Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə49/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   45   46   47   48   49   50   51   52   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 159
e.ə. II əsrdə güclü bir dövlət olan Nəbatilər (Nabatean) krallığının 
nümunəsində özünü göstərir. Onun paytaxtı Petra şəhəri 
(İordaniyanın cənubunda) ellin arxitekturasını bu günə  qədər 
qoruyub saxlamışdır. Avropalı müəlliflərdən biri yazır ki: 
“Nəbatilər mədəniyyətinin dili ərəb, yazısı arami, dini semit, 
incəsənət və arxitekturası isə ellinistik olmuşdur”.
122
 Ellinizmin 
ərəb mədəniyyətinə göstərdiyi təsirin izlərinin saxlandığı digər bir 
nümunəni Suriya səhrasında Palmira şəhərinin timsalında da 
görmək olar.  
Ellinizm  İran mədəniyyətinə  də kifayət qədər  əhəmiyyətli 
dərəcədə nüfuz etmişdir. Baxmayaraq ki, qədim dövr Yunan-İran 
müharibələri (e.ə.500 - e.ə.449) ilə yadda qalmışdır, ellinizm qalib 
dövlətin mədəniyyəti kimi İran  ərazisinə yayıla bilmişdir. Yunan 
mənşəli Selevkilərin  İranda hakimiyyəti zamanı (e.ə.312 -e.ə. 60) 
ellin mədəniyyəti imperiyanın  ən ucqar yerlərinə  qədər nüfuz 
etmişdir. Mərkəzi Asiyada irandilli ərazidə indiki Tacikistan, 
Əfqanıstan ərazilərini əhatə edən Yunan-Baktriya çarlığı (e.ə.250 - 
e.ə.125), Hindistanda Kuşan dövləti (I - III əsrlər) ellin 
mədəniyyətinin daşıyıcıları olmuş  və arxitekturadan tutmuş 
saraylarda ellin fəlsəfi fikrinədək müxtəlif sahələrdə ellinizmin bu 
məkanda nüfuzunun izlərini saxlamışdır. Aradan keçən yüz illərə 
baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, bu coğrafiyada ellinizm 
həm maddi mədəniyyət nümunələri və  hətta Hindiquş dağı 
ətəklərində kiçik bir xalqın - kələşlərin timsalında genefondda belə 
öz izlərini saxlamışdır. Maraqlı  məqam ondan ibarətdir ki, 
ellinizmin vətəni Yunanıstana İran sivilizasiyasının daşıyıcılarından 
məsafəcə daha yaxın olan (Ön Asiya və Qafqaz türkləri daha 
qərbdə yerləşir) Türk sivilizasiya daşıyıcıları üçün antik Qərb 
mədəniyyəti qəbuledilməz olmuşdur. Bunun nəticəsidir ki, Türk 
                                                 
122
 Philip Hitti, Syria: A Short History, London, 1959, p.61 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 160
sivilizasiyası  məkanında ellin arxitekturası öz mövcudiyyətini 
saxlaya bilməmişdir. Qafqazda, Orta Asiyanın türklərə  məxsus 
ərazilərində ellin mədəniyyətinin maddi nümunələrinə rast gəlinmir 
və ya bu tip abidələr çox nadir hallarda bu günə  gəlib çatmışdır. 
Sadəcə bir faktı göstərmək istərdik ki, ellinizmin intibah dövründə 
mövcud olmuş türk dövləti Atropatena yunan-makedoniyalıların 
ölkəyə soxulmasına imkan verməmişdir. Bəlkə  də bu amil 
Atropatenanın tarixinə dair yazılı qaynaqların yox dərəcəsində 
olmasının  əsas səbəblərindəndir (həmin dövrdə yunan dilinin 
nüfuzunu nəzərə alaraq). Eyni zamanda qeyd etməliyik ki, 
göstərdiyimiz coğrafi arealda arxeoloji qazıntılar zamanı  həmin 
dövr arxitekturasının qalıqlarına rast gəlinməsi mümkün ola bilər 
(Ön Asiyanın dəniz sahillərində). Lakin bu, Türk sivilizasiyası 
daşıyıcılarının antik Qərb mədəniyyəti ilə sinxronlaşmasının 
nəticəsi deyil, həmin dövrdə türklərin  İran imperiyası hüdudları 
daxilində olmasının nəticəsidir. Məlumdur ki, tarixdə eyni coğrafi 
məkanda müxtəlif sivilizasiya daşıyıcılarının fərqli zamanlarda 
hökmranlığı, passionarlıq baxımından qabarma və çəkilmələri bir-
birini  əvəzləmişdir. Bizim coğrafi məkanda isə tarixi zaman 
periodunda ən çox qabarma və çəkilmələr Türk-İran sivilizasiyaları 
arasında olmuşdur. Müxtəlif dövrlərdə gah Türk, gah da İran 
sivilizasiyalarının daşıyıcıları regionu öz nüfuzları altına almışlar. 
Ellin mədəniyyətinin  Şərqə doğru yayıldığı dövrdə bu coğrafi 
məkanda türklər passiv passionarlıq, iranlılar isə aktiv intibah 
dövrünü yaşayırdılar. Bu baxımdan, Azərbaycan da daxil olmaqla 
Qafqaz və Ön Asiyada türklər ellin mədəniyyəti ilə  İran 
hakimiyyəti daxilində qarşılaşmışdılar. Buna görə  də ellin 
mədəniyyətinin bu regionda mümkün izlərini belə  İran 
sivilizasiyasının hesabına yazmaq lazımdır. Sonrakı dövrlərdə 
türklər aktiv passionarlıq mərhələsində ellin maddi mədəniyyətini 
heç bir halda əks etdirmədiyi halda, İran sivilizasiyasının 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 161
şəhərsalmadan tutmuş elitar nəzəriyyəyədək müxtəlif sahələrində 
ellinizmin təzahürlərini saxlaması da bu mülahizəni bir daha sübut 
edir. 
Türk sivilizasiyası üçün Qərb dəyərlərinin nə  qədər yad 
olması, türkün ruhən  Şərq mənəviyyatından qidalanması ilə bağlı 
türk mütəfəkkiri Cəmil Meric (1916-1987) yazırdı: “Yunan-Roma 
mədəniyyəti - bir ovuc bəxtəvərin girilməz baxçasıydı. Hind 
düşüncəsi - bütün insanlığın susuzluğunu yatıracaq bir Qanq”.
123
 
Beləliklə, Türk sivilizasiyası Ərəb və İran sivilizasiyalarından fərqli 
olaraq Qərb - ellin mədəniyyəti ilə sinxronlaşmamış, harmoniya 
yaratmamışdır. Ellin mədəniyyətinin nə maddi, nə mənəvi dəyərləri 
Türk sivilizasiyası sərhədləri daxilində inkişaf edə bilməmişdir.  
 
Dini dünyagörüşü baxımından Türk sivilizasiya daşıyıcılarının 
fərqli xüsusiyyətləri. Tanrıçılıq türkün ilk təkAllahlı dinidir 
 
Digər bir tərəfdən isə Türk sivilizasiyasının mövqeyinə  sırf 
dini mövqedən yanaşırıq. Belə ki, hazırda  İslam sivilizasiyasının 
tərkibində  təsnif olunan Ərəb və  İran subsivilizasiyaları üçün 
islamaqədərki dövrdə çoxAllahlılıq xarakterik olduğu halda, 
türklərdə islama qədər də  təkAllahlılıq olmuşdur. Bu isə  mədəni 
tipin formalaşmasında sivilizasiya daşıyıcısı olaraq çox mühüm 
faktordur.  
Elmi dairələrdə türk xalqlarının islamaqədərki dini inancı 
haqqında müxtəlif fikirlər mövcuddur. Türk etnosunun müxtəlif 
boylarının atəşpərəstlik,  şamanizm, ruhlar kultu, əcdadlar kultu, 
təbii cisimlərə, müqəddəs hesab etdiyi heyvanlara inanmaları 
haqqında mülahizələr irəli sürülür. Lakin son tədqiqatlar da göstərir 
ki, əski türklərin dini dünyagörüşündə “Tanrı-Tenqri”yə inam əsas 
yer tutmuşdur. Burada ən ulu varlıq olan Tanrı müqəddəs bilinir və 
                                                 
123
 Klassika. Rahid Uluselin tərcümə və təqdimatında. Bakı: Avropa nəşriyyatı, 2008, 
səh. 23 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə