Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə54/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 176
geniş yayılmışdır. Xəlvətiyyə  təriqəti XV əsrdən etibarən Seyid 
Yəhya Bakuvinin müridləri vasitəsilə  İran, Orta Şərq, Misir, 
Türküstan, Hindistan və Balkan yarımadasında geniş yayılmışdır.  
 
Sufizm və masonluq 
Əvvəlcə qeyd etməliyəm ki, bu mövzu bizim araşdırmamızın 
obyekti deyil və ola bilsin ki, ümumi xətdən bir qədər kənarlaşmış 
oluruq. Lakin çoxdandır bizi düşündürən bir məsələnin yazılması 
üçün bir məqam gözləyirdim. Bununla belə, uzun müddətdir ideya 
və  həyat tərzi baxımından sufizm və masonluq arasında 
oxşarlıqların olmasının diqqətimi cəlb etməsinə baxmayaraq
istinad edəcəyimiz etibarlı  mənbələrin olmaması  və ümumilikdə 
düzgün anlaşılmamaq qorxusu məni bu mövzuya ehtiyatla 
yanaşmağa vadar edirdi. Nəhayət, bu yaxınlarda bir kitabda 
bununla bağlı bir mənbəyə rast gəlməyim məni öz mülahizələrimi 
yazmağa cəsarətləndirdi. XIX əsrin sonlarında Naxçıvan bölgəsinin 
etno-coğrafi, siyasi vəziyyətini öyrənmək üçün bölgədə olan 
Konstantin Nikolayeviç
 
Smirnovun yazılarında qeyd olunan bu 
məqam olduqca maraqlı göründü. O, Naxçıvanda gəaliyyət 
göstərən sufi dərviş qruplarından biri olan nöqtəvilər haqqında 
yazırdı ki, “Naxçıvan bölgəsinin bir sıra yerlərində yaşayan 
nöqtəvilər XIX yüzilliyin ikinci yarısı - XX yüzilliyin əvvəllərindən 
etibarən Avropa xasiyyəti kəsb etməyə və özlərini frank-masonlar 
və ya Naxçıvanda deyildiyi kimi “farmasiyon”lar (farmason) 
adlandırmağa başlamışlar”.
139
  
İctimai fikir tarixində yer alan masonluğun və ya mason 
lojalarının islam dini əleyhinə və bütünlükdə Şərq dəyərlərinə qarşı 
təşkilatlanmış bir missoner cərəyan olması haqqında mülahizələrin 
                                                 
139
 Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. 
Баку: Озан, 1999, стр.159 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 177
fonunda masonluq və sufiliyin reallıqda bir-birinə düşmən olması, 
onların əks etdirdikləri dəyərlərin disharmoniya ilə səciyyələnməsi
eləcə də Şərq ölkələrində mason ideyalarına uyğunlaşmanın Qərbin 
gizli bir missiyasına xidmət etməsi təsəvvürü yaradır. Bu 
baxımdan, rus hərbçi-şərqşünas Konstantin Smirnovun təəssüratları 
da bu mənzərəni  əks etdirir. Lakin onun araşdırmasının daha çox 
müşahidəyə  əsaslandığını  nəzərə  alsaq,  sufi  bir  cərəyanın Qərb 
təsirinə düşməsi ehtimalı inandırıcı görünmür. XIX əsrin sonu - XX 
əsrin  əvvəllərində Azərbaycanda  ədəbi mühitin tədqiqatçılarından 
akademik  İsa Həbibbəyli də bu məsələyə toxunur və yerli 
ziyalıların “farmason” adlandırılmasını onların mason ideyalarına 
xidmət etməsi ilə deyil, yenilikçi ruh və Avropa tipli libas və 
davranışı ilə  əlaqələndirir. Müəllif yazır: “XIX əsrin sonunda 
Naxçıvan mühitində mühafizəkar qüvvələr, xüsusən də  bəhailik 
təriqətini təmsil edən qüvvələrlə gənc maarifçi nəsil arasında ciddi, 
gərgin toqquşma və  çəkişmələr olmuşdur. Mühafizəkarlar bu 
ziyalılara qarşı kin və nifrət hissi oyatmağa çalışır, “dəli”, 
“farmason”, “firəngiməab”... kimi sözlərlə  təhqir edirdilər. Lakin 
onlar Avropa masonçuluğunun radikal, monopolist qanun və 
tələblərini qəbul etməmişlər. Bəlkə göstərilən dövrdə Naxçıvan 
maarifçiləri bunlarla heç lazımi səviyyədə tanış da deyildilər. 
Azadfikirli, mədəni, maarifpərvər olmaları, həqiqət axtarıcılığı 
ideyasına sədaqətləri onların fəaliyyətini ideyaca masonluğa 
yaxınlaşdırmışdır. Farmosonluq Azərbaycana, xüsusən Naxçıvana 
Tehran “fərmuşxana”larından, Türkiyədəki Osmanlı lojalarından 
sızıb gəlmiş, lakin müstəqil bir təşkilata çevrilə bilməmişdir. 
Müşahidələr göstərir ki, 80-90-cı illərin maarifçilərinə bu adı,  


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 178
ayamanı onların tərəfdarları deyil, əleyhdarları vermişlər.”
140
   
Bununla bağlı  tədqiqat aparan başqa bir azərbaycanlı alim 
Hüseyn Həşimlinin gəldiyi nəticə  də sufi cərəyanın (hazırkı 
nümunədə nöqtəviliyin bu qolunun) Qərbin vasitəsi olmadığını əks 
etdirir. Müəllif, göstərir ki, “Bir fikir cərəyanı olmaq etibarilə 
farmasiyonluq daha çox Şərq zəminində təşəkkül tapmış, kökü XVI 
əsrə gedib çıxan nöqtəvilik təriqəti ilə bağlı olmuşdur. 
Farmasiyonların ideya-fəlsəfi qaynaqları  sırasında məzdəkilik və 
xürrəmiliyin də bəzi izləri müşahidə edilməkdədir”.
141
  
Biz də öz növbəmizdə Şərqdə sufizm ilə Qərbdəki masonluq 
arasında birbaşa bağlılıq və  əlaqənin olmasını güman etmirik. Bu 
iki cərəyan arasında sadəcə ideya və  həyat tərzi baxımından 
oxşarlıqlar müşahidə olunur. Bu zaman birinin digərinə  təsiri 
barədə danışmaq üçün də  əsaslı faktlar və  səbəblər mövcud 
deyildir. Ümumiyyətlə tarixdə bir-biri ilə əlaqəsi olmadan müxtəlif 
məkan və müxtəlif zamanlarda oxşar hadisə  və proseslərə kifayət 
qədər rast gəlinir və bu proseslərin paralel olaraq, bir-birindən asılı 
olmadan, hətta birinin-digərindən xəbəri belə olmadan inkişafı 
halları ilə rastlaşırıq. Bizim fikrimizcə, sufilik və masonluq da bir-
biri ilə  əlaqəli olmayan, yalnız aralarında bənzərliklər olan ideya 
cərəyanlarıdır. Masonluq yaradılış  və mahiyyəti etibarilə  Qərb 
yönlü və  mənbəli, sufizm isə  əksinə,  Şərq dünyagörüşünü  əks 
etdirən fəlsəfədir.    
Toronto (Kanada) İslam institutunun professoru, islam 
nəzəriyyəçisi  Şeyx  Əhməd Kutti müsəlmanın mason ola 
                                                 
140
 Həbibbəyli İsa. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı: Azərnəşr, 1997, 
səh.180 
141
 Həşimli Hüseyn. Naxçıvanda farmasiyonluq: tarixdə və ədəbiyyatda. Naxçıvan 
tarixinin səhifələri(“Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumunun 
materialları). Bakı: ADPU nəşriyyatı, 1996, səh.122 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə