Ərəstü Həbibbəyli



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə57/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   53   54   55   56   57   58   59   60   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 185
mədəniyyəti ayrıca bir sivilizasiya tipi deyildir və bir neçə  fərqli 
sivilizasiyanı  əhatə edir. Türk, Ərəb,  İran, hətta Malay ayrıca 
sivilizasiyanı təmsil edirlər. Bu mədəniyyət dairəsinə daxil olmaqla 
Türk sivilizasiyası öz inkişafında yeni bir mərhələyə  qədəm 
qoymuşdur. Eyni zamanda o da xüsusi qeyd edilməlidir ki, bu 
mərhələ türkün bütün tarixi ərzində onun gələcək taleyini müəyyən 
edən ən həlledici məqam olmuşdur. Türk - İslam birliyi bir simvola 
çevrilmişdir. Təsadüfi deyil ki, keçən dövr ərzində tarix dəfələrlə 
türkün islamın ən böyük qoruyucusu və daşıyıcısı olmasının, eləcə də 
islam dəyərlərinin türklərin milli ənənələrinin qorunmasına töhfə 
verdiyinin şahidi olmuşdur.  
Türk sivilizasiya daşıyıcıları islam dinini qəbul etməklə, islam 
dünyagörüşü sayəsində  zənginləşməklə  və öz növbəsində islam 
mədəniyyətinə töhfə verməklə bərabər, öz mədəniyyətlərinin inkişaf 
yolunda tənəzzülə  də  məruz qalmışlar.  İslam mədəniyyətinin türk 
mənəviyyatına təsiri ilə bağlı professor Yaşar Qarayev yazır: “İslam 
ərəb dövlətçiliyi üzərində qurulsa da, məhz fars mədəniyyət tərzi 
körpü rolunu oynadı. Mədəniyyətlər və mənəviyyatlar arasında islam 
özü körpüyə çevriləndən sonra  qonşu islam xalqları arasında ortaq 
mənəvi ənənələr daha da gücləndi. Lakin bu ortaqlıq bəzən elə hallar 
da alır ki, tədricən ayrı-ayrı etnik kültürlər milli mədəniyyət vahidləri 
kimi sıradan çıxır. Hər biri vahid, mərkəzləşmiş, eyni tipli mənəviyyat 
və  sənət fenomeninin - “islam mədəniyyətinin” bir hissəsi olur.”
150
 
Göründüyü kimi, islam dünyagörüşü vahid dəyərlərə yiyələnməyə yol 
açmaqla yanaşı, özünəməxsus mədəni inkişaf çalarlarının itirilməsinə 
də  gətirib çıxarmışdır. Bu isə milli sivilizasiya identikliyinin təbii 
inkişafında müəyyən fasilələrə, eləcə  də istiqamət dəyişikliklərinə 
səbəb olmuşdur.  
                                                 
150
 Yaşar Qarayev. Tarix: yaxından və uzaqdan. Bakı: Sabah, 1995, səh. 184 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 186
 
TÜRK VƏ ƏRƏB SİVİLİZASIYALARININ 
DİALOQU 
 
slam mədəniyyəti daxilində türklərin özünəməxsus mənəvi 
dəyərləri hesabına fərqli sivilizasiyaya sahib olması ilə bağlı 
məsələlərə aydınlıq gətirdikdən sonra Türk - Ərəb və Türk - 
İran sivilizasiyalararası münasibətlərə toxunmaq istərdik. 
Tarixi baxımından Türk - İran münasibətləri daha qədim dövrə 
dayansa da, islam mədəniyyəti çərçivəsində yanaşmamıza uyğun 
olaraq ilk növbədə sivilizasiya müstəvisində Türk - Ərəb 
münasibətlərini araşdırmağı  məqsədəuyğun hesab edirik. Əvvəlcə 
qeyd etməliyik ki, əksər Qərb sivilizoloqlarının təsnifatında hər iki 
mədəni tip vahid İslam sivilizasiyasının daşıyıcısı,  ən yaxşı halda 
subsivilizasiya hesab olunur. Lakin vahid islam dəyərlərinə malik 
olmasına baxmayaraq, onlar arasında müşahidə olunan 
fundamental fərqliliklər türk və  ərəblərin fərqli sivilizasiya 
daşıyıcısı olmalarını göstərir.  
İlk öncə göstərmək lazımdır ki, bu iki sivilizasiyanın 
münasibətlərinə baxarkən daha çox tarixi və ideoloji rakursa 
üstünlük veriləcəkdir. Belə ki, müasir dövrümüzdə bu iki 
sivilizasiya daşıyıcılarının təmas məkanı olduqca məhduddur. 
Coğrafi baxımdan geopolitik müstəvidə hazırkı Türk sivilizasiya 
daşıyıcılarından yalnız Türkiyə Cümhuriyyəti  Ərəb dünyası ilə 
həmsərhəddir. Min ildən çox tarixi olan bu münasibətlərə daha 
geniş planda, hər iki sivilizasiyanın inkişaflarının zirvəsində olan 
zamanlarda işıq salmağı nəzərdə tuturuq. 
Türk - Ərəb sivilizasiyalarının münasibətləri birincisi, ideoloji 
və  mənəvi baxımdan islam dininin təsiri ilə, ikincisi isə tarixi 
İ 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 187
determinizmin təsiri altında müxtəlif zamanlarda bu iki sivilizasiya 
daşıyıcısı olan xalqların passionar hərəkətliliyi zamanında müxtəlif 
çalarları ilə  səciyyələnir. Passionar hərəkətlilik dedikdə tarixin 
müxtəlif zamanlarında etnosların qabarma və  çəkilmələri - yəni 
nüfuz dairələrinin, hakimiyyətlərinin əhatəsinin genişlənmə və geri 
çəkilmə mərhələləri nəzərdə tutulur. Bu baxımdan tarixin müxtəlif 
zamanlarında bəzən Türk sivilizasiya daşıyıcılarının  ərəblər 
üzərində, bəzənsə  ərəblərin türklər üzərində hökmranlığı 
dövründəki münasibətlərə baxacağıq.  
 
Ərəblər kimdir? 
Türk - Ərəb sivilizasiyalararası münasibətlərinə baxmazdan 
əvvəl ilk növbədə  ərəb kimliyinə,  ərəb mədəniyyətinin köklərinə 
nəzər salmaq lazımdır. Qeyd etməliyik ki, ərəblər  Ərəbistan 
yarımadasında məskunlaşmış semit dilli xalqdır. Qədim dövrdə 
yarımadanın  şimal və  mərkəzində köçəri tayfalar, cənubunda isə 
oturaq həyat tərzi sürən tayfalar məskunlaşmışdılar və onların tarixi 
inkişafı bir-birindən əsaslı surətdə fərqlənirdi. Bu fərqliliklər həyat 
tərzindən tutmuş dini dünyagörüşünədək müxtəlif sferaları  əhatə 
edirdi (islama qədər köçəri şimalda bütpərəstlik idisə, oturaq həyat 
tərzi sürən cənubda monoteist dini əqidə hökm sürürdü).  
Ərəbləşmənin birinci fazası  “ərəb” adı ilə bağlıdır və 
islamaqədərki dövrü əhatə edir. Belə ki, yarımadanın köçəri 
tayfaları özlərini ərəb - yəni, “səlis danışanlar”, digərlərini isə əcəm 
- yəni, “aydın olmayan şəkildə danışanlar” adlandırırdılar (sonradan 
“əcəm” sözü daha çox farslara aid edilməyə başlandı). Lakin 
Herodot və digər  əksər yunan-roma müəllifləri “ərəb” və 
“Ərəbistan” terminini cənub-qərbdəki Yəmən də daxil olmaqla 
bütün yarımadaya və onun sakinlərinə aid edirdilər. Beləliklə, ərəb 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə