Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə50/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   46   47   48   49   50   51   52   53   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 162
bütün hallarda “Göy”lə əlaqələndirilirdi. Bu ideya daha çox qəbul 
olunur ki, Türk tanrıçılığı  tək Tanrı inancı -“Göy-Tanrı” anlayışı 
ətrafında təşəkkül tapmış göydən enmə kitabı, eləcə də peyğəmbəri 
olmayan özünəməxsus monoteist bir dindir. Cəlal Bəydili yuxarıda 
istinad etdiyimiz kitabında yazır ki, “Başlanğıcını yerlə göyün bir 
bütövlük təşkil etdiyi din düşüncəsindən alan Göy-Tanrı inanışı - 
Tanrıçılıq idi ki, ənənəvi türk cəmiyyətindəki din anlayışını 
təməlində maadiyyat dayanan əski yunan və eləcə  də öz qidasını 
möcüzəyə inanmaqdan alan digər dini düşüncə sistemlərindən 
ayırırdı”.
124
 Əski çağlardan bəri mövcud olan bu dini etiqad orta əsr 
qaynaqları ilə də təsdiqlənir. VI əsrdə Bizans diplomatı və tarixçisi 
Menandr yazırdı ki, hər nə  qədər torpağa, suya və oda sayğı, 
ehtiram göstərsələr belə türklər yenə də kainatın yaradıcısı olan tək 
Tanrıya inanırlar. Bu müəllif həm də ilk dəfə türklərin yazıya sahib 
olması haqqında məlumat verir. Bizans imperatoru I Yustin (518 - 
527) tərəfindən türk səfiri Maniaxın qəbul mərasimini təsvir 
edərkən Menandr xaqanın “skif yazısı” ilə  məktub yazdığını 
göstərmişdir.
125
  
Başqa bir Bizans tarixçisi Feofilakt da (VII əsr) yazırdı ki, 
“Türklər hər  şeydən çox oda ehtiram edirlər, hava və suya da 
ehtiramları böyükdür, torpağa həsr edilmiş himnlər oxuyurlar. 
Sitayişi isə “Tək Tenqri” adlandırdıqları yeri və göyu yaradana 
edirlər. Ona ayğır, qoç və buğa qurban verirlər”.
126
 Aşağıdakı 
şəkildə
127
Tanrıçılıqda Üç Dünya Kosmologiyasının rəsmi 
verilmişdir. Dünyanın ortasında duran Dünyalar Ağacı, Yeraltı, Yer 
üzü və Yuxarı aləmi birləşdirən nöqtədir. 
                                                 
124
 Cəlal Bəydili. Türk mifoloji obrazlar sistemi: struktur və funksiya. Bakı: Mütərcim, 
2007, səh. 154 
125
 http://ru.wikipedia.org/wiki/ /Менандр_Протектор. 
126
 Феофилакт Симокатт. История. Москва, 1957, стр. 161 
127
 
http://www.nbi.dk/~natphil/Siberian.html
 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 163
 
 
 
 
Türk təfəkküründə “Üç Dünya Kosmologiyası”


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 164
 Tenqrizmdən (Tanrıçılıq) tamamilə  fərqlənən  şamanizmi 
də  bəzən türklərə xas dini dünyagörüşü hesab edən mənbələrə 
rast gəlinir. Ancaq bu yerdə  şamanlığın ümumiyyətlə bir din 
deyil, mistika olduğunu və yalnız sırf türklər üçün xarakterik 
olmadığını qeyd etməliyik. Bununla bağlı Türkiyə Selçuk 
Universitetinin professoru Mehmet Aydın yazır: “Bəzi qaynaqlarda 
şamanizmi türklərin milli dini olaraq göstərməyə çalışırlar. Ancak 
şamanizm heç bir zaman türklərin milli dini olmamışdır. Çünki 
şamanizm bir din deyildir, şamanizm daha çox bir büyü və ekstaz 
törenlerini içeren, müxtəlif dinlərdən və hurafelerden oluşan bir 
Gəmiqayada Tеnqri etiqadı 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 165
dini senkretizm olaraq görülebilir. Digər tərəfdən  şaman inancı 
sadəcə türklərə məxsus bir inanc da deyildir”.
128
 
Hətta islam dinini qəbul etdikdən sonra da türklər dini əqidədə 
öz milli çalarlarını saxlamışlar. Biz bu türk koloritinə islam 
daxilində heterodoks (azlıq) cərəyanlar, xüsusən sufizm daxilində 
aydınlıq gətirmək istərdik.  İslam ideologiyası  nə  qədər bütün 
müsəlmanlar üçün bərabər haqlar tanısa da, Xilafətin ilk 
dövrlərində, xüsusən Əməvilərin hakimiyyəti zamanı ərəb olmayan 
müsəlmanlar (onlar “məvali” adlandırılırdılar) fərqli münasibət 
qarşılığında narazı idilər. Məvalilərin bir zümrə kimi aradan 
çıxması yalnız etnik müstəvidə ikili münasibətin olmaması 
mühitində baş verə bilərdi ki, bu proses də yalnız Abbasilərin 
hakimiyyəti dövründə reallaşmağa başlamışdı. Bunun əsl səbəbləri 
arasında Abbasilərin hakimiyyətə  gəlməsində  məvalilərin rolu və 
sonradan onların hakimiyyət aparatında tutduğu mövqe əhəmiyyətli 
rol oynayır. Nəticədə, Xilafət daxilində  məvalilərə qarşı  tətbiq 
olunan ayrı-seçkilik tədricən aradan qalxmışdır. Bununla belə, 
islamı qəbul etmiş qeyri-ərəblərin (türk, iran, soqd) əks reaksiyası 
artıq özünü başqa formada - dini cərəyanlarda göstərməyə 
başlamışdı. Onların islam dini dünyagörüşü daxilində özünəməxsus 
bir müsəlman əqidəsinin formalaşması prosesi gedirdi. Qeyri-ərəb 
müsəlmanların fərqləndirdiyi bu heterodoks islam anlayışı türk, 
iran, hind milli elementlərindən təsirlənərək islamı bu coğrafiyada 
özünəməxsus bir şəkildə yerliləşdirmişdir. Yəni, başqa sözlə desək
yerli mədəniyyətlə islam dəyərlərinin sinxronlaşması  zəminində 
özünəməxsusluq yaranmışdı. 
 
 
                                                 
128
 Mehmet Aydın. Türk Toplumunda birlikde yaşama təcrübəsi. Ankara,1995 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 166
Sufizmdə milli-etnik çalarlar 
İslami dəyərlərin milli ənənələrlə harmoniyasının yaranması 
tendensiyasına ilk əvvəl sufizm nümunəsində rast gəlirik. Sufizmin 
mahiyyətinə aydınlıq gətirmək üçün qeyd etməliyik bu dini-fəlsəfi 
dünyagörüşünə verilən tərifə görə “İslami bir həyat tərzi və düşüncə 
sistemi olan təsəvvüf Quranın və Həzrəti Məhəmməd peyğəmbərin 
göstərdiyi yolda (şəriət) ibadət, zikr, təfəkkür, pəhriz ilə  nəfsani 
arzularını cilovlayaraq ruhu saflaşdırmaq (təriqət) və  nəticədə öz 
mənliyindən və dünyadan qəlbən keçərək sadəcə Allaha 
bağlanmaqdır (həqiqət). Bu cür bir həyat və düşüncə tərzini qəbul 
edərək yaşayanlara sufi deyilir”.
129
 Bu,  sufizmə verilən yüzlərlə 
tərifdən sadəcə biridir. Dr. Mehmet Rıhtımın nəşrə hazırladığı 
“Seyid Yəhya  əş-Şirvani  əl-Bakuvi və  Səfa  əl  Əsrar” kitabının 
müqəddiməsində bu anlayış  hərtərəfli tədqiq edilmiş  və  məşhur 
sufilərin təsəvvüfə verdiyi bir çox təriflər də göstərilmişdir. Bütün 
qeyd olunan təriflərdən bu nəticəyə  gəlmək olar ki, təsəvvüf 
dünyagörüşü ümumbəşəri və ümumislami mahiyyət daşıyır. Lakin 
fikrimizcə, bu ümumbəşərilik fonunda sufizmdə  təbliğ etdiyi 
ideyalar baxımından deyil, tarixi inkişaf yolunda, yəni yaranış 
etibarilə müxtəlif amillərlə  əlaqədar çalarlar da müşahidə olunur. 
Bizim qənaətimizə görə, islam dini daxilində sufi cərəyanların və 
təsəvvüf dünyagörüşünün meydana gəlmə  səbəblərini dörd amillə 
izah etmək olar: 1 - sufizm, xüsusilə islamın ilkin dövrlərində bu 
dinin yeni ərazilərə yayılmasına xidmət etmişdir; 2 - müsəlman 
dünyası daxilində baş verən siyasi hadisələrə  əks-reaksiya; 3 - 
islamdan  əvvəlki elmi dünyagörüşünün dinin imkan verdiyi 
çərçivədə  əks olunması; 4 - ərəb işğalı hesabına vahid ümmətə 
                                                 
129
 Mehmet Rıhtım. Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və Səfa əl Əsrar. Bakı: Elm, 
2010, səh. 19 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə