini nəzərə alsaq, Çin səddinin 
daha çox Çin mədəniyyətini “Çöl” mədəniyyəti daşıyıcılarından 
ayırmaq məqsədi ilə tikildiyini güman etmək olar. Bu mülahizəni 
bir də o fakt təsdiq edir ki, Böyük Çin səddi təkcə  şimaldakı 
xalqlardan qorunmaq üçün istehkam xarakteri daşımır, həm də 
ölkədəki daxili qayda-qanundan yaxa qurtarmaq üçün Çindən 
getmək istəyənlərin qarşısını almağı  nəzərdə tuturdu. Belə ki, 
tarixdən məlumdur ki, həmin dövrdə Çində Hunlar ölkəsinə 
nisbətən vergi olduqca ağır idi. Ona görə  də  həmin dövr Çin 
mənbələrinin məlumatlarına görə Böyük Çin səddindən yuxarıda 
Hunlar ölkəsində  “şən” həyat yaşanırdı  və buna görə  səddin  əks 
tərəfinə keçmək istəyənlər az deyildi. Beləliklə, Böyük Çin səddi 
ölkə  sərhədlərindən daha çox, Çin sivilizasiyasının sərhədini 
müəyyənləşdirmiş olurdu.  
Məşhur rus alimi Lev Qumilyov Çin mədəniyyətinin Böyük 
Çin səddini aşa bilməməsinə tarixi rakursdan yanaşırdı. O, “Xəzər 
ətrafında minillik” kitabında yazır: “İnsanın etnik mənsubiyyətinin 
konfessional cəmiyyətə  məxsusluğu ilə müəyyənləşdiyi dövrdə 
“milli ayrı-seçkilik” və “dini təqib” anlayışları üst-üstə düşürdü. 
Çinlilər yad dinlərlə deyil, Çin daxilində  və onun hüdudlarından 
kənarda yaşayan yad xalqlarla mübarizə aparırdılar. Buna görə də 
Çin ideologiyası Böyük Səddi adlaya bilmədi. Çin mədəniyyətinin 
qəbuledilməzliyi Mərkəzi Asiyanın bütün xalqları üçün 
xarakterikdir. Türklərin Çin ideologiyasına qarşı qoyduqları 
özünəməxsus ideoloji sistemi mövcud idi. İkinci Xaqanlığın (Şərqi 
Göytürk Xaqanlığı (681-744)) dağılmasından sonra Asiyada dinin 
                                                 
111
 С.Б.Лавров и др. Лев Гумилев:судьба и идеи. Москва: Айрис-пресс, 2008, стр. 215 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 146
dəyişməsi zamanı isə köçərilər mədəniyyət və dünyagörüşünü 
şərqdə Çindən deyil, qərbdən qəbul etdilər. Uyğurlar - İrandan 
maniliyi, köçərilər - Suriyadan nestorianlığı, Ərəbistandan - islamı, 
Tibetdən - buddizmi qəbul etdilər. Doğrudur, buddizm daha gec 
qəbul olunmuşdu, ancaq prinsip əvvəlki kimi qalmışdı - “anti-Çin”. 
Çindən yalnız ipək,  şirniyyat və farfor qablar qəbul edilmişdi. 
Aralıq düzənliyin çinliləri və Böyük Çölün köçəriləri öz aralarında 
o qədər fərqli idilər ki, bir-birinin mədəniyyətini qəbul etmirdilər. 
Çinlilər və köçərilər davranış stereotipinə görə o qədər 
fərqlənirdilər ki, nə əlaqə qurmaq istəyir, nə də bunu bacarırdılar və 
hətta əlaqə qurmaq üçün səbəb belə axtarmırdılar. Hesab edirdilər 
ki, hər hansı əlaqə tam mənasızdır”.
112
 
Qədim türklərlə çinlilərin həyat tərzlərini müqayisə etsək, 
köklü fərqliliklərin ortaya çıxdığını müşahidə etmiş olarıq. 
Başlayaq elə qidalanmadan. Məlum olduğu kimi, fərdin 
formalaşması, eləcə də əhatə olunduğu mühitə təsirinin asılı olduğu 
ilk səbəblərdən biri də qida rasionudur. Bu baxımdan çinlilərlə 
türklərin qidalanmasında böyük fərqlər var idi. Çinlilər Çöl 
xalqlarının  əsas qida məhsulu olan süd məhsulları ilə 
qidalanmırdılar və ərzaq rasionuna münasibət onlar arasında daim 
anlaşılmazlıqlara gətirib çıxarmışdır.  
Qadına münasibətdə  də  fərqli yanaşma mövcud olmuşdur. 
Çinlilər üçün atanın bütün qadınları ana hesab olunduğu halda
türklər üçün ana yalnız bir olmuşdur, atanın bütün digər qadınları 
isə ana hesab olunmurdu. Bununla bağlı Ziya Göyalp yazırdı: 
“Əski türklərdə kişinin bir arvadı ola bilərdi.  İmperializm 
dövrlərində xaqanların və  bəylərin bu həqiqi arvadından başqa 
“kuma” adlanan və başqa ellərə mənsub kənizləri də olardı. Ancaq  
bu kumalar törəyə görə  rəsmən arvad olaraq qəbul edilməzdilər. 
                                                 
112
 Лев Гумилев. Тысячелетие вокруг Каспия. Москва:Айрис-пресс, 2008. стр. 216 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 147
Kumaların uşaqları öz analarına “ana” deyə müraciət etməzdilər, 
onları “xala” deyə çağırardılar. “Ana” müraciətiylə atalarının yalnız 
həqiqi, qanuni arvadına üz tuta bilərdilər.”
113
 
Çinli qadınlar o zamanlar işləmirdilər,  əsas vəzifələri uşaq 
dünyaya gətirmək və onu böyütmək idi; heç bir hüquqları yox idi. 
Türklərdə isə qadın ev təsərrüfatını idarə edirdi. Bundan başqa, əski 
türklərdə qadınlar hamılıqla döyüşçü və at minicisi idilər. Qadınlar 
hətta hökmdar, qala qoruyucusu və elçi ola bilərdilər. Ümumilikdə, 
əski xalqlar arasında heç bir xalq türklər qədər qadına hüquq 
verməmiş  və hörmət göstərməmişdir. Türklər arasında hətta ata 
soyu ilə ana soyunun bərabərliyi belə vardı. 
Tarixi mənbələrdə də Türk və Çin sivilizasiya daşıyıcılarının 
barışmazlığının onların fərqli təbii landşaftı təmsil etməsi ilə bağlı 
olması barədə faktlara rast gəlinir. Məsələn, Göytürk Xaqanlığının 
başçısı Bilgə Xaqan (716-734) çinliləri təqlid edib, böyük 
şəhərlərin  ətrafına divar çəkmək istədiyi zaman onun vəziri 
Tonyukukun fikirləri bu məsələlərə aydınlıq gətirir: “Biz bozqır 
milləti olmuşuq, müvəffəqiyyətimiz də bunda olmuşdur. Qüvvətli 
olduğumuz zaman hücum edərik, zəif olduğumuzda da bozqırda 
geri çəkilərik. Çinlilər bizim yüz bərabərimizdədirlər,  əgər biz 
şəhərdə  məhsur qalarıqsa, onlar bizi aradan götürə bilər”. Sonra 
xaqan Budda və Tai məzhəblərini türklər arasında yaymaq 
istədikdə, Tonyukuk bu fikri də  məqbul hesab etməmiş  və 
bildirmişdir ki, bu məzhəblər insanı həssas qılar və hökumət etmək 
qüdrətini insandan alar.
114
  
Professor Cavad Heyət türk mədəniyyətini digər bozqır 
xalqlarının mədəniyyətindən də  fərqləndirir: “Bozqırda türklərdən 
                                                 
113
 Ziya Göyalp. Türkçülüyün əsasları (tərcümə Elman Mustafaoğlu). Bakı: Maarif, 
1991, səh.122 
114
 Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış (islamdan əvvəl və islam 
dövrü). Bakı: Aspoliqraf, 2009, səh. 21 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə