Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə53/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   49   50   51   52   53   54   55   56   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 173
xalqa çatdırırdılar. Bu isə sadə camaata çətin mədrəsə təhsilindən daha 
tez və asan nüfuz edirdi.  
Görkəmli  ədəbiyyatşünas Yaşar Qarayev “Azərbaycan 
ədəbiyyatı: XIX və XX yüzillər” (B., 2002) kitabında Yəsəvini 
türklüyü və onun vahid mənəvi-əxlaqi, bədii-fəlsəfi kültür məkanını 
yaradan və qoruyub saxlayan birinci “övliya - memar” kimi 
dəyərləndirir. Bu dəyərin mənası, elmi sanbalı və haqqauyğunluğu isə 
öz ifadəsini Xocanın türklüyə xidməti və türklük tarixində mövqeyi 
barədə alimin izahlarında tapır: “Bir ideoloq, mütəfəkkir və şair kimi 
Şeyx Əhməd Yəsəvinin ağıl və könül gücü onda oldu ki, o, təsəvvüflə 
təsəvvüfə  qədərki türkün ruhu, dünyagörüşü, məişəti, həyat tərzi 
arasında fitri, təbii ahəngi də tuta bildi; ona yalnız milli təfəkkür yox, 
həm də milli dil, milli üslub, forma, vəzn biçimi verdi. Milli çalarları 
hətta təsəvvüfü yaymağın, təbliğ eləməyin tərzində, üslubunda 
qoruyub saxladı. Bunun üçün Əhməd Yəsəvi, hər  şeydən  əvvəl, 
hakim, rəsmi dil ənənəsini - ərəbcəni, farscanı bir tərəfə atdı, xalqa öz 
sözünü xalqın öz ovqatında, ruhunda, öz ana-baba, el-oba, xeyir-şər, 
toy-mağar, qopuz-saz dilində  və üslubunda çatdırdı; yenə  də hakim 
rəsmi poetikanı, üslub, vəzn ənənəsini - əruzu, sərbəsti bir tərəfə atdı, 
xalqa öz mahnısını xalqın öz vəznində - hecada, sazda, qoşmada, 
bayatıda çatdırdı”. Yaşar Qarayev hesab edirdi ki, Yəsəvilik - hər 
şeydən əvvəl kültür hadisəsidir, türklüyün sivilizasiyaya verdiyi dini-
mənəvi dəyər və sərvətdir. Özü də bu sərvət - sufilik Yəsəvidən sonra 
türkləşməyib, əksinə, Yəsəvinin fəaliyyəti ilə həqiqi sahibinə - türkün 
özünə qayıdıb. O yazırdı: “Əgər təsəvvüfdən  əvvəl Qorqud olmasa 
idi... Yəsəvi bu qədər tez yetişməzdi, əgər şaman-ozan ənənəsi olmasa 
idi, dərviş-ərən ənənəsi bu qədər kütləvi hal ala bilməzdi. Həm islam 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 174
əxlaqına, həm də təsəvvüf fəlsəfəsinə bir doğmalıq və yaxınlıq türkün 
ruhunda və fitrətində əzəldən də var idi.”
136
  
Türkiyəli alim Prof. Dr. Abdülkadir Karahan da yaranış etibarı 
ilə  ərəb mənşəli olsa da təsəvvüf dünyagörüşünün türkün ruhuna 
yaxın olduğuna görə türklüklə sinxronlaşdığı  qənaətindədir: 
“Təsəvvüf, türk torpaqlarına,  İslamiyyət girdikdən və  İraqda bu 
akım güclənib digər bölgələri də etkilemeye başladıqdan sonra 
yayılmışdır. Bu ince görüş  və  dərin düşünüş sistemini türk halkı 
yadırqamamış, eski geleneklerden bazılarına yakın yönləri olduğu, 
islam dinini seve-sevə bənimsədikləri və yüksək əxlaq kurallarına 
da uyğun olduğu için ona bağlanmışlardır. Aslında türklüyün 
ruhunda və könlündə, təsəvvüf akımının təmsil ettiyi uca və nikbin 
görüşlərə doğal bir yakınlık da vardır, denilebilir. Özəlliklə, 
təsəvvüfün kamil insan, üstün insan, evliya telakkisi bir bakıma, 
eski türklərin bir növ dastan qəhramanını, yenilmez başbuğlarını 
xatırladır. Onlar insan üstü güclərə, təbiət hadisələrinin olağanüstü 
görünüm və  gəlişmələrinə inanırdılar.  İştə maddi aləmdəki 
qəhrəmanlar, başbuğların bir ölçüdə yerini indi mənəvi aləmin 
sofiləri, veliləri, kamil insanları almakda idi.”
137
 
Azərbaycanda IX əsrdən etibarən təsəvvüfi cərəyanlar 
meydana gəlməyə başlamışdır. Təsəvvüfün artıq sistemləşdiyi XII 
əsrdən etibarən isə azərbaycanlıların bu dini dünyagörüşünə qatqısı 
ilə yaranan (yəni  ərəb mənşəli olmayan) Sührəvərdiyyə  və onun 
təsiri ilə  Əbhəriyyə, Zahidiyyə, Xəlvətiyyə, Səfəviyyə, Hürufilik 
kimi cərəyanların ortaya çıxdığı məlumdur. Bu yerdə qeyd edək ki, 
                                                 
136
 Yaşar Qarayev. Tarix: yaxından və uzaqdan. Bakı, 1996, səh. 30 
137
  Prof. Dr. Abdülkadir Karahan, Türk kültürü ve edebiyyatı. İstanbul, 1992, səh.57 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 175
bəzi müəlliflər hürufiliyi təsəvvüf düşüncədən və ümumiyyətlə 
şəriətdən kənar hesab edirlər.
138
  
Azərbaycanda ilk sufilər yuxarıda qeyd etdiyimiz birinci 
səbəblə, yəni islam dinini yaymaq, daha da möhkəmlətmək, 
missionerlik məqsədi ilə  gəlmişdilər. Yəni həmin dövrdə bu 
düşüncə daşıyıcıları  ərəb mənşəli idilər. Yalnız sonradan mədəni, 
milli, elmi düşüncələrin  əks olunduğu yerli xüsusiyyətləri özündə 
birləşdirən təriqətlər yaranmağa başlandı. Azərbaycanlı sufilərin 
qurduğu təriqətlərin birincisi Sührəvərdiyyədir. Təriqətin qurucusu 
Ömər  Şihabəddin Sührəvərdidir (1144 - 1234). Sührəvərdiyyə 
təriqəti ilk dövrlərdən etibarən İslam dünyasında ən geniş yayılan 
təriqətlərdəndir. Əvvəlcə Bağdad və Şam ətrafında yayılmış, daha 
sonra da İran, Anadolu və Türküstan tərəflərində vüsət tapmışdır. 
Sührəverdiyyənin  ən geniş  şəkildə yayıldığı yer isə Hindistandır. 
Şihabəddin Sührəvərdinin xəlifəsi Bəhaəddin Zəkəriyyə Multani 
tərəfindən Hindistanda tərəfdarlar tapan bu təriqət həmin bölgənin 
ən böyük təsəvvüf məktəbi olmuşdur.  
Şihabəddin Sührəvərdinin  əmisi  Əbdüqahir Sührəvərdinin 
davamçılarından olan Ütbəddin  Əbhəri isə  Əbhəriyyə  təriqətinin 
qurucusudur. Azərbaycan torpaqlarında  Əbhəriyyədən törəyən 
təriqətlər geniş yayılmışdır. Bu məktəbin davamçıları arasında 
Yəhya Sührəvərdi,  Şəms Təbrizi,  Şeyx  Şihabəddin Təbrizinin 
adlarını çəkmək olar. 
Azərbaycanda ortaya çıxan  ən önəmli təriqətlərdən biri də 
Xəlvətiyyə olmuşdur. Xəlvətiyyə XIV əsrdə tamamilə bu ərazinin 
mənəvi mühitində doğulmuş xüsusi bir irfani məktəbdir. 
Xəlvətiyyə  Şirvanda təşəkkül etmiş  və daha çox da Anadoluda 
                                                 
138
 Mehmet Rıhtım. Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Səfa əl Əsrar. Bakı: Elm, 
2010, səh.28 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə